İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə2/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   2   3   4   5   6   7   8   9   ...   41

bir  yerdə  ova  gedər,  ocaq  çatıb  ov  əti  bişirərdilər.  Ələddin  də  pis  ovçu  deyildi. 
Amma  özünün  əlinə  yatan  tüfəngi  yox  idi.  Yeznəsindən,  tanışlarından  aldığı 
tüfənglər isə, hərdən onun gülləsini boşa çıxarırdı. İndi özünə təzə tüfəng almışdı. 
Həsən  ağa  bu  cavan  oğlanın  ürəyindən  keçənləri  duydu.  O,  başa  düşürdü  ki, 
Ələddin  özünü  göstərmək  istəyir.  İstəyir  ki,  Kürü  keçib  meşədə  axşama  qədər 
dolaşsın,  geri  dönəndə  əli  dolu  qayıtsın,  təzə  tüfəngin  ilk  ovundan  -  vurduğu 
qırqovullardan  -  nişanlısına  pay  göndərsin,  qürrələnsin.  Onun  özü  də  cavan 
olmuşdu. Meşədən qayıdanda kəndin ortasındakı cığırlara sığışmırdı. İstədiyi qızın 
doqqazlarından keçəndə bilirdi ki, hardasa gizlənib arxasınca baxan var, az qalırdı 
ayaqları  dolaşsın.  Axşamüstü  bacısı,  ya  da  anası  üstünü  vurmasalar  da,  onun 
ürəyindən keçənləri başa düşür, ovlanan qırqovullardan qonşuya pay göndərirdilər. 
Bu  pay  Həsən  ağanın  deyiklisinin  gizlicə  ürək  döyüntüsünə,  yanaqlarının 
qızarmasına  səbəb  olurdu.  Ertəsi  gün  isə  ona  naxışlı  yun  corab,  ya  da  yanları 
işləməli  dəsmal  gəlirdi...  Həsən  ağa  başa  düşürdü  ki,  Ələddin  bu  saat  tüfəngdən 
çox özünü sınamaq, nişanlısının gözündə ucalmaq istəyir. 

Elə gərək bu gün gedək? Qoy qalsın sabaha. Axşamdan hazırlaşıb o başdan 
gedərik. 
Görmürsən gün hara qalxıb? Biz Kürü keçənəcən, gün günortadan əyiləcək. 
- Hələ axşama çox var, sözümü yerə salma, özün bilirsən ki, əliboş geriyə qayıda 
bilmərəm. Həsən ağa onun eyhamını başa düşdü. Gülümsündü. 

Vallah heç həvəsim yoxdu. 

Başın haqqı, səndən əl çəkən deyiləm, gedək! 
Həsən ağa yarı xoş, yarı zor razılıq verdi. 
Onlar torpaq yoldan aralanıb, yarğanın qaşındakı cığıra çıxdılar. 
Alan  hamıdan  qabaqda  gedir,  tez-tez  cığırdan  çıxıb  sirkənlərin  arasını  dolaşır, 
ayağını  asta-asta  basıb  yeri  imsiləyir,  torağayları  hürküdür,  sonra  geri  qayıdır, 
Ələddinin əl-ayağına sürtünürdü. Ələddin itin sevincinə şərik olurmuş kimi onun 
başını sığallayırdı. 
Dikdirə çıxdılar. Həsən ağa ayaq saxlayıb girməyə enən yola baxdı. Birdən bədəni 
downloaded from KitabYurdu.org


üşürgələndi.  Bərkdən  asqırdı.  Ələddin  səsə  dönüb  baxdı  və  gördü  ki,  Həsən  ağa 
dikdirdə dayanıb aşağı enmək istəmir. Ələddin geri qayıtdı. 

Niyə durdun? 
-  Eşitmədin  tək  səbir  gəldi?  -  Həsən  ağa  gözünü  Ələddinin  üzünə  zillədi.  Onun 
baxışlarında bir yalvarış vardı. - Heç ayağım getmir, gəl qayıdaq. 
-  Ay  Həsən  qağa,  sən  də  lap  məzəli  olmusan,  tək  səbir  gələndə  nə  olar?  Belə 
şeydən ötəri də, adam gerimi qayıdar? 
-  Bilirəm,  sən  belə  şeylərə  inanmırsan,  amma  mən  inanıram.  Tək  səbir  mənə 
düşmür, mən qayıdıram. 
O, doğrudan da geri döndü. Ələddin nə qədər yalvardısa, eşitmək istəmədi. Hətta 
onun yolunu kəsib qabağında atılıb-düşən Alanı da acıqlanıb qovdu. 

Ay Həsən qağa, bir ayaq saxla, gör nə deyirəm? 
Həsən ağa dayandı. Həyəcandan sinəsi qalxıb-enən Ələddinə baxdı. 

Nə deyirsən? 

Bir şərtim var. 

Nə şərt? 

Bax, bu ispiçkanı nişan qoyacam. Əgər birinci gülləyə vura bilsəm, gedirik. 
Əgər vura bilməsəm, sən deyən olsun, qayıdırıq. 
Həsən ağa tərəddüd içində dayandı. Ondan intizarla cavab gözləyən Ələddinə xeyli 
baxdı. Nə fikirləşdisə, "yaxşı" dedi və köksünü ötürdü. Ələddin quş kimi sıçrayıb 
aralandı.  Yoldan  kənarda,  sirkənliklərin  içindən  ucalan  qanqalın  ucuna  kibrit 
qutusunu taxdı və eyni sür'ətlə geri qayıtdı. 

Burdan nişan alım, yoxsa bir az geri çəkilim? 

Burdan nənəm də vurar, bax, get o dikdirə. 

Ələddin deyilən yerə getdi və tüfəngi üzünə qaldırmağı ilə nişanı vurmağı bir oldu. 

İndi nə deyirsən? 
-  Yaxşı,  sən  deyən  olsun,  -  deyə  Həsən  ağa  könülsüz  cavab  verdi  və  ayağını 
sürüyə-sürüyə enişə doğru addımladı. 
downloaded from KitabYurdu.org


Kürün suyu göz yaşı kimi dumduru idi. Yarğanların dibi, çiləkənlərin ətrafı sırsıra 
bağlamışdı. 
Su elə dayazlaşıb, elə şəffaflaşmışdı ki, çayın dibindəki daşlar aydınca görünürdü. 
Soyuq olmasaydı, adam çərməşib asanlıqla o üzə keçə bilərdi. 
Ələddin  ulğun  kollarının  arasındakı  qayığı  itələyib  suya  saldı.  Hamıdan  qabaq 
Alan  atılıb  qayığa  mindi.  Həsən  ağa  kürəyi  götürüb  burun  tərəfə  keçdi.  Ələddin 
çəpi əlinə aldı. İki-üç təkandan sonra Kürü yarı elədilər. 
Xəzəl dizə  çıxırdı. 
Qovaqlar, palıdlar, cır 
meyvə ağacları, 
saqqız
 
kolları 
yarpaqlarını töksələr 
də, 
bir-birlərinə söykənib sıxlaşmışdılar. Elə bil soyuqdan qorunmaq üçün bir-birlərinə 
qısılmışdılar. Bircə qızılcıq kolları yarpağını tökməmiş, yaz-yay aylarında olduğu 
kimi qalınlaşıb fızıllığa dönmüşdülər. 
Alan qabaqda gedir, ayaqlarını asta basır, arabir dayanıb qulaqlarını şəkləyir, ətrafı 
dinşəyirdi.  Meşənin  dərinliyindən,  Qarasu  tərəfdən  qaz  səsi  gəlir,  qanad  səsi 
eşidilirdi.  Birdən  Alan  dayandı.  Yeri  imsiləyib  geri  boylandı  və  qamışlığa  doğru 
qaçıb  marığa  yatdı.  Həsən  ağa  qoltuqaltı  sından  güllə  çıxardıb  tüfəngi  doldurdu. 
Ələddin  qabağa,  itin  yanına  getdi.  Diqqətlə  xəzələ,  qamışlığın  kənarındakı  nəm 
torpağa baxdı. Əli ilə izi göstərdi. 

Qabandır, indicə keçiblər. 
İt  izi  alıb  bir  xeyli  qamışlığın  yaxası  boyu  getdi.  Sonra  yana  burulub,  meşənin 
dərinliyinə qaçdı. 
- Deyəsən, iyi alıb, ehtiyatlı ol, - deyə Həsən ağa pıçıltı ilə göstəriş verdi. 
Onlar dizə qədər xəzələ bata-bata, nəfəslərini dərmədən, Alanın dalınca getdilər. 
Meşə  qalınlaşırdı.  Qızılcıq  kolları,  sarmaşıqlar,  ağacların  gövdəsinə  ilan  kimi 
dolanıb  qol-budaq  atan  tənəklər  tez-tez  yollarını  kəsirdi.  Arabir  quşlar  kollardan 
pırıltı ilə uçur, qamışlığın o tayında gözdən itirdilər. 
Birdən Alanın səsi gəldi; əvvəl kəsik-kəsik, sonra boğuq-boğuq. Ələddin sıçrayıb 
qabağa atıldı. Alanın xasiyyətini bilirdi: ov görəndə həmişə belə edərdi. 
Onlar qamışlığın yanından talaya çıxanda gördülər ki, Alan iri bir qabanı qabağına 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə