99
Hürrə dedi: “Allah Davud (ə) barəsində buyurur: Ey
Davud!
Biz
səni yer üzündə xəlifə (və öz
nümayəndəmiz) etdik. Camaat arasında haqq və ədalətlə
hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni
Allah yolundan sapdırar”.
123
Həccac dedi: “Davudun (ə) verdiyi hökm nə barədə
idi?”
Hürrə dedi: “Biri əkinçi, digəri isə heyvandarlıqla
məşğul olan iki kişi barəsində idi. Heyvandarlıqla məşğul
olan kişinin qoyunları əkinçinin əkin sahəsinə girib onun
əkdiklərini korladılar. Bu iki nəfər öz mübahisələrini
ayırd etmək üçün Davudun (ə) yanına gələrək şikayət
etdilər. Davud (ə) buyurdu: Gərək heyvandarlıqla məşğul
olan kişi öz qoyunlarını satıb onların pulunu əkinçiyə
versin və əkinçi də öz əkin sahəsinin əvvəlki vəziyyətinə
qayıtması və abadlaşması üçün bu pulları xərcləsin.
Davudun (ə) oğlu Süleyman (ə) atasına dedi: Ay ata!
Bəlkə qoyunların südü və yunu alınıb əkinçiyə verilsin
(və bu qaydayla əkinçiyə dəymiş ziyan ödənilər).
Allah Qur`anda buyurur: “Biz məsələnin hökmünü
dərhal Süleymana anlatdıq”.
124
Ancaq bizim mövlamız Əmirəlmö`minin Əli (ə)
buyurur: Sizin aranızdan getməmişdən qabaq, hər nə
sualınız olsa, məndən soruşun.
O Həzrət (ə) Xeybər savaşındakı qələbə günündə
Rəsulullahın (s) hüzuruna gəldi. Rəsulullah (s) orada
olanlara buyurdu: Sizdən daha üstünü, daha elmlisi və
sizin hamınızdan daha yaxşı hökm verən Əlidir”.
Həccac dedi: “Afərin sənə ey Hürrə! İndi isə de
görüm nə üçün Əli (ə) Süleymandan (ə) üstündür?”
Hürrə dedi: “Allah Qur`anda Süleymanın (ə) dili ilə
nəql edir ki, o dedi: Pərvərdigara! Məni bağışla və mənə
123
Sad surəsi, ayə 26.
124
Ənbiya surəsi, ayə 79.
100
elə bir mülk (səltənət) ver ki, məndən sonra heç kəs ona
nail ola bilməsin”.
125
Ancaq bizim mövlamız Əli (ə) dünya barəsində
buyurur: Ey dünya, səni üç dəfə boşamışam! Mənim sənə
ehtiyacım yoxdur.
Həmin anda Allah bu ayəni nazil etdi: “Biz axirət
yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-
fəsad törətməyənlərə qismət edirik. Gözəl aqibət ancaq
Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!”
126
Həccəc dedi: “Afərin sənə ey Hürrə! Nə üçün Əlini
(ə) İsadan (ə) üstün bilirsən?”
Hürrə dedi: “Allah Qur`anda İsaya (ə) xitab edib
buyurur: Xatırla ki, Allah o zaman (qiyamət günündə)
İsa ibn Məryəmə buyuracaq:
“Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da
özünüzə tanrı bilin!”-demişdin? İsa (ə) deyəcək: “Sən
pak və münəzzəhsən! Haqqım çatmayan bir şeyi demək
mənə yaraşmaz. Əgər mən bunu demiş olsaydım, Sən
mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər bir şeyi
bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz
ki, bütün qeybləri bilən Sənsən! –Mən onlara yalnız
mənə əmr etdiklərindən başqa bir söz deməmişdim”.
127
Beləliklə, İsaya (ə) pərəstiş edənlər barəsində hökm
çıxarmaq və əzab vermək qiyamətə qədər tə`xirə düşdü.
Ancaq “Nəsriyyə” firqəsi (ğulat dəstəsi) Əlini (ə) Allah
biləndə, Əli (ə) onları öldürdü və onların əzabın qiyamət
gününə saxlamadı”.
Həccac dedi: “Afərin sənə ey Hürrə! Öz iddianı
isbat etməyin öhdəsindən yaxşı gəldin. Əgər iddianı isbat
edə bilməsəydin boynunu vuracaqdım”.
125
Sad surəsi, ayə 35.
126
Qəsəs surəsi, ayə 83.
127
Maidə surəsi, ayə 116 və 117.
101
Sonra Həccac Hürrəni azad edib yaxşıca mükafatla
yola saldı.
128
128
Fəzail ibn Şazan, səh.122; Bihar, 46-cı cild, səh.134-dən 136-ya
qədər.
102
Altıncı fəsil
HƏZRƏT PEYĞƏMBƏRĠN (S), ĠMAMLARIN (Ə) VƏ
SAĠR ġƏXSLƏRĠN ANALARININ HƏYATINA
BAXIġ
Qəhrəmanlıq göstərmiş qadınlar arasında, gərək heç
vaxt İslam Peyğəmbərinin (s), Həzrət Əlidən (ə) tutmuş
Həzrət Məhdiyə (ə.c.) qədər mə`sum imamların anaları
unudulmasın. Onlar belə bir üstün şəxsiyyətlərin anası
olmağa layiq görülmüşlər. İslam Peyğəmbəri (s), Fatimə
(ə) və on iki imamlar (ə) kimi mə`sumlar onların verdiyi
pak və fəzilətli tərbiyələri ilə böyüyüb boya-başa
çatmışlar. Biz bu kitabda nümunəvi qadınlar barəsində
qısa şəkildə bir neçə cümləni qeyd edib, onların mə`rifət
və əxlaqından bir neçə nöqtəni zikr etməklə, bizə verdiyi
mə`nəvi dərslərdən bəhrələnəcəyik.
1-Ġslam Peyğəmbərinin (s) anası Həzrət Amənə
Məkkənin Əbd Manaf tayfasında məişət vəziyyəti
orta durumda olan ailədə pak bir qız yaşayırdı. Onun
paklığı və nuraniliyi hələ uşaqlıq və gənclik dövründə
mə`sum çöhrəsində görünürdü. Heç kəs bilməzdi ki, o,
yaradılış aləminin ən böyük şəxsiyyətinin, yə`ni həzrət
Məhəmmədin (s) anası olmağa layiq görüləcək.
Əbdül Müttəlibin övladlarından biri, Peyğəmbərin
(s) əziz atası Əbdullah misilsiz şəxsiyyətli, xoş əxlaqlı və
gülər üzlü bir cavan idi. Nübuvvət nuru vücuduna
yerləşdikdən sonra onun alnında xüsusi bir parlaqlıq
olardı. O zamanın bir çox şərəfli ailələrinin qızları
Əbdullahın həyat yoldaşı olmalarını arzu edərdilər.
Ancaq iffətli, ağıllı və təcrübəli bir kişi olan Əbdül
Müttəlib, onun xatirini istəyənlərin içindən Vəhəb ibn
Əbd Manafın Amənə adlı qızını Əbdullah üçün gözaltı
etdi. Tanınmamış, orta durumlu bir ailədən olan Vəhəb
Dostları ilə paylaş: |