İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə14/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   10   11   12   13   14   15   16   17   ...   136

                                                                                                                                                      

43 


 

kitdi Sonra gümüş döşlüyünü sahmana saldı. Ayağını üzəngiyə qoyub, atın 

belinə qalxmazdan əvvəl mehtərin haqqını verdi. 

At  sahibinin  süvar  olduğunu  duyan  kimi,  başını  dik  tutub  kişnədi. 

Allahyar  üstü  çadırlı  furqon  və  arabalarla  dolu  karvansara  həyətindəki 

atların, ulaqların arasından keçib küçəyə çıxdı. 

O əvvəlcə heç yerdə dayanmamaq, atını dördnala çaparaq, bu kiçik qəza 

şəhərindən  uzaqlaşmaq  istədi.  Amma  dükançıların  "axşam  bazarıdır  ay 

müştəri, özünü yetir, yaxşı zəncəfil, darçın, mixək var. Əklə düyüsü, İrəvan 

qaysısı, könlün nə istəsə, tapılar", - deyə çağırdıqlarını eşidəndə tərkindəki 

boş  xurcun  yadına  düşdü.  Küçənin  yanlarında  qatarlaşan  uca  çinarların 

kölgəsi ilə atını astaca sürdü. 

Kənarlarına  iri,  yastı  daş  döşənmiş  küçənin  hər  iki  tərəfi  dükan  idi." 

Səkilərin  yaxası  boyu  balaca  arx  çəkilmişdi.  Sular  ağacların  dibi  ilə

şırıldayıb  axırdı.  Çinarların  başı  qarğa  yuvası  ilə  dolu  idi.  Baqqallar, 

xırdavatçılar və dükançılar nə qədər çalışsalar da, quşları qova bilmirdilər. 

Qarğalar höcətə düşmüş kimi budaqlara qonub qarıldaşır, bəzən hay-küylə

uçub,  yerə  yapışmış  kimi  görünən  birmərtəbəli  şəhər  evlərinin  üstündə

fırlanır,  kirəmit  damlara  qonur,  sonra  yenə  də  yuvalarına  toplaşırdılar. 

Dükançıların cəhdinə baxmayaraq, səkilər zibillənirdi. Onlar gündə üç dəfə

dükanın  qabağını  sulayırdılar.  Kimi  özü  xəkəndaz  götürüb,  kimi  də

dükanların qabağında boynunu büküb dayanan yetim uşaqlara bir-iki qəpik 

verib səkini suladırdı. 

Allahyar  küçəyə  çıxanda  dükançılar  adətləri  üzrə  yenə  səkiləri 

sulayırdılar.  Balaca  uşaqlar,  dəlləklər,  künclərdə  dükan  açmış  yamaqçılar, 

çəkməsilənlər  elə  bir  yarışa  girmişdilər.  Onlar  bir-birini  həvəsə  gətirirmiş

kimi “Ay başına dönüm, qoyma gəldi”, - deyə qışqırır, tozu yatırmaq üçün 

yola da su çiləyirdilər. 

Allahyar atdan düşdü. Kəhəri ağaca bağlayıb, xurcunu götürdü. Dükana 

yaxınlaşdı.  Alverçilər  onu  -  köhnə  və  tanış  müştərini  mehribanlıqla 

qarşıladılar.  Allahyar  beş-on  girvənkə  düyü,  kişmiş,  qaysı  aldı.  İki  kəllə

qənd  götürdü.  Çəkməçilərdən  anasına  bir  cüt  məst  aldı.  Xurcunun  ağzını

bağlayıb, yenə atın belinə qalxdı. 

Artıq gün əyilmişdi. Ağacların kölgələri uzanıb çarpazlaşmış və küçəyə

sərilmişdi.  Tənəkəçi dükanlarının qabağındakı  dəmir  sobalar, qab-qacaqlar 

günün altında parıldayırdı. Ustalar çəkidə tənəkələri dö-yəclədikcə danqıltı

şəhəri başına götürür, dəmirçixanalardakı zindan səsini belə batırırdı. 

  



                                                                                                                                                      

44 


 

Allahyar  çilingər  və  qalayçıların  yanından  ötdü.  Tanış  nalbəndlə

salamlaşıb, yoluna davam etdi. Tələsmək lazım idi. Bir azdan gün batacaq, 

axşam qaranlığı çöllərin üstünə çökəcəkdi. 

O,  atı  mahmızladı.  Şəhərin  kənarındakı  dəmir  körpüyə  yaxınlaşdı. 

Selləmə yağışlardan sonra yatağına sığmayan boz-bulanıq sulara, körpünün 

dirəklərini  döyəcləyən  hirsli  çaya  belə  baxmadı.  Atını  dörd-nala  çaparaq, 

şəhərdən  uzaqlaşdı.  O,  qaranlıq  qarışana  qədər  yolun  qorxulu  yerlərini 

keçmək və işıq gözünə özünü evlərinə çatdırmaq istəyirdi, At da sahibinin 

fikrini başa düşmüş kimi tələsir, az qala qanadlanıb uçurdu. Allahyar yenicə

nallatdığı,  ayağından  qığılcım  qopan  atını  gah  xır  yolla  sürür,  gah  da 

sünbüllənmiş  taxıl  zəmilərinin  arasındakı  torpaq  yola  salırdı.  O  sakitləşə

bilmirdi. Şəhərdə ləngidiyinə və bir həftədən bəri karvansarada qumara başı

qarışdığına görə özünü danlayırdı. "Zəhrimara yaman şirnikmişdim. Gərək 

elə cümə ertəsi, əlim tutan günün səhərisi qayıdaydım. Evə tez dönsəydim, 

bəlkə də bu iş baş verməzdi". 

Allahyar Mələyin evdən baş götürüb getməsini heç cür ağlına sığışdıra 

bilmirdi.  Axı  o,  Allahın  dilsiz-ağızsız  heyvanı  idi.  Neçə  dəfə  döyülüb-

söyülmüş, hətta evdən də qovulmıışdu, ancaq heç cınqırını da çıxarmamışdı. 

Həyətdə bir küncə qısılaraq yatmış, səhər tezdən isə heç nə olmamış kimi 

qolunu  çırmalayıb  işə  başlamışdı.  İndi  o  birdən-birə  hara  gedə  bilərdi? 

Bəlkə, acıq edib əmisinin yanına qaçıb? Daha geri qayıtmaq istəmir? 

Sahibinin  fikrə  getdiyini  duyan  at  yerişini  yavaşıdıb  yorğaladı.  Ətrafa 

axşam  sərinliyi  çökmüşdü.  Dağların  dalında  gizlənən  günəşin  son  sarımtıl 

şüaları  qərb  tərəfdəki  buludları  çəhrayı  rəngə  boyamışdı.  Silsilə  təpələrin 

bəzi  yerlərinə  qatı  kölgə  çökür,  bəzi  yerləri  isə  hələ  də  günəşin  şüaları

altında qızılı rəngə çalırdı. Taxılların və bahar havasının təsiri ilə yaşıllaşan 

dəmyə  çallarda,  otların  arasında  gəzişən  quşlar  ağız-ağıza  verib 

oxuyurdular.  Gölməçələrdəki  qurbağalar  da  səs-səsə  vermişdilər.  Allahyar 

qucağında  tutduğa  zağlı  tüfənginin  tətiyindən  barmağını  çəkmirdi.  Atın 

dırnağı  altından  parıltı  ilə  qalxan  quşlar onu  diksindirdikcə  fikirdən  ayılır, 

qamçını çəkib atı yenə səyirdirdi. 

Mələyin  əmisi  evinə  getməsi  ehtimalı  onu  o  qədər  də

həyəcanlandırırırdı.  Əslinə  baxsan,  bu  elə  onun  ürəyindən  idi.  Son  günlər 

evdə  kürlük  etməsi,  tez-tez  dava-dalaş  salıb  Mələyi  yamanlaması  məhz 

bunun üçün deyildimi? O elə bu arvadı da bezikdirib evdən qovmaq istə- 

  

 

 




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə