İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə9/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   5   6   7   8   9   10   11   12   ...   136

                                                                                                                                                      

28 


 

hörükləri  sürüşüb  torpağa  düşmüşdü.  Nəfəs  aldıqca  sinəsi  mitil  yorğanı

titrədirdi. Onun nazik burun pərələri səyriyir, yarımaçıq dodaqları arasından 

dişləri parıldayırdı. Şirin yatan qızın mışıltısı evə yayılmışdı. 

Damın küncündə, arakəsmənin o üzündə inək oxrandı. Sonra da şırıltı və

şıppıltı  səsi  gəldi.  Evi  kəsif  miz  iyi  bürüdü.  Çərkəz  küncə  sarı  gedib 

donquldandı: 

Damazlığı  kəsilmiş  elə  bil  buranı  gözləyir.  İçəri  girən  kimi  aləmi 



murdarlayır. 

Şamxal həm mal damı, həm də ev olan qazmada darıxdı. Çərkəz bunu 

duydu. 



Gəlsənə eşiyə çıxaq, elə çardağın üstündə yer salıb uzanarıq. 



Heç nə hazıra deyil. - Şamxal vaxtsız gəlməyinə bir bəhanə tapmaq 

məqsədi ilə əlavə etdi: - Balıq tutmağa gedəcəksənmi? 

-

Gedəcəyəm. Necə məgər? 



-

Mən də gedəcəyəm. 

-

Hələ  tezdir,  qoy  ay  doğsun.  Həm  axşamdan  atdığım  qarmaqları 



yoxlarıq, həm də təzə qarmaq atarıq. 

Yaxşı, qoy sən deyən olsun. 



Ay qız, ay Güləsər, dur çardağın üstünə palaz sal. 

Ə, qızı niyə oyadırsan? 



Güləsər durub yerində oturdu. Gözlərini ovuşdurub gərnəşdi. Onun hələ 

də yuxulu olduğunu görən Çərkəz yenidən dilləndi: 

Tez ol, eşikdə gözləyirik. 



Yalnız indicə evdə yad adam olduğunu bilən Güləsər qızarıb yorğanını 

başına  çəkdi.  Onlar  eşiyə  çıxan  kimi  ayağa  durub  donunu  əyninə  keçirdi. 

Küncdəki  boz  kilimi  və  döşəyi  götürdü.  Çardağın  üstündə  onlara  yer 

düzəltdi.  Sonra  da  kənara  çəkilib  sakitcə  dayandı.  Çərkəz  bacısının  "daha 

mənimlə işin yoxdur ki?" demək istədiyini anladı. 

  

 



 


                                                                                                                                                      

29 


 

Get, gör yeməyə bir şey taparsanmı, acından ürəyim doğranır. 



Yəqin Şamxal da mənə yoldaşlıq edəcək. 

Çox sağ ol, toxam. 



Yaxşı, yemir-yeməsin, sən mənə bir şey tap gətir. Qaşığı da İki elə. 

Bəlkə sonradan iştaha gəldi. 

Çərkəz Cahandar ağagildə olan hadisəni bilsə də, üzə vurmadı. O özünü 

elə aparırdı ki, guya heç nədən xəbəri yoxdur. 

Güləsər  yalın  ayaqlarını  şappıldada-şappıldada  çardaqdan  endi.  Evə

keçib  iri  bir  mis  camı  qatıqla  doldurdu.  Təzəcə  bişirdiyi  arpa  fətirinin  üç-

dördünü büküb camı ağzına qoydu. Cəld damın üstünə çıxdı. Çərkəz camı

qabağına çəkdi: 

Di get yat, gör sənin toyunda qardaşın nə qiyamət eləyəcək! 



Güləsər yeniyetmə kənd qızlarına xas olan bir qəmzə ila boynunu bükdü və

dinməz-söyləməz çardaqdan endi. 

Çərkəz  arpa  çörəyini  ovcunda  ovxalayıb  qalığın  içinə  tökdü.  Ağac 

qaşıqla  qarışdırıb  doğramac  etdi.  Bir  qaşıq  götürüb  ağzına  aldı.  Ləzzətlə

damağını şaqqıldadıb başını buladı. 

Qatıq  deyil  ki,  baldır,  bal,  şəkərə  təpik  atır.  Adamın  beyninə



işləyir. Bir qaşığı əlinə götür, gör nə dadıyır. 

O, camı irəli itələdi. Şamxal könülsüzcəsinə qaşığı götürdü... Bir azdan 

çərkəz mitil yorğanı başına çəkdi. 

Yaxşı, mən yatdım. Gecə keçir. Sən də uzan. Ay doğanda gedərik. 



O, yorğana bürünən kimi xoruldadı. Şamxalın isə gözünə yuxu getmədi, 

arxası üstə uzanaraq əllərini başının altında daraqladı. 

Göyün üzü tərtəmiz idi. Ulduzlar titrəşirdi. Karvan yolu haçalanıb göy 

qübbəsində  göz  işlədikcə  uzanırdı.  Kənd  yuxuda  idi.  Cələdəki  çaqqalların 

vaqqıltısı, tənbəl-tənbəl hürən itlərin yuxulu səsi, bir də Kürün qıjıltısı bir-

birinə  qarışmışdı.  Şamxal  gözünü  səmadakı  ulduz-lara  dikmişdi.  Yata 

bilmirdi. Elə bil yuxusu ərşə çəkilmişdi. 

O,  bir  daha  evə  qayıtmayacağını  qərara  alsa  da,  hələ  nə  edəcəyini 

müəyyənləşdirə bilmirdi. Birdəfəlik kənddən çıxıb getsə necə olar? Bəlkə, 

dayısıgilə  getsin?  Görəsən  onlar  bu  işə  necə  baxarlar?  Bəlkə,  "Kişi  də

anasını, bacısını atıb gələrmi?" - deyib onu danlayacaqlar. Doğrudan da, ora 

getmək olardımı? "Atamın bu işindən sonra kim mənim üzümə baxar? Bir 

də, qoltuqda yaşamaq heç kişilikdən deyil. Dayım da olsa, minnətnən çörək 

yemərəm.  Heç  kəsə  yalvaran  deyiləm.  Özümə  bir  daxma  düzəldəcəyəm. 

Kənddəki qızlardan birini də 

  

 



 


                                                                                                                                                      

30 


 

gətirib  qoyacağam  evə.  Atamın  acığına  cah-cəlafla  da  toy  edəcəyəm.  Bəs 

xərc-xəracat?" 

Şamxal  durub  yerində  oturdu.  Cibindən  gümüş  tütünqabını  çıxardıb 

papiros  eşdi.  Yanıqlı-yanıqlı  sümürüb  tüstülətdi.  Yenə  fikir  onu  götürdü. 

"Atamın  mal-dövlətində  mənim  də  payım  var.  İlxıdan  at,  naxırdan  mal 

ayırıb gətirəcəyəm. Görüm qabağımda necə durur?! Bəlkə birdən atam razı

olmadı?  "Hələ  ölməmişəm  ki,  malımı-dövlətimi  dağıdırsan?"  -  deyə

qabağıma çıxdı, onda necə olsun? Doğrudan da, mal-dövlətin hamısı onun 

idi. Mən ki, hələ bir iş görməmişəm? Bir də ki, Əşrəfdə var idi". 

Qardaşı  yadına  düşəndə  Şamxalın  həm  ürəyi  kövrəldi,  həm  də  qəzəbi 

artdı. O, Əşrəfi çox istəyirdi. Əşrəf, necə deyərlər, canlara dəyən oğlan idi. 

Amma  atasının  iki  qardaşın  arasında  ayrı-seçkilik  saldığını  xatırlayanda 

tutuldu. Atası burada da insafsızlıq etmişdi. Əşrəfi keçən il Qori müəllimlər 

seminariyasına  oxumağa  göndərmiş,  Şamxalı  isə  yanında  saxlamışdı. 

"Evimizdən biri oxusa bəsdir, - demişdi, - sən qal. Bu cah-cəlal kimindir? 

Qardaşın  məktəbi  qurtarandan  sonra  Allah  bilir  hara  çıxıb  gedəcək.  Mənə

sən qalacaqsan". 

- İndi də belə. "Yox, atam da olsa, boyun əyməyəcəm. Onun bir çöpü də

mənə  lazım  deyil.  Təzədən  onun  qapısına  getsəm,  üzümə  vurmasa  da, 

ürəyində "Urvan məndən olmasa, kündən küt düşər" -deyəcək. Heç nə lazım 

deyil, heç atamın seçdiyi qızlara da yaxın getməyəcəm. Kimi ürəyim istəyir, 

onu  da  alacağam.  Nə  çoxdur  kəndimizdə  gözəl-göyçək  qızlar.  Elə  biri 

Çərkəzin  bacısı  Güləsər.  Kimdən  pisdir?  Nə  olar  atası  gəmiçi  olanda? 

Özünün də deyəsən mənə meyli var". 

Şamxal  papirosunu  sümürüb  çardağın  üstündən  yerə  atdı.  Közəran 

papiros  havanı  cızıb  otluğun  arasında  xeyli  qızardı.  İri  bir  ağcaqanad 

vızıldayıb  Şamxalın  başına  dolandı.  Qulağının  dibindən  sancıb  uzaqlaşdı. 

Şamxal  bayaqdan  bəri  onu  yoran  dolaşıq  fikirlərdən  yaxasını  qurtarmaq 

üçün  yorğanı  başına  çəkdi.  Ancaq  yenə  sakit  ola  bilmədi.  Bir  yandan  da 

bədəninə  daraşan  birələr  onu  qor  kimi  daladı.  Yata  bilməyəcəyini  görən 

Şamxal  yorğam  kənara  atıb  oturdu.  Hardasa  xoruz  banladı.  Aşağıdakı

təpələrin  arxasından  çıxan  ay  yuvarlana-yuvarlana  yuxarı  qalxdı.  Kəndin 

üstünə  solğun  bir  işıq  çiləndi.  Kürün  şaxalənmiş  suları  parıldadı.  Gecə

böcəkləri səs-səsə verib ötür, çəmənlikdəki yaşıl qurbağalar quruldaşırdılar. 

  

 



 


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə