İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə5/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   2   3   4   5   6   7   8   9   ...   48

 
14 
qoyaraq  üstünü  şəxsən  özü  torpaqla  örtdü  və  o  qəbri 
kamil  şəkildə  saf  (düz)  və  təmiz  etdi.  Sonra  qəbri 
düzəltməkdə  bu  qədər  diqqətə  görə  e’tiraz  edənlərin 
cavabında  buyurdu:  «Bilirəm  ki,  Sə’din  bədəni 
çürüyəcək və  torpağa qarışacaq.  Lakin Allah çox istəyir 
ki,  bəndəsi  bir  iş  görəndə  onu  yaxşı  və  kamil  şəkildə 
yerinə yetirsin».  
Sə’din anası oğlunun qəbrinin yanına gəldi və dedi: 
«Ey Sə’d, behişt sənə müjdə olsun!»  
Peyğəmbər  (s)  Sə’din  anasına  buyurdu:  «Allahın 
işləri  barəsində  qəti  fikir  söyləmə.  Sə’d  üçün  qəbir 
sıxıntısı (əzabı) olacaq».  
Qayıdan zaman səhabələr Peyğəmbərin (s) üç suala 
cavab verməsini istəyib dedilər: 
Ey  Allahın  Rəsulu!  Siz  heç  kimin  cənazəsinə  bu 
qədər  ehtiram  göstərib  müşayiət  etməyibsiniz.  Sə’din 
cənazəsini isə başı və ayağı açıq müşayiət etdiniz. 
Bə’zən  tabutun  sağ  və  bə’zən  də  sol  tərəfindən 
götürürdünüz.  
Cəsədin  qüslünə  nəzarət  edib,  namaz  qıldınız  və 
şəxsən  özünüz  qəbrə  qoydunuz,  qəbri  kamil  şəkildə 
torpaqla  örtdünüz.  Lakin  sonradan  onun  anasına  belə 
buyurdunuz:  «Sə’d  üçün  qəbir  sıxıntısı  olacaq  (bizim 
üçün aydınlaşdır ki, niyə belə buyurdunuz?)». 
Peyğəmbər  (s)  birinci  sual  barəsində  buyurdu: 
«Cənazəni  müşayiət  edəndə  mələkləri  başı  açıq, 
ayaqyalın görüb onlar kimi etdim». 
İkinci  sualın  cavabında  buyurdu:  «Əlim  Cəbrayılın 
(ə)  əlinin  içində  idi.  Əlimi  hara  hərəkət  etdirsəydi,  mən 
də  itaət  edərdim».  Üçüncü  sualın  cavabında  buyurdu: 
«Bəli, onun üçün qəbir əzabı vardır. Çünki evindəkilərlə 
(və həyat yoldaşı ilə) pis rəftar edərdi».
14
 
                                            
14
 Qamusur-rical, 4-cü cild, səh.341. 


 
15 
Beləliklə  görürük  ki,  Sə`d  bu  cür  məqama  malik 
olmasına  baxmayaraq,  onun  evdəki  azacıq  bədrəftarlığı 
ağır cəzalanmasına səbəb olur. 
DÜNYADAKI BEHĠġTĠN ġƏRTLƏRĠ 
Ovf Şeybaninin Əyas adlı bir qızı var idi. Ömər ibn 
Həcər  adlı  bir  oğlan  ona  elçi  göndərdi.  Qızın  ata-anası 
ona  müsbət  cavab  verdilər.  Gecə  qızın  ər  evinə  getmək 
vaxtı  gəlib  çatdı.  Ana  qızını  xəlvətə  çağırıb,  gələcəkdə 
evdarlıq,  övlad  və  ər  qarşısındakı  vəzifəsini  layiqincə 
yerinə  yetirməsi  və  xoşbəxt  olması  üçün  ona  nəsihət 
verdi:  “Qızım,  sən  öz  doğmalarından  ayrılıb  özgə  evinə 
gedirsən.  Bizdən  ayrılıb  onlarla  oturub-duracaqsan. 
Sözsüz,  gərək  ərinin  qarşısında  təvazökar  olasan  ki, 
onunla  ünsiyyətin  yaxşı  olsun.  Ərinin  mehriban  həyat 
yoldaşı  olmasını  istəyirsənsə,  bu  nəsihətlərə    yaxşıca 
qulaq as:  
1. Qənaətcil ol, ərinin tapşırıqlarına yaxşıca qulaq as 
və onları yerinə yetir. 
2.  Özünə  onun  üçün  bəzək-düzək  ver  ki,  sənə 
baxanda narahat olmasın. 
3.  Həmişə  ətirli  ol  ki,  sənin  qoxun  onun  üçün  ən 
yaxşı ətir olsun. 
4.  Yemək  zamanı  ona  qulluq  et.  Çünki  ac  insan 
həyəcan və narahatlıq içində olur. 
5.  İstirahət  etmək  istəyəndə  ona  şərait  yarat.  Çünki 
mümkündür ki, yuxusuzluqdan qəzəblənə. 
6.  O  olmayanda  onun  malını  yaxşı  qoru,  evindən 
ehtiyatlı ol və övladlarına xidmət et. 
7. İşlərində ona kömək et. 
8. Onun sirlərini yayma, yoxsa arxayın ol ki, əlindən 
amanda olmayacaqsan. 
9. O narahat olduğu zaman gülmə. 
10. Onun sevindiyi zaman qəmgin olma. 


 
16 
Əgər  bu  nəsihətləri  eşidib  vaxtında  yerinə  yetirsən, 
həyatınız behişt həyatı kimi olacaq”.
15
 
                                            
15
 Əl-Mustətrəf, 2-ci cild, səh.327. 


 
17 
 
İkinci fəsil  
ACI HADĠSƏLƏR MÜQABĠLĠNDƏ SƏBĠR ETMƏK 
Qur`ani-kərimin  ayələrindən,  rəvayətlərdən  və 
keçmişdəkilərin  hekayələrindən  əlavə,  öz  təcrübələrimiz 
də  göstərir  ki,  dünya  xoşagəlməz  və  acı  hadisələr,  bəla, 
giriftarçılıqlar  və  müsibətlərə  bürünüb.  Həzrət  Əmirəl-
mö`minin  Əli  (ə)  buyurur:  “Dünya  elə  bir  evdir  ki, 
bəlalar onu bürümüş, vəfasızlıq və hiylə ilə tanınmışdır. 
Hadisələri  müxtəlif,  sakinləri  də  rahat  deyil.  Əhvalı 
dəyişkən,  vəziyyəti  də  ötüb  keçəndir.  Oradakı  həyat 
məzəmmət olunub, əmniyyət və asayişi də yoxdur. Onun 
əhalisi  həmişə  bəla  (oxları)  hədəfinə  çevrilib,  daim 
onlara tərəf atılır və ölümlə onları məhv edir”.
16
  
O  Həzrət  (ə)  Şüreyh  Qaziyə  (səksən  dinarlıq  ev 
aldığına görə) buyurdu:  “Bu evin qəbzinin bir nüsxəsini 
yazıram.  O  nüsxə  belədir:  Bu,  zəlil  bəndənin  köçməyə 
hazır  olan  ölüdən  aldığı,  fani  olanların  məhəlləsində, 
həlak  olanların  küçəsində,  qürur  sarayından  bir  evdir. 
Onun  dörd  tərəfi  vardır.  Bir  tərəfi  bədbəxtlik  və 
bəlalardan,  ikinci  tərəfi  acı  hadisələr  və  müsibətlərdən, 
üçüncü tərəfi süstləşdirici istək və meyillərdən, dördüncü 
tərəfi  isə  doğru  yoldan,  azdırıcı  şeytana  birləşmiş 
divardan  ibarətdir.    Bu  evin  qapısı  da  dördüncü  tərəfə 
açılır”.
17
  
İmam Əlinin (ə) bəyanında dünyanın dörd tərəfində 
bəlalar və müsibətlər olduğunu  görürük.  Beləliklə aydın 
olur  ki,  dünya  rifah  və  asayiş  yeri  deyil.  Orada  insan 
həmişə bəla və giriftarçılıqla mübarizədədir. 
GĠRĠFTARÇILIQLARIN SƏBƏBĠ 
                                            
16
 Nəhcül-bəlağə, Sübhi Saleh, 226-cı xütbə. 
17
 Nəhcül-bəlağə, 3-cü məktub. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə