İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə6/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   2   3   4   5   6   7   8   9   ...   48

 
18 
İndi isə bu giriftarçılıqların səbəbini araşdıraq. 
Qur`ana 
nəzər 
salanda 
görürük 
ki, 
bu 
giriftarçılıqların  səbəbi  bizim  keçmişdəki  xoşagəlməz 
əməllərimizdir.  Məsələn,  Şura  surəsinin  30-cu  ayəsində 
buyurulur:  “Sizə  üz  verən  hər  bir  müsibət  öz  əllərinizlə 
qazandığınız 
günahların 
(etdiyiniz 
əməllərin) 
ucbatındandır və Allah (günahlardan) çoxlarını əfv edər”.  
Bu  və  buna  oxşar  ayələrdə  müsibətlərin  səbəbləri 
kimi  keçmişdə  baş  vermiş  günahlar  göstərilir.  “Rum” 
surəsinin  41-ci  ayəsində  buyurulur:  “İnsanların  öz  əlləri 
ilə etdikləri pis əməllər üzündən suda və quruda fəsad və 
giriftarçılıq  əmələ  gələr  ki,  Allah  (bununla)  onlara 
etdikləri  bə`zi  günahların  cəzasını  daddırsın  və  bəlkə 
onlar (tövbə edib pis yoldan) qayıdalar”.  
Bu ayəyə əsasən yerdə və quruda baş vermiş bəlalar 
həm  əməllərin  cəzası,  həm  ibrət  almaq  və  həm  də 
günahkarların  tövbə  edib  Allaha  tərəf  qayıtmasına 
görədir.  “Bəqərə”  surəsinin  155-ci  ayəsində  buyurulur: 
“Əlbəttə,  Biz  sizi  bir  az  qorxu,  bir  az  qorxulu 
müharibələr,  bir  az  aclıq  (qıtlıq),  bir  az  da  mal,  can 
(övlad)  və  məhsul  qıtlığı  ilə  imtahan  edərik.  Səbir 
edənlərə müjdə ver”.  
Bu  ayəyə  əsasən  də  müxtəlif  giriftarçılıq  və 
bəlaların səbəbi insanın imtahan olunmasıdır. “Ənkəbut” 
surəsinin  2-ci  ayəsində  buyurulur:  “İnsanlar  (iman 
gətirdiklərini)  güman  edib  onlardan  əl  çəkilib  imtahan 
olunmayacaqlarınımı sanırlar?”  
“Fitnə”  kəlməsi  qızılı  oda  qoyub,  onun  xalisini 
qatqısından ayırd etmək mə`nasını ifadə edir. Daha sonra 
bu  söz  hər  cür  zahiri  və  batini  imtahana  da  deyilib. 
Beləliklə,  aydın  olur  ki,  insan  həmişə  fitnə  və  imtahan 
arasındadır.  Həzrət  İmam  Əli  (ə)  giriftarçılıq  barəsində 
buyurub:  “Pərvərdigara!  Sənə  fitnədən  (imtahandan) 
pənah  aparıram,  deməyin.  Çünki  imtahan  olunmayacaq 
kəs yoxdur. Lakin hər kəs Allaha pənah aparmaq istəsə, 


 
19 
doğru  yoldan  azdıran  fitnələrdən  Allaha  pənah  aparsın. 
Allah-təala  (Qur`anda  “Təğabun”  surəsinin  15-ci 
ayəsində)  buyurur:  “Həqiqətən,  mal-dövlətiniz  və  oğul-
uşağınız  sizin  üçün  ancaq  bir  sınaq  vasitəsidir”.  Bu 
cümlənin mə`nası budur ki, Allah insanları mal-dövlət və 
oğul-uşaqla imtahan edir ki, verdiyi ruzidən narazı qalan 
və  şükr  edib  razı  olan  kəslər  tanınsınlar.  Hərçənd  ki, 
Allah insanlara onların özlərindən daha agahdır, lakin bu 
imtahan və sınaq, mükafat və cəzaya layiq olan əməllərin 
aşkar olunması üçündür”.
18
  
Digər tərəfdən, rəvayətlərdə bəlaların səbəbi bə`zən 
imtahan,  bə`zən  əməlin  cəzası,  bə`zən  də  keçmiş 
günahların  bağışlanması,  bə`zən  isə  (Allah  övliyalarının 
bəlaları  kimi)  mə`nəvi  dərəcənin  artması  kimi  qeyd 
olunur.  Bütün  ayə  və  rəvayətlərdən  belə  nəticə  çıxarırıq 
ki, bəlaların səbəbləri aşağıdakı beş haldır: 
Keçmiş əməllərin cəzası. 
Pis yoldan qayıtmaq və tövbə etmək vasitəsi. 
İmtahan  və  sınaq.  Özünü  tanısın  ki,  imtahanın 
öhdəsindən necə gələ bilir.
19
 
Keçmiş günahların bağışlanması. 
Mə`nəvi məqam və dərəcənin artması. 
Beləliklə,  biz  öz  araşdırmalarımızda  bəlaların 
səbəblərini  anladıq.  Bəla  üz  verdikdə  gərək  dözümsüz 
olmayaq.  Əksinə,  səbir  və  müqavimət  göstərməklə 
Allaha  xatir  özümüzü  onların  çətinliklərinə  öyrəşdirsək 
və  bu  yolda  polad  kimi  iradəli  olsaq,  çox  tə`siri  olacaq. 
“Bəqərə”  surəsi  155-ci  ayənin  davamında  buyurulur: 
“Səbir edən şəxslərə müjdə ver”.  
“O  kəslər  ki,  başlarına  bir  müsibət  gəldiyi  zaman 
“Biz  Allahın  bəndələriyik  və  (öləndən  sonra)  Ona  tərəf 
qayıdacağıq” deyirlər”. 
                                            
18
 Nəhcül-bəlağə, 93-cü hikmət. 
19
 İmtahan insanın inkişafı, tərəqqi etməsi və təkamülə çatması üçün 
vasitədir. İnsanı həm fiziki və həm də ruhi cəhətdən gücləndirir. 


 
20 
Allahın  lütf  və  mərhəməti  bu  cür  insanlara  şamil 
olacaq və belə insanlar doğru yolda olanlardır. 
GĠRĠFTARÇILIĞIN ƏN MÜHÜM AMĠLĠ VƏ 
YAXUD ĠMTAHAN 
Giriftarçılığın  səbəbləri  arasında  hamını  əhatə  edən 
və  ən  mühümü,  imtahan  və  sınaq  amilidir.  Allah-təala 
hətta  peyğəmbərləri  də  (onların  mə`nəvi  dərəcələrinə 
görə)  imtahan  edir.  Heç  kim  bu  qanundan  istisna 
olunmur.  İmtahanın  yolları  çoxdur.  “Ənbiya”  surəsinin 
35-ci ayəsində buyurulur: “Biz sizi xeyir və şərlə sınağa 
çəkərik”. 
Beləliklə,  insan  hər  cür  xeyir  və  şərlə  imtahan 
olunur.  Bə`zi  rəvayətlərdə  hamıya  aid  edilən  fitnə 
(imtahan) on hissəyə bölünür: 
Doğru yoldan azmaqla imtahan. 
Sınaq imtahanı. 
Dəlil və höccət imtahanı. 
Şirk imtahanı. 
Küfr imtahanı. 
Odda yanmaqla imtahan. 
Əzabla imtahan. 
Ölməklə imtahan. 
Haqq yoldan saxlanmaqla imtahan. 
 Şiddətli giriftarçılıqla imtahan. 
Bə`ziləri  məhəbbətlə  imtahanı  da  bunlara  əlavə 
edirlər.
20
 
Yuxarıda  göstərilənlərlə  çox  imtahan  olunduğuna 
görə, insanların  ehtiyatlı olması üçün onlar təkrar-təkrar 
xatırladılır.  İmam  Əli  (ə)  buyurur:  “Fitnələr  qabağa 
gələndə az yaşlı dəvə balası kimi olun. Onun nə möhkəm 
beli  olur  ki,  minələr  və  nə  də  sağmaq  üçün  döşləri 
olur”.
21
  İmam  (ə)  bu  sözləri  o  zaman  buyururdu  ki,  iki 
                                            
20
 Səfinətul-bihar, 2-ci cild, səh.345. 
21
 Nəhcül-bəlağə, Kəliməti qisar, nömrə 1. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə