İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə3/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   2   3   4   5   6   7   8   9   ...   136

                                                                                                                                                      

12 


 

Atıa, oğlun, qızm var, günalısız qana bais olma. 



Nə,  günahsız?!  -  Zərnigar  xanım  elə  qışqırdı  ki,  Salatın  özünü 

itirdi. 

Gəlin  yavaşca  ayağa  durdu.  Onun  ətli  sinəsi  qalxıb  endi.  Dodaqları

səyridi. Əlini xəncərin dəstəyindon çəkməyən Şamxal onun yalın ayağına, 

topuğıma  enən  gen,  beli  büzməli  qırçın  donuna,  sürüşüb  çiyninə  düşmüş

nimdaş  kəlağayısına,  qulağındakı  yumru  sırğaya,  tən  ortadan  ayırdığı  qara 

saçlarına,  koftasının  yaxasını  didişdirən  titrək  barmaqlarına  baxdı.  Gəlinin 

iri qonur gözləri yaşarmışdı. 

Şamxal  qorxusundan  uçum-uçum  uçunan  bu  gəlinin  öz  tərəflərindən 

olmadığını  dərhal  bildi.  Görünür,  atası  onu  haradansa,  Kürün  aşağısındakı

uzaq  kəndlərin  bırindən  gətirmişdi.  Gəlinin  gözəlliyi  Şamxalı  yumşaltdı. 

Onun  qolları  boşaldı.  Bunu  hiss  edən  Zərnigar  xanım  oğlunun  üstünə

qışqırdı: 

Hə,  niyə  durdun?  Yoxsa,  bu  cindar  köpək  qızının  qaş-gözü  sənin 



də  ağlını  başından  aldı?  Atan  kimi  sən  də  suyuldun?  Bu  saat  onun  saçını

biləyinə dolayıb sürüməsən, kişi deyilsən! Di tez ol! 

Ani  olaraq  fikrə  gedən  Şamxal  anasının  sözlərindən  sonra  gəlinə

yaxınlaşdı. 

Dur, şələ-küləni yığışdır, rədd ol buradan! - Yolun altı ilə gəlibsən, 



üstü ilə qayıt xarabana! 

Gəlin  sapsarı  saralsa  da,  özünü  sındırmadı.  Gözünü  qırpmadan 

qarşısında dayanan ucaboy oğlanın sarışın sifətinə baxdı. Onun qanı qaçmış

dodaqları aralandı: 

Məni sən gotürməyibsən ki, evdən qovursan? 



Gəlinin  belə  sakit,  təmkinli  cavabı  Şamxalın  qulaqlarında  ildırım  kimi 

şaqqıldadı.  Ev  başına  dolandı,  yer  ayağının  altından  qaçdı.  Üzünə  isti  qan 

vurdu, qulaqları güyüldədi. Anasının səsini güclə eşitdi: 

Gördün  bu  çərhəya,  qızışmış  köpək  qızını?!  Sənə  demədimmi  bir 



az da burada qalsa başımıza minəcək?! Ədə sal ayağıyın altına, sürü bu itin 

balasını! 

Hirsindən  rəngi  ağappaq  ağarmış  Şamxal  gəlinin  üstünə  yeriyib  boğuq 

bir sələ qışqırdı: 

Bu saat rədd ol burdan, yoxsa bağırsaqlarını ayağına dolayaram! 



Gəlin gözünü də qırpmadı. 

Qeyrətli kişi qadına əl qaldırmaz. Hünərin varsa, get atanla haqq-



hesab çək! 

  

 



 


                                                                                                                                                      

13 


 

Artıq  Şamxal  dözə  bilmədi.  Gicgahlarındakı  damarlar  gömgöy  göyərib 

şişdi,  az  qaldı  ki,  partlasın.  O,  ayaqlarına  döşənib  sürünən  bacısının 

üstündən  keçib  irəli  şığıdı.  Gəlinin  saçını  biləyinə  dolayıb  yerə  yıxdı. 

Təpiyinin altına salıb döyəclədi... 

Arvadların  qışqırtısı  bir-birinə  qarışdığından,  ovdan  qayıdan  Cahandar 

ağanın həyətdə dayandığını heç kəs görmədi. 

Gözünü  qan  örtmüş  Şamxal  isə  getdikcə  qızışır,  gəlini  sürüyüb  ev-dən 

bayıra  atmaq  istəyirdi.  Birdən  gəlin  var  gücünü  toplayıb  ayağa  durdu. 

Qabarıq sinəsini irəli verib Şamxalın üstünə qışqırdı: 

-

 

Vur, niyə durubsan? Əlin-ayağın niyə titrəyir, arvadı öldürməyə nə



var ki? Vur! 

Şamxal xəncəri siyirdi. Polad tiyə havada parıldadı. Ayağını üzən-gidən 

yenicə  çəkən  Cahandar  ağanın  gözü  pəncərəyə  sataşdı.  Şamxalın  xəncəri 

gəlinin  başına  endirmək  istədiyini  gördüyü  ilə  tüfəngi  hərləməyi  bir  oldu. 

Güllə  açıldı.  Pəncərənin  şüşəsi  cingilti  ilə  ətrafa  səpələndi.  Şamxalın 

əlindəki  xəncərin  polad  tiyəsi  iki  bölünüb  evin  ortasına  düşdü.  Bir  anlığa 

hamı daş kimi donub qaldı. Artıq ölümünü gözü qabağına gətirən gəlin evin 

ortasında  heykəl  tək  dayandı.  Zərnigar  xanım  əlləri  üzündə  dəhşət  içində

quruyub  qaldı.  Salatının  ürəyi  keçdi.  Vəznəli  çuxasının  ətəyini  belinə

sancmış  Cahandar  ağa  ağır  bədəninə  yaraşmayan  bir  çevikliklə  atılıb  içəri 

keçdi  və  hələ  də  özünə  gələ  bilməyən  oğlunun  üstünü  aldı.  Otağa  gur  və

zəhmli bir səs yayıldı: 

-

 

İtil burdan, küçük! 



Şamxal bir əlindəki dəstəyə bir də hələ də lüləsindən tüstü çıxan tüfəngə 

baxdı.  Cahandar  ağa  oğlunun  yaxasından  yapışıb  qapıya  tərəf  itələdi. 

Hirsindən nə etdiyini bilməyən Şamxal atasının qolundan tutub dartındı: 

-

Burax deyirəm sənə! 



-

Kəs səsini, qancığın balası! 

-

Ağzını təmiz saxla, dədə! 



-

Kəs səsini, qancıqdan süd əmən! 

-      Südümə söymə. 

Ə, qoduq, mənim üstümə şeşələnirsən?! 



Cahandar  ağa  qolunu  hərləyib  oğluna  bir  şillə  çəkdi.  Şamxal 

gözləmədiyi bu zərbədən dik atılıb bir pişik cəldliyi ilə geri sıçradı. Onun 

gözlərində  qığılcım  oynadı.  Ata  ilə  oğul  döyüşə  hazırlaşan  buğalar  kimi 

qabaq-qabağa dayandılar. 

 

 



                                                                                                                                                      

14 


 

Başı az qala tavana dəyən, pəhləvan cüssəli Cahandar ağanın qara sifəti 

tunc  kimi  bozardı,  iri  həbəşi  dodaqları  titrədi,  qalın,  qıllı  çatma  qaşlarının 

arası  düyünləndi.  O  az  qala  yerlə  sürünən  iri  qollarını  irəli  uzadıb  oğluna 

doğru ayıldı. Şamxal quzğun kimi üstünə gələn atasından əvvəllcə qorxdu. 

Onun  nəzərində  kişi  getdikcə  böyüdü  və  nərildəyərək  ov  üstünə  atılmağa 

hazırlaşan heybətli bir pələngə döndü. O gördü ki, atası iri pəncəli əlləri ilə

bu saat onu yaxalayacaq, sonra da qabarıq sinəsinin altına salıb xurd-xəşil 

edəcəkdir. Lakın o özünü ələ aldı və birdən atasının üstünə atıldı. 

Oğlunun qəfil hücumunu gözləməyən Cahandar ağa tüfəngin qundağı və

Şamxalın  sinəsindən  vurub  yerə  sərdi.  Sonra  da  təpiklə  döyəcləməyə

başladı. 

Zərnigar  xanım  özünü  kişinin  qabağına  atdı.  Dili  dolaşa-dolaşa 

yalvarmağa başladı: 

-  A  kişi,  ağlını  başına  yığ.  Ə,  uşaqdan  əl  çək.  Onda  taqsır  yoxdur, 

öldürürsənsə  məni  öldür.  Ayə,  qurbanın  olum,  vurma,  yazığam,  evimi 

yıxma. - Ərinin sakitləşmək istəmədiyini görəndə isə qarğamağa başladı: - 

Əlin çürüsün, ona necə qıyırsan? Qolun qurusun, uşaqdan əl çək! Ay Allah, 

ay camaat, hardasınız, qoymayın, balamı öldürdü! 

Salatın  yavaş-yavaş  özünə  gəldi.  Sürünüb  atasının  ayaqlarına  döşəndi. 

Üzünü torpağa sürtdü. 

Bir  göz  qırpımında  hadisədən  çaşıb  qalan  gəlin  yerindən  tərpənə

bilmədi.  Üst-başı  cırılıb,  saçları  üzünə  dağılan  bu  cavan  qadın  heyrətlə

Cahandar  ağaya  baxırdı.  Kişi  onun  nəzərində  getdikcə  böyüyüb  dağa 

dönürdü.  O,  sehrlənmiş  kimi  yerindən  tərpənmir,  əri  olacaq  bu  adamdan 

gözünü  çəkmirdi.  Lakin  Şamxalın  yumaq  kimi  evin  ortasında  fırlandığını, 

hirsindən  gözü  ayağının  altını  seçməyən  Cahandar  ağanınsa  getdikcə

qızışdığını  görəndə,  elə  bil  yuxudan  ayıldı.  Gəlinin  bədənini  üşütmə

götürdü, "Bəlkə kişi birdən uşağı xəsarət etdi, ya da əlindən bir xəta çıxdı, 

evə  qan  düşdü,  onda  necə  olar?  Bütün  günahlar  mənim  boynumda 

qalmazmı?  Elə  Cahandar  ağanın  özü  də  sonradan,  -  qaradabansan,  gələn 

kimi  evimə  qan  saldın,  -  deyə  mənim  üstümə  atılmazmı?  Yox,  mən  qana 

bais ola bilmərəm". 

O, irəli atılıb iri bədənini qabağa verdi. Cahandar ağanın ağır yumruqları

kürəyinə dəysə də, diz çöküb kişinin ayaqlarını qucaqladı: 

- Bəsdir, ay insafsız, yazıqda tutar qalmadı. Onu yox, mən başıbatmışı

öldür ki, biryolluq canım qurtarsın. 

 

 




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə