İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə1/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
  1   2   3   4   5   6   7   8   9   ...   48


 

 
 
 
 
İslamda qəhrəman qadınlar 
 
 
 
Kitabın  müəllifi:  Məhəmməd    
Məhəmmədi İştiharidi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

İmam  Əli  (ə)  buyurur:  «Fitnə  və  imtahan 
dəryalarının  nəhəng  dağ  kimi  dalğalarını  (iman, 
təvəkkül,  müqavimət,  birlik,  Qur`andan  bəhrələnmək  və 
haqq  fərmanı  müqabilində  təslim  olmaqla)  nicat  gəmisi 
ilə yarıb, irəli gedin».  
 
ÖN SÖZ 
Bu 
kitabı 
bəsirətlə 
mütaliə 
etmək 
üçün 
müqəddimədəki iki mətləbə diqqət etməyiniz lazımdır.  
 
 
1. Qadınlar, insan cəmiyyətinin bir qismidir. 
İslamda  insan  mövzusunu  təhlil  etdikdə,  bu  təhlil 
kişi  ilə  qadına  eyni  dərəcədə  şamil  edilir.  Dinimizdə 
kişilər  kimi  qadınlar  da  insan  cəmiyyətinin  bir  hissəsi 
hesab  olunurlar.  Əgər  insan  cəmiyyətini  bir  quşa 
bənzətsək,  bu  quşun  iki  qanadının  birinin  kişilər, 
digərinin  isə  qadınlar  olduğunu  deyə  bilərik.  Məlumdur 
ki, quş yalnız iki qanadı olduğu halda uçub öz məqsədinə 
çata bilər. Qur`an ayələri və İslam rəvayətlərində kişi ilə 
qadının çiyin-çiyinə, bir cərgədə olması haqda çox sözlər 
var. Nümunə üçün sizin diqqətinizi onlardan bir neçəsinə 
cəlb  edirik:  «Mö’min  olub  yaxşı    işlər  görən  kişi  və 
qadına  (dünya  və  axirətdə)  firavan  həyat  bəxş 
edəcəyik».
1
 
Bu  ayədən  aydın  olur  ki,  firavan  həyat  (hər  iki 
dünyada, hər  cəhətdən kamil olan həyat) kişi ilə  qadının 
yaxşı əməllərinin və imanlarının nurundan vücuda gəlir. 
Kişi  və  qadının  firavan  həyat  qurmaq  imkanlarına  görə, 
bir-birlərindən  heç  bir  fərqləri  yoxdur.  Nəhcül-bəlağədə, 
31-ci  məktubda,  Əmirəl-mö`minin  (ə)  İmam  Həsənə  (ə) 
vəsiyyətnaməsinin axırıncı hissəsində buyurur:  
«Qadına  gücündən  artıq  (iş)  yükləmə.  Çünki  qadın 
                                            
1
 Nəhl surəsi, ayə 97. 


 

(qüdrətli)  pəhləvan  kimi  deyil  gül  şaxəsi  kimidir.. 
Ləyaqəti  çatdığı  qədər  ona  ehtiram  et,  lazımsız  yerə 
izhar 
edib 
(bədgümanlıq 
əlaməti 
olaraq) 
qeyrətlənməkdən  uzaq  ol.  Çünki  e`timadsızlıq  və 
bədgümanlıq  qadınları  iffətsizliyə,  günahsızları  günaha 
sövq edir».
2
  
 
2.  Qadınla  kişinin  yaxşı  əməllərinin  dəyərinin 
bərabər olması. 
Cəfəri Təyyarın (ə) həyat yoldaşı Umeys qızı Əsma 
Həbəşistana  olan  on  beş  illik  mühacirətdən  sonra, 
hicrətin  yeddinci  ilində  Mədinəyə  qayıtdı.  Qadınların 
toplaşdığı  yerdə  hal-əhval  tutduqdan  sonra,  soruşdu: 
«Bizim  barəmizdə  Qur`an  ayələrində  bir  şey  nazil 
olmuşdurmu?» 
Onlar dedilər: «Yox».  
Əsma,  Rəsulullahın  (s)  hüzuruna  gəldi  və  ərz  etdi: 
“Qadınlar  özlərinin  dəyərsiz  olduqlarını  güman  edib 
narahat olarlar”.  
Həzrət  Peyğəmbər  (s)  buyurdu:  “Niyə?”  Əsma  ərz 
etdi:  “Çünki  onlar  kişilər  kimi  xeyir  və  səadətlə  yad 
olunmurlar”. Bu zaman aşağıdakı ayə nazil oldu. 
«Həqiqətən 
müsəlman,  mö’min,  müt’i,  abid, 
doğrudanışan, səbirli və dözümlü, qəlbi yumşaq, sədəqə 
verən, oruc tutan,  ismətli və həyalı, Allahı çox zikr  edən 
kişilər  və  qadınlar  üçün  Allah  dərgahında  məğfirət 
(bağışlanma) və böyük mükafat hazırlanmışdır».
3
 
Bu  ayədən  görürük  ki,  qadınların  Allah  yanında 
insani  dəyərlərdə  kişilərdən  heç  bir  fərqi  yoxdur.  Eləcə 
də  göründüyü  kimi,  cəmiyyətin  əqidə,  siyasi,  əxlaqi, 
ictimai  və  ibadi  cəhətdən  inkişafı  üçün  ayədə  qeyd 
olunan  on  xüsusiyyət  insanın  təkamülünün  dəyər 
                                            
2
 Nəhcül-bəlağə, 31-ci məktub. 
3
 Əl-mizan, 16-cı cild, səh.336; Məcməul-bəyan, Əhzab surəsi, 35-ci 
ayənin aşağısında. 


 

mənbəyi kimi qadınla kişi barəsində bərabər zikr olunur. 
Hər  iki  zümrə  fikir  və  əməldə  bu  prinsiplərə 
arxalanmaqla,  xilqətin  ali  hədəfinə  və  təkamülə  doğru 
yüksəlməyi bacararlar. 
 
Birinci fəsil 
 
ĠSLAMDAN ƏVVƏL QADININ MƏQAMI 
Tarix  bizə  aydınlıqla  göstərir  ki,  İslamdan  əvvəl 
qadına  bir  insan  kimi  baxılmır,  o,  heyvanla  insan 
arasında  bir  varlıq  hesab  olunurdu.  Bə’zən  isə  onlara 
heyvandan  da  artıq  yük  yükləyirdilər.  İndi  də  qeyri-
İslami ölkələrdən bə`zilərində, hələ də kişi ilə qadın eyni 
mövqedə  deyil  və  qadının  dəyərini  kişinin  dəyərindən 
çox  aşağı  bilirlər.  Lakin  ədalət  və  insaf  dini  olan  İslam 
qadın  təbiəti  ilə  həmahəng  olan  xüsusiyyətlərə,  onun 
təbii hüququna ədalət  (nə ifrat və nə də təfrit) həddində 
bütün sahələrdə əməl edir və qadına diqqət yetirir. 
 
QUSTAV LEBONUN ETĠRAFLARI 
Burada  görkəmli  Fransız  tarixçisi,  tədqiqatçı  alim 
Qustav Lebonun sözlərinə diqqət yetirmək lazım gəlir. O 
yazır:  «İslam  qadının  ictimai  vəziyyətini  və  hüququnu 
bə`zi  avropalıların  batil  əqidələrinin  əksinə  olaraq,  daha 
çox  yüksək  həddə  qaldırdı.  Qur`anın  qadınlara  irs 
qismində  verdiyi  hüquq  Avropa  qanunlarının  bir 
çoxundan  daha  yaxşıdır...  Bəli,  İslam  Avropada  olan 
bə`zi  qanunlar  kimi  təlaqa  (boşanmağa)  icazə  verir. 
Lakin şərt qoyur ki, təlaq verilmiş (boşanmış) qadınlarla 
yaxşı  və  ədalətlə  rəftar  olunmalıdır.  Bunu  daha  yaxşı 
dərk  etmək  üçün  qadının  İslamdan  əvvəl  və  sonrakı 
vəziyyətini  araşdıraq  (və  müqayisə  etdikdə,  lazım  olan 
nəticəni  ələ  gətirək).  İslam  dini  gəlməmişdən  əvvəl 
kişilər  qadınları  heyvanla  insan  arasında  olan  bir  varlıq 
kimi  bilirdilər.  Qadını  yalnız  nəsil  artırmaq  və 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə