“NUH PEYĞƏMBƏR: DÜNYA TUFANI VƏ NAXÇIVAN”
MÖVZUSUNDA BEYNƏLXALQ SİMPOZİUMUN
KEÇİRİLMƏSİ HAQQINDA
NAXÇIVAN MUXTAR RESPUBLİKASI
ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Naxçıvan dünyanm on qədim sivilizasiya mərkəzlərindən biridir.
Şərur rayonundakı Qazma, Orubad rayonundakı Kilid, Babək rayonun-
dakı Daşqala və Naxçıvan şəhəri ərazisindəki Duzdağ mağaralarmdan
əldə olunmuş maddi-mədəniyyət nümunələri, Əshabi-Kəhf ziyarətgahı
ən qədim dövrlərdən burada insanlann yaşadığmı sübut edir.
Naxçıvanm qədimliyini sübut edən mühüm amillərdən biri də bu
yurdun Nuh peyğəmbər və tərafdarları ilə bağlı olmasıdır. Ordubad
rayonu ərazisində olan və eradan əvvəl 4-1-ci minilliyə aid edilən Gə-
miqaya təsvirləri, Nəbi yurdu, Naxçıvan, Nehrəm, Nəhəcir, Nuhda-
ban, Nuhgədik, Peyğəmbərayağı kimi yer adlarımn mövcudluğu Nuh
peyğəbərin bu torpaqda yaşamasınm daha bir əyani ifadəsidir.
Son vaxtlar Nuh peyğəmbər, Dünya tufanı və bunlarm Naxçı-
vanla əlaqəsi ciddi aktuallıq kəsb etmiş, bir sıra araşdırmalar aparılmış,
Gəmiqaya abidəsi kompleks şəkildə öyrənilmiş, tarix və mədəniyyət
abidələri yenidən elmi tədqiqata cəlb olunaraq pasportlaşdırılmış, qeyd
olunanlarla bağlı 20-dək
kitab və monoqraflya, 120-dən çox elmi mə-
qalə çap olunmuş, “Naxçıvan abidələri ensiklopediyası” hazırlanaraq
nəşr edilmişdir. Bundan əlavə Nuh peyğəmbərin Naxçıvan şəhərindəki
məzarüstü türbəsinin yeri dəqiqləşdirilmiş, abidənin qalıqları aşkar
edilmiş və həmin abidə yenidən bərpa olunmuşdur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq
qərara alıram:
1.2009-cu ilin aprel aymda Naxçıvan şəhərində “Nuh peyğəmbər:
dünya tufam və Naxçıvan” mövzusunda beynəlxalq simpozium keçirilsin.
2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif TALIBOV
Naxçıvan şəhəri, 10 fevral 2009-cu il.
258