İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə2/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   2   3   4   5   6   7   8   9   ...   136

                                                                                                                                                      

 



gələndə ərinin var-dövləti olsa da, əməlli-başlı bir otağı da yox idi. Bunların 

hamısında onun, Zərnigar xanımın əməyi vardı. 

O özünə toxtaqlıq verdi. Heç yana getməməyi, əksinə, onun yurduna su 

salmaq  istəyəni  evdən  qovmağı  qərara  aldı.  Yarğanın  kənarında  oturub 

oğlunu gözləyəsi oldu. "Şamxal bu işləri belə qoymaz, - deyə özünə təsəlli 

verdi.  -  Harada  olsa  gəlib  çıxacaq.  Kimin  anasının  mələr  qaldığını  onda 

görərik..." 

*** 


...Kürün  o  tayında,  hündür  qovaqların  seyrəlib  yulğunluğun  başladığı

yerdə  beş-altı  qaraltı  görünürdü.  Zərnigar  xanım  dikəldi.  Əlini  gözünün 

üstünə qoyub diqqətlə baxdı. Gələnlərin, qayığı yuxarıdan salıb, suyun axan 

ilə  bəri  üzə  keçmək  İstədiklərini  anladı.  Arvadın  ürəyi  atlandı.  Oğlu 

Şamxalın  da  orada  olduğunu  yəqin  etdi.  Qaraltılar  bir-bir  atılıb  qayığa 

mindilər.  Sahildən  aralanan  kimi  kürəyi  işə  saldılar.  Çəpin  təkanı  ilə

şütüyən  uzun  qayıq  ləpələri  yara-yara  irəlilədi.  Onlar  çayın  ortasına 

yaxınlaşdılar.  Arvad  oğlunu  tanıdı.  Şamxal  qabaqda  oturub  kürək  çəkirdi. 

Kürün suyu bulanmışdı. Yəqin yuxarılara yağmışdı. Qayıqdakılar nə qədər 

çalışsalar da, istiqaməti düz götürə bilmir, su qayığı əyirdi. 

Zərnigar xanım qayığın suyun axarı ilə gedib, çiləkənə çırpılacağından 

qorxdu. Ancaq əbəs yerə həyəcan keçirirdi. Çəpin güclü təkanı qayığı suyun 

axarından çıxartdı. Onlar bəri üzə şütüdülər. Zərnigar xanım əllərini yanına 

salıb  dərindən  nəfəs  aldı.  Qayıq  sahilə  yanaşdı,  burnu  xırdaca  daşları

şaqqıldatdı.  Şamxal  quş  kimi  sıçrayıb  kənara  atıldı.  Təkandan  silkələnmiş

qayıq  ləngərləndi  və  sahildən  aralandı.  Şamxal  əlindəki  heybəni  çiyninə

atdı.  Kərəntiyə  dirənib  suvadağı  çıxdı.  Qayığı  suyun  axarına  buraxıb 

yarğanın dibi ilə gedən yoldaşlarının arxasınca baxdı. Onlar bir az aşağıdan, 

kəndin ucqarındakı qazmaların bərabərindən sahilə çıxacaqdılar. 

Şamxal  üst-başını  çırpıb,  kəmərini  daraltdı.  Gümüş  dəstəkli  xəncərini 

yana  çəkdi.  Kərəntiyə  çiyninə  alıb,  pəncərəsi  Kürə  baxan  evlərinin 

qənşərindəki  cığırla  asta-asta  yuxarı  qalxdı.  Zərnigar  xanım  oğlunun 

qabağına gəldi. Ana-oğul dikdirdə qabaqlaşdılar. Şamxal anasını gözü-yaşlı

görüb, evdə bədbəxt bir hadisə baş verdiyini zənn etdi. Yoxsa arvad bircə

gecənin  içində  bu  qədər  qocalıb,  yumaq  kimi  büzüşməzdi.  Onun  beli  də

bükülmüşdü. Zərnigar xanım yaman günə düşmüşdü. 

 

 



                                                                                                                                                      

10 


 

Şamxal anasına yaxınlaşdı. Qolundan tutub, diqqətlə üzünə baxdı: 

Yenə nə olub, niyə gözüyün on yerindən əhəyirsən? 



Arvad daha da kövrəldi. Önlüyünün ətəyi ilə gözlərini silib, hikkəsindən 

boğula-boğula: 

Gördünmü, ay bala, - dedi, - atan mənim başıma nə oyun açdı? 



Şamxal  bir  az  sakitləşdi.  Hətta  ürəyində  anasını  yamanladı  da.  Onun 

kərənti  çəkib,  ot  çalmaqdan  qolları  gizildəyirdi.  Bu  saat  doyunca  yemək, 

qılçalarını uzadıb, əzalarının sızıltısı kəsincəyə qədər uzanmaq, rahat nəfəs 

almaq istəyirdi. Anası isə səhər-səhər onu vay-şivənlə qarşılayırdı. 

O,  anasının  yanından  sakitcə  ötüb  qabağa  keçdi.  Zərnigar  xanım  uzun 

donunun  ətəyi  ilə  gözlərini  silə-silə  Şamxalın  arxasınca  cığıra  düşdü  və

oğlunun  enli  kürəyinə  yapışmış  tərli  köynəyinə,  belindəki  sallamalı

kəmərinə,  Kürdən  keçəndə  islanmış  zər  baftalı  dolağına,  suya  batmış

quşburun  çarığına  baxdı.  Belə  bir  oğulun  onu  darda  qoymayacağını  yəqin 

edib, özünə toxtaqlıq verdi. Şamxal isə iki yanını basa-basa gedir, yeridikce 

çiynindəki kərənti sağa-sola ləngər vururdu. Kərəntinin ovxarlanmış və ora-

burasında yaşıl ot qırıntıları ilişib qalmış iti ağzı parıldayırdı. Şamxalın üst-

başından təzəcə çalınmış ot iyi gəlirdi. 

Zərnigar  xanım  yenidən  kövrəldi.  Anasının  bu  halı  Şaraxalı  darıxırdı. 

"Görəsən yenə nə olub? Bu zalım qızının da göz yaşı ovcunun içindədir. Bir 

şey olan kimi gözünü yumub tökür," - deyə öz-özünə düşündü. 

Oğlunun  gəlişindən  sonra  həm  ürəklənən,  həm  də  kövrələn  Zərnigar 

xanım yenidən dilləndi: 

 Mənim  hayıfımı  ondan  almasan,  südümü  sənə  halal  eləmərəm,  oğul! 

Qiyamətəcən ahu-naləm səni yandırar, bala! 

Şamxalın səbri tükəndi. Cəld geri dönüb, anasının üstünə qışqırdı: 

Bəs deyilmi, səhər-səhər nə çərənləyirsən? 



Belə, atan ölmüş təzə eşqə düşüb, ay bala - deyə, Zərnigar xanım 

göz yaşına ara verib səsini ucaltdı. - Bizi el içində biabır edib. Heç 

ərlik-boyluq qızı olan, sənin kimi oğul böyüdən kişi də belə iş tutarmı? 

Şamxal dinmədi. O bu cür sözləri birinci dəfə eşitmirdi. Atası hər dəfə

bir yana gedəndə, toydan-mağardan qayıdanda evdə belə söhbətlər olurdu. 

Anası  həmişə  kişinin  üstünə  düşüb  dava-dalaş  salar,  ağlayıb-sızıldayar, 

sonra da sakitləşərdi. 

Şamxal  həyotə  girdi.  Xalxalın  yanından  ötüb  çardağa  yaxınlaşdı. 

Kərəntini dirəkdən asdı. Heybəni çiynindən götürdü. Üstünə boz ki- 

 

 



                                                                                                                                                      

11 


 

lim  salınmış  taxtda  oturub,  əlini  çarığın  bağına  uzatdı.  Oğlunun  sakitcə

əyləşib,  çarıqlarını  və  corabını  soyunmaq  istadiyini  görən  Zərnigar  xanım 

irəli gəldi, əllərini belinə qoyub Şamxalın qabağında dayandı. 

Deyəsən, mənim dediklərimi qulaqardına vurursan?! Atan ölmüşün 



tərəfini  saxlayırsan?! Yoxsa  inanmırsan, hə? Gəl,  yaxın  gəl,  gör  atan  sənə

nə yaxşı ana gətirib? Hər yanı bir gəmi boyda. Yeriyəndə 

yırım-yırım yırğalanır. Gəl, yaxın gəl, tamaşa elə!.. 

Zərnigar  xanım  oğlunun  əlindən  yapışıb  çəkə-çəkə  ağ  daşdan  tikilmiş

imarətə  doğru  apardı.  Şamxal  anasının  hirsindən  əsdiyini  görüb,  bu  dəfə

dinməz-söyləməz  onun  ardınca  astanaya  qədər  gəldi.  Arvad  təpiklə  vurub 

qapını taybatay açdı. İçəridə taxtın üstündə büzüşüb oturan gəlini göstərdi: 

İndi gördünmü tərifli atan nə iş tutub? Xalqın halal-kamal kəbinli 



arvadını  gətirib,  mindirib  mənim  boynuma!  -  O,  saçını  yolub  üzünü 

cırmağa,  şappıltı  ilə  dizlərini  döyməyə  başladı.  -  Haradasan,  ay  gözü 

tökülmüş tanrı, bu zülmü niyə götürürsən?! 

Anasının  fəryadı  bu dəfə  Şamxala  yaman  təsir  etdi.  Doğrudan  da  atası

nə  iş  tutmuşdu?  Oğluna  toy  eləyib  gəlin  gətirmək  əvəzinə,  özü  eşqə

düşmüşdü?  "Yaxşı,  deyək  ki,  atam  kişidi,  gözü  qızışıb,  bəs  bu  nə  üçün 

evini-eşiyini buraxıb arvad üstünə gəlib?!" 

Şamxalın  rəngi  qaçdı.  Yenicə  uzatdığı  bığlarının  ucunu  ağzına  salıb 

çeynəməyə  başladı.  Bayaqdan  qorxu  içində,  küncə  qısılıb  titrəyə-titrəyə

qardaşının  bərəkətlərinə  göz  qoyan  Salatın  özünü  Şamxalın  üstünə  saldı, 

əllərini tutub yalvardı: 

Qurbanın olum, ay qağa, evimizə qan salma. Amanın bir günüdü, 



əlini qana bulama! 

Şamxal bacısını itələyib kənara yıxdı. Əlini sallamalı kəmərindən asdığı

xəncərin  gümüş  dəstəyinə  yetirdi.  Salatın  yenə  özünü  qardaşının  üstünə

saldı. 


Dərdin  alım,  ay  qağa,  farağat  dur.  Başına  dönüm,  evimizi  yıxma. 

Amanın bir günüdü, bizi yazıq eləmə. Dədəm hamımızı tikə-tikə doğrayar. 

Qızının dizin-dizin sürünüb əl çəkmədiyini görən Zərnigar xanım: 

Bircə  belə  dur,  gədənin  əl-ayağına  dolaşma,  -  deyə  Salatnın 



hörüklərindən  tutub  dartışdırdı.  -  Qoy  bu  həyasız  köpək  qızını  tikə-tikə

doğrasın.  Onun  ovuc-ovuc  qanını  içəcəm.  Qoy  bilsin  ki,  qızışıb  adam 

üstünə gəlməyin axın necə olur. 

  

 



 


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə