İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   2   3   4   5   6   7   8   9   ...   41

oğlunun üzünə baxdı. 

Nə olub, bu gecə vaxtı gəlməyin xeyirdimi? 
Arvadın zəhmli səsi fikir götürmüş Şəmiddin ağanı diksindirdi. 

Yox, ay ana, xeyir deyil, başımıza iş gəlib, yanına məsləhətə gəlmişəm. 

Nə iş? 
Arvadın təəccüb və təşviş dolu bu sualı verməyi ilə dirçəlməsi və yanındakı əsanı 
əlinə  almağı  bir  oldu.  Şəmiddin  ağa  vahimələndi.  Ona  elə  gəldi  ki,  anası  uşaq 
vaxtlarında olduğu kimi onu döyəcək. 

Həsən ağanın əlindən xata çıxıb. 

Nə xata? 

Adam öldürüb. 

Kimi? 

Ələddini. 

Harda? 

O tayda, meşədə. 
Güllü  xanım  elə  bil  sakitləşdi.  Yerini  döşəkçənin  üstündə  rahatlayıb  yenidən 
yastığa dirsəkləndi. Boş stəkanı geri itələdi. Nəlbəki cingildədi. Gəlin elə bil qonşu 
otaqda  bunu  eşitdi  və  qayınanasının  ürəyindən  keçəni  duydu.  Qapını  aralayıb 
səssiz addımlarla arvada yaxınlaşdı. Boş stəkanı götürdü. Bir göz qırpımında təzə 
çayla geri qayıtdı. Güllü xanım yenidən asta-asta çayını içdi. 

Qönçə bilirmi? 

Yox, səndən başqa heç kəsə deməmişəm. 

Yaxşı eləyibsən. 
İl qədər uzun görünən bir-neçə an da gəlib keçdi. 

Dur, arabanı qoş, uşaqlardan da götür, get meyidi gətir. 

Hara? 
-  Sözümü  kəsmə!  -  Arvad  dönüb  tərs-tərs  oğlunun  üzünə  baxdı.  -  Birbaş  bizim 
həyətə. Xatanı biz etmişik, altından da biz çıxmalıyıq. 
Şəmiddin  ağa  ayağa  durdu.  Əlini  qapının  dəstəyinə  uzatmazdan  əvvəl  dönüb 
downloaded from KitabYurdu.org


anasına baxdı. 

Bə, Həsən ağa neyləsin? 

Meyidlə bərabər evə gəlsin! 
Oğlu  gedəndən  sonra  Güllü  xanım  ayağa  durdu.  Başı  tavandan  asılmış  otuzluq 
çırağa toxundu. 

Ləngərlənən  çırağın  kölgəsi  divarda,  pəncərə  taxtalarında,  döşəmə  və  tavanda 
vahiməli hoyullalar kimi dolaşdı. Arvad on dörd taxtalı uzun donunun qırçınlarını, 
belinin büzməsini sığalladı, qara atlas qoftasının yaxasını yoxladı, iki qatar butalı 
qızıl  düzülmüş  qara  məxmər  baş  çəkisini  düzəltdi,  bənövşəyi  yelənli  qara 
kalağayısını gözünün üstə dartdı. Qoftasının altından bağladığı qurşağa əl gəzdirdi, 
naqanın yerində olub-olmadığını yoxladı və əsanı əlinə alıb orta divarı bir-iki dəfə 
taqqıldatdı. Gəlin qapıda göründü. 

Qönçəni bura çağır. 
Arvadın  zəhmli  səsi  ərinin  ovdan  gec  qayıtmasından  və  qaynı  Şəmiddin  ağanın 
anası ilə pıçıldaşmasından sonra arabanı qoşub tələsik getməsindən ürəyi uçunan 
gəlini  daha  da  vahimələndirdi.  Ağzını  açıb  nəsə  soruşmaq  istədi.  Amma 
qayınanasının  zəhmli  nəzərlərini  üzündə  duyub,  dinməzcə  geri  çəkildi.  Güllü 
xanım bir az aralı qalmış pəncərə taxtalarını kip bağladı,  əsası ilə dəmir sobanın 
qapağını  örtdü,  otuzluq  çırağın  fitilini  aşağı  çəkdi.  Otağın  işığı  azaldı  və  içəri 
alaqaranlıq oldu. Bundan sonra keçib yerində, döşəkçənin üstündə oturdu. 

4 - 
Güllü  xanım  Çıraqlılar  nəslini  çox  yaxşı  tanıyırdı.  Hələ  bu  evə  gəlin  gəlməzdən 
əvvəl, döşü-başı yenicə çıxıb qız həddinə düşən vaxt gördüyü bir əhvalatı yadına 
salanda indi də başının tükü qarsıyıb yumağa dönür. 
Naltökən yaylağına getmişdilər. Noylu bulağın üst tərəfində, yaşıl döşdə, məhəllə-
məhəllə  dəyə  tikmişdilər.  Gün  çıtdayan  kimi  sığırçılar  mal-qaranı  haylayıb  örüşə 
aparırdılar.  Qız-gəlin  isə  Noylu  bulağın  üstünə  tökülür,  əl-üzlərini  yuyub 
sığallanır,  sonra  da  sənəklərini  diş  göynədən  bumbuz  su  ilə  doldurub  dəyələrə 
downloaded from KitabYurdu.org


qayıdırdılar.  Mal-qara  örüşdən  qayıdana  qədər  samovar  qaynayır,  çay  dəmlənir, 
stəkan-nəlbəki  dəyənin  içində  açılmış  süfrəyə  düzülürdü.  Səhər  tezdən  qoyun-
quzuya baş çəkməyə gedən atlı kişilər binələrə qayıdanda hər şey hazır olurdu. 
Güllügilin  dəyəsi  Ömər  koxagilin  dəyəsinə  yaxın  idi.  Ömər  koxa  enli  kürəkli, 
uzun,  qalın  saqqallı  bir  kişi  idi.  Başına  saçaqlı  papaq  qoyardı.  Uzun  arxalığının 
altından belinə enli qurşaq bağlardı. İri gümüş xəncəri vardı. Güllü göz qoymuşdu: 
kişi  hər  səhər  örüşdən  sağına  qayıdan  mal-qara  ilə  birlikdə  gəlir,  dəyənin 
qabağında  atdan  düşür,  xalxalda  fırlanan  qoç  Ömər  koxanı  görən  kimi  sahibinin 
yanına  qaçır,  başını  aşağı  salıb  kişiyə  hücuma  keçirdi.  Ömər  koxa  onun  buruq-
buruq  iri buynuzundan  yapışıb  boynunu qanırırdı. Beləcə  xeyli oynadıqdan  sonra 
qoç  xalxala  qayıdır,  Ömər  koxa  isə  alaçığa  girirdi.  Güllü  bir-neçə  dəfə  gəlinlərə 
qoşulub ona qulluq da etmişdi. Görmüşdü ki, kişi pörtdəmə bişirilmiş bir quzunun 
yarım şaqqasını sarımsaqlı qatıqla yedikdən sonra üstündən bir cəm ərinmiş yağla 
bal  içmiş,  sonra  da  yasdığa  dirsəklənərək  çay  istəmişdi.  Güllü  bir-iki  dəfə 
gəlinlərdən  qabağa  düşüb  ona  çay  vermişdi.  Deyəsən  kişinin  də  qızdan  xoşu 
gəlirdi.  Onu  "A  Güllü-pullu  qızım,  günün  ağ  olsun,  bir  stəkan  çay  ver",  -  deyə 
buyurmuşdu da. 
Ömər  koxanın  Şamil  adlı  bir  oğlu  da  vardı. Bığ  yeri  yenicə  tərləyirdi. Güllü  hiss 
etmişdi  ki,  nədənsə  özü  də  bilmədən  Şamili  görəndə  ayaqları  dolaşır,  ürəyi 
guppuldayırdı.  Tez  qaçıb  dəyələrin  arasında  gizlənirdi.  Hətta  bir-iki  dəfə  özünə 
gülməyi  də  tutmuşdu.  Yrəyindən  keçirmişdi  ki,  adamın  Ömər  koxa  kimi  bir 
qayınatası ola. 
Bir gün  el dağdan  arana köçməzdən xeyli  əvvəl  arvadlar xısınlaşmağa  başladılar 
ki, Ömər koxa kiçik gəlinini öldürəcək. Gəlin alt tumanını itirib. Bu, biabırçılıq idi. 
Qızın  ya  gəlinin  alt  tumanını  itirməsi,  namusunu  itirməsi  demək  idi.  Namusunu 
itirənin eybini isə yalnız qara torpaq örtməli idi. 
Yazıq  gəlinin  gəzmədiyi  yer  qalmamışdı.  Dəyənin  içini  ələk-vələk  eləmişdi: 
yorğan-döşəyin  arasını,  keçələrin-kilimlərin  altını,  çətənlərin  dalını,  nəmilərin, 
tejənlərin  içini  belə  axtarmışdı.  Tuman  bir  parça  yağlı  əppəyə  dönüb  cinbata 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə