İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə5/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   2   3   4   5   6   7   8   9   ...   136

                                                                                                                                                      

18 


 

nə  üzlə  geri  qayıdım?  Bundan  sonra  Mələk  mənə  yazıq,  yetim  bir  uşağa 

baxan kimi baxmazmı? Sonra da qarşımda dayanıb, "Hə, necəsən, o sənin 

kişiliyin,  bu  da  mənim  arvadlığım"  –  deməyəcəkmi?  Bəlkə  də  lağa  qoyub 

güləcək! Mənə məsxərə edəcək! Atam da indiki kimi ona yan basacaq. Yox, 

mən bir də o evə üz tutmaram. Çıxıb gedəcəm. Harda olsa, bir parça çörək 

taparam. Bəs anamın, Salatının axırı necə olacaq?" Şamxal ağzı üstə uzanıb 

çənəsini  qollarına  söykədi.  Onun  çiyinləri  qalxıb-enir,  bütün  bədəni 

titrəyirdi.  O  ağlamırdı.  Ağzı  üstə  uzanıb  eşələnir,  daxildən  qopan  nəriltini 

boğmaq  istədikcə  titrəyib  çalxalanırdı...  Axşamtərəfi  boğuq  bir  gurultu 

qopdu.  Hündürlüyü  on  sajenə  yaxın  olan  yarğan  uçub  suya  töküldü.  Qatı

duman  suyun  üzünü  bürüdü.  Yarğan  uçanda  qabağı  kəsilib  göllənən  su 

özünə yol açıb, yenə əvvəlki kimi sarı torpağı yalaya-yalaya, qıjıltı ilə axıb 

getdi. 


Şamxal  diksinib  qalxdı.  Gözünü  yarğan  uçan  tərəfə  zillədi.  Sonra  da 

əlini üzünə çəkdi. Yanağında laxtalanmış qam ovxalayıb tökdü. Əyilib axar 

suda  əl-üzünü  yudu.  Üst-başının  tozunu  çırpıb  papağını  düzəltdi,  Lap 

yaxında,  suyun  dayaz  yerinə  qonmuş  balaca,  caydaq  bir  quş  cikkildədi. 

Şamxal dönüb baxdı. Uzun quyruqlu quş balıq axtarırdı. 

Şamxal  bir  dəstə  qızın  yarğanın  qaşı  ilə  suya  endiyini  görüb  ayağa 

qalxdı.  Başqa  vaxt  olsaydı,  o,  yerindən  durmazdı.  Əksinə,  bəlkə  da, 

yaxındakı  yulğun  kollarının  arasına  girib,  nağıllarda  söyləndiyi  kimi,  suya 

tökülüb  çimişən  bu  mələk  qızların  ağ  bədəninə,  sinələrinə  dağılan  uzun, 

qara saçlarına oğrun-oğrun tamaşa edər, onların ördək kimi suya baş vurub 

üzmələrinə, zarafatlaşıb bir-birilərini suya basmalarına, sonra da balıq kimi 

şütüyüb adaya qədər getmələrinə göz qoyardı. Bəlkə do balaca vaxtı elədiyi 

kimi,  qızlardan  birinin  paltarını  götürüb  gizlədərdi  də.  Lakin  indi  onun 

ortaya  çıxası  halı  yox  idi.  Üst-başı  cırılmış,  ağız-burnu  əzilib  gömgöy 

edilmişdi.  Hələ  indiyə  qədər  kənddə  heç  kəs  onu  bu  kökdə  görməmişdi. 

Kürü üzüb o üzə keçməkdə birincilik qazanan, at çapıb xəncər oynatmaqda 

heç  kəsə  aman  verməyən,  yaba,  yumruq  davasında  dəfələrlə  qalib  gələn 

Şamxal buradan uzaqlaşmağı qərara aldı. Dərhal paltarını soyundu. Qızların 

qaqqıltısı və ayaq tappıltıları yarğanda səslənincə, paltarını başına dolayıb, 

özünü suya atdı. Bir göz qırpımında üzüb cələyə keçdi. Qızlar sahilə enənde 

qarşıdakı adada tərpənən yulğun kollarından başqa heç na gormədilər. 

  

 



 


                                                                                                                                                      

19 


 

Günbatan  çağı  Kürün  üstünü  bürüyən  duman  ətəyini  sallayaraq,  asta-

asta  ətrafa  yayıldı.  Gün  qərbə  doğru  əyiləndən  sonra  yuxarıdakı  boz 

dağlardan xəfif meli əsdi. Otların, dəmyələrdə əkilmiş sinəsi laləli taxılların 

üstündən keçib gələn bu axşam küləyi sahilə enib Kürün üzərinə duvaq kimi 

çəkilmiş  ağ,  nazik  dumanı  qovub  uzaqlara  -  aşağıdakı  kəndlərə  doğru 

apardı.  Getdikcə  suyun  səthinə  yatan  çiskinli  duman  cələdəki  yulğun 

kollarına toxunaraq parçalanır, sürünə-sürünə o taya - meşəyə doğru gedir, 

orada  isə  ağacların  başına  dolanıb  yox  olurdu.  Örüşdən  qayıdan  mallar 

buynuzlaşa-buynuzlaşa  sahilə  enib  doyunca  su  içir,  o  taydan,  odun 

qırmaqdan qayıdan kənd cavanları isə sal bağlayıb bəri üzə keçirdilər. 

Səhərki  hadisədən  sonra  atına  minib  meşəyə  gedən  Cahandar  ağa  da 

sahildə  idi.  O  bütün  günü  hirsli-hirsli  meşədə  gəzmiş,  dərdini  dağıdıb, 

başını qatmaq üçün qabağına çıxan quşlara, vəhşi donuzlara güllə atmışdı. 

Nəhayət,  axşamüstü  Qarasuyun  yaxası  boyu  keçib  gedən  maralların  izinə

düşüb  Kürün  sahilinə  qədər  gəlmişdi.  Cahandar  ağa  su  içən  maralların 

üstünü almış və sərrast atdığı güllə ilə iri bir maralı vurub yıxmışdı. Atdan 

düşüb ovunu kənara çəkmiş, cələdə dalda bir yerdə gizlətmişdi. 

Cahandar  ağa  Kürün  kiçik  qolunu  keçib  cələyə  çatdı.  Qarşı  sahildəki 

kənd evlərini görən at bərkdən kişnədi. Cahandar ağa iki barmağını ağzına 

salıb fit çaldı. O həmişə evdən qayıdanda bu yolda Kürdən keçər və cələyə

çatanda iki dəfə fil çalardı. Evdəkilər dərhal onu başa düşər, vurulmuş ovu 

gətirmək üçün araba qoşub sahilə enərdilər. 

Bu dəfə də belə oldu. 

Cahandar ağa atını girmədən salıb sahilə çıxanda enişdən gələn araba ilə 

qabaqlaşdı. Həmişə ovdan qayıdanda onu oğlu Şamxal qarşılayırdı. İndi isə

arabanın boynunda oğlu yox, nökərlərdən biri əyləşmişdi. Maralı vurandan 

sonra  kefi  bir  qədər  açılan  Cahandar  ağanın  qaşqabağı  yenə  tutuldu.  O, 

kəllərin  qabağını  saxlayıb  cavab  gözləyən  nökərə  üzünü  belə  çevirmədən 

dilləndi: 

-  A  bala,  a  Tapdıq,  arabanı  yuxarıdan,  girmədən  sal.  Qız  qayasının  alt 

tərəfindəki cələyə sür. Oradakı içi ovuq qovağı görmüsənmi? Həmin ağacın 

dibində maral var. Arabaya qoy gətir. 

  

 



 


                                                                                                                                                      

20 


 

Oğlan horultu ilə su içən kəlləri çubuqlayıb arabanı suya saldı. Təkərin 

dəmir şini xırda daşları əzib qıcırdadı. Su əvvəlcə təkərin topunu, sonra da 

cağları batırıb tara çıxanda təkərlərin qıcıltısı da çəkildi. Atını mahmızlayıb 

dikdirə qalxan Cahandar ağa qanrılıb geri baxdı. 

- Ayə, yuxarıdan sür, yoxsa arabanı çiləkənə vurub döndərərsən. - Araba 

qarşıdakı cələdə gözdən itəndə, sahildən düz həyətlərinə çıxan cığırla birbaş

evlərinə gəldi. Atdan düşüb nökərləri səslədi: - Ay uşaq, kim var, gəlin, atın 

yəhərini alın! 

O,  tüfəngi  eyvanın  dirəyindən  asıb  samanlığın  üstünə  çıxdı.  Gözünü 

günbatan  tərəfə,  çəmənliyə  zillədi.  Mallar  Kürün  yaxası  boyu  qatarlaşıb 

gəlirdilər.  Yelini  dolmuş  inəklər  balasına  çatmaq  üçün  mələyir, 

yazabuğalar,  düyələr  bir-birini  buynuzlayıb  qovurdular.  Naxırdan  xeyli 

aralanıb  nərildəyən  iri  bir  buğa  ayağı  ilə  yeri  eşib  tozu  göyə  sovururdu. 

Cahandar ağa naxır Kürdən su içib yarğanın qaşına çıxana qədər samanlığın 

üstündən enmədi, Boğazı zınqırovlu maral erkac kimi qabağa düşüb xalxala 

yaxınlaşanda  nökərləri  səslədi.  Özü  də  onlarla  bərabər  naxırın  qabağına 

getdi.  Pərli-budaqlı  buynuzunu  şax  tutub  yeriyən  maralı  onu  görən  kimi 

yaxınlaşıb  əlini  iylədi.  Heyvanın  soyuq  və  nəm  burnunun  təmasından 

kişinin  qıdığı  gəldi.  Cahandar  ağa  heyvanın  başını,  qulaqlarının  və

buynuzunun  dibini  qaşıdı.  Üç  il  bundan  əvvəl  meşədən  tutub  gətirdiyi  və

əldə böyüdüb naxıra qatdığı bu maral həmişə onun dərdini dağıdardı. Ancaq 

bu dəfə belə olmadı. 

Nökərlər  heyvanları  yerləşdirdilər.  Qulluqçular  inəkləri  sağıb 

rahatladılar.  Zəncirdən  açılmış  itlər  mırıldaşa-mırıldaşa  yallarını  içdikdən 

sonra evin ətrafına dolanmağa başladılar. 

Heyətə  sakitlik  çökdü.  Bu  sükut  getdikcə  gücləndi  və  bütün  şənliyi 

bürüdü.  Sahilboyu  səpələnmiş  kənd  evlərinin  solğun  işıqları,  həyətlərdə

qalanan ocaqların közərtiləri də yavaş-yavaş söndü. Kürün qıjıltısı gücləndi. 

Əsən  asta  külək  biçilmiş  otların  qoxusunu  kəndə  doldurdu.  Hamı  evə

çəkildi.  Cahandar  ağa  isə  qapıda  hərlənir,  pəncərəsindən  zəif  işıq  gələn 

otağa yaxınlaşa bilmirdi. İndi o nə etməli idi? Öz hərəkətlərinə necə bəraət 

qazandırmalı idi?..    

İki gün bundan əvvəl, şəhərdən qayıdarkən, Kürün sahilinda Mələyə rast 

gələndə  o  heç  nə  fikirləşməmişdi.  Cavan,  ətli-qanlı  gəlini  su  kənarında 

görəndə  sönməkdə  olan  ehtirası  birdən-birə  quduz  kimi  oyanmışdı.  Hələ

keçən  il,  dağa  köçəndə,  Cahandar  ağanın  gözü  bu  gəlini  almışdı. 

Göytəpəlilər dağ yolunda, çay kənarında arabalarını aç- 

 

 



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə