İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə4/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   2   3   4   5   6   7   8   9   ...   41

aralığa alıb didim-didim edəcəkdilər? Heç nə anlamır, heç nə başa düşə bilmirdi... 

Birdən qabaqdan şıqqıltı və at fınxırtısı eşidildi. Həsən ağa diksindi, amma yoldan 
çıxmadı. 
Özgə  vaxt  olsaydı,  sıçrayıb  ağacın  dalına  keçər,  tüfəngi  hərləyib  əlinə  alar, 
çaxmağı çəkib gülləni lüləyə verər və barmağı tətikdə gözləyərdi. Amma indi elə 
bil heç nə görmədi. Başını aşağı salıb xəzəli xışıldada-xışıldada yoluna davam etdi. 
At bir də fınxırdı. Çaxmaq şaqqıldadı və boğuq səs eşidildi: 

Ayə, kimsən? 

Mənəm. 
Şəmiddin ağa qardaşının səsini tanıyıb atdan düşdü. 

Nə olub? 
Həsən  ağa  dinmədi.  Şəmiddin  ağa  gördü  ki,  qardaşı  büzüşüb.  Elə  bil  onun  enli 
kürəyi, geniş sinəsi qatlanmış, beli də əyilmişdi. Şəmiddin ağa ətrafa boylandı. 

Bə Ələddin hanı? 
Həsən  ağa  dinmədi.  Bilmədi  sözə  nədən  və  necə  başlasın,  əhvalatı  qardaşına  nə 
təhər başa salsın. 

Heç Alan da gözümə dəymir. Bə, ova gəlməmişdiniz? 

Kaş qılçalarım qırılaydı, heç gəlməyəydik. 

Ə, bir düzəməlli danış görüm nə olub? 

Əlimdən xata çıxdı, bədbəxt oğlunu öldürdüm. 

Ə, nə danışdığındı? 
Şəmiddin  ağanın  boğazı  qurudu,  udquna-udquna  qaldı.  Nə  qədər  çalışdısa, 
sözünün dalını gətirə bilmədi. 

Vallah heç özüm də bilmədim necə oldu? 

Bə meyid hanı? 

Orda, ocağın qırağındadır. 
Şəmiddin ağa meşənin dərinliyində qızaran qızılcıq koluna baxdı. Başa düşdü ki, 
qardaşı meyidə qurd-quş yaxın gəlməsin deyə ocaq qalayıb. İndi canavarın kürsək 
downloaded from KitabYurdu.org


vaxtı idi. Sürü ilə gəzir və əllərinə keçəni dağıdırdılar. 

İndi nə eləmək istəyirsən? 

Bilmirəm. 
- Yaxşı, arvad kimi hönkürmə! Kişinin başına iş gələr, əlindən xata da çıxar, adam 
öldürüb zindana da düşər. 
Qardaşının acıqlı səsi elə bil Həsən ağanı özünə gətirdi. Əlinin arxası ilə gözünü 
silib  dirçəldi.  Şəmiddin  ağa  atını  yedəkləyib  qabağa  düşdü.  İri  addımlarla  işıq 
gələn tərəfə yeridi. 
Alan çənəsini biləklərinin üstünə qoyub meyidin yanında uzanmışdı. Xəzəl xışıltısı 
və  at  fınxırtısı  eşidən  kimi  dik  atıldı.  At  onu  görən  təkin  oxrandı.  Alan  iki-üç 
sıçrayışla  özünü  onların  üstünə  saldı.  İt  atı,  at  da  iti  imsilədi.  Alan  sahibinin 
ayaqlarına  dolaşdı,  quyruğunu  bulayıb  şırvandı.  Birdən  nəyisə  xatırlamış  kimi 
dayandı. Ağzını göyə tutub acı-acı uladı. At da onun səsinə səs verdi. Ayaqlarını 
yerə döyüb kişnədi. 
Şəmiddin  ağa  meyidə  yaxınlaşdı.  Diz  çöküb  ocaq  işığında  ala-bula  görünən 
sifətinə  baxdı.  Əlini  meyidin  üzünə  çəkdi.  Onun  təzə  pencəyinə,  təzə  şalvarına, 
təzə çəkmələrinə təfərrinc etdi. 
"Zalım balası elə bil toya yox, ölümə hazırlaşırmış", - deyə ürəyindən keçirdi. Düz 
bir ay qabaq Ələddini özü şəhərə aparmışdı. Gəlinə də, Ələddinə də paltarları özü 
almışdı. Elçiliyə də özü getmişdi. Ələddin onun gözü qabağında böyümüşdü, onu 
doğma  balası  kimi  istəyirdi.  Düz  bir  həftədən  sonra  toyunu  edəcəkdilər.  Çıraq 
uşağı  da,  Alqazaxlılar  da  məsləhətləşmişdilər  ki,  mahalın  ən  mahir  zurnaçısı 
Hümməti gətirsinlər, hətta beh də vermişdilər. Aşıq Qarnet də bığını eşə-eşə sazını 
kökləyib  gözləyirdi.  Qohum-əqrəba,  kəndin  bütün  qız-gəlini  əllərinə  xına  yaxıb 
oynamağa  hazırlaşırdılar.  Şəmiddin  ağa  kövrəldi.  Ayağa  durdu.  Atın  cilovundan 
yapışdı. 
Büzüşən qardaşına baxdı. 

Sən burda qal. 
Sıçrayıb atın belinə qalxdı. Yüyəni dartıb Kürə doğru çapdı. Alan da onun dalınca 
downloaded from KitabYurdu.org


getdi. Amma beş-on addım atmamış zingildəyib dayandı. Gah qaranlıqda gözdən 
itməkdə  olan  atlıya  baxdı,  gah  da  öləziməkdə  olan  ocağın  qırağında  dayanan 
qaraltıya.  Xeyli  tərəddüddən  sonra  quyruğunu  qısıb  zingildəyə-zingildəyə  geri 
qayıtdı. Meyidin yanına uzanıb başını biləklərinə söykədi. 


3 - 
Şəmiddin  ağa  atı  birbaş  qardaşıgilə  sürdü.  Zəncirdən  açılmış  itlər  onu  az  qala 
yəhərdən  salacaqdılar.  Amma  kişinin  tanış  səsini  eşidib  dayandılar.  O,  atı  həyətə 
çəkdi.  Talvarın  altında  yüyəni  dirəyə  bağladı.  Pillələri  qalxıb,  birbaş  anasının 
otağına  keçdi.  Güllü  xanım  içərisi  başdan-  başa  gəbə  ilə  döşənmiş  evin  yuxarı 
başında  döşəkçənin  üstündə  oturub  yastığa  dirsəklənmişdi.  Qabağında  çay  vardı. 
Dəmir soba gurhagurla yanırdı. Şəmiddin ağa içəri girən kimi kəkotu çayının ətrini 
duydu.  Qapının  ağzında  bir  az  ayaq  saxladı,  sonra  ürkək  addımlarla  anasına 
yaxınlaşdı.  Otuzluq  çırağın  işığında  sifəti  aydın  görünən  anasının  gözlərindəki 
qəzəb  qarışıq  suala  fikir  vermədən,  qarşısında  diz  çöküb  əlindən  öpdü;  arvad  da 
oğlunun  alnından.  Şəmiddin  ağa  xeyli  beləcə,  anasının  önündə  dizi  üstə  qadı  və 
yalnız o, işarə edəndən sonra böyründə bardaş qurub oturdu. Arvadın adəti idi: özü 
çağırmamış heç kəs cəsarət edib icazəsiz onun otağına girə bilməzdi; o handa da 
yanında oturmaq ola. 
Otağa  sükut  çökdü.  Gurhagurla  yanan  dəmir  sobadakı  odunların  çatırtısı  daha 
aydın  eşidilməyə  başladı.  Qapağın  deşiklərindən  süzülüb  düşən  işıq  zolaqları 
gəbələrin üstündə çarpazlaşıb titrəşdi. Güllü xanım başını qaldırıb oğlunun üzünə 
baxmadan  asta-asta  çayını  içdi  və  yə'qin  etdi  ki,  oğlu  onun  yanına  boş-boşuna 
gəlməyib. 
Qapı azacıq aralandı. Güllü xanım tərs-tərs, zəhmlə necə baxdısa gəlin gəlməyinə 
peşiman oldu və kölgə kimi yox oldu. Şəmiddin ağa başa düşdü ki, anası hirslidi, 
nəyəsə  acıqlanıb,  bəlkə  də  onun  çağırılmamış  gəlməyinə  qəzəblənib?  Bəlkə 
ürəyinə  nəsə  damıb?  Arvadın  qaş-qabağı  bulud  kimi  tutulmuşdu.  Özü  yağıb 
boşalmasa,  ona  toxunmaq  olmazdı.  Nəhayət,  Güllü  xanım  gözünü  hərləyib 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə