İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə48/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   40   41   42   43   44   45   46   47   48

 
151 
İmam  Sadiq  (ə)  deyib:  “Şükür  etmək  kimi  heç  bir 
şey  ne`məti  artırmaz  və  səbir  kimi  heç  bir  şey  bəlanı 
azaltmaz”.
207
 
Cabir  İmam  Sadiqdən  (ə)  soruşdu:  “Səbire  cəmil” 
nədir? 
İmam (ə) buyurdu: “Şikayət olunmayan səbir (yə`ni 
dözəndə, səbir edəndə daha şikayət etməyəsən)”.
208
 
İmam  Sadiq  (ə)  buyurub:  “Nə  çox  olur  ki,  bir  saat 
səbir uzun müddətli xoşbəxtliyə və nə çox da olur ki, bir 
saatlıq ləzzət uzun müddətli qəm-qüssəyə səbəb olur”.
209
 
Həzrət  Rəsulullah  (s)  buyurur:  “Səbir  üç  hissədən 
ibarətdir: 
1. Günah qarşısında səbir. 
2. İtaət yolundakı səbir. 
3. Giriftarçılığın və acı hadisələrin qarşısında səbir. 
Hər  kəs  günah  qarşısında  səbir  etsə,  səbirin 
sayəsində  günah  ondan  uzaqlaşana  qədər  Allah  onun 
üçün  yüz  dərəcə  yazar  və  hər  dərəcənin  digər  dərəcə  ilə 
fasiləsi  yerlə  göy  arası  qədər  olar.  Hər  kəs  Allaha  itaət 
etmək yolunda səbir etsə və dözsə, Allah onun üçün altı 
yüz  dərəcə  yazar  və  hər  dərəcənin  digər  dərəcə  ilə 
məsafəsi  yerin  dibindən  ərşə  qədər  olar.  Hər  kəs 
giriftarçılığın  və  acı  hadisələrin  müqabilində  səbir  etsə, 
Allah  onun  üçün  doqquz  yüz  dərəcə  yazar  və  hər 
dərəcənin  digər  dərəcə  ilə  fasiləsi,  yerin  axırıncı 
nöqtəsindən ərşin axırıncı nöqtəsinə qədər olar”.
210
 
Şübhəsiz,  əgər  müsəlmanlar  bu  haqq  sözlərin 
sayəsində  tərbiyə  olunsalar,  güclü  və  sarsılmaz  ruhiyyə 
ilə  özlərini  hər  cür  hadisələrə  öyrədər  və  inkişaf  edə 
bilərlər.  
                                            
207
 Bihar, 71-ci cild, səh.94. 
208
 Həmin mənbə, səh.93. 
209
 Məcalisul-mufid, səh.33. 
210
 Üsuli kafi, 2-ci cild, səh.11; Bihar, 71-ci cild, səh.77. 


 
152 
SƏBĠR QƏHRƏMANI ĠKĠ QADINDAN BĠR DƏRS 
1-  İmam  Sadiq  (ə)  buyurdu:  “Allah-təala  Davud 
Peyğəmbərə  (ə)  vəhy  etdi  ki,  get  Ovsun  qızı  Xəlavəyə 
behişt  müjdəsi  ver.  Ona  behiştdə  səninlə  bir  yerdə 
olacağını çatdır”. 
Həzrət  Davud  (ə)  o  qadının  evinə  gedərək  qapısını 
döydü.  Qadın  çölə  çıxanda  Davudu  (ə)  görüb  dedi: 
“Mənim  haqqımda  vəhy  nazil  olubmu  ki,  qapıma 
gəlmisən?” 
Davud (ə) buyurdu: “Bəli”. 
Qadın dedi: “O nə barədədir?” 
Davud  (ə)  buyurdu:  “O  İlahi  vəhy  sənin  fəzilətin 
barəsindədir”. 
Qadın  dedi:  “O  mən  deyiləm.  Bəlkə  adı  mənim 
adıma oxşar qadın olsun. Mən buna layiq deyiləm”. 
Davud (ə) buyurdu: “O qadın sənsən”. 
O  dedi:  “And  olsun  Allaha!  Özümdə  məni  buna 
müvəffəq edən bir əməl görmürəm”. 
Həzrət  Davud  (ə)  ona  buyurdu:  “Öz  həyatından 
mənə bir az danış”. 
O  qadın  dedi:  “Mənə  hər  bir  dərd,  bəla  və  ziyan 
dəyəndə  səbir  etdim  və  indi  də  səbir  edirəm.  Hətta 
Allahdan  istəmədim  ki, onu  məndən uzaqlaşdırsın.  Əgər 
özü  məsləhət  bilsə,  onu  uzaqlaşdırar.  Səbir  etməyim 
üçün savab istəmədim və həmişə Allaha şükr etdim”. 
Davud  (ə)  ona  buyurdu:  “Elə  buna  görə  həmin 
məqama  çatmısan  (ki,  mənimlə  behiştdə  bir  yerdə 
olacaqsan)”. 
İmam  Sadiq  (ə)  bu  əhvalatların  nəqlindən  sonra 
buyurdu:  “Bu  bir  dindir  ki,  Allah  onu  saleh  bəndələri 
üçün istəmişdir”.
211
 
 
                                            
211
  Bihar,  71-ci  cild,  səh.89,  14-cü  cild,  səh.39;  Mişkatul-ənvar, 
səh.23. 


 
153 
2-  “Ümmü  Əqil”  adlı  qadın  səhrada  yaşayırdı.  Bir 
gün onun yanına iki qonaq gəldi. Bu zaman qadının oğlu 
Əqil  mənzildən  çöldə,  dəvələrin  yanında  idi.  Birdən 
qadına xəbər verdilər ki, dəvələr hürkəndə oğlun aralıqda 
qalaraq ölüb. Ümmü Əqil ona xəbər gətirəndən qonaqları 
qəbul etmək üçün kömək istədi və ona bir qoyun verdi. O 
da  qoyunu  kəsib  ətini  ayırdı.  Ümmü  Əqil  bu  ətdən 
qonaqlar  üçün  ləziz  yemək  bişirib  onların  qabağına 
qoydu.  Qonaqlar  yemək  yeyəndə  əhvalatdan  xəbərdar 
oldular.  Onlar  Ümmü  Əqilin  səbirinə,  dözümünə  və 
ruhiyyəsinə  təəccüb  etdilər  ki,  o,  bu  müddətdə  oğlunun 
ölməsini  bildirməyib.  Qonaqlar  gedəndən  sonra  Ümmü 
Əqil müsəlmanlardan bir dəstəsinin yanına gələrək dedi: 
“Sizin  aranızda  Qur`andan  agahlığı  olan  bir  şəxs  varmı 
mənə Qur`an ayəsi ilə təsəlli versin?” 
Bir şəxs bəli deyərək bu ayələri oxudu: “Səbir edən 
şəxslərə  müjdə  ver!  O  kəslər  ki,  başlarına  bir  müsibət 
gəldiyi  zaman  “Biz  Allah  tərəfindən  gəlmişik  və  Ona 
tərəf  qayıdacağıq”-deyirlər.  Onları  Rəbbi  tərəfindən 
bağışlanmaq  və  rəhmət  gözləyir.  Onlar  doğru  yolda 
olanlardır”.
212
 
Ümmü Əqil onlarla vidalaşıb getdi və dəstəmaz alıb 
namaz  qılmağa  başladı.  Sonra  əlini  dua  etmək  üçün 
qaldırdı  və  ərz  etdi:  “Ya  Rəbbim!  Səbir  barəsində 
verdiyin  fərmana  əməl  etdim.  İndi  isə  verdiyin  və`dəni 
(mükafatı) mənə çatdır”. 
“Əgər  oğlum  olsaydı,  filan  ehtiyacımı  yerinə 
yetirərdi”  sözləri  zehnindən  keçəndə,  deyirdi:  “Allah 
ümməti  üçün  Məhəmmədi  (s)  əbədi  (yadigar)  etmişdir. 
(Məhəmməd (s) varımızdırsa, nə qəm varımızdır)”.
213
 
Sə`di deyib: 
Qəmi varmı arxası möhkəm olanın, 
Nuhun qorxusu yox düşsə tufana. 
                                            
212
 Bəqərə surəsi, ayə 156. 
213
 Səfinətul-bihar, 2-ci cild, səh.7. 


 
154 
6-Çətinliklərlə mübarizə aparmaq üçün qəti qərar 
Qadınla  kişinin  güclü  iradəsinin  olması  demək  olar 
ki,  işləri  95%  asanlaşdırır.  Bu  barədə  müəllifin  kifayət 
qədər  təcrübəsi  vardır.  Qadınlar  həmişə  ağır  və  acı 
hadisələrlə  qarşılaşırlar.  Bə`zən  də  kişi  (yə`ni  əri) 
müxtəlif  bəlalara  düçar  olur.  Əgər  qadın  hər  cür 
hadisələrlə  mübarizə  aparmaq  üçün  ciddiyyətlə  qəti 
qərara  gəlsə,  ərini  özündən  yaxşıca  razı  salar  və  onun 
üçün  elə  möhkəm arxa  olar  ki,  bunun  dəyərini Allahdan 
başqa  heç  kəs  bilməz.  Bu  barədə  aşağıdakı  mətləblərə 
diqqət yetirin: 
a) İmam Əli (ə) öz şe`rlərindən birində buyurur: 
“İnsan  iki  halda  olur.  Çətinlik  və  asanlıq  halında, 
ya da ne`mət və bəla halında”. 
“Qəhrəman oğlan o kəsdir ki, əgər ruzigar ondan üz 
çevirsə, acı hadisələr onu üzməsin”. 
“Əgər  çətinliklər  mənə  üz  versə,  mən  onun 
müqabilində möhkəm dağ kimi dayanaram və dözərəm”. 
“Bu  bəlaların  və  xoşagəlməzliklərin  müvəqqəti 
olduğunu  bildiyim  üçün  onların  müqabilində  səbir 
edərəm”. 
Öndə ya ne`mət var, ya da ki bəla. 
O kəs zirəkdir ki, sınmamış qala. 
Çətinliklər başa ələnən zaman,  
Ötəridir bilib, bərk dayanıram. 
b)  Deyirlər 
tanınmış  şahlardan  biri,  Kəsra 
(Ənuşirəvan), 
öz 
zəmanəsinin  həkim  və  alimi 
Büzürgmehrə qəzəbləndi. Əmr verdi, onu zindana atdılar. 
Zəncir  və  kündə  ilə  şairə  işgəncə  verirdilər.  Bir 
müddətdən  sonra,  bir  neçə  nəfəri  məxfi  şəkildə 
Büzürgmehrin  yanına  göndərdi.  Gizlin  mə`murlar 
gördülər  ki,  o  oturub  və  üzündə  heç  qəm-qüssə  əlaməti 
yoxdur. Ondan soruşdular: “Necə olur ki, bu çətin və ağır 
vəziyyətində səni şad görürük?” 


 
155 
O cavabında dedi: “Mən bir neçə dərmanı bir-birinə 
qarışdırıb ondan mə`cun (yə`ni bir neçə tərkibdən qarışıq 
şəkildə  düzəlmiş  dərman)  hazırlayıb  içirəm.  Buna  görə 
də şadam”. 
Dedilər: “O mə`cun dərmanı nədir?” 
Dedi:  “Bu  mə`cun  dərman  altı  şeydən  təşkil 
olunubdur”. 
Allaha arxayın olmaq. 
İnsan üçün Allah nə tə`yin etmişsə, o da olacaq. 
İmtahanlarda səbir və dözümlü olmaq daha yaxşıdır. 
Əgər  səbir  etməsəm,  dözümsüzlüklə  dərdi  və  əzab-
əziyyəti qova bilmərəm. 
Vəziyyətləri məndən də pis olanlar vardır. 
Bu  saatdan  sonrakı  saata  qədər  (bu  sütundan  digər 
sütuna  kimi)  fərəc  (yə`ni  çətinliklərin  həlli)  ehtimalı 
vardır”. 
Mə`murlar  şahın  yanına  qayıtdılar.  Əhvalatı  şaha 
danışdılar. Şah əmr etdi, Büzürgmehri azad etdilər.
214
 
Belə  bir  vəziyyəti  və  ruhiyyəni  ələ  gətirmək  üçün 
insan  gərək  təvəkkülünü  (ümidini),  imanını,  hazırlığını, 
yaxşı  və  müsbət  işlərlə  məşğul  olmağı  artırsın  və 
soyuqqanlı  deyil,  istiqanlı  olsun.  Mə`lum  olduğu  kimi 
hərarət  (istilik)  soyuqluqdan  (əhəmiyyət  verməməkdən 
və  pis  rəftardan)  daha  yaxşıdır.  Çünki  hərarət,  (yə`ni 
dirilik)  canlının  təbiətidir  və  həmçinin  soyuqluq  da 
ölülük  təbiətidir.  Həzrət  Peyğəmbər  (s)  buyurub: 
“İstiqanlı adamlara uzun ömürlük müjdəsini ver”. 
Həmçinin  buyurub:  “Hər  bir  dərdin  kökü, 
soyuqqanlılıqdır”.
215
 
7-Ərinə kömək etmək 
Çox  zaman  qadınlar  ərləri  tərəfindən  əziyyət  və 
çətinliklərə  məruz  qalırlar.  Məsələn,  ər  xəstələnir,  ya 
                                            
214
 Səfinətul-bihar, 2-ci cild, səh.7. 
215
 Səfinətul-bihar, 1-ci cild, səh.242. 


 
156 
müflis  olur,  ya  ailəsinin  dolanışığını  tə`min  etmək  üçün 
yaxşı işi olmur, ya şəhid olur, ya canına və malına ziyan 
dəyir  və  yaxud  ümumiyyətlə,  qadın  ər  tərəfindən 
narahatlıq  içində  yaşayır.  Bu  narahatçılıqların  çoxu 
qəsdən  olmur.  Ancaq  təəssüflər  olsun  ki,  əksər  hallarda 
qadın  hövsələsizlikdən  rəftar  tərzini  dəyişir  və 
mehribançılığı  itirir.  Aydındır  ki,  belə  olan  halda  onun 
özü,  həyat  yoldaşı  və  övladları  üçün  pis  nəticələr  baş 
verir.  Qadın  əgər  bu  laqeyidlik  yerinə,  cəhd  göstərsə  və 
ərinə  kömək  etsə,  həm  ərinin  işini  asanlaşdırar,  həm 
özünə və uşaqlarına kömək etmiş olar və həm də Mütəal 
Allah  dərgahında  üzüağ  olar.  Bu,  həm  də  ailənin 
çətinliklərinin  həllində  təsirli  ola  bilər.  Həzrət 
Peyğəmbərin  (s) dövründə, O  Həzrətin (s) Əbdullah ibn 
Məs`ud  adlı  yaxın  sirdaşlarından  birinin  qadınının  adı 
“Zeynəb  Səqəfiyyə”  idi  və  ondan  bir  neçə  övladı 
olmuşdu.  Onların  güzəranı  yaxşı  deyildi.  Zeynəb  özü 
qərara gəldi ki, ərinə kömək etsin. Eyni halda vəzifələrini 
və dini ibadətlərini yaxşıca yerinə yetirməkdən başqa, o, 
sənətlə  də  məşğul  olmaqla  bir  miqdar  pul  qazanardı. 
Bununla  da  ailə  güzəranını  tə`min  etməkdən  əlavə, 
yoxsullara  da  kömək  edərdi.  Bir  gün  ərinə  dedi: 
“Görəsən Mütəal Allah yanında mükafatım vardır?” 
Əbdullah dedi: “Get, Peyğəmbərdən (s) soruş!” 
O,  Həzrət  Peyğəmbərin  (s)  hüzuruna  gəldi. 
Təsadüfən gördü ki, digər bir qadın da həmin sual üçün 
gəlib.  Onlar  Bilal  Həbəşini  həmin  sualı  Peyğəmbərdən 
(s)  soruşmaq  üçün  vasitə  qərar  verdilər.  Bilal  Həzrət 
Rəsulullahın  (s)  hüzuruna  gedib  qayıtdı  və  dedi: 
“Rəsulullah (s) buyurur ki, sizin iki mükafatınız vardır: 
Allah yolunda infaq (sədəqə vermək) mükafatı. 
Öz  yaxınlarına  (ərinə  və  uşaqlarına)  kömək  etmək 
mükafatı. Bunun özü də sileyi-rəhm sayılır”.
216
 
                                            
216
 Hilyətul-övliya, 2-ci cild, səh.69 və 70. 


 
157 
8-Agahlıq və təxəssüs 
Dolaşıq  məsələ  kimi  bə`zi  işlər  qadınlara  ailədə 
əziyyət verir. Qadın həyatın çətinliklərini kitab oxumaqla 
və  bacarıqlı  adamlarla  məsləhətləşməklə  həll  etməli  və 
onun açarlarını tapmalıdır. O, bu açarlarla həyatın hər cür 
bağlı kilidlərini, dolaşıq düyünləri iti və güclü pəncəsiylə 
açar.  İnsan  bu  qeyd  olunanları  gecikdirməsin  ki,  yoxsa 
şairin aşağıdakı şe`rindəki kimi təəssüflənər. 
Əfsus arzularım hələ ki xamdır, 
Arzular bişincə ömür tamamdır. 
O,  maraqlanıb  doğru  və  düzgün  yolu  öyrənməlidir. 
Həzrət  Peyğəmbər  (s)  buyurub:  “Hər  bir  şeyin  sütunu 
vardır.  İslam  dininin  sütunu,  agahlıq  və  mütəxəssis 
olmaqdır”.
217
 
Həzrət 
Əmirəlmö`minin 
Əli 
(ə) 
buyurub: 
“Düşüncəsiz  və  şüursuz  ibadət  edən  adam,  öz  ətrafında 
fırlanan  dəyirman  ulağına  bənzəyir  və  o  heç  bir  şey 
anlamır”.
218
 
9-Öhdəyə almaq və məs`uliyyət hissi 
Bütün qələbələrin əsası və çətinliklərdən ibarət olan 
qayaları  aşıb  keçməyin  əsas  vasitəsi  Mütəal  Allahın 
dərgahında  məs`uliyyət  hissidir.  Əgər  insan  işlərini 
Allaha  xatir  yerinə  yetirsə  və  başa  düşsə  ki,  onun  ən 
xırda pis, ya yaxşı işi Allah dərgahında qalır və qiyamət 
günü  ona  görə  cavab  verməlidir,  o  zaman  bütün  çətin 
işləri  Allaha  xatir,  asanlıqla  yerinə  yetirər.  İmamlar  (ə) 
və  alimlər  çox  ağır  çətinliklə  qarşılaşanda  buyurardılar: 
“Çətinlikləri  asanlaşdıran  şey,  o  işin  böyük  Allaha  xatir 
olmasıdır”. 
                                            
217
 Nəhcül-fəsahə, səh.90. 
218
 Səfinətul-bihar, 2-ci cild, səh.115. 


 
158 
Belə olan halda, biz də başqalarının oduna yandıq və 
sair kimi sözlər deyilməz və hamı Allahın razılığına xatir 
iş görər. 
DOĞRU YOLDAN AZMAĞIN KÖKLƏRĠ 
Bə`zi əxlaq alimlərinin dediyinə görə, doğru yoldan 
azmağın səbəbi üç şeydədir: 
1. Şəhvət qüvvəsi; 
2. Qəzəb qüvvəsi; 
3. Xəyal və vəhm qüvvəsi. 
Əgər  birincinin  qarşısı  alınmasa  ismətsizliyə, 
abırsızlığa  və  pozğunluğa  səbəb  olacaq.  Əgər  ikincinin 
qarşısı  alınmasa  yersiz  əsəbləşməyə,  dava-dalaşlara  və 
fitnələrə  səbəb  olacaq.  Üçüncüsünün  qarşısı  alınmasa, 
təkəbbürə,  zülmə  və  haqsızlığa  səbəb  olacaq.  İstər  kişi, 
istər qadın olsun, insan gərək məs`uliyyət hissiylə, təqva 
və  öhdəsinə  almaqla  bu  qüvvələri  nəzarətə  götürüb 
onlardan  islah  və  təkamül  üçün  bir  vasitə  kimi  istifadə 
etsin. 
BĠZĠM PUSQUMUZDA DAYANMIġ SƏKKĠZ 
GÖZƏTÇĠ 
Məs`uliyyət  hiss  etməyimiz  üçün  Qur`an  ayələrinə 
və  mə`sumlardan  nəql  olunan  hədislərə  nəzər  salaq. 
Mütəal  Allah  tərəfindən  hər  gün  bizə  səkkiz  gözətçi 
nəzarət  edir.  Bu  gözətçilər  bizi  əhatə  edib  pis  və  yaxşı 
hərəkətimizi, 
sözümüzü 
yazırlar, 
yaxud 
onları 
saxlayırlar. Nəzarətçilər bunlardan ibarətdir: 
 
1- Məkan; 
“Zilzal”  surəsinin  4-cü  ayəsində  buyurulur: 
“Qiyamət günü yer öz hekayəsini söyləyəcəkdir”. 
2-Zaman; 
İmam Əli (ə) buyurur: “Günlər hər gün deyər: 


 
159 
Mən  təzə  günəm.  Məndə  etdiyin  hər  bir  əmələ 
şahidəm”. 
3-Dil; 
Qur`anda  “Nur”  surəsi,  24-cü  ayədə  buyurulur: 
“Qiyamət  günü  insanların  dilləri  (onlar  qazandıqları 
günahlarını dandıqda) etdikləri əməllər barəsində onların 
əleyhinə şəhadət verəcəklər”. 
4-Bədən üzvləri; 
“Yasin”  surəsinin  65-ci  ayəsində  buyurulur:  “Bu 
gün  onların  ağızlarını  möhürləyərik.  Etdikləri  əməllər 
barəsində  onların  əlləri  Bizimlə  danışar,  ayaqları  isə 
şəhadət verər”. 
5-İki mələk; 
Qur`anda 
“İnfitar”  surəsinin  10-cu  ayəsində 
buyurulur:  “Şübhəsiz,  sizin  üstünüzdə  gözətçi  mələklər 
vardır”. 
6-Əməl kitabı; 
“Casiyə”  surəsinin  29-cu  ayəsində  buyurulur:  “Bu, 
bizim  kitabımızdır  (sizin  əməl  dəftərinizdir).  O  sizinlə 
haqqı  danışar.  Biz  sizin  etdiyiniz  əməlləri  (orada 
mələklərə bir-bir) yazdırmışıq!” 
7-Peyğəmbərlər və imamlar (ə); 
“Nisa”  surəsinin  41-ci  ayəsində  buyurulur:  “Hər 
ümmətdən 
(peyğəmbərini) 
əməllərinə 
şahid 
gətirəcəyimiz və səni (Peyğəmbəri) də onlara şahid tə`yin 
edəcəyimiz zaman halları nə cür olacaq?” 
İmam  Sadiq  (ə)  buyurub:  “Bu  ayə  Rəsulullahın  (s) 
ümməti  barədə  nazil  olubdur  ki,  hər  əsrin  (dövrün) 
özünün  İmamı  (ə)  vardır  və  onların  əməlinə  şahiddir. 
Həzrət Məhəmməd (s) biz İmamlara (ə) da şahiddir”.
219
 
8-Rəhman Allah; 
Hər  şeydən  öncə  bizim  hamımız  Allahın 
hüzurundayıq  və  O  bizim  əməllərimizə  şahiddir. 
                                            
219
 Üsuli kafi, 1-ci cild, səh.190. 


 
160 
“Yunus”  surəsinin  61-ci  ayəsində  buyurulur:  “Siz  nə  iş 
görsəniz, Biz ona şahidik”. 
Tanınmış təfsir alimi Əllamə Bursəvi, bu gözətçilər 
barəsində  bir  neçə  məqamı  bəyan  etdikdən  sonra  deyir: 
“Ey günahkar! Bütün bu gözətçilər və şahidlər barədə nə 
düşünürsən və nə edəcəksən?” 
Bəli,  bu,  bizim  böyük  Allah  qarşısındakı 
vəziyyətimizdir.  Əlbəttə  gərək  naümid  olmayaq.  Çünki 
Allahın  rəhməti  qəzəbindən  böyükdür.  Nə  qədər  ki, 
möhlət  verilib,  gərək  ondan  istifadə  edərək  məs`uliyyət 
hiss  edib,  vəzifəmizi  yaxşı  yerinə  yetirək  və  tövbə  suyu 
ilə  öz  günahlarımızı  yuyaq.  Çünki  Allah-təala  buyurub: 
“Əgər  Mənim  bəndəm  bir  saat  Mənə  hüsni-zənn  (yaxşı 
güman) etsə, onu Cəhənnəm odu ilə qorxutmaram”.
220
 
Belə  halda  şübhəsiz,  bu  gözətçilərin  yanında  üzüağ 
olarıq. Gərək heç vaxt Allahın rəhmətinə sui-zənndə (pis 
gümanda)  olmayaq.  Bu,  böyük  günahlardan  sayılır.  Bu 
göstərişləri  və  əməlləri  yerinə  yetirməklə  qadınlar  da 
çətinlikdən nicat taparlar. 
Ümidvarıq  ki,  qadınları  çətinlikdən  və  acı 
hadisələrdən qurtarmaq üçün xeyirxahlıq və məs`uliyyət 
hissi  ilə  yazılmış  bu  kitab,  onların  həyatında  müsbət  rol 
oynayan bir əsər olacaq. 
 
                                            
220
 Təfsire ruhul-bəyan, Əllamə  Bursəvi, 10-cu cild, “Zilzal”  surəsi, 
4-cü ayənin şərhində bu barədə kamil şəkildə izah verilib. 

Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə