İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə2/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   2   3   4   5   6   7   8   9   ...   48

 

xidmətçilik  üçün  bir  vasitə  hesab  edir,  qız  atası  olmağı 
özlərinə bir müsibət sayırdılar. Qızları öldürmək adəti elə 
yayılmışdı  ki,  yeni  doğulmuş  qız  uşaqlarını  diri-diri 
torpağa basdırırdılar.  Bu hadisənin bir adət–ən`ənə kimi 
yayılmasını  aşağıdakı  -  bəni-Təmim  tayfasının  başçısı 
Qeyslə  Həzrət  Məhəmməd  (s)  arasında  baş  vermiş  - 
söhbətdən  başa  düşmək  olur.  Qeys  bir  gün  gördü  ki, 
Peyğəmbər  (s)  öz  qızlarından  birini  dizinin  üstündə 
oturdub. Ondan soruşdu: «Bu qoyun balası nədir ki, onu 
bu qədər öpürsən?»  
Həzrət (s) buyurdu: “Bu mənim qızımdır”.  
Qeys  dedi:  “And  olsun  Allaha!  Mənim  çoxlu 
qızlarım olub, hamısını diri–diri torpağa basdırmışam və 
heç birisini bu qədər öpməmişəm”.  
Həzrət Məhəmməd (s) qəzəbləndi və buyurdu: «Vay 
olsun  sənə!  Allah  rəhmi  sənin  qəlbindən  götürüb  və 
Allahın  insana  bəxş  etdiyi  ən  yaxşı  ne`mətlərin  qədrini 
bilməyibsən».
4
 
Qustav  Lebon  bir  neçə  məsələni  bəyan  etdikdən 
sonra  yazır:  «Qadın  məqamının  süqutunun  İslamla 
əlaqəsi  yoxdur.  Çünki,  İslam  qadının  məqamın 
dəyərləndirib  və  ona  üstünlük  vermişdir...  İslam  bu 
mövzuda doğru və düzgün addım atmış ilk dindir».
5
  
Sonra  o,  müxtəlif  millətlərin  və  İslam  dininin 
qadınlarla  rəftarını  müqayisə  edib  belə  nəticə  alır  ki, 
İslam o cür ağır şəraitdə qadının məqamını ucaldıb, onun 
təbii hüququnu özünə qaytarıb. Maraqlısı budur ki, qadın 
barəsində müxtəlif millətlərdən məsəllər gətirib:  
Məsələn,  Çin  atalar  sözlərində  deyilir:  “Arvadının 
sözünü eşit, ancaq heç vaxt inanma”.  
Ruslarda:  “On  qadının  birlikdə  bədənində,  bir 
ruhdan başqa ruh yoxdur”.  
                                            
4
  İslam  və  ərəb  mədəniyyəti,  Mütərcim:  Seyyid  Haşim  Hüseyni, 
səh.501 və 503. 
5
 Həmin mənbə, səh.505. 


 

İtaliyanlarda:  “Dəliləşmiş  və  dəliləşməmiş  at  üçün 
mahmız  (atı  idarə  etmək  üçün  ayağa  keçirilən  dəmir) 
lazım olduğu kimi yaxşı və pis qadın (döymək) üçün də 
ağac lazımdır”.  
İspanlar  da  isə:  “Pis  qadından  qaç  qurtar  və 
həmçinin  yaxşı  qadına  da  e`timad  etmə”
6
  kimi  məsəllər 
var. 
Sonra  Rum,  Yunan  və  hindlilərin  təəssüfləndirici 
hadisələrindən  bir  neçə  misallar  gətirir.  Bu  misallarda 
bildirir  ki,  doğurdan  da  onların  qadınla  rəftarı,  insani 
rəftar  deyil.  Həmçinin  o,  yazır  ki,  qədim  millətlərdən 
çoxu  inanırdılar  ki,  qadının  Allaha  ibadəti  qəbul  deyil. 
Yunanlar  isə  qadının  insani  ruha  malik  olmadığına 
inanırdılar.  Maraqlısı  budur  ki,  bu  yaxınlara  qədər 
xaçpərəst alimlər öz aralarında bəhs aparıb belə nəticəyə 
gəlirdilər  ki,  qadının  ruhu  Məryəmin  (s)  ruhu  kimi 
insanla  heyvan  arasında  bir  bərzəx  olduğu  üçün  əbədi 
deyil.  Mərhum  Əllamə  Təbatəbai  (r)  yazır:  “Qadınlar 
cahiliyyət dövründə ictimai məziyyətlərdən (üstünlük və 
hüquqdan)  məhrum  idilər.  İradələri  öz  əllərində  deyildi. 
İşləri  başqaları  üçün  idi,  irs  almır  və  onlarla  qayda-
qanunsuz evlənirdilər.  Bundan əlavə namusları ləkəli idi 
və  çox  vaxt  cinsi  əlaqədə  istifadə  etmək  məqsədilə 
xülasələnirdilər.  Təəccüblüsü  budur  ki,  bə`zən  həccin 
təvafı  üçün  lüt  gəlirdilər  və  övladları  yalnız  ərlərinə 
məxsus  hesab  olunurdu“.  Daha  sonra  yazır:  ”Bütün 
bunların  hamısı  Qur`an  ayələrində  (xüsusən,  Nisa 
surəsinin əvvəlində) gəlmişdir”.  
Bu,  cahiliyyət  zamanı  Ərəbistan  yarımadasında 
yaşayan  insanların  vəziyyəti  idi.  Ancaq  yəhudi,  nəsrani 
və onların ardıcılları iki - hakim və məhkum (isttismarçı 
və  istismar  olunan)  -  təbəqəyə  bölünmüşdülər.  Hətta 
onların  din  xadimləri  və  alimlərinin  əməlləri  də  hakim 
                                            
6
 İslam və ərəb mədəniyyəti, səh.507 və 509. 


 

təbəqənin  nəzarətində  idi.  Şübhəsiz  ki,  belə  vəziyyətdə 
qadınlar  hakimlərin  kənizi,  onların  zəhmətkeş  və 
muzdsuz köləsinə çevrilmişdilər. 
QADIN QUR’ANDA 
Allah-təala Qur`anda qadınlar barəsində “Nisa”  adlı 
(“Qadınlar” surəsi) bir surə nazil edib. Burada qadınların 
hüququ,  evlənmə,  iffət,  idarəetmə,  ailə  saxlamaq  və 
cəmiyyətin  ilkin  bünövrəsini  yaxşı  qurmaq,  yə`ni  ailə 
mühiti, ər-arvad və cəmiyyətin digər üzvlərinin bir-birləri 
qarşısında  olan  hüquq  və  vəzifələri  barəsində  qanunlara 
riayət etməyə aid lazımi hökmlər verilib. Qur`anın digər 
surələrindəki  ayələrdə  də  həmçinin,  bu  mövzuda  çoxlu 
göstərişlər  qeyd  edilir.  Qərblilər  çoxarvadlılıq  barədə 
dəhşətlə  danışsalar  da,  özləri  (qeyri-qanuni  və  qeyri-
insani yolla) bir neçə qadına sahib olurlar. Amma Qur`an 
bu  barədə  aşkar  şəkildə  buyurur:  «Əgər  ədalətə  riayət 
etməkdən qorxursunuzsa, bir qadınla kifayətlənin».  
Rəvayətdə  nəql  olunur  ki,  Peyğəmbərin  (s) 
zövcələrindən  biri  Ümmü  Sələmə  O  Həzrətdən  (s) 
soruşdu:  «Qur`anda  kişilərin  hicrət  və  fədakarlığından 
çox bəhs olunub, ancaq qadınlar barəsində hicrətdən heç 
bir söz eşitməmişəm».  
Bu  zaman  «Ali-İmran»  surəsinin  195-ci  ayəsi  nazil 
oldu.
7
 Ayənin tərcüməsi belədir: «Allah onların (düşüncə 
sahiblərinin)  dualarını  qəbul  etdi  və  (buyurdu)  –  istər 
kişi,  istərsə  də  qadın  olsun,  mən  heç  birinizin  əməlini 
puça  çıxarmaram.  Siz  hamınız  həmnöv  və  bir–
birinizdənsiniz.  And  içirəm  ki,  hicrət  edənlərin,  öz 
yurdlarından çıxanların, Mənim  yolumda əziyyətə düçar 
olanların,  vuruşanların  və  öldürülənlərin  günahlarını 
bağışlayacam  və  onları  ağacları  altından  çaylar  axan 
behiştlərə  daxil  edəcəm.  Bu,  Allah  tərəfindən  bir 
mükafatdır və ən yaxşı mükafat Allah yanındadır».  
                                            
7
 Əl-mizan, 4-cü cild, səh.95. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə