İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə3/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   2   3   4   5   6   7   8   9   ...   41

salıb qovur.  Ələddin  tüfəngi üzünə  qaldırdı, tətiyi  çəkdi.  İt  zingildədi  və qızılcıq 
koluna doğru qaçdı. Onlar özlərini yetirəndə gördülər ki, Alan hürə-hürə qızılcıq 
kolunun ətrafında fırlanır. İt onları görəndə daha da ürəkləndi və kolluğa cumuldu. 

Murdar kola girib, tez ol, arakəsməyə alaq. 
Həsən  ağa  yerində  dayandı.  Ələddin  qənşər  tərəfə  keçdi.  Qızılcıq  kolunu  araya 
aldılar.  Çaxmağı  çəkib  tüfəngləri  kolluğa  tuşladılar.  Barmaqlar  tətikdə  hazır 
dayandılar. 
Qızılcıq  kolu  elə  qalın  idi  ki,  bu  üzündən  baxanda  o  üzünü  görmək  mümkün 
deyildi.  İtin  qovub  kola  saldığı  qaban  da,  elə  Alanın  özü  də  şiniyib  hardasa 
dayanmışdılar.  Ovçular  da  nəfəslərini  içəri  salmışdılar.  Bir  balaca  şıqqıltı  eşidən 
kimi tətiyi çəkib həmin səmtə güllə atasıydılar. 
Həsən ağa kolun dərinliyində it zingiltisi, sonra şıqqıltı eşitdi. Yə'qin etdi ki, Alan 
qabanın qabağını kəsmişdir. Donuz isə nəfəsini dərib fürsət gözləyir, azacıq keçsə, 
iti parçalayacaq. Tüfəngini o səmtə hərləyib tətiyi çəkdi. Alan sıçrayıb kolluqdan 
kənara  atıldı.  Güllə  səsinə  diksinən  quşlar,  ağacın  budağındakı  qarğalar  havaya 
qalxdılar  və  uzun  zaman  civilti  səsi  qarğa  qarıltısına  qarışdı.  Barıt  tüstüsü 
çəkilməmiş  Həsən  ağa  gördü  ki,  qaban  kolluqdan  çıxıb  xortlaya-  xortlaya 
qamışlığa qaçdı. Qolları yanına düşdü. O, yə'qin bilirdi ki, gülləsi boşa çıxmayıb. 
Bəs necə olmuşdu ki, qaban qaçırdı. Alan da görünmürdü. Tüfəngi yerə atdı. Yrəyi 
səksəkəli halda qızılcıq kolunun başına dolandı və gördü ki, Alanın bədəni titrəyir. 
İt çaşqın halda gah quyruğunu bulayıb irəli əyilir, gah da geri çəkilib kəsik-kəsik 
zingildəyirdi. 
Ələddin  saralmış  kolların  arasında  arxası  üstə  uzanmışdı.  Sinəsindən  qan  axırdı. 
Papağı kənara düşmüşdü. Həsən ağanın dizləri qatlandı. Elə bil gözlərinə qaranlıq 
çökdü.  Başı  hərləndi.  Səldirləyə-səldirləyə  Ələddinə  yaxınlaşdı.  Diz  çöküb  bir 
xeyli donmuş kimi, lal-dinməz, qarşısında uzanan Ələddinin önündə dayandı. Elə 
bil  onun  nitqi  tutulmuş,  damarlarında  qan  donmuş,  gözlərinə  tor  gəlmişdi.  Nə 
dillənə bilirdi, nə də tərpənə. Xeyli gözlədi. Sonra titrək 

downloaded from KitabYurdu.org


əlləri  ilə  xəzəli,  otları  kənara  atdı.  Ələddinin  hələ  də  tüfəngin  tətiyində  olan 
barmağını  araladı.  Onu  qucağına  alıb  kolluqdan  kənara  çəkdi.  Bir  xeyli  nə 
edəcəyini bilmədən beləcə dayandı. Sonra Ələddini yenidən xəzəlin üstünə uzatdı. 
Nəfəsi  daraldı.  Hövllə  dartıb  yaxasını  açdı.  Pencəyinin,  köynəyinin  düymələri 
vızıltı ilə ətrafa səpələndi. Boğazına yığılmış göz yaşlarını uddu. Ələddinin başını 
qaldırıb dizinin üstünə qoydu. Onun da pencəyinin, köynəyinin yaxasını açdı. Əli 
isti qana bulandı. Boğula-boğula:"Mənim evimi niyə yıxdın, - dedi, - indi mən nə 
edim, camaata nə cavab verim, sizinkilərin üzünə necə baxım, a zalım balası? Ay 
bədbəxt oğlu, bədbəxt, özünü də, məni də niyə bədbəxt elədin? Sənə demədimmi 
tək səbir gəldi, gəl qayıdaq. İndi mən başıma haranın daşını töküm?!". 
Ələddin elə bil bu sözləri eşitdi. Gözlərində işartı sezildi. Dodaqları tərpəndi. Səsi 
güclə eşidildi. 
- Səndə nə günah var, ay Həsən qağa, görünür əcəl məni çəkirmiş. 
Ələddinin bədənindən gizilti keçdi. Bu giziltidən qolları, qılçaları gərildi və birdən 
süstləşib  boşaldı.  Həsən  ağa  onu  qucaqlayıb  hönkürdü.  Başa  düşdü  ki,  Ələddin 
canını tapşırdı. Diqqətlə gözlərinə baxdı. Telini sığalladı, əlini üzündə gəzdirdi. 
Beləcə,  meyit  qucağında  nə  qədər  dayandığını  bilmədi.  Havanın  qaralıb  günün 
yaxdığından, axşamın düşdüyündən xəbəri olmadı. Bir də o vaxt ayıldı ki, meşəyə 
qaranlıq çökür. Özünə toxtaxlıq verdi. Meyidi ehmalca yerə, qırovlanmış xəzəlin 
üstünə  qoydu.  Meyidin  ayaqlarını,  qollarını  düzəltdi,  gözlərini  sığadı,  papağını 
gətirib  başının  altına  qoydu.  Bundan  sonra  qamətini  düzəldib  dikəldi.  Sazaq 
başlamışdı. Meşə sükuta qərq olmuşdu. 

2 - 
Həsən  ağa  ətrafa  səpələnmiş  quru  budaqlardan  bir  qucaq  yığdı,  gətirib  meyidin 
yanında  yerə  tökdü.  Əlləri  əsə-əsə  ciblərini  axtardı.  Kibrit  çıxardıb  ocaq  qaladı. 
Meşəyə qızıl dilli alovun işığı yayıldı. Sonra iri bir kötüyü sürüyüb ocağa qoydu. 
Bir xeyli çatırtıyla yanan odunlara baxdı. 
Alan yerə yatdı. Qabaq ayaqlarının üstündə, xəzəli xışıldada-xışıldada, zingildəyə-
zingildəyə  meyidin  bərabərinə  qədər  süründü.  Onu  imsilədi  və  birdən  dik  atılıb 
downloaded from KitabYurdu.org


geri sıçradı. Həsən ağa dolmuşdu. Başını əlləri arasına alıb, için-için, korun-korun 
ağladı. Elə bil Alan bunu başa düşdü. Ulamasına ara verib təzədən yerə yatdı. Bu 
dəfə sürünə-sürünə Həsən ağaya yaxınlaşdı. İtin zingiltisini eşidən kişi əlini onun 
başına  çəkdi.  İt  özünə  həyan  tapmış  kimi  sivişib  ona  lap  yaxınlaşdı.  Quyruğunu 
buladı,  Həsən  ağanın  bədəninə  qısıldı.  Hər  ikisi  titrəyirdi.  Həsən  ağa  itin  bu 
hərəkətindən  ürəkləndi,  özünə  həmdərd  tapmış  kimi  oldu.  Bədəninin  titrəməsi 
azaldı. Əlini əsim-əsim əsən Alanın başına çəkdi. "İndi nə eləyək, Alan, bu dərdi 
kimə söyləyək? Özün gördün ki, məndə günah olmadı, bədbəxt oğlunu əcəl çəkib 
bura gətirdi! Özünün də evini yıxdı, mənim də. İndi mənə kim inanacaq?". Kişinin 
yanaqlarından  yaş  yuvarlandı.  Elə  bil  Alan  da  ağlayırdı,  ocağın  işığında  gözləri 
parıldayırdı. 
Xeyli  beləcə  oturdular.  Sonra  Həsən  ağa  astaca  ayağa  durdu.  Tüfəngləri  götürüb 
qamətini  düzəltdi.  Bir  xeyli  çatırtı  ilə  yanan  ocağa,  alovun  işığında  uzanmış 
Ələddinin sifətinə baxdı. Köksünü ötürüb asta addımlarla uzaqlaşmağa başladı. İt 
də  durdu.  Quyruğunu  qısıb  yazıq-yazıq  boylandı.  Həsən  ağa  geri  döndü.  Gözləri 
Alanın  gözlərinə  sataşdı və gördü ki, itin üzündə, gözlərinin  altı bərabərində,  iki 
sulu zolaq işıldayır. Onu yenidən qəhər boğdu:"Sən burda qalarsan, yaxşımı, Alan, 
Ələddini  meşədə  tək  qoymaq  olmaz.Onun  yanında,  ocağın  qırağında  oturarsan. 
Qoymazsan  qurd-quş  yaxın  gələ,  yaxşımı?  Mən  də  gedim  kəndə  görüm 
neyləyirəm,  başıma  haranın  daşını  salıram".  Alan  elə  bil  deyilənləri  başa  düşdü. 
Bir ocağın işığında aydın görünən meyidə, bir də Həsən ağaya baxdı. Çömbəldi. 
Həsən ağa qaranlıqda gözdən itəndən sonra ağzını göyə tutub, acı-acı uladı. 
Meşə  sakitləşmişdi.  Nə  quş  səsi  eşidilirdi,  nə  də  qanad  şaqqıltısı.  Hərdən  bir 
adamın  ətini  ürpəşdirən  bayquş  ulaması  olmasaydı  və  Kürün  qıjıltısı 
aydınlaşmasaydı, insan mürgüləyən meşədə vahimələnib ölərdi. 
Həsən  ağa  şaxtadan  donmuş  xəzəl  və  quru  ağac  budaqlarını  ayaqlaya-ayaqlaya 
sahilə doğru addımlayırdı. Hələ özünə gəlməmişdi. Hara gedəcəyini, nə edəcəyini 
bilmirdi.  Bilmirdi  ki,  əvvəl  öz  evinə  getsin,  yoxsa  qardaşıgilə.  Dərdini  əvvəl 
anasına  açsın,  yoxsa  arvadlar  üz-gözlərini  cırıb  saçlarını  yolduqdan  sonra  onu 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə