İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə6/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   2   3   4   5   6   7   8   9   ...   136

                                                                                                                                                      

21 


 

mışdılar. Kürün aşağısındakı obaların köçü isə gəlib keçirdi. Bir dəstə qız-

gəlin  atla,  arabalardan  qabaq  yola  düşmüşdü.  Onlar  bulaq  başında  cılovu 

çəkib atlarını suladılar. Elə bu vaxt Cahandar ağanın gözü yəhərin üstündə

şostlə  oturmuş  Mələyin  açıq  buduna  sataşdı.  Gəlin  ətəyinin 

çirmənməyindən  xəbərsiz  olsa  da,  bir  qadın  sövq-təbii  ilə  kiminsə  ona 

baxdığını duydu və ətrafına göz gəzdirəndə bulağın üst tərəfində tüfəngini 

qucaqlayıb otluğa uzanmış Cahandar ağanı gördü. Gəlin öz gözəlliyini dərk 

edən  bir  qadın  qürurundanmı,  yoxsa  ona  gözünü  zilləyən  kişinin 

ağayanalığını  xoşladığındanmı,  nədənsə,  gülümsündü.  Bunu  hiss  cdən 

Cahandar ağanın iri dodaqları aralandı. Ancaq Mələk ani şaşqınlıqdan sonra 

özünü  ələ  aldı.  Pul  kimi  qızardı.  Kəlağayısını  gözünün  üstünə  çəkib  atını

mahmızladı.  Donunun  çir-mənmiş  yerini  düzəldib  budunu  örtdü.  Bir  göz 

qırpımında  qarşıdakı  döngədən  burulub  yox  oldu.  Cahandar  ağa 

arabaçılardan bu koçün hansı obanın olduğunu öyrənsə də, nə gəlinin adını, 

nə də kimliyini heç kəsdən soruşa bilmədi. 

...İndi  bir  ildən  sonra  təsadüf  onları  yenə  qabaqlaşdırmışdı.  Cahandar 

ağa  çoxdan  bəri  xəyalından  çıxmayan  gəlini  görəndə  atının  başını  çəkib 

saxlamış  və  donunun  ətəyini  dizindən  yuxarı  qaldırıb  paçasının  arasında 

bürmələmiş  gəlinin  suda  daha  gözəl  görünən  maya  kimi  ağ  baldırlarına 

həsrətlə, oğrun-oğrun baxmışdı. Mələk axşamüstü günəşin son şüalarını əks 

etdirib parıldayan Kürün qızılı sularında əl-üzünü yuyurdu. 

Cahandar ağa atını yaxrı sürüb: 

- Ay bacı, atan ehsanına bir qab su ver, içim, - demişdi. 

Mələk səsə diksinib geri dönmüş və başının üstünü kəsdirən enli-kürük 

kişinin bığının altından gülümsədiyini görmüşdü. Gəlin əlləri titrəyə-titrəyə

iri  mis  parçı  doldurub  qabağa  uzadanda  Cahandar  ağa  Mələyin  biləyindən 

yapışıb  özünə  doğru  çəkmiş  və  bir  göz  qırpımında  atın  qucağına  almışdı. 

Onun  çırpınmasına  baxmayaraq  atı  Kürə  salmış  və  birbaş  o  taya,  meşəyə

keçmişdi. İki gün binələrdə gecələdikdən sonra öz qələbəsindən məst olan 

Cahandar  ağa  Mələyi  götürüb  birbaş  evə  gəlmişdi.  Onsuz  da  taleyindən 

narazı olan Mələk isə bu şir ürəkli kişinin iradəsinə tabe olub susmuşdu. 

Cahandar  ağa  hər  şeyin  sakit  keçəcəyini,  Zərnigarın  bir  az  deyinib 

susacağını  zənn  etmişdi.  Ancaq  səhərki  hadisə  onu  sarsıtmışdı.  Əksinə

baxsan,  Cahandar  ağa  gözü  qızıb  Mələyi  gətirəndə  uşaqlarını  heç  yadına 

salmamışdı. 

  

 

 




                                                                                                                                                      

22 


 

...  İndi  o,  qapıda  hərlənir,  içəri  girməyə  cəsarət  etmirdi.  Qorxurdu  ki, 

qapını açan kimi yenə hay-küy düşəcək, kim bilir, bəlkə də əlindən bir xata 

da çıxacaqdır. 

Nəhayət,  göyün  üzünə  ulduzlar  səpələnib,  hava  tamam  soyuyanda 

Cahandar  ağa  içəri  girdi.  Gözlədiyinin  əksinə  olaraq  onu  sükutla  qar-

şıladılar.  Əksinə  baxsan,  heç  onun  qabağına  çıxan  olmadı.  Şamxal  evdən 

gedəndən  sonra  Zərnigar  xanım  küncün  birinə  çəkilib  ağlayır,  Salatın  isə

qorxusundan  gözə  görünmürdü.  Yalnız  Mələk  evdə  idi.  O,  taxtın  ayaq 

tərəfİndə divara qısılıb oturmuşdıı. 

Tavandan  asılmış  çırağın  fitilini  qaldıran  olmadığından,  otaq  güclə

işıqlanırdı. Bu zəif və solğun işıq onu daha da darıxdırdı. Əlini uzadıb fitili 

yuxarı  çəkdi.  Yalnız  bu  zaman  dönüb  Mələyə  baxdı.  Əli  qoynunda 

dayanmış  gəlin  gözünü  pəncərəyə  zilləmişdi.  Paltarı  bir  neçə  yerdən 

cırılmışdı. Yanağında və alnında qara ləkələr vardı. 

Cahandar  ağa  xeyli  nə  edəcəyini  bilmədi.  Ona  yaxınlaşıb  könlünümü 

alsın, yoxsa qışqırıb "səsini kəs"mi desin. Sükut xeyli çəkdi. Mələyin sakit 

axan  göz  yaşı  gücləndi.  Otağı  hıçqırıq  bürüdü.  Taxtın  üstündə  mütəkkəyə

dirsəklənən Cahandar ağanın səbri tükəndi. 

Di  yaxşı,  axşam-axşanı  gözünün  yaşım  az  axıt.  Dur,  bəri  gəl 



görüm. 

Matok  yavaşca  ayağa  durdu.  Taxla  yaxınlaşıb  kişinin  qabağında 

dayandı. 

Məni niyə bədbəxt elədin? Yurduma-yuvama niyə su saldın? 



Mələyin kədərli görkəmi kişini qəhərləndirdi. 

Axı sənə nə olub? - deyə soruşdu. 



Daha  bundan  artıq  nə  olacaq,  el  içində  biabır  oldum.  İndi  mən 

hansı üzlə geri qayıdım? Mənim böyük tikəmi qulağım boyda eləməzlərmi? 

Sarsaq-sarsaq danışma. Sərt bu evdən heç yana getməyəcəksən! 



Bəs Şamxal? 

Kim? O nə qoduqdur? - Kişi qalxıb dik oturdu. - Bir də onun 



adını mənim yanımda çəkmə! 

Bəs arvadını, qızın? 



Az danış, onların sənə dəxli yoxdur.Bu evin sahibi mənəm, mən də 

nə elədiyimi bilirəm. 

O  nə  qədər  hirsli  olub  Mələyə  susmağı  əmr  etsə  də,  qəlbinin 

dərinliklərində  haqsızlığını  duyurdu.  Bu  hadisənin  belə  sakitcə  gəlib 

keçməyəcəyini, evdə hər gün dava-dalaş düşəcəyini aydınca görürdü. Ancaq 

o, evinin əmin-amanlığını saxlamaq, necə olur-olsun, dil tapıb 



                                                                                                                                                      

23 


 

hər şeyi səhmana salmaq istəyirdi. Axı, Zərnigar da yazıq idi, neçə il idi ki, 

onunla  bir  yastığa  baş  qoyurdular.  Yetişmiş  oğlu,  qızı  vardı.  İndi  necə

olsun? Onu bu evdən qovmaq olarmı? El-oba buna nə deyər? Bəs Mələyin 

təqsiri nədir? Bu yazığı da yerindən-yuvasından o oynatmayıbmı? Bəs onun 

əri? Bu gün-sabah meydana çıxıb qan-qan deyə, at oynatmayacaqmı? 

Düşüncələr  getdikcə  güclənir,  ağır  yük  kimi  onu  əzirdi.  Cahandar  ağa 

gah hirslənir, nahaq yerə başını cəncələ saldığını duyub peşmanlayır, gah da 

özünə ürək-dirək verirdi. "Əşi, nə olub, eldən çıxan bir iş tutmamışam ki? 

Elə  dədə-babadan  iki  arvad saxlamaq  peşəmiz  deyilmi? Bu  işi  bir  mən  ha 

görməmişəm. Heç nə olmaz, arvad tayfasının qaydasıdır, bir az çığır-bağır 

salacaqlar,  sonra  da  qınlarına  çəkilib  susacaqlar.  Bəs  Əşrəf?..  Yoxsa  o  da 

qardaşı Şamxal kimi mənim üstümə düşəcək? Anasına qəhmər durub məni 

bihörmət edəcək?". 

Kişi  lap  darıxdı.  Ona  elə  gəldi  ki,  bu  saat  Qori  müəllimlər 

seminariyasında oxuyan oğlu qapını açıb içəri girəcək, qaşlarını çatıb "Ata, 

eyib  deyilmi,  bu  nə  işdir  tutmusan?"  -  deyəcəkdir.  Sonra  da  baş  götürüb 

evdən gedəcək, bir daha buralara üz çevirməyəcakdir... 

Həyətdə  səs-küy  çoxaldı.  İtlər  zingildəyib  susdular.  Araba  təkəri-nin 

cırıltısı və kəlləri haylayan Tapdığın səsi eşidildi. Cahandar ağa pəncərədən 

həyətə,  nökərlərin  köməkləşib  maralı  arabadan  necə  düşürdüklərinə  göz 

qoydu.  Az  sonra  onun  dalınca  gedən  Tapdıq  əlindəki  tənək  çubuğunu 

oynada-oynada pəncərəyə yaxınlaşdı. 

-

Ağa, maralı gətirdim. 



-

Aparın bişirin. Uşaqları da çağır. 

-

Bir-iki şiş kabab gətirsəniz, bəsimdir. 



Tapdıq  eyvandan  aralandı.  Xırman  yerində  maralın  yanını  kəsdirən 

nökərlərə yaxınlaşdı: 

Ay uşaqlar, bir yaxşı ocaq çatın. Deyəsən, bu axşamkı kabab bizə



qismət olacaq. 

Onun sözünü gizli sevinclə qarşıladılar. Arvadlar əl-ayağa düşüb, tələsik 

qara  damlara  qaçdılar.  Qab-qacaq  gətirib  kişilərin  yanını  kəsdirdilər.  Heç 

beş  dəqiqə  keçməmiş  şaqqalanan  maralın  əti  doğranıb  sinilərə  dolduruldu. 

Bozartmalıq ətlə kabablıq ayırd edildi. Ocaq alovlandı. Pəncərə şüşələri elə

bil  alışıb  yandı.  Kəndin  üstünə  çökən  qaranlıq  qorxurmuş  kimi,  Cahandar 

ağanın həyətinə yaxın gəlmədi. 

 

 




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə