İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə9/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

gəldiyini  və  irəşmənin  cilovlandığını  görüb  daha  böyük  qəzəblə  irəli  cumuldu, 
rəqibinin  yalından  yapışıb  boynunu  qanırmağa  çalışdı.  Alqazaxlıların  kəhəri 
çırpındı və birdən necə güc gəldisə irəşməni dartıb nökərin əlindən çıxartdı və dal 
ayaqları ilə atın döşünə necə vurdusa, at təngildədi. Alqazaxlıların kəhəri ona göz 
açmağa imkan vermədi, boynunu qanırıb yerə yıxdı. Nökər gördü ki, at xırıldayır, 
iri xəncərini sıyırdı... 
Kəndə  haray  düşdü.  Hər  iki  tərəfdən  tökülüşüb  gəldilər.  Atışma  başlandı.  Hərə 
özünə  bir  mətəris  tapdı,  tayfa-tayfaya  bölünüb  üz-üzə  dayandılar.  Düz  üç  gün 
kənddən atışma səsi kəsilmədi. Yç gündən sonra camaat bir səhər yuxudan durub 
gördü  ki,  hər  iki  nəslin  əli  tüfəng  tutan  başıpapaqlıları  gecə  ikən  kəndin  üst 
tərəfindəki təpəlikdə səngər qazıb, üz-üzə marığa yatıblar. 
İki  gün  də  keçdi,  atışma  kəsmədi.  Evlərdə  arvad-uşaq  üzünü  cırıb  saçını  yolur, 
əlləri ürəklərinin üstündə göz yaşı axıdırdılar. Hər güllə açılanda diksinir, gecəli-
gündüzlü  səksəkə  içində  çırpınır,  səhəri  ayaq  üstündə  açırdılar.  Hamıdan  çox 
ağlayan  və  özünü  öldürənlərdən  biri  də  Həmayıl  idi.  Həmayıl  üç  ayın  gəlini  idi. 
Hələ  əlinin  xınası  getməmişdi.  Hələ  əri  evinə,  Çıraqlıların  qayda-
qanununa  isinişməmişdi.  İndi  də  araya  dava  düşmüşdü.  Səngərin  bir  tərəfində 
qardaşları, əmisi uşaqları marığa yatmışdılar, o biri tərəfində isə əri və qayınları. 
Bilmirdi  neyləsin.  Bir  gün  də  keçdi.  Səngərlərdən  səs-səmir  gəlmədi.  Həmayılın 
ürəyinə  damdı  ki,  atışanların  gülləsi  qurtarıb.  Həm  də  neçə  gündü  acdılar,  onlara 
yemək-içmək aparan yoxdu. Əslində heç kəs irəli çıxa bilmirdi. Çıraqlılardan biri 
təpənin  döşündə  görünən  kimi  Alqazaxlılar  gülləyə  basırdı,  Alqazaxlılardan 
görünəndə Çıraqlılar. 
Həmayıl  tezdən  durdu.  Ərinin  patron  dolu  qoltuqaltısını  kəlağayısının  altından 
çalın-çarpaz belinə bağladı. Ala xurcunun bir gözünü xamralı çörəyi, o biri gözünü 
isə  pendir,  yağ,  balla  doldurdu.  Su  dolu  cürdəyi  əlinə  aldı.  Cığırla  təpənin 
döşündəki səngərlərə doğru addımladı. 
Hamı  gəlinin  bu  işinə  mat  qaldı.  Əllərini  gözlərinin  üstünə  qoyub  Həmayılın 
arxasınca  baxdılar.  Yalın  döşünə  iri  bir  cığır  qalxırdı.  Bu  cığır  yolun  ortasında 
downloaded from KitabYurdu.org


haçalanırdı.  Həmayıl  heç  nəyə  fikir  vermədən,  heç  nə  eşitmədən  cığırla  yuxarı 
qalxırdı. Onun kəlağayısının altından çıxan və az qala topuğuna dəyən qoşa hörüyü 
gərdənində  yırğalanırdı.  Səngərdəkilərin  gözü  onu  almışdı.  Nəfəslərini  çəkmədən 
barmaqları tətikdə gözləyirdilər. Gözləyirdilər ki, görək cığır haçalananda Həmayıl 
hansı  tərəfə  dönəcək?  Tüfəngin  qundağı  ərinin  sinəsində  olsa  da,  arxayın  idi  ki, 
arvadı  ona  tərəf  gələcək.  Qardaşı  da  əli  ürəyinin  üstündə  bacısının  hansı  tərəfə 
dönəcəyini gözləyirdi. Həmayıl cığırların haçalaşdığı yerdə heç yana dönmədi, düz 
getdi.  Çala-çuxura  düşməyinə,  tez-  tez  büdrəməsinə  fikir  vermədi.  Baldırlarını 
sirkən, qanqal dalasa da, dayanmadı, elə bil quşa döndü. Nə çiynindəki xurcunun 
ağırlığını  hiss  etdi,  nə  də  yoxuşa  dırmananda  sızıldayan  dizinin  ağrılarını. 
Səngərlərin  bərabərinə  çatanda  sıçrayıb  sağa  döndü.  Bir  göz  qırpımında  özünü 
qardaşı  gilin  səngərinə  saldı.  Elə  bu  an  ərinin  gülləsi  açıldı.  Həmayılın  az  qala 
topuğuna dəyən qoşa hörüyünü elə bil qayçı ilə kəsib yerə atdılar. 
Kənd  camaatı  yığışdı.  Ağsaqqallar  məsləhətləşdilər  ki,  Alqazaxlıların  da, 
Çıraqlıların da başbilənlərinin yanına getsinlər. Onları başa salsınlar ki, cavanların 
beyinləri  qandı.  Belə  getsə,  bir-birlərini  qıracaqlar,  araya  qan  düşəcək.  Bir  atdan 
ötrü iki nəslin düşmən olmasına dəyərmi? Getdilər. Nə qədər hirsli olsalar da, hər 
iki tərəfin ağsaqqalları söz eşitdilər və birlikdə səngərə qalxdılar. Cavanlara öyüd-
nəsihət verdilər, tüfənglərini əllərindən alıb evə qaytardılar. Hər iki 
13 
tərəf əllərini qurana basıb and içdi ki, dinc oturacaqlar. 
Həmayıl bir həftə atası evində qaldıqdan sonra "Ərim evinə qayıdıram",-dedi. Onu 
buraxmaq istəmədilər. Qorxdular ki, qızın başına iş gətirərlər. Həmayıl inadından 
dönmədi.  Ertəsi  günü  mal-qara  örüşə  haylanıb,  əl-ayaq  yığşırılandan  sonra  cığırı 
əlinə  alıb  əri  evinə  tərəf  addımladı.  Onun  üzünə  baxan  olmadı.  Amma  üstünə  əl 
qaldıran  da  olmadı.  Əri  isə  arvadını  görəndə,  hirsindən  bığını  çeynəyib  üzünü  o 
yana  çevirdi.  Həmayıl  axşama  qədər  gözlədi.  Qaranlıq  qarışıb  çıraqlar  yananda 
qayınanasının yanına getdi. Qabağında diz çökdü, səsi titrəyə-titrəyə sözə başladı. 
- Ana, hamı məni qınasa da, sən qınamazsan, oğlun-qızın var. Adı Alosmana gedib 
downloaded from KitabYurdu.org


çıxan  qardaşların  var.  İndi  özün  de,  mən  nə  etməliydim?  Yəqin  eşitməmiş 
olmazsan,  deyiblər  ki,  ər  eldən  gələr,  oğul  beldən.  Bə,  mən  atam  oğlu  qardaşı 
hardan alaram? 
Qayınanası  dinmədi.  Gəlininin  üzünə  dikilmiş  nəmli  gözlərinə  baxdı.  Həmayılın 
bu  ağıllı  sözləri  onu  xeyli  fikrə  apardı.  Xəyalında  haralarasa  gedib  gəldi,  nəyisə 
ölçüb-biçdi və birdən dodağı qaçdı. 
- Yaxşı, ay şeytan, get otağına. Əriyin də, özüyün də yerini yanaşı sal. 

Bə... 

Qələt eləyir! 
Həmayıl quş kimi uçdu. 
Bu əhvalat çoxdan olmuşdu, lap çoxdan, indi onların heç sümüyü də qalmamışdı... 
Ömər koxa eyvanda hərlənən oğlunu içəri çağırdı. Şamil çoxdan bunu gözləyirdi. 
Atasının  səsini  eşidən  kimi  başının  qapıya  dəyəcəyindən  ehtiyat  edərək,  aşağı 
əyildi. Ayaqqabılarını soyundu. Gəbənin üstü ilə atasına tərəf irəlilədi. 
Kişi  işarə  etdi.  Şamil  atasının  yanında  bardaş qurub  oturdu.  Əvvəl  gəbəni,  sonra 
ayağındakı  naxışlı  yun  corabını  didişdirdi.  Kişi  arxalığının  yan  cibindən  tənbəki 
kisəsini  çıxartdı.  Ystü  naxışlı  gümüş  qəlyanını  doldurdu.  Sobadan  od  götürüb 
yandırdı.  Bir-iki  qullab  vurdu.  Tüstü  laylanıb  tavandan  asılmış  otuzluq  çırağın 
ətrafında qalaqlandı. 

Fikrin nədi? 
Atasının yanında uşağa dönən Şamil xəyaldan ayrıldı. 

Uşağın qanı yerdəmi qalsın? 
Ömər koxa oğluna cavab vermədi. Xeyli fikirli-fikirli qəlyanını sümürdü və birdən 
öz-özünə danışırmış kimi soruşdu. 

Ağlın nə kəsir, bu işdə bir namərdlik olmaz ki? 

Nə bilim, olanda da olar, onlardan nə desən çıxar. 
- Axı, nədən ötəri, Ələddin onlara nə pislik eləmişdi? 
Şamil  çiynini  çəkdi.  İstədi  papağını  çıxardıb  fikirdən  ağrıyan  başını  ovxalasın. 
Atasının  yanında  oturduğunu  başa  düşəndə  əlini  çəkdi.  Ömər  koxa  zərif  gümüş 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə