İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə3/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   2   3   4   5   6   7   8   9   ...   48

 

Bə`zi  rəvayətlərdə  yuxarıdakı  ayənin  Fəvatim 
barəsində,  yə`ni  Fatimə  binti  Əsəd  (s),  Fatimeyi  Zəhra 
(s), Zübeyr qızı Fatimə, Ümmü Əymən və bir neçə digər 
şəxslərin  haqqında  nazil  olunduğu  bildirilir.  Həzrət 
Peyğəmbərin  (s)  Mədinəyə  hicrətindən  sonra  onlar  da 
Məkkədən hicrət edib özlərini Mədinədə Peyğəmbərə (s) 
çatdırdılar.  Belə  nəticə  alırıq  ki,  İslamda  qadın  kişi  ilə 
eyni  səviyyədə  və  eyni  şəxsiyyətə  malikdir.  Hicrət 
etmək, haqqın müdafiəsi, döyüşçülərə kömək etmək kimi 
mühüm  işləri  onlara  tapşırmaq  olar  və  onlar  böyük 
mə`nəvi  mükafatlara  nail  olarlar.  Zövcələrin  çoxluğu, 
ona  (qadına)  kömək  və  himayədir,  nəinki  onun 
şəxsiyyətini  sındırmaq.  Misal  üçün,  müharibələrin 
artması  nəticəsində  qadınların  başsız  qalıb,  nəticədə 
yollarını  azması  təhlükəsi  yarana  bilər.  Lakin  çoxsaylı 
evlənmələrə icazə vermək qadın cinsinə xidmət etməklə 
yanaşı, qadını ləkələnməkdən qoruyur.  
ĠSLAM QANUNLARINDA QADINLA KĠġĠ NĠYƏ 
FƏRQLƏNDĠRĠLĠR? 
İslam dinində bə`zi mövzularda qadınla kişi arasında 
qanun və hökm cəhətindən fərqlər mövcuddur. Məsələn; 
qadın  qazi,  rəhbər  və  şər’i  hakim  ola  bilməz.  Kişi  öz 
həyat  yoldaşını  boşaya  bilər,  lakin  qadın  bunu  edə 
bilməz.  Qadın  öz  qardaşlarına  apardığı  irsin  yarısına 
malik  olur,  qadına  cihad  vacib  deyil  və  s.  Soruşurlar  ki, 
bu  fərqlər  nə  üçündür?  Bu,  qadın  məqamının  kişidən 
aşağı olmasına dəlil deyilmi? Bu sualın cavabını bilmək 
üçün aşağıdakı məqamlara diqqət yetirmək lazımdır.  
1.  Qadın  və  kişinin  vücudunun  təbiəti  və  yaradılışı 
fərqlidir.  Bunu  elm  və  təcrübə  sübut  etmişdir,  təsdiqinə 
ehtiyac  yoxdur.  Aleks  Karl,  Qustav  Lebon  və  («Şərq 
fəhlələri» kitabının müəllifi) Müsye Luple kimi tanınmış 
alimlər  qadınla  kişinin,  onların  bədən  üzvləri  və 
xüsusiyyətlərinin  fərqlərini  bəyan  etmişlər  ki,  onları 


 

burada  qeyd  etməyi  lazım  bilmirik.  Ancaq  bu  barədə 
Qustav  Lebonun dediklərinə diqqət yetirin:  «Mən həmin 
bu (kişi ilə  qadın arasındakı  təbii  fərqlərin mövcudluğu) 
əqidəsində  olanlardanam.  Bu  mövzunu  ayrıca  «Beyin 
fəzasında  baş  verənlərin  sirri  haqqında  anatomik  və 
riyazi  bəhslər»  başlığı  altında  ətraflı  şəkildə  nəşr 
etdirmişəm».  
2.  İslam  dinində  vəzifə  üstünlük  deyil,  məs`uliyyət 
hesab olunur. Əgər qadın ruhi və təbii cəhətdən, qəzavət 
(məhkəmə  hakimi)  məqamından  məhrumdursa,  bunun 
əvəzinə övlad tərbiyə  etmək (yə`ni analıq məqamı), pak 
insan yetişdirmək kimi tə`lim-tərbiyə məqamına sahibdir. 
Bu  məqam  və  məs`uliyyət  qəzavət  məqamından  daha 
yüksəkdir.  Təlaq  (boşanma)  hüququna  gəldikdə,  qadın 
növü  həddən  artıq  hissiyyatlı  olduğu  üçün,  əgər  ona  bu 
ixtiyar  verilsəydi,  kiçik  bir  hadisə  onu  təlaq  verməyə 
vadar  edərdi  və  kiçik  bir  cəmiyyətin  (ailənin)  həyatı 
aradan  gedərdi.  Mə`lumdur  ki,  belə  olan  halda  cəmiyyət 
xoşagəlməz  hadisələrlə  üzləşə  bilərdi.  Yaxud  irs 
barəsində,  qadına  kişiyə  çatan  irsin  yarısı  qədər  pay 
verilirsə  də,  yaşayışının  tə`minatı  (yemək,  geyim  və 
məskən  kimi)  ərinin  öhdəsinədir,  həmçinin  mehriyyə 
haqqı da vardır.  Qadın öz şəxsi malını özü üçün saxlaya 
bilər  və  s.  Son  nəticədə  görürük  ki,  qadının  haqqı  çox 
olmasa  da,  kişinin  haqqından  da  az  deyil.  Cihad 
məsələsində  də  həmçinin,  hamı  yaxşı  başa  düşür  ki,  bu 
çox  ağır  işdir  və  şiddətli  müqavimət,  insanı  taqətdən 
salan  ağır  hadisələrə  və  çətinliklərə  dözüm  tələb  edir. 
Qadın  üçün  belə  çətinliklərə  dözmək  onun  imkanı 
həddindən  kənardır.  Beləliklə,  burada  ona  nəinki  zülm 
olunur,  hətta  ona  xüsusi  diqqət  və  ehtiram  olunur. 
Nəhayət  o,  qəhrəman  və  mücahid  yetişdirmək  və 
müharibənin  arxa  və  ön  cəbhəsində  yaralılara  kömək 
etməklə cihadda iştirak edə bilər. Ev işlərini idarə etmək, 
əmlakı  qorumaq,  evdəki  kişiləri  cihad  cəbhəsinə 


 
10 
göndərmək  də  cihada  kömək  etmək  deməkdir.  Deməli, 
həqiqətdə  qadın  da  bir  növ  cihadda  iştirak  etmiş  olur. 
Müdafiə məsələsində də (İslam döyüşləri adətən müdafiə 
xarakteri daşıdığı üçün)  qadınla kişi bərabərdirlər və hər 
ikisinə vacibdir ki, müdafiədə iştirak etsinlər.  
Tanınmış Fransız bioloqu  Doktor Karl  Aleks  yazır: 
«Qadınların  diqqətini  analıq  vəzifəsindən  ayırmağımız 
məntiqsizdir.  Hətta  cavan  qızların  barəsində  cavan 
oğlanların  haqqında  nəzərdə  tutduğumuz  həmin  tərzi-
təfəkkürü, yaşayış və ideal həyatı nəzərdə tutmamalıyıq. 
Tə`lim-tərbiyə  mütəxəssisləri  gərək  kişi  ilə  qadının 
ruhunu, bədən üzvləri və onların təbii vəzifələrini nəzərə 
alsınlar. Bu mühüm məsələyə diqqət yetirmək gələcəkdə 
onların kamilləşməsində əhəmiyyətli rol oynayar».
8
 
Digər  bir  alim  isə  yazır:  «Bundan  əvvəlki  nəsillər 
qadın  barəsində  təfrit  (orta  həddən  aşağı  səviyyədə) 
yolunu  tutmuşdular.  İyirminci  əsrin  insanları  isə  ifrat 
(həddi  aşmış  şəkildə)  yolunu  gedərək  elə  ədalətsiz  və 
məntiqsiz  sözlər  danışıblar  ki,  qadın  ayağını  yorğanına 
görə  uzatmayıb  və  nəticədə  Qərb  aləmində  müşahidə 
etdiyimiz ən təhlükəli  ictimai  pozğunluqlar  ortaya çıxıb. 
Məsələn, Amerika Birləşmiş Ştatlarından verilən statistik 
mə`lumata  əsasən  hər  il  qeyri-qanuni  cinsi  əlaqələr 
nəticəsində dünyaya gəlmiş otuz- qırx min uşaq yaranmış 
irsi  xəstəliklərdən  ölür.  Qadınların  75  faizinin  cinsiyyət 
üzvlərində  aparılan  cərrahiyyə  əməliyyatı  cinsi 
əlaqələrdən yaranan xəstəliklərin nəticəsidir».  
İndi  isə  qadının  mühüm  məs`uliyyətlərinə  diqqət 
edək. 
QADINLARIN ÜÇ MÜHÜM VƏZĠFƏSĠ 
Yuxarıda qeyd etdik ki, İslamda vəzifə məs`uliyyət 
deməkdir.  Hər  kim  öz  vəzifəsini  yaxşı  yerinə  yetirsə  - 
istər  kişi  olsun  istərsə  də  qadın  -  onun  məqamı  Allah 
                                            
8
 İnsan tanınmamış mövcuddur, səh.76. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə