İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə51/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   47   48   49   50   51   52   53   54   ...   119
islamda ushaq terbiyesinin esaslari

  
YEDDİNCİ BÖLÜM 
Uşağın saçının qırxılması və onun çəkisi qədərində sədə-
verilməsi  
                                                 
104
 İslami təqvimlə həftənin yeddinci günü deyildikdə cümə günü nəzərdə 
tutulur. Çünki, həftənin  ilk günü şənbə günü ilə başlayır. (Tər.) 


108 
 
Əbu  Amr  iBn  Abdu`l-Bərr  demişdir:  “Əqiqi  kəsildiyi  za-
man uşağın başının qırxılmasına gəldkdə isə alimlər bu əməli 
müstəhəb  hesab  edirlər.  Peyğəmbərdən 

  əqiqlə  bağlı  nəql 
olunan bir hədisdə deyilir: “(Uşağın) saçı qırxılır və adı qoyu-
lur”. 
əl-Xalləl  “əl-Cami”  əsərinin  “Uşağın  saçının  qırxılması  və 
onun  ağırlığında  sədəqə  verilməsi”  bölməsində  yazır: 

Saleh 
rəvayət edir ki, onun atası (İmam Əhməd) belə demişdir: “Do-
ğulduğunun yeddinci günündə uşağın saçının qırxılması müs-
təhəbdir”. 
Həsən 

  rəvayət  edir  ki,  Peyğəmbər 

  demişdir:  “Uşağın 
saçının qırxılması lazımdır”. 
Salman ibn Amir 

 Peyğəmbərin 

 belə buyurduğunu nəql 
etmişdir: “Ondan əziyyəti uzaqlaşdırın”. 
Həsən  əl-Basridən  Peyğəmbərin 

  “ondan  əziyyəti  uzaq-
laşdırın” sözünün mənası haqqında soruşulduğu zaman o belə 
dedi: “Yəni uşağın saçını qırxın”. 
Hənbəl  dedi:  “Əbu  Abdullahın  belə  dediyini  eşitdim: 
“Uşağın saçı qırxılmalıdır”. 
əl-Fadl  ibn  Ziyad  demişdir:  “Əbu  Abdullahdan  “Uşağın 
saçı  qırxılmalıdırmı?”  –  deyə  soruşdum.  O  dedi:  “Bəli,  amma 
əqiqin  qanından  sürtülmür.  Çünki  bu,  cahiliyyə  əməlindən-
dir”. 
Saleh  bin  Əhməd  atasının  belə  dediyini  nəql  etmişdir: 
“Fatimə 
g
 Həsən və Hüseynin 

 saçlarını qırxdı və tüklərinin 
çəkisi qədərində pul sədəqə verdi”. 


109 
 
Hənbəl  bildirir  ki,  Əbu  Abdullahı  belə  deyərkən  eşidib: 
“Uşağın başının tükü çəkisində sədəqə verməkdə bir problem 
yoxdur”. 
İmam Malik “əl-Muvatta” kitabında Cəfər ibn Muhəmməd 
və atasından belə rəvayət edir: “Fatimə 
g
 Həsənin, Hüseynin 

,  Zeynəbin  və  Ummu  Gülsümün 
g
  saçlarının  tükünü  ölçə-
rək onun ağırlığı miqdarında gümüşdən sədəqə verdi”.
105
 
Həmçinin,  adını  çəkdiyimiz  kitabda  Muhəmməd  ibn  Əli 
ibn Hüseynin belə dediyi rəvayət olunur: “Peyğəmbərin 

 qızı  
Fatimə Həsən və Hüseynin 

 başlarının tükünü ölçərək onun 
ağırlığı nisbətində gümüşdən sədəqə verdi”. 
Ənəs  ibn  Malikdən 

  rəvayət  edilir  ki,  “Allah  Rəsulu 

 
Həsən  və  Hüseynin 

  dünyaya  gəldikləri  yeddinci  günündə 
onların saçlarını qırxmağı və çəkisi  miqdarındakı gümüşü sə-
dəqə verməyi əmr etmişdir”. 
Abdu`r-Razzəq Muhəmməd ibn Əlidən rəvayət edərək de-
mişdir:  “Allah  Rəsulunun 

  qızı  Fatimənin 
g
  dünyaya  gə-
tirdiyi  elə  bir  övladı  yox  idi  ki,  onun  saçının  qırxılmasını  və 
ağırlığı qədərində sədəqə verilməsini əmr etmiş olmasın”.
106
 
Əbu Amr demişdir: “Əta deyir ki, uşağın əqiqi kəsilmədən 
öncə onun saçı qırxılır”. Hesab edirəm ki, o, belə deməklə san-
ki  bunun  həcc  əhkamlarından  ayırd  edilməsini  və  ona  bən-
zəməməsini  nəzərdə  tutmuşdur.  Ən  doğrusunu  Allah 

  bilir! 
Həcdə  olan  üçün  isə,  sünnət  olan  qurban  kəsməyi  başı  qırx-
                                                 
105
 “əl-Muvatta”: 2/501. Hədis mürsəl hədisdir. 
106
 “əl-Musannəf”: 7973. 


110 
 
maqdan  önə  keçirməkdir.  Ətadan  başqa  kiminsə  bu  görüşdə 
olduğunu eşitməmişəm. 
Əli 

  rəvayət  edir  ki,Allah  Rəsulu 

  Həsən 

  üçün  bir 
qoyun  kəsdi  və  buyurdu:  “Ey  Fatimə!  Onun  saçını  qırx  və 
ağırlığı qədərində gümüşü sədəqə ver”. Biz onun tükünün çə-
kisini  ölçdük  və  o,  bir  dirhəm    və  ya  onun  bir  neçə  hissəsinə 
bərabər oldu.
107
 
Beyhaqi  İbn  Aqil  vasitəsi  ilə  nəql  edir  ki,  Həsən 

  doğul-
duğu zaman anası onun üçün iri bir qoçu əqiq olaraq kəsmək 
istədi. Peyğəmbər 

 gələrək belə dedi: “Onun üçün heç bir şey 
kəsmə!  Sadəcə  başının  tükünü  qırx,  Allah 

  yolunda  yolda 
qalmış  bir  yolçuya,  yaxud  digərinə  (sədəqə  əhlinə)  onun 
ağırlığı  nisbətində  sədəqə  ver”.
108
  Növbəti  ildə  isə  Hüseyn 

 
doğuldu.  Fatimə 
g
  yenə  də  eyni  hərəkəti  etdi.  Beyhaqi  de-
mişdir: “Əgər hədis  səhihdirsə, sanki Peyğəmbər 

 
qızı Fati-
mənin 
g
  əvəzinə  əqiq  kəsməyi  öz  öhdəsinə  götürmüşdür”. 
Bunu öncədən rəvayət edərək haqqında məlumat vermişdik. 
Fəsil 
Saçın bir hissəsini qırxaraq digər hissəsini saxlamaq məsə-
ləsi  də  bu  mövzu  ilə  əlaqəlidir.  Buxari  və  Muslimdə  İbn 
Ömərin 

 belə dediyi rəvayət olunur: “Allah Rəsulu 

 uşağın 
saçını yarımçıq qırxmağı qadağan etdi”.
109
 
                                                 
107
 Tirmizi. Sənədi qopuqdur. Ancaq digər bənzər  hədislər onu gücləndirir. 
108
 əl- Beyhaqi “Sunənu`l-Kubra”: 9/304, İmam Əhməd: 6/390. 
109
 Buxari: 5920-5921, Müslim: 2120. 


111 
 
Saçın yarımçıq qırxılması onun bir hissəsinin qırxılıb, digər 
bir hissəsinin saxlanılması deməkdir. 
Şeyximiz bu haqda belə demişdir: “Bu, Allah 

 və Rəsulu-
nun 

  nizam-intizama  olan  məhəbbətindən  dolayıdır.  Çünki, 
o, insanın şərəfinə dəyər verərək bunu əmr etmiş və saçının bir 
hissəsinin qırxılıb, digər hissəsinin isə tərk edilməsini qadağan 
etmişdir. Bu, həm də ona görədir ki, bunu etmək başın bir his-
səsinin tüklə örtülü, bir hissəsinin isə qırxılması ilə başa zülüm 
verməkdir.  Bunun  bir  bənzəri  də  Peyğəmbərin 

  yarı  günəş, 
yarı  kölgə  olan  yerdə,  günəşlə  kölgənin  arasında  oturmağı 
qadağan  etməsidir.  Çünki,  bu,  bədənin  bir  hissəsinə  zülm  et-
mək anlamına gəlir.
110
 Bu, həmçinin Peyğəmbərin 

 insanlara 
tək  bir  ayaqqabı  ilə  yeriməyi  qadağan  etməsi  ilə  eyni  hökm-
dədir. Belə ki, ya hər iki ayağında ayaqabı olacaq, ya da hər iki 
ayağın  ilə  də  ayaqyalın  yeriyəcəksən.  Saçın  bir  hissəsinin 
qırxılıb, bir hissəsinin  olduğu kimi saxlanılmasının dörd şəkli 
vardır: 
Birincisi  saçın bir az orasından, bir az da  burasından qırx-
maq. Bu, səmada olan seyrək buludların formasından götürül-
müşdür. 
İkincisi, saçın ortasını qırxıb, kənarlarını olduğu kimi saxla-
maq. Bəzi kilsə xidmətçiləri işləyən xristianlar da belə edirlər. 
Üçüncüsü,  kənarlarını  qırxaraq  ortasını  saxlamaq.  Bəzi  di-
lənçi və səfillərin etdiyi kimi. 
                                                 
110
 İmam Əhməd “əl-Musnəd”: 3/413, Hakim “əl-Mustədrək”: 4/271. Hədi-
sin  isnadı  səhihdir.  Hədisin  mətni  isə  belədir:  “Peyğəmbər 

  yarı  gün  ilə 
yarı    kölgə  arasında  oturmağı  qadağan  etdi  və  buyurdu:  “Bu  şeytanın 
məclisidir”. 


112 
 
Dördüncüsü saçın qabağını qırxıb, arxasını saxlamaq. 
Bunların hamısı şəriətdə qadağan edilmiş saç formalarıdır. 
Ən doğrusunu Allah 

 bilir. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə