İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə39/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   33   34   35   36   37   38   39   40   41

girləyirdi. Kəsəmənli bu yaşlı və gözəl müəllimin nə üçün çöllərə düşdüyünü tam 
aydınlığı  ilə  anlaya  bilmirdi.  Qəzada  qaçaqların  sayı  çoxalırdı.  Belə  getsə, 
kəndlərdə hörmətli adam qalmayacaq, hamısı meşələrə, dağlara çəkiləcəkdi. 
Kəsəmənli qərara almışdı ki, Halay bəyi üzə çıxartsın. Elə bu məqsədlə də yaylağa 
qalxırdı. Yollar qorxulu idi. Kəsəmənli öz dəstəsi ilə meşənin xəlvəti cığırları ilə 
irəliləyirdi.  Yaylağa  qalxdıqca  hava  təmizlənir  və  adam  nəfəs  almaqdan 
doymurdu.  O,  əvvəllər  el  yaylağa  köçəndə  dağa  qalxar  və  ellə  birlikdə  arana 
dönərdi.  Amma  neçə  il  idi  ki,  bu  tərəflərə  ayaq  basa  bilmirdi.  Meşə  qurtardı. 
Yaylağın  çəmənliyi,  güllü-çiçəkli  yamacları  göründü.  Dəyələr  Noylu  bulağın 
üstünə səpələnmişdi. Lap kənarda balaca bir alaçıq var idi. 
Kəsəmənli  bu  çadırın  Halay  bəyin  olduğunu  zənn  etdi  və  atın  başını  qanırıb  o 
tərəfə  sürdü.  Hardansa  qayaların  dibindən  çıxan  tüfəngli  adamlar  onların  yolunu 
kəsdilər. Çaxmaqlar şaqqıldadı. 

Kimsiniz, hara gedirsiniz? 
Kəsəmənli cilovu çəkib atı saxladı. 

Halay bəyi görmək istəyirik. 

Halay bəy kimdir, a kişi? 

Sizin başçınız. Ona deyin ki, Kəsəmənli səni görmək istəyir. 
Qaçaqlar  özlərini  bilməməzliyə  vursalar  da,  Halay  bəyin  yanına  getdilər  və 
Kəsəmənlinin onu görmək istədiyini söylədilər. 
Halay  bəy  tüfəng  qucağında  mütəkkəyə  söykənərək  mürgüləyirdi.  Ona  soyuq 
dəymişdi.  İxtiyar  çağında  dağda,  dərədə  dolaşa  bilmirdi.  Kəsəmənlinin  adını 
eşidəndə ayağa durdu və üzünü keşikçilərə tutdu. 

Buraxın gəlsin! 
Kəsəmənlini  dəyənin  yanına  gətirdilər.  Atının  cilovunu  tutdular.  Kabı  kişi  içəri 
girdi.  Dəyənin  ortasında  ayaq  üstdə  duran  Halay  bəy  ilə  qucaqlaşdılar.  Bir  xeyli 
beləcə dayandılar. 
Halay bəyin göstərişi ilə qaçaqlar balaca süfrə açdılar, ortalığa çay-çörək qoydular. 
Kəsəmənli  Halay  bəyin  solmuş  bənizinə,  qırxılmamış  üzünə  baxdı  və  astadan 
downloaded from KitabYurdu.org


soruşdu: 

Necə dolanırsan? 
Halay bəy könülsüz cavab verdi: 

Özün görürsən də. Qoca vaxtı çöllərə düşmüşəm. 

Axı, səni yerindən, yurdundan kim oynatdı? 
Halay bəy cavab əvəzinə əlini pencəyinin döş cibinə uzatdı və oradan əl boyda göy 
bir kitabça çıxartdı. 
-  Rəhbərin  altı  şərtini  oxumusanmı?  Stalini  deyirəm.  Orda  yazılıb  ki,  "Öz 
kadrlarımız yetişənə qədər, köhnə mütəxəssislərdən istifadə edəcəyik". Cavanların 
hərəsi  bu  kitabçadan  birini  götürüb  iclaslarda,  yığıncaqlarda,  dərslərdə  üstümüzə 
qışqırırlar: "Siz köhnə ziyalılarsınız. Hələlik sizdən istifadə edirik. Özümüzünkülər 
yetişən  kimi  sizin  hamınızı  qovacayıq".  Hətta  dərsini  bilməyən  tələbələrdən  biri 
sinif  uşaqlarının  qarşısında  mənim  üstümə  qışqırdı:  "Halay  bəy,  sənin  mülkədar 
təbiətin istəmir ki, mənim kimi kəndli balası elm sahibi olsun. Amma unutma ki, 
mənim  səni  parçalayacaq  qədər  iti  dişlərim  və  dırnaqlarım  var!"  İndi  sən  özün 
söylə, Kabı, mən belə adamlarla necə dolanım? 
Kəsəmənli diqqətlə ona qulaq asdı və astaca gülümsündü. 
-  Meşə  çaqqalsız  olmaz,  Halay  bəy,  sən  hər  gədə-güdənin  sözündən  niyə 
inciyirsən?! 
- Mən gədə-güdələrin sözündən incimirəm, onlardan qorxuram. Onlar rəhbərin altı 
şərtini əsas götürərək nə oyun desən, çıxarda bilərlər. Şərtlərdən biri də budur ki, 
"Qolçomaqları  bir  sinif  kimi  ləğv  etmək".  Bax  bunlar  adamları  bir-birinə 
qırdırmaq deməkdi. 
Kəsəmənli Halay bəyi diqqətlə dinlədikdən sonra astadan sözə başladı: 

A bəy, bir qulaq as, hər gədə-güdənin sözü səni qorxutmasın. Biz qan töküb 
gədalar üçün hökumət qurmamışıq. Yadındadımı, hələ seminariyada oxuyanda sən 
maarifçilik  yolu  ilə  getməyi  qarşına  məqsəd  qoymuşdun.  İndi  sən  bizə  daha  çox 
lazımsan.  Xalqımızı  maarifləndirmək  lazımdır.  İndi  bizim  ziyalılara  daha  çox 
ehtiyacımız  var.  Arzularımız  baş  tutduğu  yerdə  sən  nahaq  geri  çəkilirsən,  Halay 
downloaded from KitabYurdu.org


bəy! 
57 
Halay  bəy  ani olaraq  xəyalən  gənclik illərinə, ilk  müəllimlik  çağlarına getdi və o 
günlər üçün burnunun ucu göynədi. 
Halay bəy xatirələrinə ara verib diqqətlə Kəsəmənlinin üzünə baxdı. 

Elə bilirsən, onlar sənə inanırlar? 
Kəsəmənli  bu  gözlənilməz  və  sərt  sualdan  diksindi.  Qan  sağılmış  gözləri 
müsahibinin üzünə zilləndi. Elə bil birdən-birə sifəti codlaşdı. Halay bəy hiss etdi 
ki, Kabının qaşları səyridi. 
Halay  bəy  başa  düşdü  ki,  dostunun  qüruruna  toxunmuşdu.  O,  Kəsəmənlinin  söz 
götürən  olmadığını  uşaqlıqdan  bilirdi.  Amma  ürəyindəki  sözləri  axıracan  deməyi 
qərara aldı. 
-  Mən  sənin  inamına  şübhə  etmirəm.  Dediyin  sözdən  dönməyəcəyini  də  bilirəm. 
Bilirəm ki, sözünə bütöv adamsan, tüpürdüyünü yalayan deyilsən. Ölərsən, amma 
namərdlik eləməzsən. Ancaq mən onlardan qorxuram. 

Onlar kimdi? 
- İş başına doluşan namərdlər. Nə çoxdur anasının  əmcəyini kəsənlər. Onlar sənə 
hörmət  edirlər,  çünki  sən  onlara  lazımsan.  Səni  ən  qorxulu  yerlərə  göndərirlər. 
Qaçaq-quldur üstünə yollayırlar. Sən onları öldürsən də, bunların xeyrinədi, başına 
bir  iş  gəlsə  də.  Mənim  sözlərimdən  incimə,  Kabı,  özün  bilirsən  ki,  mən  açıq 
danışanam. 
Kəsəmənli ayağa durdu. 
-  Deyəsən  bizim  söhbətimiz  baş  tutmayacaq,  Halay  bəy,  inamını  nə  yaman 
itirmisən?  Mən  səni  üzə  çıxartmaq  istəyirəm.  İstəyirəm  ki,  sənin  kimi  gözəl  bir 
müəllim dağlara, daşlara düşməsin. Qəza firqə özək katibi ilə də məsləhətləşmişik. 
Xalq  maarif  komissarlığına  yazmışıq.  Səni  seminariyaya  müdir  tə'yin  etmək 
istəyirik,  öz  təcrübəndən  istifadə  edəsən,  gözəl  müəllimlər  hazırlayasan. 
Kəndlərimizdə məktəblər açırıq, hələlik orda üçaylıq, altıaylıq müəllimlər kursunu 
qurtaranlar dərs deyir. Bizə isə savadlı müəllimlər lazımdı. 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə