İsmayıl bəy Qutqaşınlının 210 illik yubileyi münasibəti ilə Mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
tarix15.07.2018
ölçüsü0,71 Mb.
#55923


 

F.Köçərli adına Respublika



Uşaq Kitabxanası

 

 

   



 

 

 



 

 

 



 

 

Mədəniyyət tariximizin parlaq siması – 



 İsmayıl bəy Qutqaşınlı 

 

 

 

İsmayıl bəy Qutqaşınlının 210 illik yubileyi  münasibəti ilə  Mərkəzi 

kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə,  kənd kitabxana 

filialları üçün hazırlanmış metodik vəsait 

 

 

 

 

 

 

 

 

 

        Bakı – 2016 

 



 

Tərtibçi:                                            Aynurə Əliyeva  



 

Ixtisas redaktoru  

 

 

  Şəhla Qəmbərova 

və buraxılışa məsul:                          Əməkdar mədəniyyət işçisi 

 

                             

 

 

 

Mədəniyyət tariximizin parlaq siması-İsmayıl bəy Qutqaşınlı: 

metodiki  vəsait/tərt.  ed.  A.  Əliyeva;  ix.  red.  və  burax.məsul 

Ş.Qəmbərova;  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası.- 

Bakı, 2016.- 26 s. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

©F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016. 

 



 

                                            Tərtibçidən 

 Azərbaycan  xalqı  olduqca  qədimdir, 

onun yaratdığı ədəbiyyatsa, bir  o qədər 

zəngin,  genişdir  ki,  hətta  adı  bu  gün 

həlli olmayan, yaradıcılığından bir sətir 

bizə 

gəlib 


çatmayan 

şair 


və 

yazıçılarımızın  əsərlərini  bir  yerə 

toplayıb  yığmaq  mümkün  olsaydı, 

onların  əsasında  belə  bir  xalqın  söz 

xəzinəsindən  istədiyin  qədər,  ürək  dolu 

danışmaq mümkün olardı. Dünya mədəniyyətinə Nizami, Xəqani, 

Xətayi,  Nəsimi,  Füzuli,  Saib  Təbrizi,  M.F.  Axundzadə,  Mirzə 

Cəlil,  Sabir,  Cavid,  Şəhriyar,  S.  Vurğun  kimi    saysız  azmanlar, 

nəhənglər  bağışlayan  xalqımızın  elə  söz  ustaları  da  olmuşdur  ki, 

tarixin  keşməkeşlərində  fırtınalarında  adı  birdəfəlik  unudulmuş, 

yazdıqları yerli-dibli yox olmuş, ya da yox edilmişdir. Elələri də 

var ki, qeyrətli oğulların sevgisi  onları yenidən dünyaya gətirmiş, 

ikinci dəfə  həyata qaytarmışdır. Bunlardan  biri də XIX  yüzillik 

Azərbaycan  realist-maarifçi  ədəbiyyatının  görkəmli  nümayəndəsi 

İsmayıl bəy Nəsrulla sultan oğlu  Qutqaşınlıdır. (1806-1855).  Öz  

zamanında  adı  dillərdə    dolaşan,  sözləri  ağızdan-ağıza    gəzən  

İsmayıl    bəyin  cismani  ölümu  onun  yazılı  irsinin  də  ölümünə 

çevrildi.  Əsərlərinin  çapına  çalışmayan    bu  yazıçıdan,  şairdən 

uzun  illər  boyu  bir  kimsə  danışmadı,  bir  kimsə  onu  anmadı... 

Nəhayyət,  Salman    Mümtaz  adlı  bir  Simurğ  quşu  uçub  gəldi, 

ədəbiyyatımızın  saysız-hesabsız    nəhənglərini  zülmət  dünyadan 

işıqlı  dünyaya  çıxardı.  Adı  artıq  hamının  yadından  çıxmış    o 

azmanlardan  biri  yenə  bu  gün  haqqında  qürurla  danışdığımız 

general-mayor,  Avropada  ədəbiyyatımızın    ilk  təmsilçisi  olan 

həmin İ.Qutqaşınlıdır. 

 

 




 

              



Yazıçı, döyüşçü, səyyah - İsmayıl bəy Qutqaşınlı 

   Salman Mümtazın 1836-cı ildə yazdığı, “Ədəbiyyat  qəzeti”ndə 

cap etdirdiyi ilk məqaləsindən Xalid Əlimirzəyevin 1984-cü ildəki 

yazısınacan  keçən  təxminən  yarım  əsr  içərisində  İ.  Qutqaşınlı 

haqqında bir çox dəyərli elmi araşdırmalar aparmış, onun  əsərləri 

nəşr  edilmişdir.  Alimlərimizdən    Mikayıl  Rəfili,  Feyzulla 

Qasımzadə,    Həbib    Əfəndiyev,  Əziz  Mirəhmədov,  Ənvər 

Əhmədov,    Nadir    Məmmədov,    Nərmin  Tahirzadə,  Kərəm 

Kərəmov,  Ədalət  Tahirzadə  və  başqalarının,  Polşa  alimləri  

Bohdan Baranovski  və Ancey Xodubskinin  son dərəcə qiymətli 

yazılarında ədibin həyat və yaradıcılığına  dair çoxlu yeni faktlar 

üzə  çıxarılmış,  onun  ədəbiyyat    tariximizdə  tutduğu  mühüm  yer 

müəyyənləşdirilmişdir.  Bu yazılarda bəzən mübahisəli, hətta bir- 

birini  danan  fikirlər  olsa  da,  deyilən  hər  sözün  də  Qutqaşınlı 

şəxsiyyətini  və  yaradıcılığını  öyrənməyə  töhfə  olduğunu  nəzərə 

aldıqda, onların müəlliflərinin nə qədər xeyirxah   iş gördüklərini 

minnətdarlıqla    qiymətləndirməliyik.  İsmayıl  bəy  Qutqaşınlı 27 

yanvar 1806-cı  ildə  (bəzi  mənbələrə  görə  1809-cu  ildə)  keçmiş 

Qutqaşın mahalında (indiki Qəbələ) anadan olmuşdur. İsmayıl bəy 

Qutqaşınlı uşaqlıq və gənclik illərində dini təhsil almış, ərəb, fars 

dillərini öyrənmiş,  klassik  Azərbaycan  və  Şərq  ədəbiyyatı  ilə 

yaxından  tanış  olmuşdur.  Xidmət  illərində  İ.  Qutqaşınlı  bir  sıra 

mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaratmış, rus və Qərbi 

Avropa  mədəniyyətlərinin  nailiyyətlərinə  yiyələnmiş,  dövrünün 

ən  savadlı  Azərbaycan  ziyalılarından  biri  olmuşdur.  1855-ci 

İsmayıl  bəy  Qutqaşınlı  Qəbələdəki  Soltanbaba  qəbiristanlığında 

dəfn  edilmişdir.  İsmayıl  bəy  Qutqaşınlının  adı  Azərbaycan 

xalqının  qəlbində  daim  yaşayır.  Qəbələ  şəhərinin  mərkəzi 

küçələrindən  birinə  İsamyıl  bəy  Qutqaşınlının  adı  verilmişdir.  

Eyni  zamanda  Qəbələdə  ədibin  heykəli  ucaldılmış,    xatirə-ev 

muzeyi  yaradılmışdır.  Bakının  Yasamal  rayonundakı  mərkəzi 

küçələrindən birinə də Qutqaşınlının adı verilmişdir. 

 



 

İsmayıl bəy Qutqaşınlı şəxsiyyətini və yaradıcılığını  oxuculara 



tanıtmaq və sevdirmək üçün  kitabxanada bir sıra maraqlı tədbirlər 

keçirmək  olar.  Bunlara  misal  sözü  gedən  ədibin    “Əsərlərinin 

təhlili”,  “Kitab müzakirəsi”,  “Sual-cavab gecəsi”, “Rəsm və şeir 

müsabiqəsi”, “Kitab sərgisi”, “Ədəbi-bədii gecə” və s tədbirlərdir. 

Kitabxanada  təşkil  olunan  sərgilər  xüsusi  önəm  daşıyır.  Sərgi 

müxtəlif    başlıqlarla  verilə  bilər.  Məsələn:    “Realist    maarifçi  ”, 

“Paqonlu  Maarifçilərimiz...”,    “Yazıçı,  döyüşçü,  səyyah”, 

“Orijinal  və  maraqlı  sima  –İsmayıl  bəy  Qutqaşınlı”,   

“Mədəniyyət    tariximizin    parlaq  siması-  İsmayıl  bəy 

Qutqaşınlı”,”Azərbaycanda  ən  məhşur    general  yazıçı-  İsmayıl 

bəy Qutqaşınlı”, “İsmayıl bəy Qutqaşınlı-210”, “Bir səfərin ədəbi 

və əbədi sədası” və s.  

Sərginin nümunəsini sizə veririk. 

Başlıq:  

1.

 



“Bir səfərin ədəbi və əbədi sədası”  

2.

 



Kitablarının nümayişi. 

3.

 



Görkəmli  insanların  İ.  Qutqaşınlı  haqqında  söylədikləri 

sitatlar. 

4.

 

Dövrü mətbuatda nəşr olunan məqalələrin kartotekası. 



 

 

 

   

 

 



 

 



 

   



Sərgidə görkəmli şəxsiyyətlərin İ. Qutqaşınlı haqqında söylədiyi   

sitatlar da yer alır. Həmin sitatlardan bir neçəsini nəzərinizə 

çatdırırıq.  

Əldə  olan  çoxlu  faktlar  dönə-dönə  göstərir  ki,  İsmayıl  bəy      

Qutqaşınlının  bədii  irsi  iki  əsərlə  bitmir.  O,  başqa    əsərlər  də 

yazmışdır.Ümidvaram  ki,  ədibin  gələcək  nəşrləri  yeni-yeni 

əsərlərlə  zənginləşəcək,  daha  da  kamilləşəcək,  gələcək  oxucular 

bu  gözəl  yazıçının  fikir  dünyasıyla  daha  geniş  material  əsasında 

tanış olacaqlar.  

                                                                Cahangir Qəhrəmanov                  



                                                                                       Professor 

O, həm böyük naşir,  həm müəllim,  həm səyyah,  həm də kənd 

təsərrüfatı mütəxəssisi idi. 

                                                                        Həqiqət Abbasova 



                                      İ. Qutqaşınlının ev muzeyinin direktoru 

Ismayil    bəy    Qutqaşınlı    Azərbaycan    ədəbiyyatı    və 

mədəniyyətinin  orijinal  və  maraqlı  siması  kimi  xalqımızın 

xatirəsində özünə daimi hörmət və məhəbbət qazanmışdır. 

 

                                                               Nadir Məmmədov 



                                                                                       Tədqiqatçı 


 

İsmayıl bəy Qutqaşınlı Azərbaycan xalqının maariflənməsində və 



oyanmasında aktiv fəalliyyət göstərən şəxsiyyətlərdəndir. O, 

Azərbaycan ədəbiyyatına müasir nəsr, hekayə janrını gətirən 

yazıçıdır. “Səfərnamə” də Qutqaşınlının işlətdiyi dil, üslub, ifadə 

tərzi, lüğət tərkibi oxucunu heyran qoyur. “ 



                                                                            Əziz Mirəhmədov   

                                                                       Ədəbiyyatşünas alim  

“İ.Qutqaşınlının həyatı və yaradıcılığı ətrafında ciddi, xüsusi tədqi 

qat aparıb, onu bürümüş dumanı vurub-dağıtmaq, ədəbiyyatımızın 

bu orijinal siması haqqında sanballı bir əsər yazmaq bizim elmimi 

zin öhdəsinə düşən vəzifələrdən biridir”. 

 

 



                                                    Ədalət Tahirzadə  

 

 

                                    Filologiya elmləri namizədi  

“Rəşid  bəy  və  Səadət  xanım”  hekayəsi  ədəbiyyatımızda 

maarifçilik  düşüncələri  yayan  elə  güclü  bir  qaynaq  oldu  ki, 

”İsmayıl  bəyin  başqa  bir  əsəri  olmasa  belə,  bu  roman  onun 

isminin  xatırlarda  baqi  qalmasına  kafi  gələrdi”  Yazıçı  bu  əsəri 

yazaraq Azərbaycan ədəbiyyatında nağıl və əfsanələrdən uzaq ilk 

realist hekayələrimizdən birini ortaya qoydu. 

         Oxucuların  sevərək və xüsusi  fəallıqla  iştirak etdiyi  tədbirlərdən  

         biri də kitab müzakirəsidir.  Kitabxanaçı  ilk öncə kitabsevərləri   

         salamlayaraq  İ. Qutqaşınlının həyat və yaradıcılığı   haqqında  

 məlumatlar  verməyə  başlayır.  Ədəbiyyatımızda  maarifçilik 

görüşlərinin  ilk  yazıcılarından    sayılan  İsmayıl  bəy  Qutqaşınlı 

bütün ömrü boyu doğma xalqın səadəti, maariflənməsi  və mədəni 

yüksəlişi  uğrunda  çarpışmışdır.  41  yaşında  general-mayor 

rütbəsinə  yüksəlmiş  İ.Qutqaşınlı  bu  adı  almış  ilk  azərbaycanlılar 

dandır. Ədibə verilmiş mükafatların və təltifləri sizə təqdim etmək 

istərdim.  

1. İllik məvacib-1828-ci il. 




 

2. İgidliyə görə IV dərəcəli Müqəddəs Anna ordeni-1828-ci il.  



3. Bantla III dərəcəli Müqəddəs Anna ordeni. 

4. Bantla IV dərəcəli Müqəddəs Vladimir ordeni-1831-ci il . 

5. İgidliyə görə Qızıl Qılınc-1832-ci il. 

6. Bantla II dərəcəli Müqəddəs Stanislav ordeni-1833-cü il. 

7. Bantla II dərəcəli Müqəddəs Anna ordeni -1833-cü il. 

8. Şəki əyalətində gəlirlərindən istifadə etməklə əbədi (ömürlük) 

olaraq kəndlər bağışlanmışdır-1836-cı il.  

9. Gümüşlə haşiyələnmiş imperator qılıncı-1839-cu il.  

10. Bir dəfəyə min rubl gümüş pul 1839-cu il. 

11. İldə iki min rubl gümüş pulla ömürlük təqaüd (pensiya)1841-

ci il. 

12. XXV illiyə görə III dərəcəli Müqəddəs Georgi ordeni 1843-cü 



il.  

13.  XXV illiyə görə III dərəcəli Müqəddəs Vladimir ordeni.  

14. XXV il qüsursuz xidmətə görə fərqlənmə nişanı -1852ci il.  

15. Xarici ordenlə: Farsca –Şirü Xurşid; türkcə -Aslan ilə Günəş;   

 İ.  Qutqaşınlı   Qasım  bəy  Zakir, Abbasqulu  ağa  Bakıxanov və 

başqaları  ilə  yaxından  dostluq  etmişdir.  Bu  şəxslər  Azərbaycan 

ədəbiyyatında  "Paqonlu  maarifçilər"  adı  ilə  məşhurdurlar. 

İsmayıl bəy Qutqaşınlının müasiri tanınmış yazıçı, maarifçi Mirzə 

Fətəli  Axundzadə    ilə  dostluq  münasibətləri  də  ədəbiyyat  və 

mədəniyyət  tariximizin  maraqlı  səhifələrindəndir.  XIX  əsrdə 

Azərbaycan  xalqının  inkişafında  xidmətləri  olmuş  bu  iki  şəxsin 

dostluğu barədə məlumatlara böyük ədəbiyyatşünas alim mərhum 

Əziz  Mirəhmədovun  1967-ci  ildə  çap  etdirdiyi  “İsmayıl  bəy 

Qutqaşınlı əsəri” kitabında rast gəlirik. İ. Qutqaşınlı Polşada hərbi 

qulluqda    olarkən  1835-ci  ildə  Varşavada  fransız  dilində  “Rəşid 

bəy  və  Səadət  xanım”  əsərini  yazaraq,  elə  orada  da  çap  etdirmiş 

və  bununla  realist  Azərbaycan  nəsrinin  bünövrəsini  qoymuşdur. 



 

İndi  yeganə  nüsxəsi  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 



Əlyazmalar  İnstitunda  (surəti  Qəbələ  Rayon  Tarix  Diyarşünaslıq 

Muzeyində)  qorunan  bu  kitabın  sonunda  M.F.Axundzadənin 

avtoqrafı  var.  O,  kitabı  oxuduqdan  sonra  öz  təəssuratlarını  rusca 

yazmışdır:  “Mənim  qəlbim    elə  alovlu  qəlblərdəndir  ki,  o  nə  öz 

sevincini,  nə  də  öz  kədərini  gizlədə  bilər.  Buna  görə  də  mən  bu 

günki sevincimi sizə xəbər verməyə bilmərəm. Mənim şadlığımın 

səbəbi  odur  ki,  başladığımız  işin  axıra  çatması  haqqında  məndə  

zərrə  qədər  şübhə  qalmamışdır.  Bu  gün  sizi  tamamilə  inandıra 

bilərəm ki, arzularımızın həyata keçirilməsi  günü yaxınlaşmışdır. 

İzahatını gələcək münasib bir təsadüfə saxlayıram. 15 mart 1846. 

Mirzə Fətəli.”  

Bu  qeydlərdən  düz  100  il  sonra  anadan  olan  bir  şəxs  kimi  neçə 

illərdir ki, düşünürəm, görəsən M. F. Axundzadə  “...başladığımız 

işin    axıra  çatması”,  “arzularımızın  həyata  keçməsi  günü 

yaxınlaşmışdır”  dedikdə nələri nəzərdə tuturdu?  

                                                                            Əziz Mirəhmədov 

   İsmayıl bəy Qutqaşınlı 1852-ci ildə ömür-gün yoldaşı ilə Yaxın 

Şərq  ölkələrinə  səyahətə  getmişdir.  Böyük  ədib  iki  dəfə 

müqəddəs Həcc  ziyarətində  olmuşdur.  Bu  səyahəti  ilə  əlaqədar 

1967-ci  ildə  çap  olunmuş  "Səfərnamə"  adlı  yol  qeydlərini 

yazmışdır.  Əsər  Qutqaşınlının  getdiyi  yolun  coğrafiyasının 

öyrənilməsində böyük əhəmiyyət daşıyır. Hazırda bu əsərin cəmi 

126  səhifəsi  tapılmışdır.  İsmayıl  bəy  istefaya  çıxdıqdan  sonra 

Azərbaycan  xalqının  maariflənməsində  və  oyanmasında  aktiv 

fəalliyyətə  başlamışdır.  İsmayıl  bəy  Qutqaşınlı  Azərbaycan 

ədəbiyyatına 

müasir nəsr, hekayə janrını 

gətirən 


yazıçıdır. 

Qutqaşınlı yaradıcılığının şah əsəri  "Rəşid bəy və Səadət xanım" 

adlı  əsəridir. Bu əsərdə iki zadəgan ailəyə məxsus olan gənclərin 

məhəbbətindən  bəhs  edilir.  Bundan  başqa  bəzi  mənbələrə  görə 

Qutqaşınlının  "Tutu"  adlı  əsəri  də  olmuşdur.  Ancaq  bu  əsər 



10 

 

itirilmiş  və  günümüzə  gəlib  çatmamışdır.  İ.Qutqaşınlı  "Miskin" 



təxəllüsü  ilə  şeirlər  də  yazmışdır.  Təəssüf  ki,  onun  əlyazmaları 

1930-cu illərdə repressiya dövründə məhv edildiyindən bizə gəlib 

çatmayıb.  Ancaq  ona  aid  olduğu    iddia  edilən  və  1973-cü  ildə 

aşkarlanan,  1999-cu  ilin  aprelin  22-də  Qəbələdə  "Qəbələ" 

qəzetində  nəşr  edilən  "İki  quşun  söhbəti"  adlı  şeir  də  var.  Bu 

məsələ hələ ki mübahisə mövzusudur.

 

 

Daha sonra kitabxanaçı ilk sualı ilə oxuculara müraciət edir.  



Kitabxanaçı:Yuxarıda  qeyd  etdiyimiz  məlumatlara  əlavə  olaraq 

nə deyə bilərsiz? 



Oxucu:  İ.  Qutqaşınlı  1822-ci  ildə  Rus  ordusunda  qulluğa 

başlamışdır.  Dörd  il  Peterburqda  hərbi  məktəbdə  oxumuşdur. 

İsmayıl  bəy  Rusiya-İran  (1826-1828)  və  Rusiya  Türkiyə  (1827-

1829)  müharibələrində  fəal  iştirak  etmiş  və  müxtəlif  ordenlərə 

layiq  görülmüşdür.  Müharibələr  bitdikdən  sonra  da  əsgəri 

xidmətini davam etdirmiş və bununla əlaqədar olaraq bir  müddət 

Varşavada  yaşamışdır.  Qutqaşınlı  hərbi  biliklərə  dərindən 

yiyələnmiş  və  sıravi  əsgərdən  general-mayor  rütbəsinə  qədər 

yüksəlmişdir.  1841-ci  ildə  Qutqaşınlı  istefa  verərək  vətənə 

qayıdır. Qutqaşın və Şamaxıda yaşayaraq hərbi təlimlər keçirir.  



 Kitabxanaçı:    İsmayıl  bəy  Qutqaşınlının  adı  Azərbaycanımızın 

böyük    maarifçiləri  ilə  birgə  çəkilməkdədir.  Bunun  səbəbini 

aydınlaşdıra bilərsinizmi? 

I Oxucu:    İ. Qutqaşınlı  Azərbaycanın böyük maarifçi alimləri –

Mirzə  Fətəli  Axundzadə,  Qasım  bəy  Zakir,  Abbasqulu  ağa 

Bakıxanov  və  başqaları  yaxından  dostluq  etmişdir.  Adı  digər 

maarifçilərlə  yanaşı  çəkilən  İ.  Qutqaşınlı  əsərlərində  realistliyə 

üstünlük vermişdir. Bundan başqa, İsmayıl bəy istefaya çıxdıqdan 

sonra  Azərbaycan  xalqının  maariflənməsində  və  oyanmasında 

aktiv fəaliyyətə başlamışdır. Maarifçilik yoluyla xalqını gerilikdən 

uzaqlaşdırmağa  çalışan  bu  görkəmli  dövlət  işçisi  insansevərlik 

prinsiplərini  ciddi  gözləyərmiş.  Özünün  maarifçilik  görüşlərini 

İsmayıl  bəy  Qutqaşınlı  öz  qələmi  ilə  də  gerçəkləşdirməyə 




11 

 

çalışırdı.    Sözsüz  ki,  bu  da  çar  hökümətinin  maraqlarına  cavab 



vermirdi.  

Kitabxanaçı:  Deyə  bilərsinizmi,  İsmayıl  bəy  Qutqaşınlının  

ədəbiyyatımıza bəxş etdiyi əsərlər hansılardı? 



Oxucu:  Azərbaycan  realist-maarifçi  ədəbiyyatının  görkəmli 

nümayəndəsi  İsmayıl  bəy  Qutqaşınlının  əsərlərindən  “İki  quşun 

söhbəti”,”Hüsnü–xülq”,“Səfərnamə”,”Rəşid  bəy  və  Səadət 

xanım”,  ”Tutu”və  digər  əsərlərini  sadalaya  bilərik.  Təəssüflər 

olsun  ki,  onun  “Tutu”adlı  əsəri  itirilmiş  və  günümüzə  gəlib 

çatmamışdır.  



Kitabxanaçı:      Sizin  fikrinizcə  İ.Qutqaşınlının  şah  əsəri  hansı 

hesab olunur? 



Oxucu:   İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatına müasir 

nəsr,  hekayə  janrını  gətirən  yazıçıdır.  İ.Qutqaşınlı  yaradıcılığının 

şah əsəri “Rəşid bəy və Səadət xanım”əsəridir. Eyni zamanda bu 

əsər  yazıçının  Varşavada  hərbi  qulluqdaykən  fransızca  nəşr 

etdirdiyi (1835) əsəridir.  

Kitabxanaçı:    Yazıçı  öz  adından  başqa  daha  hansı  təxəllüslə 

şeirlər yazmışdır? 



Oxucu:    Ədəbiyyatımızda  İsmayıl  bəy  Qutqaşınlı  adı  ilə    öz 

möhürünü  vurmuş  yazıçı  bəzən  “Miskin”  təxəllüsü  ilə  şeirlər 

yazmışdır.  Təəssüf  ki,  onun  əlyazmaları  1930-cu  illərdə  

repressiya  dövründə  məhv  edildiyindən  bizə  gəlib  çatmayıb. 

Ancaq  ona  aid  olması  iddia  edilən  və  1973-cü  ildə  aşkarlanan, 

1999-cu  ilin  aprelin  22-də  Qəbələdə  “Qəbələ”  qəzetində  nəşr  

edilən “Iki quşun söhbəti” adlı şeir də var.   

Kitabxanaçı:   Bu əsərdə nədən bəhs olunur? 

Oxucu:    “İki  quşun  söhbəti”  adlı  şeiri  İsmayıl  bəy  Qutqaşınlının 

poetik dünyasından xəbər verir. Sevinirik ki, bu  şeir 2002-cü ildə 

ilk  dəfə  “Azərbaycan”  qəzetində  çap  etdirilərək  oxucuların 

diqqətinə çatdırılıb.  



Oxucu:    İ.Qutqaşınlının  bu  əsəri    iki  quşun  arasında  gedən 

söhbətdən  ibarətdir.  Öz  dostunun  qəmli  halına  baxaraq,  onun 

halına  yanan  quş  nədən  belə  fəğan  etməyinin    səbəbini  soruşur. 



12 

 

Digər  quş  öz  övladının  ona  qarşı  laqeyidliyindən,  biganəliyindən 



söhbət açır. Balasının ona yaxın gəlməməyindən və anasını görcək 

uçub  kənara  qaçmasından  söhbət  açır.  Əslində  quş  özü  də 

bilmədən bu laqeyidliyin əsas səbəbini açıqlayır.  

Kitabxanaçı:        Sizcə  şair  bu  şeiri  yazmaqla  oxuculara  nəyi 

çatdırmaq istəyib? Siz bu şeirdən nə nəticə çıxardınız? 



Oxucu:      İ.  Qutqaşınlının  bu  şeiri  tərbiyyəvi  və  düşündürücü 

xüsusisiyyətə  malikdir.  Məncə,  bu  şeiri  oxuyan  hər  kəs  özünə 

hökmən bir dərs və eyni zamanda  örnək götürə bilər.  

 Oxucu:        İsmayıl  bəy  Qutqaşınlı  bu  şeirlə  əməyi  tərənnüm 

etmişdir.  Yəni  bizim  biri  ilə  qan  bağımız  deyil,  qəlb  bağımız 

önəmlidi.  İnsanlar  bir-  birinə  əmək  ,  sevgi  verərsə,  qarşıdakını 

özünə yaxınlaşdıra bilər. Sevgi sevgi gətirər.Verə bilmədiyini ala 

bilməzsən. 

Kitabxanaçı:      Sevimli  iştirakçılar,  bildiyimiz  kimi  İsmayıl  bəy 

özünə  Qutqaşınlı  təxəllüsünü    götürmüşdür.    Sizcə  bu  təxəllüs 

haradan yaranan amil idi? 

Oxucu:      “Qutqaşınlı”  soyadı  rusların  Şəkini  işğal  etməsindən 

sonra meydana çıxıb. Onlar Qəbələ sultanlarını, dağıdıb xarabaya 

çevirdikləri  qədim  Qəbələ  şəhərindən  çıxararaq,  (bundan  sonra 

Qəbələdə  həyat  bütünlüklə  dayanıb)  balaca  Qutqaşın  kəndində 

yerləşdirdikdən  sonra,    bu  sultan  ailəsinə  rus  qaydasıyla 

“Qutqaşınlı” soyadı veriblər. Bu soyad qoyma 1819-cu ildən sonra 

baş verib, çünki məhz həmin ildə Şəki vilayətində xanlıq, Qəbələ 

mahalında  sultanlıq  aradan  götürülmüş,    xanın  da,  sultanın  da  

səlahiyyətləri rus  komendantına  keçmiş, bu adamlar artıq vilayət 

və  mahalını  yox,  yalnız  öz  şəxsi  mülklərini  idarə  edən  sıravi  rus 

təbəəsinə çevrilmişdilər. Ruslar bu soyadı verməklə  guya keçmiş 

sultan 


ailəsinə 

rus 


hakimiyyətinin 

imtiyazlar 

verməsini 

rəsmiləşdirmişdilər, ancaq əslində bu soyadla onlar çox qədim və 




13 

 

şərəfli  tarixi  olan  Qəbələni  yaddaşlardan  silməyin  ciddi  özülünü 



qoymuşdular.  Axı  məntiqlə  Nəsrulla  sultan  övladlarına 

"Qəbələli”soyadı verilməliydi.   



Kitabxanaçı:     Bəli, İ. Qutqaşınlı sevginin və əməyin  insanlar 

arasında ən önəmli ünsür olduğunu vurğulayıb. Əmək ən böyük 

cəfa, sevgi isə ən böyük əməkdi, dəyərli oxucular. Çalışın 

özünüzü və ətrafdakılarınızı bu hislərdən məhrum etməyin.  



Kitabxanaçı oxucularla  

İsmayıl bəy Qutqaşınlının “Rəşid 

bəy və səadət xanım”əsərini təhlil edir.  

 Kitabxanaçı:     Böyük tədqiqatçımız Salman Mumtaz yazılarının 

 birində belə bir fikir söyləmişdir:  “Mədəniyyət və ədəbiyyatımız 

 tarixinə canlı və şərəfli səhifələr bəxş edən “Rəşid bəy və Səadət  

xanım”  hekayəsini  tapıb  meydana  çıxarmaq  şərəfini  tarix  bizə 

nəsib  etdi  ki,  bu  bizdən  ötrü  çox  böyük  şərəfdir.”  İsmayıl  bəy 

Qutqaşınlının  “Rəşid  bəy  və  Səadət  xanım”  hekayəsi  həm  ideya 

məzmunu,  həm  də  üslubu  etibarı  ilə  Azərbaycan  nəsri  tarixində 

realizsmə  doğru  meylin  gücləndiyini  göstərən    ilk  mühüm 

əsərlərdəndir.  Hekayənin  qəhrəmanı    Rəşid  bəy  surətilə    açıq-

fikirli  mülkədar  ziyalıların  xüsusiyyətlərini    və  fikir  səviyyəsini 

göstərmişdir.  İ  Qutqaşınlının  qəhrəmanı  Rəşid  bəy  görüşləri, 

hisləri və əməli ilə xalqa yaxın və bağlı olan ziyalıların real bədii 

surətidir.  O,  hər  şeydən  əvvəl,  öz  vətəninə,  içərisindən  çıxdığı 

mühitə  və  zəmanəsinə  uyğun  olan  gəncdir.  Rəşid  bəyin  gözəl 

xüsusiyyətlərindən    biri  onun  savadlı,  bilikli  və  mədəni  bir  gənc 

olmasıdır. Onun arzusu vardı: bütün məşhur igidlərə qalib gəlmək 

və  bütün  zəiflərə,  yoxsullara  kömək  etmək.  Rəşid  bəy  igidliyi, 

şücaəti  yalnız  tüfəng  atmaqda,  at    oynatmaqda  görmür.  Bu  ona 

vətənini  müdafiə etmək üçün lazımdır. Rəşid bəyin yeni fikirləri 

də  bir  insan  olaraq  mənəvi  məziyyətləri  onun  ata  və  anasına, 

doğma yurduna, qadına bəslədiyi münasibətlərdə də təzahür edir. 



14 

 

Rəşid  bəy  fəaliyyətinin  çoxunu    vətənini  çapıb  talayan    və 



əkinçilıəri incidən quldurlar ilə çarpışmada keçirərdi. İsmayıl bəy 

bu 


hekayəni 

Azərbaycandakı 

bir 

yaxın 


dostunun  

həvəsləndirməsiylə  yazıb.    Başlıca  olaraq  Avropa  və  rus 

oxucusuna    ünvanlanmış  əsəri  qələmə  almaqda  məqsəd 

Azərbaycan mühitinin təsviriylə onda ümumən  Şərqin ailə həyatı 

və məişəti haqqında təsəvvür yaratmaqdır. Səlim bəy Behbudovun 

(1882-1943)  türkcəyə  bacarıqla  çevirdiyi  hekayədən    götürülmüş 

aşağıdakı geniş müraciət bu istəyi açıqlayır: “Başlıca ideyası  azad 

sevgi və qadının cəmiyyətdə  azadlığı olan “Rəşid bəy və Səadət 

xanım”  XVIII-XIX  yüzillikdə  Azərbaycanda  istər  kübar,  istər 

yoxsul    ailələrində  insani  münasibətləri  incəliklə  təsvir  edən 

orijinal nəşr nümunəsidir.”  Müəllifin özünün çılğın  təbiəti onun 

qəhrəmanlarında da hopub və adama elə gəlir ki, yazıçı əslində öz 

başına  gələn  və  özünün    şahid  olduğu  hadisələrin  təsvirində  

olduqca  konkretliyə  varıb.    ”Rəşid    bəy    və  Səadət  xanım” 

yazıldığı    dövrün  etnoqrafiyası    haqqında    da    zəngin  məlumat 

verir.  XIX  əsrin  birinci  yarısı  Azərbaycan  məişəti  burada    elə 

canlı,  geniş  və  inandırıcı  təsvir  olunmuşdur    ki,  ondan  az  qala 

tarixi  bir  sənəd  kimi  yararlanmaq  mümkündür.  İstər  kübar 

cəmiyyətin,  istətərsə  də  “qara  camaat”  ın    dolanışığı    səciyyəvi  

çalarlarla,  cizgilərlə,  rəssam zövqüylə  işlənmişdir. “Rəşid bəy və  

Səadət  xanım”  məhəbbət    mövzusunda  yazılmışdır.  Əsərdə 

yüksək  kübar  ailəsində  doğulmuş    iki    gəncin  ülvi  və  romantik  

məhəbbət macəraları təsvir olunub. İki gəncin atəşli və saf sevgisi 

tərənnüm  olunur.  Ədib  bu  mövzu  ilə  bağlı  olaraq  dövrün  bir  sıra 

aktual içtimai məsələlərinə toxunur, orta əsr feodal adət-ənənələri, 

dini fanatizm,  mühafizəkarlıq,  qadın əsarəti  əleyhinə çıxır, azad 

sevgi, qarşılıqlı məhəbbət əsasında ailə qurmaq prinsiplərini təbliğ 

edir.  Hekayənin  lirik  qəhrəmanları  Rəşid  bəy  və  Səadət  xanım 




15 

 

XIX  əsrin  birinci  yarısında  Azərbaycan  kübar  ziyalı  gənclərinin 



bir  sıra  səciyyəvi  cəhətlərini  –həyata  yeni  münasibəti,  istək  və 

arzuları    özündə  təcəssüm  etdirirdi.  Rəşid  bəy  obrazı  eyni 

zamanda bəzi avtobioqrafik cizgilərə də malikdir. İ. Qutqaşınlının 

bu  hekayəti  real  məhəbbət    mövzusunda    yazılsa  da,  əsərdə  xalq 

həyatı,  məişəti,  adət  -ənənələrinin  bir  sıra  səciyyəvi  cəhətləri, 

ölkənin şimal rayonlarının zəngin təbiət lövhələri real və təbii əks 

olunsa da, o, həm məzmunu, həm də bədii strukturu cəhətdən tam 

romantik  bir  əsərdir.  Əsas  hədəf    saf  və  ülvi  hislərin  qabarıq 

şəkildə özünü büruzə verməsidir.  Müəllifin bu yazısı  “Rəşid  bəy 

və Səadət xanım” hekayəsinin, obrazlı desək, tərcümeyi-haldır. S. 

Mümtazın  ədəbi  irsimizə,  ədəbiyyatımıza  tükənməz  sevginin 

hopduğu  bir  məqalədə  hekayənin  tapılma  tarixçəsi  geniş  şəkildə 

verilmişdir.  “Rəşid  bəy  və  Səadət  xanım”  hekayəsi  həm 

məzmunu,    həm  də  bədii  forması  cəhətdən  yeni  tipli  nəsrin 

tələblərinə  tam  cavab  verən  və  bir  sıra  mühüm  ideya-bədii  

məziyyətlərə    malik  olan  orjinal,  romantik  əsərdir.  Kitabxanada  

keçirilən  tədbirlər  içərisində  gözəl  və  mənəvi  baxımdan  dəyər 

qazanan    tədbirlərdən  biri  də  ədəbi-bədii  gecədir.  Gecəyə 

oxucular,    məktəblilər,  müəllimlər,  xüsusi  qonaqlar  və  eləcə  də, 

şair, yazıçı və digər  ədiblər qatılırlar. Ədəbi-bədii gecəyə qatılan 

hər  kəs  İsmayıl  bəy  Qutqaşanlı  yaradıcılığının  istisinə 

toplaşanlardır.  Səhnə  İ.  Qutqaşanlının      portret  və  şəkilləri  ilə, 

müxtəlif  əsərlərində  dediyi  fikirlərlə,  əsərlərindəki  insan  və 

heyvan obrazlarının şəkilləri  və onun haqqında deyilmiş sitatlarla 

bəzədilir.  İ.Qutqaşınlının  müxtəlif  adda  kitabları  və  ona  həsr 

olunmuş    tanınmış  yazarların  kitablarından  ibarət    olan  kitab 

sərgisi gecəyə  xüsusi rəngarənglik verir.  

Səhnəyə ilk əvvəl  məktəbli  aparıcılar gəlir və gecəni açıq elan 

etmək üçün sözə başlayırlar. 



16 

 

 I  Aparıcı:  Salam,  dəyərli  qonaqlar,  tədbir  iştirakçıları,  hər 

birinizi  ayrı-ayrılıqda  salamlayırıq.  Möhtərəm  qonaqlar,  hər 

birinizi  bu  gözəl  gecədə  xoş  gördük.    Qoy  bu    möhtəşəm    gecə  

cəmi 63 il ömür sürmüş Azərbaycan  realist nəsrinin banilərindən  

sayılan    və  ilk  Azərbaycan  generallarından  olan  İsmayıl  bəy 

Qutqaşınlı  yaradıcılığı  bir  şam,  bizsə  onun  işığına  toplaşan  

pərvanə olaq.  

 II  Aparıcı:      İ.  Qutqaşınlı  elə  bir  dahi  insandır  ki,  onun 

vətənimizə  olan  xidmətləri  çox  şaxəlidir.  İ.  Qutqaşınlı  hərbimizə 

olan xüsusi xidmətləri ilə yanaşı, ədəbiyyatımıza da gözəl töhfələr 

bəxş  etmişdir.  Hamımızın  bildiyi  kimi  o  bir  sıra  kiçik  və  iri 

əsərlərin  müəllifidir.  Adı  Qəbələdən  Peterburqa,  Tiflisdən 

Varşavaya, Məkkədən  Mədinəyə, Şamdan İstambuladək  sayğı və 

sevgi  ilə  çəkilən  elsevər,  yurdsevər,  insansevər  birisi  haçansa 

unudular?.. 



I  Aparıcı:      XIX  əsr  Azərbaycan  ədəbiyyatının  Abbasqulu    ağa 

Bakıxanov,  Mirzə  Şəfi  Vazeh,  Qasım  bəy  Zakir,  Mirzə  Fətəli 

Axundov,  Seyid    Əbülqasım  Nəbati,  Seyid  Əzim  Şirvani,  Həsən 

bəy  Zərdabi  kimi  klassikləri  ilə  bir  cərgədə  İsmayıl  bəy 

Qutqaşınlının da adı iftixarla çəkilir. Ədəbiyyatımızda  maarifçilik  

görüşlərinin  ilk    yazıçılarından  sayılan  İsmayıl  bəy  bütün  ömrü 

boyu  doğma  xalqın  səadəti  ,  maariflənməsi,  mədəni  yüksəlişi 

uğrunda çarpışmışdır. 



II  Aparıcı:      Bildiyimiz kimi o, eyni zamanda yorulmaz səyyah 

idi.  Müsəlman  Şərqini  iki  dəfə  başdan-başa  gəzmiş  İsmayıl  bəy 

gördüklərinə  əsl  alim  kimi  yanaşmış,  olduğu  ölkələr,  şəhərlər 

haqqında  geniş  məlumat  qoyub  getmişdir.  Ata-babaları  kimi  özü 

də “Qutqaşınlı” familiyası daşıyan  İsmayıl bəy 27 yanvar 1806-cı 

ildə  qədim    Qəbələ    diyarının    Qutqaşın  kəndində  doğulmuşdur. 




17 

 

Babaları  bu  torpağın  ən  tanınmış  adamlarındandır.    Bir  babası 



Hacı Şəfi sultan, İkinci babası  Kəbəli sultanı idi. 

I Aparıcı:   Bilindiyi kimi İsmayıl bəy haqqında ilk məlumat və 

ilk  yazılar  böyük    mətnşünas    Salman  Mümtazın  qələmindən 

çıxmışdır.  Onun Əlyazmalar İnstitunda Qutqaşınlıya dair iki çox 

dəyərli  əlyazması saxlanılır. Bu əlyazmaların hər ikisi və1936-cı 

ildə  “Ədəbiyyat  qəzeti”  ndə  çap  etdirdiyi  “Rəşid  Bəy  və  Səadət 

xanım”  hekayəsi  mühərriri    Qutqaşınlı  İsmayıl  bəyin  həyatı  

məqaləsi  ,  həmçinin  “Rəşid  bəy  və  Səadət  xanım”ın  ilk 

tərcüməçisi  Səlim  bəy  Behbudovun  “Mütərcimdən”  adlı 

əlyazması da qısaldılmadan  bu nəşrə daxil edilib. 

II Aparıcı:    Salman Mümtazın 1936-cı ildə yazdığı,“Ədəbiyyat 

qəzeti”  ndə çap etdirdiyi ilk məqaləsindən Xalid Əlimirzəyevin 

1984-cü ildəki yazısınacan  keçən təxminən yarım əsr içərisində 

Qutqaşınlı haqqında bir çox dəyərli elmi araşdırmalar aparılmış, 

onun  əsərləri nəşr edilmişdir.   Salman Mümtazın dediklərindən: 

İsmayıl bəyin haqqında bəzi vəsiqələrdən başqa bu gün əldə heç 

bir yazılı mənbə yoxdur.  Bu qiymətli vəsiqələrin nazimi isə 

İsmayıl bəyin və Mirzə Fətəlinin müasiri və yaxın dostu məşhur 

şairləimizdən Qasım bəy Zakirdir.  Zakir öz yaradıcılığında 

dəfələrlə  İ. Qutqaşınlıya müraciət etmişdir.  



Səhnəyə 3 şagird gəlir və Qasım bəy Zakirin şeirindən bəndlər 

deməyə başlayırlar. 

 

I oxucu     Bu əhldən mehribanlıq görmədim,  

 

      Məgər bizə ola o yandan mədəd. 



 

      Qutqaşın tərlanı, Şəki şahbazı, 



 

      Sakini-biladi –Şirvandan mədəd. 

                  Namərd ətəyindən dutasan yüz il, 

                  Etibar yoxdur ki, həll ola müşkil.  



18 

 

 



      Olsa olacaqdır dərdinə, ey dil, 

 

      Xələfi -Nəsrullah soltandan mədəd. 



II oxucu   Həzrəti İsmail olsun dəlilin, 

                 Yetiş imdadına piri-əlilin; 

 

      Necə fərzənində ol dəm Xəlilin  



 

     Cəbrail gətirdi qurbandan məbəd. 

 

     Çərxi-fələk salmış məni bu halə, 



 

     Malü mülküm tamam getdi zavələ; 

 

     Qaidədir-şərməndeyi- əyalə 



 

     Yetişir sahibi-ehsandan məbəd. 



III oxucu Yığılsa bir yerə yüz  alinəsib, 

 

        Danışmağın mənat, sözün müntəxəb; 

 

        Aləm bilir-bivasitə, bisəbəb  



 

         Müşküldür  arizə divandan mədəd. 

 

         Zakirəm həmişə sən tək sərvərə, 



 

         Xoş göstərsin səni Xalid nəzərə. 

 

         Eyb etməz alişən üməralərə  



 

                İstəsəm duayi-pirandan məbəd.  



II  Aparıcı:  İsmayıl  bəy  Qutqaşınlı  geniş  ürəkliliyi,  insan 

sevərliliyi     ilə  məzlumlara məhəbbəti, darda qalanlara həmişə əl 

tutmasıyla  məşhurdur.  Qasım  bəy  Zakirin  həyatının  ən  acı 

dəqiqələrində  məhz  İsmayıl  bəyin  arxa  durduğunu  hamımıza 

məlumdur. Zillətdə yaşayan Mirzə Baxış Nadimə də onun köməyi 

az  olmamışdır.    Özü  yüksək  təbəqədən  olan  İsmayıl  bəy 

yurddaşlarına  varlı-yoxsul, bəy-rəiyyətbaxımından deyil, əməkçi-

havayıyeyən,    məzlum-  zalım  baxımından    yanaşmışdır.    “Rəşid 

bəy  və  Səadət  xanım”  əsəri  bu  mənada  ən  yaxşı  örnəkdir.    Hacı 

İsmayıl bəyin adını hər eşidəndə,  oxuyanda,  yazanda özümüzdən 

asılı  olmayaraq  ürəyimiz  göynəyir,  içimiz  sızıldayır.  Gözlərimiz 

qarşısında  sanki  möhtəşəm  bir  heykəlin  qopub-tökülmüş   




19 

 

qırıqlarını,  min  illik  bir  palıdın  ildırım  parçalamış,  kömür  etmiş   



gövdəsini  görürük.  Yaxınlarından,  uzaqlarından,  yerlilərindən  

yadlarından  eşitdiklərimiz,  yurdunda  gözümüzlə  gördüklərimiz 

bizdə ona qarşı həm sevgi, həm də yanğı duyğuları oyadıb.  

II Aparıcı:  İsmayıl bəy Qutqaşınlının əlimizdə olan  ikinci əsəri 

“Səfərnamə”  yol  qeydləridir.  “Səfərnamə”  təkcə  “siravi” 

oxuculara  deyil,  bir  çox  ixtisasdan  olan  elmi  işçilərə  də  maraqlı 

faktlar  verir.  Ondan  ədəbiyyatşünaslarla    yanaşı  coğrafiyaçılar,  

dilçilər,  tarixçilər  etnoqraflar,  və  başqaları  da  çoxlu  yeni 

məlumatlar  götürə  bilərlər.  Fikrimizcə,  Qutqaşınlının  bu  əsəri  ən 

ciddi  elmi  araşdırmaların  mövzusu    ola  bilər.  Çünki    o,  XIX  əsr 

Azərbaycan elminin görkəmli  nailiyyətlərindəndir. 



I  Aparıcı:  Burada,  təkcə    şəxsən  İsmayıl  bəy  Qutqaşınlının  

həyatına  deyil,    Azərbaycan  haqqında    və  Osmanlı  imperiyasına  

daxil  olan  ərəb  ölkələri  haqqında  orijinal    məlumatlar  istənilən 

qədərdir.  Azərbaycanın  Elmlər  Akademiyasının  müxbir    üzvü  

Əziz  Mirəhmədov  tərəfindən    aşkar  edilmiş  və  şərti  olaraq 

“Səfərnamə” adı altında nəşr  edilmişdir. Onun mühüm  bir hissəsi  

də  bu  yaxınlarda  Nəsimi  adına  Dilçilik  İnstitutunun  elmi  işçisi 

Ədalət  Tahirzadə  tərəfindən  tapılmışdır.  “Səfərnamə”  də  ədibin 

həyatını,  maraq  dairəsini,  mədəni  səviyyəsini,  dünyagörüşünü  və 

şəxsiyyətini öyrənmək üçün bir  sıra diqqətəlayiq  məlumat vardır. 

İ.Qutqaşınlının  əsərləri  Azərbaycan  ədəbi  nəsr  dilinin  

formalaşması  və inkişaf tarixini öyrənmək  baxımından da böyük 

əhəmiyyətə malikdir.  

II  Aparıcı:  Onu  da  qeyd  edək  ki,  Qutqaşınlının  keçdiyi  yolu 

düzgün  müəyyənləşdirmək, vaxtılə Məkkəyə getmiş bir çox ədib 

və şairlərin, alimlərin həyatını   öyrənməyə  də yardım edə  bilər, 

çünki  onun  keçdiyi  yerlərdən    başqalarının  da  keçməsi  nəinki 

mümkündür,  əksinə tam qanunauyğundur. 



20 

 

I Aparıcı: 1852-ci ildə  İsmayıl bəy çox çətinliklə olsa da, xanımı 

Bikə,  bibisi  Surə  Mirzə  Hacı  Əli  əfəndi  və  digərləri  ilə  birlikdə 

həcc ziyarətinə yola düşmək üçün imperatordan icazə alır. O vaxta 

qədər  ona  müsbət  münasibət  bəsləyən  rus  məmurlarının  bir  çoxu 

onun  Məkkə  ziyarətindən  sonra,  ona  qarşı  münasibətini  dəyişir. 

Bununla  belə,  İsmayıl  bəy  öz  xeyriyyəçilik    tədbirlərini      davam 

etdirir,  ona  kəsilmiş  təqaüdün    böyük    hissəsini    əhalinin 

maarifləndirilməsinə  sərf edir.  

II  Aparıcı:  Polyak  alimi,  İ.  Qutqaşınlının  tədqiqatçısı,    Qdansk 

univesitetinin    professoru    Andrey    Xodubinskinin    fikrincə    İ.     

Qutqaşınlının  Quba xanı Fətəli  xan  haqqında   üçüncü bir əsəri 

də  məlumdur  və  güman  edilir  ki,  həmin  əsər  Polşanın    milli 

konqres  kitabxanasında  saxlanır.Ümumiyyətlə, onu deyə bilərik 

ki,  İ.Qutaşınlının    bütün  əsərlərində  nəzərə  çarpan  ədibin  25  il 

hərbi xidmətdə olub, əsasən rus dilində danışmasına baxmayaraq ,  

öz ana dilinin zənginliyini, saflığını, sadəlik və şirinliyini necə də 

qoruyub saxlamasıdır.     

I Aparıcı:  İ. Qutqaşınlının  bəlli səbəblərə görə hələ də bizə gəlib 

çatmayan    əsərləri  var.  O  əsərlərdən  biri  də  “Tutu”  dur.  Haci 

İsmayıl  bəyin  “Tutu”  haqqında    Ənvər  Şükürzadənin    bizə 

söylədiklərindən: ”Bəhram bəydə iki əlyazma  vardı-biri  Zakirin 

indi də çap  olunmamış  külliyyatı  və biri də Qutqaşınlının “Tutu” 

su.  O,  məndən  çəkinib,    yatanda    həmin  əsərləri  döşəyinin  altına 

qoyurdu.  Bəhram  bəyin  yanında  beş  gün  qaldım.  O  bu  vaxta 

“Tutu”  nu  mənə  oxudu.  İndi  yaxşı  yadımda  qalmayıb,  ancaq 

xatırladıqlarımı  deyəcəyəm.  Əlyazma  30  səhifədən  çox  olardı. 

Ərəb  əlifbasında  azərbaycanca    yazılıb.  Burada  Qarabağ 

həyatından  danışılırdı.Tutu  adlı  qızla  bir  cavan  oğlanın  (adını 

unutmuşam) macəraları verilmişdi.  Oğlan istəyir ki, Koroğlu kimi 

öz  başına  dəstə  toplasın.  Əsərdə  şeirlər  də  vardı.  Beşinci  gecə 



21 

 

Bəhram  bəy  yuxuya  gedəndən  sonra  Zakir  külliyyatını  götürdüm 



gəldim,  ancaq  “Tutu”döşəyin  altında  qaldığı  üçün  Bəhram    bəyi  

oyatmaqdan    qorxub  onu  götürmədim.    Zakir  indi  də  məndədir,  

ancaq “Tutu” necə oldusa bilmədim;  yəqin ki, Bəhram bəy kimi o 

da  izsiz-soraqsız  itdi...  



Filologiya elmləri doktoru,  professor Əziz Mürəhmədovun 

“Qəribə tale” yazısından.    

I Aparıcı: ”Professor Rəfili öz məqaləsində Qutqaşınlının  ədəbi 

irsindən  bəhs  edərək  yazırdi  ki,  ”Qutqaşınlının  Azərbaycan 

dilində  əsərləri    naməlum    adamların    əlində    olan    əlyazmalar 

halında  saxlanılmaqdadır.    Əlbəttə,    bu    Azərbaycan  ədəbiyyatı  

tarixində böyük bir  boşluqdur və bu əlyazmaları  axtarıb  tapmaq  

və  Qutqaşınlı yaradıcılığını  daha  ətraflı tədqiq etmək vacibdir”. 

Professor  bu  qeydində  Qutqaşınlının  hansı  əsərini    nəzərdə 

tuturdu,  o  hansı  əsasla  bu  fikrə  gəlib  çıxmışdı?-  bunlar  bizə 

məlum  deyil;  amma  onun  “bu  əlyazmalarını  axrarıb  tapmaq” 

haqqında  arzusu  bu  gün  də  öz  qüvvəsində  qalmaqdadır.  H. 

Əfəndiyev  də  tədqiqatlarında  belə  bir  nəticəyə  gəlmişdir  ki, 

”Rəşid bəy və Səadət xanım” yazıçının “ilk əsəri deyildir”.   



II Aparıcı:  Hacı İsmayıl bəyin bir  dünya var-dövlətindən, rütbə 

və mənsəbindən bu gün göz qabağında yalnız beş yadigarı və əsəri 

qala bilmişdir!  1. Şamaxıda yaşadığı evinin xərabəsi;  2. Qutqaşın 

meşəsindəki    meydança;    3.  Qutqaşın  meşəsinin  kənarında 

saldırdığl bulaq;  4. Ağdaşın Xusrəv kəndinin yaxınlığında qazdığı 

arx;  5.”Rəşid bəy və Səadət  xanım” hekayəsi. Tədqiqatçıların da 

söylədiyi kimi “Bu beş əsərin dörd əvvəlkiləri gec-tez məhv olub 

gedəcəkdir və yalnız beşinci olan  hekayə baqi qalacaqdır. İsmayıl 

bəy  bu  əsəri  sayəsində  ədəbiyyat    tariximizdə    yaşamağa  haqq 

qazana bilmişdir.”  




22 

 

I  Aparıcı:  İsmayıl  bəy  məsləkdaşı  olan  Mirzə  Fətəli  ilə  bir 

cərgədədir.  Avropa    təsirində    hekayə    yazmaq    birinciliyi, 

sübhəsiz,  İsmayıl  bəyə  məxsusdur.  Mirzə  Fətəlinin  “Aldanmış 

kəvakib”  indən  bəhs  etmək  istəyənlər  ilk  əvvəl  İsmayıl  bəydən 

başlayaraq  məsələyə  girişməlidir.  Xülasə,”Rəşid  bəy  və  Səadət 

xanım”  hekayəsinin  mühərriri    Nəsrulla  Soltan  oğullarından 

Kəlbəli  Soltan  oğlu  Qutqaşınlı  İsmayıl  bəydir  ki,  Məkkəyə 

getdiyindən  və rütbə sahibi olduğundan  xalq arasında, keçmişdə 

olduğu kimi, bu gün böyük böylə Yaranal Hacı Ismayıl bəy adı ilə 

məruf və məşhurdur.  

II  Aparıcı:  Sevindirici  haldır  ki,    dövrünün  müəyyən  təzadlı 

münasibətlərinə  düçar  olmuş,  ancaq  millətininn,    xalqının  işıqlı 

gələcəyi  üçün  sözün  həqiqi  mənasında  vətəndaş  ömrü  yaşamış 

İsmayıl  bəy  Qutqaşınlının  həyat  və  yaradıcılığı,  əsərləri  latın 

qrafikası ilə işıq üzü görmüşdür.   

I Aparıcı:  İsmayıl bəy Qutqaşınlı 1869-cu ildə Qutqaşında vəfat 

etmişdir. Qəbri həyat yoldaşı Hacı Bikə xanımla  yanaşı Qutqaşen 

qəbris-  tanlığındadır.    Həmçinin    onun  ev  müzeyi  vardır.  

Muzeydə  çoxlu sayda maraqlı eksponatlar  vardır. Xalqımızın bu 

qeyrətli  oğlunun  həyatı    təəssüf  ki,  çox  az  öyrənilmiş  və  tədqiq 

edilmişdir.  



II Aparıcı:   Əziz qonaqlar,  dəyərli  tədbir  iştirakçıları,  bu gün  

görkəmli ədib, realist, nasir  İsmayıl bəy  Qutqaşınlının  yubileyi 

münasibəti  ilə  təşkil  olunmuş  ədəbi-bədii  gecənin  sonuna 

yaxınlaşırıq. Sizi İ.Qutqaşınlının  həcmcə kiçik , lakin dərin  məna 

kəsb  edən  gözəl  bir  əsərini,  “İki  quşun    söhbəti”şeirinə  əsasında 

hazırlanmış    səhnəciyə  baxmağa    dəvət  edirik.  Buyurun  tamaşa 

edin.  

Müxtəlif dekarasiyalarla bəzənmiş səhnə insana meşəni xatırladır. 

Səhnəyə  müxtəlif növ ağac və  bitki yerləşdirilir. İlk öncə  səhnəyə 



23 

 

bala Ququ quşu gəlir. O, budaqdan-budağa,  koldan-kola qonur. 



Özü üçün şən bir tərzdə  cəh-cəh vurur. Elə bu an ona anası Ququ 

quşu yaxınlaşmaq istəyir. Bunu görən bala Ququ  quşu  qorxaraq 

dərhal  oradan  uzaqlaşır.  Ana  Ququ    quşu  buna  dözə  bilməyib 

kədərli  halda  ötməyə  başlayir:”Qu-qu-qu!..”  müəllif    qismində 

olan  oxucu sözə başlayır. 

 

Bir gün bir ququ baqəmü qayğu 



                 Bagırdı ağacda: qu-qu-qu!..  

                 Belə suzan idi, belə nalan, 

 

 

Səsi eylərdi hər kəsi giryan. 



 

 

Bir kəbutər görüb bunun halın, 



 

 

Qu -quşun  kəsdi, sordu əhvalın. 



 

Bunu eşitcək kəbutər çox məyus halda ona yaxınlaşıb (səhnəyə 

digər dördüncü oxucu daxil olur) soruşur. 

 

 



 

Dedi: “Ey zarü biqərarü fəqir, 

 

 

Niyə sən olmusan belə dilgir? 



 

 

Yoxsa bir sevgilin vəfat etmiş?  



 

 

Bükülməz qəddini ikiqat etmiş? 



 

 

Səni salmış belə yaman halə- 



Gah çəkirsən fəğan, gah nalə?”.  

 

Ququ quşu olduqca qəmli bir səslə: 

 

 

Dedi ki, “Həlak olmayıb kimsəm , 



 

 

Çuğlayıb məni küdurəti qəm. 



 

 

Yüzümə baxmayır bir övladım, 



 

 

Dilinə heç gətirməyir adım. 



 

 

Məni görcək uçub qaçır çəmənə, 




24 

 

 



 

Həm qonur ərğəvanə,  yasəmənə. 

 

 

Məni görcək uçub çəpərə qaçır, 



 

 

Mənə yadlar baxan səyaq baxır. 



 

 

Bunu görcək yürəgim ağlayır- 



 

 

Niyə övladım qəlbim daglayır? 



 

Yoldaşınının halına yanan quş  ondan soruşur. 

 

 



Sordu:”Harda bu yıl yuvan vardı?” 

Bu sözə xeyli təəccüb edən ququ  sözə başladı. 

 

            Dedi ki,”Ey kəbutəri-qafil, 

 

 



Bizim işimizi bilmirsənsə bil. 

 

 Bizə dünyada aşiyan olmaz, 



Bizə müəyyən bir məkan olmaz. 

 

 



 

 

Salırıq biz yumurtamız hər vəqt  



  

 

 



Özgə quş aşiyanına xəlvət. 

Öz balası bilib onu bəslər, 

 

Bu sayaq ququ nəsli ərsəyə gələr”. 



 

Quş duyduqlarına  heyrət və qəzəb içərisində cavab verir.   

 

 



Bala bağlar məhəbbətin anaya – 

 

 



O vəqt kim,  anasını tanıya. 

                 Yoxsa kim, sən balan ver əğyarə, 

 

 

Gəz özün qayğsız, həm avarə?!  



   

 

Sonra namehriban olan balanı 



   

 

Arsız, çağırırsan: ananı tanı?! 



 

 

 



 


25 

 

                            Ədəbiyyat siyahısı:   



 

1. İsmayıl bəy Qutqaşınlı. B.: “Uşaqgəncnəşr”, 1956.-38s.  

2. İsmayıl bəy Qutqaşınlı. B.: “Gənclik” , 1988.-37s.    

3. İsmayıl bəy Qutqaşınlı. B.: “Lider Nəşriyyat”, 2005.-221s.   

4. Salman Mümtaz. // Azəbaycan Ədəbiyyatının qaynaqları. //  

Avrasiya Press. 2006. 384-401 s.  

 

 

Dövri mətbuatda: 



1. Məmmədov N. ”Orijinal və maraqlı sima”İ. Qutqaşınlı 

haqqında // Ədəbiyyat və İncəsənət qəzeti.-1981.-s 6.  

2. Tahirzadə Ə. “Yazıçı, döyüşçü, səyyah” İ. Qutqaşınlı  

haqqında // Azərbaycan müəllimi qəzeti.-1982. 

  

3.Əhməd D. “Azərbaycanın ən məhşur general yazçısı” İ. 



Qutqaşınlı haqqında // Kaspi qəzeti. 1-3 sentyabr.  

4. Məmmədov X. “Generalın mükafatları” İ. Qutqaşınlı haqqında 

// Azərbaycan qəzeti.-2004. 

5. Xəlilzadə F.”Mədəniyyət tariximizin parlaq siması”. 

İ.Qutqaşınlı haqqında // 2006. s6.                                                                                                  

 

 

 

 

 

 

 



26 

 

 



“Mədəniyyətimizin parlaq siması- İsmayıl bəy 

Qutqaşınlı” 

 

(metodik vəsait) 

 

 

 

 

 

Kompyuter yığımı 

və dizayn:                              Aynurə Əliyeva 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 



 

 

 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş:6 

Çapa imzalanmışdır:04.04.2016 

Tirajı:100 

Pulsuz. 


 

 

 



 

  

   



 

 

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə