İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə4/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   2   3   4   5   6   7   8   9   ...   136

                                                                                                                                                      

15 


 

Cahandar  ağa  onun  hönkürtüsünə  baxmayıb,  yenə  də  oğlunun  üstünə

yeridi... 

Nökərlər  səs-küyə  tökülüşüb  gəldilər.  Kürün  sahilində  qaynar  asmağa 

gedən  qulluqçulardan  da  özünü  haraya  yetirənlər  oldu.  Tapdıq  hamıdan 

qabaq gəldi. O gördü ki, ağanın təzə arvadı kişinin ayağını qucaqlayıb irəli 

buraxmır, Şamxal isə namusa boğulub atasının qabağından qaçmaq istəmir. 

Bircə  an  keçsə  yenə  hər  şey  təkrar  olacaq,  kişi  oğlunu  təzədən 

yaxalayacaqdı. Tapdıq bir sıçrayışla özünü araya saldı. Cahandar ağa onun 

enli kürəyinin arxasında qalan Şamxalı görə bilmədi. 

Əl-ayağına dolaşma! 



-

Ağa, ayıbdır, yoldan ötən, keçən olar. 

-

Qabağımı kəsmə, deyirəm sənə! 



-

Ağa... 


-

Burax məni, o it küçüyünü tikə-tikə doğrayacağam! 

-

Ağa, səbrin olsun. 



Tapdıq  Cahandar  ağanın  başını  qatdı.  O  biri  nökərlər  isə  Şamxalın 

dartınmasına  fikir  vermədilər.  Çəkə-çəkə  onu  çardağın  yanına  apardılar. 

Papağını yerdən götürüb tozunu çırpdılar, hələ də özünə gəlməyən Şamxala 

verdilər.  Eyvanda  nərildəyib,  Şamxalın  ardınca  söyüş  söyən  Cahandar 

ağanın gözündən birtəhər uzaqlaşdırdılar. 

Hər  şey  bir-birinə  qarışmışdı.  Toyuqlar  qorxusundan  tara  çıxıb 

qaqqıldaşırdılar.  Küllükdə  eşələnən  ana  toyuq  sirkanların  arasına  dolub 

civildəşən  balalarının  başına  bir  iş  gələcəyini  zənn  edib,  tüklərini 

pırpızlaşdıraraq çığırırdı. Hətta talvarın altına bağlanmış itlər belə zəncirini 

dartıb qırmaq və hadisə yerinə cummaq istəyirdilər... 



Şamxal birbaş sahilə endi. 

Göyün  üzü  tərtəmiz  idi.  Yalnız  o  tayda,  meşədən  uzaqlarda,  üfüqlə 

birləşmiş  kimi  görünən  boz  dağların  başı  üstündə  topa-topa  ağ  buludlar 

dolaşırdı.  Laylanmış  buludların  qalın  kölgələri  boz  təpələrin,  dərələrin 

üzərində qanadını gırmış nəhəng bir quş kimi sürünürdü. Bu kölgələr uzanıb 

bərilərə, meşənin ətəklərinə qədər gəlirdi. 

İndicə baş veren əhvalatın təsirindən yaxasını qurtara bilməyən Şamxal 

yarğanın kənarında oturdu. 

  

 



 


                                                                                                                                                      

16 


 

Hündür boz təpələri yarıb uçurumlara çevirən Kür meşənin yaxası boyu 

uzanıb gedirdi. Tez-tez köpüklənib daşan, yaz aylarında yatağına sığmayıb, 

gah  sol  sahildəki  meşəyə  soxulan,  gah  da  bəri  üzdəki  hündür  yarğanları, 

biçənəkləri,  yulğunluqları  yuyub  aparan  Kür  bu  il  daha  coşqun  idi.  O, 

nəhəng palıd ağaclarını kökündən qoparıb bir yumaq kimi bürmələyir, özü 

ilə uzaqlara - aşağıdakı kəndlərin bəra-bərinə qədər aparırdı. 

Şamxal əlini gözünün üstünə qoyub Kürün şaxələnmiş qollarına, eninə-

uzununa  yayılan  bu  nəhəng  çayın  ortasındakı  xırdaca  adalara  tamaşa  etdi. 

Həmin  adaların  bəziləri  zaman  keçdikcə  böyümüşdü.  İllərdən  bəri  suyun 

lilləndiyi  bu  adalarda  balaca  pöhrələr  əmələ  gəlmiş,  get-gedə  qalınlaşıb 

meşəyə dönmüşdü. Gecələr o taydan üzüb keçən və kəndə soxulub, toyuq-

cücə oğurlamağa çalışan ac çaqqallar çox zaman bu adadakı cələyə toplaşır, 

qaranlıq qarışan kimi səs-səsə verib ulaşırdılar. 

Şamxal  həmişə  yarğanın  qaşında  oturub,  bunlara  tamaşa  etməkdən 

doymazdı.  Ancaq  indi  onun  gözünə  beç  nə  görünmürdü.  Bir  az  bundan 

əvvəl baş verən hadisələr yenidən xəyalında canlanırdı. 

Əvvəlcə o heç bir şey ayırd edə bilmədi. Atası hardan gəlib çıxdı? Kim-

kimə  qabaqca  əl  qaldırdı?  Bəs  necə  oldu  ki,  Mələk  sağ  qaldı?  Bəs  onun 

əlindəki  xəncər  niyə  iki  bölündü?  O  heç  nə  anlamırdı.  Beyni  uğuldayırdı. 

Qulaqları və bil tutulmuşdu, güy-güy güyüldəyirdi. 

Şamxal  hadisələri  təkrar-təkrar  yadına  saldı.  Anasını,  yerə  döşənən 

Salatını,  qorxusundan  rəngi  ağarıb  dodaqları  titrəyən  Mələyi,  atasının 

heybətli,  qorxunc  sifətini  gözünün  qabağına  gətirdi.  Hadisələr  getdikcə

aydınlaşmağa, lilli su kimi çöküb durulmağa başladı. Şamxal hər şeyi başa 

düşdü.  O,  atasına  əl  qaldırmışdı.  Hələ  indiyə  qədər  onların  evində  belə

hadisə  olmamışdı.  Nə  Şamxal  atasının  üzünə  ağ  olmuş,  nə  də  atası  ona 

güldən  ağır  söz  demişdi.  Cahandar  ağa  həmişə  onun  boyunu  sevər,  səhər-

səhər atı minib Kürə sulamağa aparanda samanlığın üstünə çıxıb arxasınca 

baxardı.  Şamxal  atasının  onun  yelinə  uçduğunu,  hər  yerdə,  hər  evdə

oğlundan  danışdığını  çox  gözəl  bilirdi.  O  neçə  dəfə  atasının  anası  ilə

söhbətini eşitmiş, kənd qızlarının adını çəkib gəlin seçdiyini bilmişdi. Atası

onu çox sevirdi. Bəs indi?.. 

Cahandar  ağanın  heybətli  nəriltisi  yenidən  onun  qulaqlarında  səsləndi. 

"Yox, mən bir də onunla üz-üzə gələ bilmərəm. Yəqin kişinin indi məndən 

zəhləsi gedir. Harda görsə, yenə üstümə cumacaq. Bəs 

 

 



                                                                                                                                                      

17 


 

anamın  təqsiri  nədir?  Axı  niyə  onun  üstünə  günü  gətirir?  Bundan  sonra 

anamın  günü  ah-vayla  keçməyəcəkmi?  Mən  onun  göz  yaşına  necə

dözəydim? Arvad bircə gecənin içində büzüşüb yumağa dönməmişdimi?.." 

Samxal  düşündükcə  daha  uzaqlara  gedir,  ürəyində  Mələyi  asıb-kəsirdi.  O 

heç  bir  vəchlə  Mələyə  haqq  verə  bilmirdi.  Bu  cavan  arvadın  nə  üçün  ev-

eşiyini buraxıb, özündən yaşlı kişiyə qoşularaq galdiyini ah-vayla bilmirdi. 

"Axı o istəsəydi, gəlməzdi. Atamın sözünə baxmazdı. O gəlməsəydi, bizim 

evdə bu dava-dalaş da olmazdı. Taqsırın hamısı ondadır". 

Düşüncələr  bir  burulğan  kimi  onu  qoynuna  alıb  fırladırdı.  Şamxal 

yarğanın  qaşından  ayağa  durub  üstünün  tozunu  çırpdı.  Suvadağdan  düşüb 

yarğanın kölgəsinə endi. 

Uşaqlar  qızıl  tozu  səpələnmiş  kimi  par-par  parıldayan  qumluqda 

uzanmışdılar. Bəziləri özünü suya atıb çimir, bəziləri də yastı daşları suyun 

üzündə sürüşdürürdülər. Narın ləpələrə toxunub şütüyən daşlar şıldır yerdə

qurulamış qovaq ağacına qədər gedirdi. 

Şamxal  daş  atmaqda  bəhsə  girən  uşaqlara,  budaqları  lillənib  qalan  

çiləkənə, ağacı yerindən tərpədə bilməyən boz-bulanıq sulara baxdı. 

 Elə  bil  gücsüzlüyünü  hiss  edən  sular  hirslənib  kötüyün  ətrafında 

fırlanırdılar. Bunlara əhəmiyyət verməyən çılpaq bir uşaq isə ağacın üstündə

oturub suya qarmaq atırdı. 

Şamxal  ixtiyarsız  olaraq  köksünü  ötürdü.  Axı  o  da  cami  altı-yeddi  il 

bundan əvvəl, bu uşaqlar kimi çimib, qumsallıqda eşələnirdi. Yoldaşları ilə

birlikdə üzə-üzə Kürü keçib meşəyə adlayardı. Axşama qədər moruqdan, cır 

meyvələrdən  yeyər,  qaranlıq  qarışanda  isə  sal  bağlayıb,  bəri  üzə

qayıdardılar.  Bəzən  də  istilənmiş  qara  camışları  suya  töküb  çimizdirər, 

sonra  da  şığıyıb  Kürdən  keçirərdiiər.  Fınxıra-fınxıra  üzən  kəllərin 

quyruğundan yapışıb Kürü adlamaq onlara ləzzət verərdi. 

Şamxal  birdən-birə  qocaldığını  hiss  edən  adamlar  kimi  uşaqlığını

xatırlayıb  kədərləndi.  Onu  qəhər  boğdu.  Bayaq  yad  adamların  yanında 

biabır  olmamaq  üçün  ağlamağını  saxlaya  bilmişdisə  də,  indi  bacarmadı. 

Gənclik  qürurunun  tapdalandığını  hiss  edib  kövrəldi.  Onu  atasının 

hərəkətlərindən  daha  çox  Mələyin  mərhəməti  daha  yandırırdı.  Şamxal 

Mələyin  diz  çöküb  yalvardığını,  "A  kişi,  yazıqda  tutar  qoymadın",  -  deyə

ona  tərəf  durmasını  xatırlayanda  dözə  bilmədi.  Hirs  onu  boğdu.  "Gör  nə

günə qalmışam ki, mənim döydüyüm adam mənə qəhmər çıxır, mənə yazığı

gəlir. Məni atamın əlindən almaq istəyir. İndi mən 

 

 




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə