İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə7/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   2   3   4   5   6   7   8   9   10   ...   136

                                                                                                                                                      

24 


 

Tapdıq  qolunu  çırmayıb  göstəriş  verməyə,  özündən  cavanları

buyurmağa  başladı.  O,  ağanı  hirsləndirməmək  üçün  həmişəki  kimi  kababı

özü bişirməyi qərara aldı. 

Ocağın  ətrafında  hərlənənlərin  kölgələri  tez-tez  çarpazlaşıb  həyətə

sərilir,  bəzən  də  uzanaraq  çəpəri  aşır,  kənardakı  ot  tayalarının  üstündə

dolandıqdan sonra qaranlığa qarışırdı. Ocaq çatıldadıqca qığılcımları; ətrafa 

sıçraşır, yavaş-yavaş köz düşürdü. 

Zəncirdən açılmış itlər də ət iyini duymuşdular. Bir-ikisi ocaqdan bir az 

aralı  başını  biləklərinin  üstünə  qoyub  uzanmışdı.  Qalanları  isə  çöməlib  əti 

gözdən  qoymur,  fürsət  tapan  kimi  sinib  irəli  sürünürdü.  Əllərinə  bir  şey 

keçməyəndə  isə  geri  çəkilib  astadan  zingildəyirdilər.  Tapdıq  maralın  içini 

təmizlədikdən  sonra  bağırsaqları  bir  neçə  yerə  bölüb  itlərin  qabağına  atdı. 

İtlər  əvvəlcə  bir-birinin  üstünə  cumdular,  sonra  bağırsaqları  dartışdıra-

dartışdıra həyətdən uzaqlaşdılar. 

Nökərlər palıd odununun sürüşüb düşən közlərini bir az da irəli çəkdilər. 

Şişləri yan-yana düzdülər. Ətrafı köz üstündə bişən yağlı ət iyi bürüdü... 

Gecədən  xeyli  keçmişdi.  Mələyin  nəfəsindən  məst  olan  Cahandar  ağa 

pıçıltı ilə təzə arvadını oxşayırdı: 

-  Özün  bilirsən  ki,  səni  heç  yerə  buraxan  deyiləm.  Kişi  tüpürdüyünü 

yalamaz.  Sən  həmişə,  qəbrəcən  mənim  olacaqsan.  Ancaq  o  da  yazıqdı. 

Birtəhər dilə tutub, yola gətirmək lazımdır. Necə olsa uşaqlarımın anasıdır. 

Yanına get, əl-ayağına düş, yalvar, de ki, bir qəzadı başıma gəlib, yazığam, 

keç günahımdan, elə bil mən də sənin qulluqçun. Qabağında dillənib üzünə

ağ olmaram. Xasiyyətini bilirəm. Ürəyi yumşalıb barışacaq. Elə mən özüm 

də  onu  dilə  tutacağam.  Sonra  da  bir-birimizə  isinişəcəksiniz.  Hər  şey 

düzələcək, fikir eləmə. 

Mələk  bir  pişik  mehribanlığı  ilə  Cahandar  ağanın  sinəsinə  qısılıb 

xumarlanır,  onun  dediyi  sözlərə  qulaq  asdıqca  ürəyindəki  şübhə  və  qorxu 

yoxa  çıxırdı.  Tüklü  sinəsində  mehriban  bir  əlin  gəzdiyini  hiss  edən 

Cahandar  ağa  hər  şeyi  unndub  Mələyin  ətli  bədənini  qucaqlayır,  cavan 

qadının hərarətli təmasından məst olurdu... 

Əslinə baxsan, Mələk bu evə gəlməyindən narazı deyildi. O, Kür- 

dən xeyli aralı olan dağ kəndlərindən idi. Təmiz havası, sərin diş göy 

nədən bulaqları, güllü-çiçəkli çəmənlikləri olan bu kəndin bütün qızları kimi 

Mələk də ayaqyalın, başıaçıq böyömüşdü...  , 

O,  balacalıqdan  yetim  qalmışdı.  Hələ  beş  yaşı  tamam  olmamış  dağda 

onların evini sel aparmışdı. Ata-anası da dayə ilə birlikdə yox 




                                                                                                                                                      

25 


 

olmuşdu.  Xoşbəxtlikdən  gündüzdən  əmisigilə,  qızlarla  oynamağa  gedən 

Mələk  geri  qayıtmamış,  beləliklə  də  salamat  qalmışdı.  Əmisi  arvadı  onu 

yanından  buraxmamışdı.  Binəyə  köçəndə,  yaylağa  qalxanda  onu  özü  ilə

aparmışdı. O, çox qoçaq qız idi. Yaşının az olmasına baxmayaraq dərədən 

dörd-beş  səhəng  bulaq  suyu  gətirərdi.  Kənddə  hamı  onun  qoçaqlığından 

danışırdı.  Səhər  tezdən  suya  gələn  arvadlar,  atını  sulamağa  enən  cavanlar 

Mələyin cığırla dərədən çıxdığını görürdülər. O az qala özü boyda olan mis 

səhəngi dalına alıb dodaqaltı zümzümə edə-edə yoxuşa dırmaşırdı. 

Mələyin  dörd  əmisi  qızı  vardı.  İllər  keçdikcə  onlar  böyüyür  və  bir-bir 

nişanlanıb ərə verilirdi. Hər dəfə toy olub qızlar cehizlə köçürüləndə Mələk 

uşaq  kimi  sevinir,  nəhayət,  ona  da  növbə  çatacağını,  onun  da  belə  bir  şad 

günü olacağını fikirləşirdi. O, əmisinə, əmisi arvadına İnandığı üçün heç nə

düşünmür,  vaxtı  çatanda  ona  da  cah-cəlalla  toy  olacağını  gözləyirdi... 

Ancaq  bir  gün  Mələk  gözünü  açdı  və  gördü  ki,  onun  tay-tuşları,  hətta 

özündən kiçik olan qızlar belə ərdədirlər, ev-eşik sahibi olublar. 

Mələyi  fikir  götürdü.  "Bəs  mən?  Yoxsa  eybəcərəm?  Qaş-gözümdə

şikəstlik var? Niyə mənə yaxın duran yoxdur?" 

Bir  gün  evdə  heç  kəs  olmayanda,  divardan  asılmış  balaca,  üstü  çil-çil 

güzgünün qabağında dayanıb, boy-buxununa xeyli baxdı. Qaşları çatma idi. 

İri  gözləri  bulaq  kimi  qaynayırdı.  Yanaqlarından  az  qala  qan  damırdı. 

Qabarıq  sinəsi  elə  bil  köhnə  koftasını  partlatmaq  istəyirdi.  Qızın  özündən 

xoşu gəldi. "Yox, deyəsən, pis deyiləm", - deyə xəyalından keçirib qımışdı. 

Otaqda  bir  neço  dəfə  fırlanıb,  kürəyinə  tökülmüş  saçına,  qırçınb  donunun 

içində quzu quyruğu kimi yırğalanan ən-damına baxdı. Sonra da küncdəki 

badyanın  ağzını  açıb  bir  qaşıq  süd  üzü  götürdü.  Yanaqlarına,  saçlanna 

çəkdi. Elə bil qız birdən şam kimi alışıb yandı. Mələk güzgüdə bir də özünə

baxdı.  Hürkmüş  kimi  geri  çəkildi.  Aynada  qaş-göz  oynadıb  şaqqıldadı. 

Qaça-qaça bayıra çıxdı. 

Əmisi  arvadı  Mələkdə  baş  verən  dəyişikliyi  hiss  etsə  də,  üstünü 

vurmadı. O belə bir qızı tezliklə əldən vermək istəmirdi. Bulaq başına, çay 

kənarında, qaynarda ondan söz soruşub ağzını arayan olanda cavab verirdi 

ki,  qız  nişanlıdır,  qardaşım  oğluna  alacam.  Mələyin  də  qulağı  bu  sözü 

çalmışdı.  Lakin  həftələr  keçib,  aylar  dolandısa  da,  ortaya  çıxan  olmadı. 

Nəhayət,  bir  qızlıq  sövq-təbiilə  hiss  etdi  ki,  onun  ən  gözəl  günləri  gəlib 

keçir. Atını sulamağa gətirən kənd cavanları onu 

 

 



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə