İslamda qəhrəman qadınlar



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə9/48
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47773
1   ...   5   6   7   8   9   10   11   12   ...   48

 
28 
düşürdü  ki,  Fir`on  camaatın  Allahı  deyil  və  bütlər  də 
Allaha  şərik  deyillər.  Ruzigarın  əliylə  o,  Fir`onun 
hərəmxanasına,  onun  qızının  bəzək  və  saç  düzümü  ilə 
məşğul olan adam kimi get-gəl edirdi. Bir gün  Fir`onun 
qızının  saçını  bəzəyəndə  daraq  əlindən  yerə  düşdü.  Dili 
uca  Allahın  zikrinə  öyrəşdiyi  üçün  bilmədən  dedi: 
“Allahın adı ilə”.  
Fir`onun  qızı  ondan  soruşdu:  “Allah  deməkdə 
məqsədin atam Fir`ondur?”  
O  dedi:  “Yox,  mən  elə  bir  kəsə  sitayiş  edirəm  ki, 
sənin atanı yaradıb və onu aradan aparacaq!”  
Fir`onun  qızı  həmin  anda  atasının  yanına  gedərək 
əhvalatı ona danışdı. Fir`on narahat olub qadını hüzuruna 
çağırdı  və  qəzəblə  dedi:  “Sən  məgər  mənim  allahlığıma 
e`tiraf etmirsən?”  
Qadın cavabında dedi: “Mən heç vaxt həqiqi Allahı 
buraxıb sənə pərəstiş etmərəm”.  
Fir`on  onun  bu  qətiyyətli  sözündən  o  qədər 
əsəbləşdi  ki,  dayanmadan  əmr  etdi,  misdən  olan  təndiri 
odla  doldurdular.  Təndir  qızardıqda  cəlladlara dedi:  “Bu 
qadının uşaqlarının hamısını təndirə atın”.  
Cəlladlar  qadının  gözləri  qabağında,  onun  günahsız 
uşaqlarını  təndirə  atıb  yandırdılar.  Qadının  uşaqları  bir-
bir  odda  yandılar,  yalnız  ananın  qucağında  kiçik  övladı 
qalmışdı. Təbiidir ki, ananın südəmər uşağına məhəbbəti 
daha çox olar. O uşağı yanar odun alovları arasına atmaq 
üçün  anadan  güclə  aldılar  və  anaya  dedilər:  “Əgər 
Musanın dinindən uzaqlaşsan, uşağını oda atmarıq”.  
O  digər  uşaqlarına  görə  səbir  etmişdi.  Amma  bu 
südəmər uşağa görə qəlbi təlatümə gəldi. İstədi ki, onları 
zahirdə qane etmək üçün bir söz desin. Bu zaman Allahın 
qüdrətilə  uşaq  dilə  gəldi  və  anasına  dedi:  “Səbir  et,  sən 
haqsan!”  
Ana  səbir  etdi.  O  uşağı  da  oda  ataraq  yandırdılar. 
Sonra  isə  qadının  özünü  də  oda  atdılar.  O  sağ  olana 


 
29 
qədər, çox acı işgəncələrə dözdü və düşmənin qarşısında 
özünü  aciz  göstərmək  həsrətini,  onların  ürəyində  qoydu. 
Cəlladlar ana və balalarının külünü göyə sovurdular. 
İslam  Peyğəmbəri  (s)  buyurur:  “Me`rac  gecəsi 
fəzada  bir  yerdə  burnuma  çox  yaxşı  bir  ətir  qoxusu 
dəydi.  Cəbrayıldan  (ə)  soruşdum  ki,  bu  misilsiz  ətirli 
qoxu  nədir?  Cəbrayıl  (ə)  cavabında  dedi  ki,  bu  ətirli 
qoxu,  Hizbilin  həyat  yoldaşının  və  uşaqlarının  yanmış 
cəsədlərinin külündən gəlir. Onu bu fəzanın əhatə etdiyi 
hissəsində səpiblər. Bu yaxşı ətirli qoxu qiyamət gününə 
kimi yerin bu hissəsindən gələcək”. 
Bəli  bu,  şücaətli  və  qəhrəman  qadının  mükafatıdır. 
Onun  əməli  Allah  yanında  o  qədər  dəyərlidir  ki,  pak 
cəsədinin  gözəl  ətri,  İslam  Peyğəmbərini  (s)  me`rac 
gecəsində  təəccübləndirib  və  buyurub:  “İndiyə  kimi 
burnuma belə bir yaxşı və ətirli qoxu dəyməyib”.
34
 
2-Fir`onun həyat yoldaĢı Asiyə 
Ağır  və  acı  hadisələr  müqabilində  qəhrəmancasına 
dözüb  səbir  edən  qadınlardan  biri  də  Fir`onun  həyat 
yoldaşı,  Məzahimin  qızı  Həzrət  Asiyədir.  Allah-təala 
Qur`ani-Məciddə  bu  qadını  mö`min  şəxslər  üçün  məsəl 
çəkir  və  onun  örnək  kimi  yad  edir.  “Təhrim”  surəsinin 
11-ci  ayəsində  buyurulur:  “Allah  iman  gətirənlərə 
Fir`onun  zövcəsini  məsəl  çəkir.  Bir  zaman  o:  “Ey 
Rəbbim!  Mənim  üçün  Cənnətdə  bir  ev  tik.  Məni 
Fir`ondan  və  onun  əməlindən  qurtar.  Məni  zalım 
qövmdən xilas et” demişdi”.  
Bu qadın Fir`onun həyat yoldaşı olaraq sarayda, ləl-
cəvahirat və bər-bəzək içində yaşasa da, heç vaxt bunlara 
aldanmadı. Xəlvətdə Musaya (ə) və Allaha iman gətirdi. 
Musanı  (ə)  uşaqlıq  dövründə  sudan  götürdü  və  onu 
doğma  anadan  da  yaxşı  himayə  etdi,  heç  vaxt  qoymadı 
ki, ona bir zərər dəysin. Bu imanlı qadının o qədər dərin 
                                            
34
 Bihar, 13-cü cild, səh.163. 


 
30 
düşüncəsi və uzaqgörənliyi var idi ki, rəvayətlərə əsasən 
bir  göz  qırpımı  qədərincə  İlahi  vəhyə  kafir  olmadı.
35
  O, 
Allahpərəst bir partizan kimi imkanı olan qədər Musaya 
(ə) kömək edir və Fir`ona, onun əqidəsinə zərbə vururdu. 
Hizbilin  uşaqlarının  və  həyat  yoldaşının  ürəkyandırıcı 
hadisəsi  baş  verəndə  Asiyə  daha  fəryadlarını  boğazında 
boğmadı,  ağzına  sükut  möhürü  vura  bilmədi.  Fir`onun 
qarşısında  durub  qətiyyətlə  dedi:  “Ey  Fir`on!  Nə  vaxta 
qədər  qəflət  yuxusunda  qalacaq  və  Allahın  həqiqi 
bəndələrini yandıracaqsan?”  
Fir`on  dedi:  “Mənim  allahlığıma  sən  də  şəkk 
edirsənmi?”  
Asiyə dedi: “Mənim sənin allahlığına e`tiqadım var 
idi  ki,  bu  gün  də  şəkk  edəm?  Mən  Musanı  (ə)  Nil 
çayından  götürdüyüm  gündən  onun  peyğəmbərliyinə 
etiqadlı  olmuşam.  Buna  görə  də  bacardığım  qədər  onu 
qorudum”.  
Fir`on Asiyənin ağır cavabından elə narahat oldu ki, 
qəzəblə  qışqırdı:  “Ey  Asiyə!  Səni  elə  öldürəcəm  ki, 
indiyə kimi heç kəsi belə öldürməmişəm”.  
Fir`onun  əmri  ilə  Asiyanı  yerə  uzadıb  əl-ayağını 
dörd  mıxa  bağladılar  və  sinəsinə  böyük  daş  parçası 
qoydular.  Belə  bir  vəziyyətdə  ona  dedi:  “Ey  Asiyə! 
Musanın Allahına de ki, səni bu işgəncələrdən qurtarsın”.  
Asiyə  işgəncə  altında  çox  narahat  idi.  Bu  xəbər 
Musaya (ə) çatdı. Musa (ə) Allaha ərz etdi: “Ya Rəbbim! 
Asiyə üçün can verməyi asanlaşdır”.  
Qur`anın  (“Təhrim”  surəsi,  ayə  11)  buyurduğuna 
əsasən,  Asiyə  deyirdi:  “Ey  Rəbbim!  Mənim  üçün 
Cənnətdə  bir  ev  tik.  Məni  Fir`ondan  və  onun  zalım 
qövmündən xilas et”.  
Allah  Asiyənin  məqamını  onu  göstərdi  və  ruhunu 
gücləndirdi.  O,  behişt  ne`mətlərindən  yeyir  və  içirdi. 
                                            
35
 Təhrim surəsi, ayə 11. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə