İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə14/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   10   11   12   13   14   15   16   17   ...   48

 
43 
 
Dördüncü fəsil 
İSLAMIN ƏVVƏLİNDƏKİ QƏHRƏMAN 
QADINLAR 
Bu  fəsildə  İslamın  əvvəlindəki  bir  neçə  nümunəvi 
qadınlar  barəsində  yazını  xülasə  şəkildə  sizə  təqdim 
edəcəyik. 
PEYĞƏMBƏRĠN (S) QADINLARI VƏ O HƏZRƏTĠN 
(S) EVLƏNMƏLƏRĠNĠN FƏLSƏFƏSĠ 
Peyğəmbərin (s) qadınlarının şücaəti barəsində qeyd 
etməzdən  öncə,  bə`zi  xaçpərəstlərin  və  müsəlmanların 
“Nə  üçün  İslam  Peyğəmbərinin  (s)  qadını  çox  idi?” 
sualına cavab verməyə çalışacağıq. Kitabın yazılmasında 
hədəf  və  məqsədlərimizdən  biri  də  bu  mövzuya  cavab 
vermək  olduğu  üçün  münasib  arqumentləri  və  lazımi 
mətləbləri məqsədəuyğun bilib sizə təqdim edəcəyik.  
Həzrət Peyğəmbər  (s) 25  yaşında ilk həyat  yoldaşı, 
təqribən  qırx  yaşlı  dul  qadın  Həzrət  Xədicə  (ə)  ilə 
evləndi. Xədicə (ə) həyatda olduğu müddətdə Peyğəmbər 
(s) başqa heç kəslə ailə qurmadı. Həzrət Peyğəmbərin (s) 
qalan  evlənmələri  isə  ömrünün axır  on ilində,  yə`ni  yaşı 
əllini  keçəndən  sonra  baş  verdi,  siyasi  və  atifi  məqsəd 
daşıyırdı.  Bunlara  aydınlıq  gətirmək  üçün  aşağıdakılara 
diqqət yetirin: 
1.  Peyğəmbərin  (s)  qadınlarının  içərisində  Aişədən 
başqa,  hamısı  əvvəl  ərdə  olmuşdular.  Xədicədən  və 
Mariyadan başqa heç birisindən övladı olmamışdı. 
2.  Peyğəmbərin  (s)  qadınlarından  bə`zisi  o  Həzrətlə 
(s) evlənəndə əllidən çox yaşı vardı və gözəllikdə payları 
yox idi (Xuzəymə qızı Zeynəb kimi). 
3.  Məsələn,  o  Həzrətin  (s)  Ömərin  və  Əbu  Bəkrin 
qızıyla evlənməsi siyasi məqsəd daşıyırdı. Çünki bununla 
onların  böyük  qəbiləsi  İslama  cəlb  olunurdular.  Digər 


 
44 
tərəfdən  də  Ömər  özü  Peyğəmbərə  (s),  birinci  əri 
Xunəysi itirmiş qızı ilə evlənməyi təklif etmişdi. 
4. O Həzrətin (s) çoxsaylı evlənmələrinin bir səbəbi 
də şəhid və qeyri-şəhid ailələrini himayə altına almaq idi. 
Həzrət  Məhəmməd  (s)  özü  bu  işdə  qabağa  düşərdi  və 
camaatı  bu  işə  sövq  edərdi  ki,  ictimai  çatışmazlıq  təbii 
şəkildə  həll  olsun.  Məsələn,  o  Həzrətin  (s)  əri  Ühüd 
savaşında  yaralanıb, sonra şəhid olan  Ümmü Sələmə və 
Ubəydə ibn Harisin əri Bədr savaşında şəhid olmuş qızı 
Xuzəymə  qızı  Zeynəblə  evlənməsi  kimi.  Bu  himayənin 
sayəsində  şəhidlərin  uşaqları  Peyğəmbər  (s)  kimi 
mehriban  atanın  nəvazişi  altında  heç  bir  narahatlıq  və 
çatışmazlıq hiss etmədən böyüyüb boya-başa çatırdılar.
57
 
5. Həzrət Rəsulullahın (s) qadınlarından biri Ümmü 
Həbibə,  ya  Rəmlə  (Əbu  Süfyanın  qızı)  idi.  O,  Əbu 
Süfyanın qüdrətli vaxtında atasından ayrılıb İslamı qəbul 
etdi  və  sonra  Əbdullah  ibn  Cəhş  Əsədinin  həyat  yoldaşı 
oldu.  Sonra  onunla  birlikdə  hicrət  edən  karvanla 
Həbəşistana getdi. Əri Həbəşistanda xaçpərəstlərin tə`siri 
altına  düşdü  və  məsihi  oldu.  Amma  Ümmü  Həbibə 
xaçpərəstliyi  qəbul  etmədiyi  üçün  əri  onu  tənha  qoydu. 
Ümmü  Həbibə  nə  Həbəşistanda  qala  bilir  və  nə  də 
Məkkəyə qayıda bilərdi. Çünki Peyğəmbər (s) Mədinəyə 
mühacirət etmişdi və Əbu Süfyan da ona o vaxt Məkkədə 
qalmağa  icazə  verərdi  ki,  İslam  dinindən  uzaqlaşsın. 
Ancaq  o  İslamdan  uzaqlaşmağa  heç  vaxt  razı  olmazdı. 
Peyğəmbər  (s)  onun  yolunda  təhlükə  ilə  qarşılaşan 
ismətli  qadını xoşbəxt  etmək  üçün  ondan  elçilik  etdi  və 
halbuki  o  hələ  də  Həbəşistanda  idi.  Bu  evlənmə  çox 
gizlin  şəkildə  baş  verdi.  Həbəşistanın  padşahı  Nəcaşi 
şəxsən özü həzrət Məhəmməd (s) tərəfindən onun əqdin 
(nikahın)  oxudu  və  məhriyyəsin  də  verdi.  Sonra  o, 
                                            
57
 Məhəmməd Rəsulullah (s), səh.59-yazıçılardan; Xəyratu Hisan, 1-
ci cild, səh.102. 


 
45 
hicrətin  yeddinci  ilində  mühacirlərlə  birlikdə  Mədinəyə 
gəldi. 
6.  Peyğəmbərin  (s)  Zəm`ənin  qızı  Sudə  ilə 
evlənməsi  buna  görə  idi  ki,  o  əri  ilə  birgə  Həbəşistana 
mühacirət  etdikdən  sonra  əri  orada  dünyasını  dəyişdi. 
Peyğəmbər  (s)  bu  qadının  özünü  bədbəxt  və  ailəsinin 
dağılmış hiss etməməsi üçün onunla evləndi. 
7.  Peyğəmbərin  (s)  Cuvəyriyyə  ilə  evlənməsi  onun 
özünün  təklifi  ilə  oldu.  Cuvəyriyyə  bəni-Müstəliq 
qəbiləsindən olduğu üçün bu evlənmənin sayəsində bəni-
Müstəliqlə  döyüşdə  əsir  düşmüş  müsəlmanlar  azad 
oldular. Bu evlənmə həmin qəbilənin İslamı qəbul etməsi 
üçün yaxşı bir amil oldu. Peyğəmbərin (s) Xədicə (ə) ilə 
evlənməsi barəsində sonra söz açacağıq. 
Peyğəmbərin  (s)  qadınlarının  hər  birisinin  gildən, 
sadə  şəkildə  düzəlmiş  bir  evi  var  idi  və  onlar  o  evlərdə 
yaşayırdılar.  Həzrət  Peyğəmbərin  (s)  həyat  tərzi  bu  idi. 
Halbuki Allahdan  xəbərsiz  olan  düşmənlər Peyğəmbərin 
(s)  “Hərəmsəra”sı  barədə  çox  çirkin  və  əsassız  sözlər 
deyirlər.  Alimlərdən  biri  deyir:  “Mən  hər  zaman 
Məhəmmədin  (s)  evini  və  yaşayışını  xatırlayanda, 
cavanlığını  və  ən  yaxşı  dövranını  qırx,  altımış  beş  yaşlı 
qadınlarla  və  əldən  düşmüş  Həfsə,  Ümmü  Sələmə  və 
Xuzəymə  qızı  Zeynəb  kimi  uşaqlı  qocalarla  keçirməsi, 
gildən  olan  evi  və  sadə  yeməyi  yadıma  düşür  və 
təəssüflənməyə  bilmirəm.  Məhəmmədin  (s)  onlardan  da 
yaxşı qadınları və yaşayışı ola bilərdi. Qərb yazıçılarının 
həzrət  Məhəmmədin  (s)  əməlləri  və  hərəmxanası 
barəsindəki  sözlərini  oxuyanda  utandığımdan  pərişan 
olmaya bilmirəm. Bir insan, hətta yazıçı da olsa, nə qədər 
özünü  alçalda  bilərmiş  ki,  belə  çirkin  niyyətlərə  xatir, 
insaniyyətin  fəxri  və  tarixin  sərmayəsi  olan,  həqiqətən 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə