İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə1/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
  1   2   3   4   5   6   7   8   9   ...   41


İSMAYIL ŞIXLI 
 
 
 
 
 
ÖLƏN DÜNYAM 
ROMAN 
 
 
 
 
 
 
 
downloaded from KitabYurdu.org


MÜƏLLİFDƏN 
Hər  hansı  görkəmli  adamın  həyatından  roman  yazmaq  mümkün  olmadığı  kimi, 
xalqın  həyatının  istənilən  mərhələsindən  də  böyük  bədii  əsərlər  yazmaq  qeyri-
mümkündür.  O  adamların  həyatından  əsər  yazmaq  mümkündür  ki,  bu  həyat 
cəmiyyətin  ictimai,  siyasi  və  sosial  tarixi  ilə  səsləşsin  və  nəticə  e'tibarı  ilə  fərdi 
tərcümeyi-hal  ictimai  tərcümeyi-hala  çevrilsin.  Xalqın  da  həyatında  taleyüklü 
dönüş nöqtələri olur. Bu dönüş nöqtələri xalqın yeni, xoşbəxt yaxud bədbəxt həyat 
mərhələlərinə  keçməsinə  səbəb  olur.  XX  əsrdə  bizim  xalqın  həyatında  belə 
döngələr çox olmuşdur. İnqilab illəri, 30-cu il hadisələri, Böyük Vətən müharibəsi 
dövrü, 37-ci il və sair bu cür dönüş nöqtələrindəndir. 
Mən  "Dəli  Kür"  romanını  yazdıqdan  sonra  Azərbaycanda  20-ci  illərdə  baş  verən 
inqilab tariximizdən yazmaq qərarına gəldim, müəyyən materiallar topladım, hətta 
əsərin  adını  da  oxuculara  çatdırdım.  "Qanlı  təpə"  adlanacaq  bu  əsər  20-ci  illərin 
mürəkkəb  və  ziddiyyətli  həyatını  əhatə  etməli  idi.  Lakin  mövcud  olan  qadağalar, 
arxiv  sənədlərinin  gizlin  saxlanılması,  o  illərdə  baş  verən  əsl  həqiqət  və 
ziddiyyətlərin  meydana  çıxarılıb  açıq  söylənilməsinə  qoyulmuş  yasaqların 
nəticəsində tarixi dövrü olduğu kimi verməyin qeyri-mümkünlüyü məni fikrimdən 
daşındırdı.  Gördüm  ki,  yazacağım  əsər  yazılmış  əsərlərin  ("Dünya  qopur", 
"Dumanlı Təbriz", "Bir gəncin manifesti", "Səhər", "Şamo") təkrarından başqa bir 
şey olmayacaq. Ona görə də, romanı yazmamağı qərara aldım. 
Lakin  son  illərdə  baş  verən  hadisələr,  məhdudiyyət  və  qadağaların  götürülməsi, 
baş  vermiş  hadisələrin  qismən  gerçəkliklə  verilməsi  imkanı  məni  əsər  üzərində 
yenidən  işləməyə  sövq  etdi  və  mən  yeni  roman  üzərində  işləməyi  qərara  aldım. 
Əsərin ruhu və məzmunu tamam yeni oldu, əsərin adı da dəyişdi. Mən romanımı 
"Ölən  dünyam"  adlandırdım.  Lakin  xəstəlik,  yazıçı  üçün  əsas  olan  gözün 
görməməsi, yazıb-oxuya bilməməyim mənim planlarımı alt-üst elədi. Uzun iztirab 
və tərəddüddən, ailə məşvərətlərindən sonra bu qənaətə gəldik ki, mən əsəri diqtə 
edim  və  həyat  yoldaşım  Ymidə  Şıxlı  onları  yazıya  köçürtsün.  Bu  qayda  ilə  əsəri 
hissə-hissə, fəsil-fəsil yazıb başa çatdırdıq və buna görə, əvvəlcədən Ymidə Şıxlıya 
downloaded from KitabYurdu.org


öz təşəkkürümü bildirirəm. 
Əsəri yazarkən tarixi sənədlərin, arxiv materiallarının, hadisələrin iştirakçısı olan 
adamların Azərbaycanda və xaricdə çap olunmuş xatirə və kitablarının toplanması 
və  mənə  çatdırılmasında  böyük  zəhmətləri  olan  gəncəli  dostum  Tofiq  Bağırova, 
yazıçı  Anara  və  hərb  tariximizi,  eləcə  də  generallarımızın  həyatını  mükəmməl 
bilən Şəmistan Nəzirliyə dönə-dönə minnətdar olduğumu söyləyirəm. 
Həmçinin  əl  yazmasının  hazırlanmasında  mənə  yaxından  kömək  edən  oğlanlarım 
Elçin və Fərruxa, eləcə də gəlinlərim Sevinc və Reyhana minnətdaram. 
Oxucularımdan  isə  əsərdə  yaşımın  çoxluğu  və  xəstəliyimdən  irəli  gələn  qüsurlar 
varsa, 

bağışlamalarını əvvəlcədən xahiş edirəm. 10 mart 1995-ci il 
İsmayıl Şıxlı 
OLƏN DÜNYAM ROMAN 1-ci fəsil - 1 - 
Həsən  ağa  eyvanı  Kürə  baxan  evlərinin  həyətində  odun  yarırdı.  Havanın  sazaq, 
ətrafın qrov olmasına baxmayaraq enli kürəyinin ortası tərləmişdi. Ələddinin səsini 
eşidəndə  baltanı  kötüyə  sancıb  dikəldi.  Gödəkçəsini  çiyninə  saldı,  ağır-ağır 
doqqaza doğru addımladı. 

Niyə orda durubsan? 

Bəri gəl, sözüm var. 
Həsən ağa ona yaxınlaşdı. Salamlaşdılar. Ələddinin gözləri gülürdü. 

Bir şey görmürsən? 
Həsən  ağa  diqqətlə  Ələddini  başdan-ayağa  süzdü.  Gördü  ki,  nişanlanandan  bəri 
üstü-başı səliqəyə düşüb. Gülümsündü. 

Deyəsən qızın eşqi səni sığallaşdırıb? 

Elə bu? 

Bə, nə istəyirsən? 

Yst-başımı demirəm, bir çiynimdəkinə bax. 
Həsən  ağa  yalnız  indi  qoşalüləni  gördü  və  gözləri  maraqdan  işıldadı.  Bir  ovçu 
downloaded from KitabYurdu.org


hərisliyi  ilə  əlini  uzadıb  tüfəngi  aldı.  Parıldayan  qundağına,  nə  qədər  təmizlənsə 
də,  yağı  tamam  silinməyən  lüləsinə  baxdı,  çaxmağını  çəkib  bərk-boşluğunu 
yoxladı.  Tətiyi  basdı,  sonra  lüləni  işıldayan  günə  doğru  qaldırıb  baxdı.  Nişan 
alırmış kimi gözünü qıyıb üzünü qundağa yapışdırdı. 

Hə, necədir? 
Həsən ağa tüfəngin ağırlığını bilmək istəyirmiş təkin qoşalüləni əlində samballadı. 

Çox mübarək, havaxt alıbsan? 

Dünən. 

Atmağı necədir, yoxlamısanmı, düzmü nişan alır? 

Elə sənin yanına gəlmişəm ki, gedək yoxlayaq. 
Həsən ağanın birdən-birə alışan ovçuluq ehtirası birdən-birə də söndü. Qoşalüləni 
geri qaytardı. 

Yox, bu gün gedə bilməyəcəm. 

Niyə? 

Qonağım gələcək. 
Ələddin dostundan belə cavab gözləmədiyindən bir an duruxdu. O elə zənn edirdi 
ki,  Həsən  ağa  həmişəki  kimi  əlüstü  razılaşacaq,  dərhal  patrondaşını,  tüfəngini 
götürüb ona yoldaşlıq edəcəkdi. 

Qonağın nə vaxt gələcək? 

Günortaüstü, ya da axşam tərəfi. 
- Eh, ay rəhmətliyin oğlu, onacan on dəfə gedib gələrik. Tez ol, tüfəngini götür. 

Yox, Ələddin, bu dəfə mənsiz get. 
-  Elə  şey  yoxdu.  Sənsiz  ovun  nə  ləzzəti.  -  Ələddin  dönüb  suyu  soğulmuş  Kürə, 
cələdəki  çılpaq  ağaclara,  çiləkənlərə,  o  taydakı  meşənin  boz  qovaqlarına  baxdı.  - 
Əsl ov vaxtıdı, hava da 

havalanıb.  Sənin  canın  üçün  ürəyimə  damıb,  gedən  kimi  maral  vuracayıq,  özüm 
ocaq çatıb kabab çəkəcəm. 
Həsən  ağanın  ovçuluğuna,  sərrast  güllə  atmağına  söz  ola  bilməzdi.  Onlar  həmişə 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə