Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!
(Muminun 14)
Körpə ana bətnindən ayrıldığı zaman, oradan ayrılma səbə-
bilə fitri olaraq ağlayır. Çünki o yetişdiyi və öyrəşdiyi məkan-
dan ayrılır. Uşaq ana bətnindən ayrıldığı və bu iş tamamlan-
dığı zaman şeytan əlini ona tərəf uzadır. Uşağın qırx günü ba-
şa çatdıqda isə ana bətnindən fərqli yeniliklərlə qarşılaşır. Əsa-
sən o, qırx gündən sonra gülməyə başlayır. Bu onun özünü ilk
264
dəfə olaraq hiss etdiyi zamandır. Onun iki ayı tamam olduqda
isə yuxular görməyə başlayır. Sonra da tədricən və yavaş-ya-
vaş ayırd etmə və dərk etmə qabiliyyətləri artır. Bu mərhələ-
nin müəyyən bir yaş həddi yoxdur. İnsanlardan elələri vardır
ki, artıq beş yaşından fərqləndirmə prosesi başlayır. Mahmud
ibn Rabi rəvayət edərək demişidir: “Yadıma gəlir ki, bir dəfə
Peyğəmbər
quyularında olan vedrənin dibində qalan suyu
üzümə çilədi. O zaman mənim hələ beş yaşım var idi”.
222
Bu
hədisə əsasən təmyiz (fərqləndirmə) yaşını beş yaş hesab edir-
lər.
Bəziləri isə bundan daha aşağı yaş həddini qeyd edərək
yaşanmış bir sıra hadisələri qeyd etmişlər. İyas ibn Muaviyə
demişdir: “Anamın məni doğduğu günü xatırlayıram. Mən
qaranlıqdan aydınlığa çıxdım. Sonra yenə təkrar qaranlığa bü-
ründüm”. Anasından bu haqda soruşduqda o bunun doğru ol-
duğunu demişdir. Anası demişdir: “O, doğulduğu zaman onu
bükməyim üçün bir şey yox idi. Buna görə də üstünə böyük
bir ləyən qoydum”. Qeyd olunan bu hadisə olduqca təəccüblü
və nadir hallarda rast gəlinən bir işdir.
Uşaq yeddi yaşına çatdığı zaman fərqləndirmə yaşına
qədəm qoyur. “əl-Musnəd” və “əs-Sünən”də də qeyd olundu-
ğu kimi bu vaxt ona namaz qılması əmr olunur. Allah Rəsulu
buyurmuşdur: “Övladlarınıza yeddi yaşında ikən namaz
qılmağı əmr edin, on yaşında isə onları bunun üçün (namaz
qılmasalar) vurun və yataqlarını ayırın”.
Peyğəmbər
südəmər qız uşağına ata və anası arasında
seçim etməyə ixtiyar vermişdir. Bu haqda Əbu Davud “əs-
222
Buxari: 77, Müslim: 33.
265
Sünən” kitabında rəvayət belə edir: “Rafi ibn Sinan
İslamı
qəbul etdi. Onun yoldaşı isə İslamı qəbul etmədi və Peyğəm-
bərin
yanına gələrək belə dedi: “Qızım mənimlə qalmalıdır.
Çünki, mənə daha çox oxşayır və hələ də südəmərdir”. Rafi
isə dedi: “Qızım mənimlə qalmalıdır”. Bu zaman Allah Rəsulu
buyurdu: “Sən bu tərəfdə otur”. Sonra isə qadına dedi: “Sən
də bu tərəfdə otur”. Sonra uşağı onların ikisinin arasına
qoyaraq dedi: “İndi də onu yanınıza çağırın!” Hər ikisi uşağı
öz yanına çağırmağa başladı. Uşaq əvvəlcə anasına tərəf meyl
etdi. Peyğəmbər
dua edərək dedi: “Allah`ım! Onu doğru
yola yönəlt!” Bundan sonra uşaq atasına tərəf üz tutdu və atası
onu götürdü”.
223
Bu yanaşma hökmlərin ən yaxşısı, ağıla və
ədalətə ən uyğun olanıdır.
Nəsai Abdu`l-Həmid ibn Cəfər əl-Ənsaridən o, da atasın-
dan rəvayət edir ki, babası müsəlman olduğu zaman zövcəsi
İslamı qəbul etmədi. O, həddi-büluğa çatmamış oğlunun əlin-
dən tutaraq onu Peyğəmbərin
yanına gətirdi. Peyğəmbər
atanı bir tərəfdə, ananı da bir tərəfdə oturtdu və uşağa
ikisindən birini seçməkdə ixtiyar verərək, belə bir dua etdi:
“Allah`ım! Ona doğru yolu göstər!”. Uşaq atasına tərəf getdi.
224
“Musnəd”də Əbu Hüreyrənin
rəvayət etdiyi hədisdə də
qeyd olunur ki, Allah Rəsulu
oğlan uşağına atasını və ya
anasını seçməkdə ixtiyar verdi.”
225
223
Əbu Davud: 2244. Hədisin isnadı həsəndir. Hakim səhih olduğunu
demiş, Zəhəbi də onunla razılaşmışdır.
224
Əhməd, Nəsai. Hədis həsən hədisdir.
225
Albani hədisin səhih olduğunu demişdir.
266
Ata-ana arasında seçimin yaş həddini yeddi ilə məhdudlaş-
dırmağa gəlincə isə onun Allah Rəsuluna
aid olan hədislər-
də heç bir əsası yoxdur. Bu barədə ancaq Əli, Əbu Hüreyrə
kimi səhabələrdən xəbərlər vardır. Üməra əl-Cərmi demişdir:
“Əli mənə əmim ilə anamın arasında seçim etmək üçün ixtiyar
verdi. O zaman mənim yeddi və ya səkkiz yaşım var idi”.
226
Bu, başqa yaşda olan uşağın seçmə haqqının olmayacağına
dəlalət etmir. Əksinə, seçim haqqı verilən uşağın yaşının hə-
min vaxtda da ola biləcəyinə ittifaq edilmişdir.
“əs-Sünən” kitablarında Əbu Hüreyrədən
rəvayət
olunduğuna görə o, belə demişdir: “Bir qadın Peyğəmbərin
yanına gəldi və dedi: “Ey Allah`ın Rəsulu! Mənim ərim oğlu-
mu məndən alıb aparmaq istəyir. O, mənə Əbu Anbə quyu-
sundan su gətirir və mənə başqa köməkliyi də dəyir”. Pey-
ğəmbər
uşağa dedi: “Bu sənin anan, bu da atan. Onlardan
hansını istəyirsənsə onun əlindən tut!” Uşaq anasının əlindən
tutdu, o da onu götürüb getdi”.
227
Hədisdən aydın olur ki, Allah Rəsulu
uşağa seçim haqqı
vermək üçün onun yaşını soruşmadı. Sadəcə uşağın quyudan
su gətirə bilməsi ona bu haqqı verməyin əsası kimi görünür.
Valideynlərdən birini seçməklə bağlı olan mərfu
228
və məv-
quf
229
hədislərin heç birində seçmə haqqını yeddi yaşla məh-
226
Beyhaqi “əl-Kubra”: 418. Albani ravinin məçhul olması səbəbilə hədisin
zəif olduğunu demişdir.
227
Əbu Davud: 2277. Nəsai: 6/185. Hakim hədisin səhih olduğunu demiş,
Zəhəbi onunla razılaşmışdır. Albani də hədisi səhih hesab etmişdir.
228
Sənədi Peyğəmbərə
çatan hədis.
229
Sənədi səhabəyə çatan hədis.
267
dudlaşdırmağa əsas verəcək bir şey yoxdur. Əksinə dəlillər
onu göstərir ki, uşaq nə zaman ata və anasını ayrıd edə bilərsə,
o zaman ona seçim haqqı verilir. Allah
ən doğrusunu bilir!
Bununla yanaşı uşağın İslamı qəbul etməsi yeddi yaşdan
yuxarı olanlar üçün təyin edilə bilməz. Əksinə nə vaxt İslamı
dərk edib, vəsf edə bilərsə, o zaman da onun İslamı səhih olar.
əl-Xiraqi bunun üçün uşağın on yaşı olmasını şərt qoşmuşdur.
İmam Əhməd də vəsiyyət edə biləcəyi yaşı on yaş kimi qeyd
etmişdir. Oğlanları Saleh və Abdullahın, əmisi Əbu Talibin,
İshaq ibn İbrahimin, Əbu Davudun və İbn Mənsurun rəvayət-
lərinə görə, o, uşağın vəsiyyətinin səhih olması üçün on yaşı
olmasını şərt qoymuşdur. Əbu Talib ondan “əgər yaşı ondan
az olarsa, onda necə?” – deyə soruşduğu zaman onun cavabı
“xeyr, olmaz!” olmuşdur. Bu zaman ona İshaq ibn İbrahimin
uşağın on yaşında namazı tərk etdiyinə görə döyülməsi
rəvayətini dəlil gətirmişdir. Onun on yaşından öncə İslamına
hökm etməyə gəldikdə isə, (İbn Qudamə) “əl-Muğni”də belə
yazır: “Alimlərin əksəriyyəti uşağın İslamının səhih olması
üçün on yaşı şərt qoşmamış və onun üçün bir hədd
qoymamışlar. Bunu İbn Munzir İmam Əhməddən rəvayət
etmişdir. Çünki əsas məqsəd aydın olduğu halda onun
üzərinə artıq bir şey əlavə etməyə ehtiyac yoxdur”.
İmam Əhməddən rəvayət olunduğuna görə, o demişdir:
“Uşağın yeddi yaşı olanda onun İslamı doğru hesab olunur.
Çünki Peyğəmbər
buyurmuşdur: “Onlara yeddi yaşlarında
namaz qılmağı əmr edin!” Bu, onların həmin yaşda ibadət
etməyə əmr olunduqlarına və ibadətlərinin də səhih olduğuna
dəlalət edir. Bununla da həmin yaşda dini doğru hesab olu-
nur”.
268
İbn Əbu Şeybə demişdir: “Uşaq beş yaşında müsəlman ol-
sa, onun İslamı doğru hesab olunur. Çünki Əli beş yaşında
İslama gəlmişdir”. Əbu Əyyub demişdir: “Üç yaşındakı uşa-
ğın İslamını doğru hesab edirəm. İstər böyük olsun, istərsə də
kiçik, kim haqqa uyğun davranarsa, onun haqq olduğunu təs-
diq edərik”. Ancaq bu yaşdakı uşaq İslamı anlamaz və nə de-
diyini də dərk etməz. Onun sözü ilə hökm də sabit olmaz. Bu-
rada şeyx üç yaşındakı uşağın İslamının etibara alınması üçün
onun İslamı anlamasını şərt qoşmuşdur.
əl-Meymuni demişdir: “Əbu Abdullahdan soruşdum ki,
on
yaşındakı həddi-büluğa çatmamış uşaq İslamı qəbul edə bilər-
mi? O dedi: “Onun İslamı qəbul etməsi mötəbərdir”. Ona de-
dim: “Sən buna nəyi dəlil gətirirsən?” O dedi: “Mən onu on
yaşına gəlib namaz qılmayanda döyürəm və onların yataqları-
nı ayırıram”.
Fadl ibn Ziyad demişdir: “İmam Əhməddən soruşdum:
“Xristian bir uşaq İslamı qəbul edərsə, onunla necə rəftar et-
mək lazımdır?”. O dedi: “On yaşına çatanda onu İslamı qəbul
etməyə sövq edirsən. Çünki Peyğəmbər
buyurmuşdur:
“Övladlarınıza yeddi yaşında ikən namaz qılmağı əmr edin,
on yaşında isə onları bunun üçün (namaz qılmasalar) vurun
və yataqlarını ayırın”. Bu İmam Əhməddən bir rəvayətdir. On-
dan gələn başqa bir rəvayətə görə isə, yeddi yaşındakı uşağın
İslamı məqbul hesab olunur.
Əbu`l-Haris demişdir: “Əbu Abdullahdan soruşdular ki,
kiçik bir oğlan uşağı İslamı iqrar edər və “Lə iləhə illəllah, Mu-
həmmədən rəsulullah” deyər, kiçik olduğu halda idrak etmə-
dən namaz qılar, sonra da İslamdan dönərsə, az yaşlı olmasına
baxmayaraq yenə də onun İslamı səhih hesab olunurmu? O:
“bəli” – deyə cavab verdi. Əgər o yeddi yaşına çatarsa, bundan
269
sonra İslamı qəbul edərsə, ibadətləri yerinə yetirməyə sövq
edilir. Çünki Peyğəmbər
buyurmuşdur: “Onlara yeddi ya-
şında ikən namazı öyrədin!”. Bu da o deməkdir ki, əgər onu
öyrətmək əmr edilmişdirsə bu namazın hökmünü vacib etmiş-
dir.
İmam Əhmədin oğlu Saleh atasının belə dediyini rəvayət
edir: “Əgər yəhudi və ya xristian bir uşaq yeddi yaşında ikən
İslamı qəbul edərsə, ibadətlərə sövq edilər. Çünki o yeddi ya-
şında ikən namazla əmr olunmuşdur”. Mən “uşaq altı yaşında
olsa da?” – deyə soruşdum. O, “Xeyr” – deyə cavab verdi.
Fəsil
Uşaq artıq on yaşına çatdığı zaman onun fiziki və əqli qüv-
vəsi artır, ibadətlərə qarşı dözümlülük formalaşır. Peyğəmbə-
rin
əmrinə uyğun olaraq da əgər namazı tərk edərsə, vurula
bilər. Onu vurmaqda məqsəd ədəbləndirmək və onu namaza
sövq etməkdir. Uşaq on yaşında ikən onda tam başqa bir hal-
vəziyyət formalaşır və bu zaman onun fərqləndirmə qabiliyyə-
ti və məlumat imkanları artır. Buna görə də fəqihlərin əksəriy-
yəti bu halda onun üzərinə iman etməyin vacib olduğu görü-
şündədirlər. İbadəti tərk etməsi isə onun cəzalanmasına səbəb
olar. Bu, Əbu-Xəttabın və digərlərinin görüşüdür. Qeyd olu-
nan görüş, çox güclü bir görüşdür. Baxmayaraq ki, o həddi-
büluğa çatmadığı müddətcə dinin əsli olmayan tələbləri etmək
mükəlləfiyyətindən azaddır və o zamana qədər onun üzərin-
dən qələm qaldırılmışdır uşaq ona verilən ağlı ilə öz Yaradanı-
nı tanımalı və Onun birliyini, peyğəmbərlərinin doğruluğunu
270
təsdiq etməlidir. Bu zaman onda bu kimi dəlillərə baxma qabi-
liyyəti vardır. Necə ki, o, elmləri və sənətləri qavrayıb, onları
anlama imkanına sahib olmuş və öz dünyasının işlərini dərk
etməyə başlamışdır. Bu halda Allah`a
və Onun Rəsuluna
küfr etməsində heç bir üzr yoxdur. Çünki, Allah`a
və Onun
Rəsuluna
olan imanın dəlilləri öyrəndiyi elm və sənətin də-
lillərindən daha açıq-aydındır. Allah
buyurur:
ُكَرِذنُِلِ ُناَءۡرُقۡلٱ اَذََٰه هيَلِإ َيِحوُأَو
ِب م
ۦِه
َو
َلَب َۢنَم
َِۚغ
Dostları ilə paylaş: |