İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 

27 


qorxmasın deyə, dindi: – Mənəm, Nazlı, mənəm!.. Nazlı başını onun köksünə atdı, hönkürdü. – 

Ağlama,  ağlama,  –  deyən  Mehdinin  özü  də  doluxsundu.  Əlləri  ilə  onun  kürəklərini  oxşadı. 

Ağlama, qara günün ömrü az olar, ağlama. Nazlı Mehdini qucaqladı, onun üzündən, gözündən, 

öpdü, üzünü üzünə sıxdı, nəfəsini qoyun-qoltusuna axıtdı, pıçıldadı: – İtirmişdim səni, Mehdi... 

Özüm  də  tək  qalmışdım,  özüm  də  yetim  qalmışdım.  Mehdi...  Xəyalda,  fikirdə,  vahimədə 

itirmişdim.  Səni  görəndə  inanmadım...  Böyüyün  yetimliyi  nə  pis  olarmış.  –  Başını  qaldırıb 

gülümsədi.  Mehdi  ağ  üzdə  bir  qara  təbəssüm  gördü.  Əli  ağ  yaylıqlı,  gözləri  yaşlı  idi  bu 

təbəssümün. Kövrək idi, həyadan uçunurdu bu sevinc. Bir yetim pərvaz idi, ana axtarmışdı, yad 

yerlərdə  axşamlamışdı,  indi  bir  isti  yuva  gəzirdi  bu  məxmər  fərəh.  «Mənim  səndən  başqa  heç 

kimim  yoxdur,  Allah  səni  mənə  çox  görməsin,  a  səhrada  tapdığım  tənha  kölgə!»  –  deyirdi  bu 

gözlərin baxımı, bu nəfəsin tövşəyi... Mehdi onu bağrına basdı... * * * Tosu gələndə onlar yanaşı 

oturmuşdular.  Nazlının  başı  Mehdinin  sinəsində,  Mehdinin  əli  Nazlının  çiynində  idi.  Özlərini 

unutmuşdular,  Tosunun  ayaq  səslərini  lap  həyət  qapısının  ağzında  da  eşitməmişdilər;  elə  bil 

beləcə  yatmışdılar,  bu  dünyadan  köçmüşdülər,  başqa  aləmdə  özlərinə  aşiyan  qurmuşdular.  Bu 

aləmdə  tək-tənha  idilər.  Onları  görən  yox  idi,  onları  qınayan,  onları  məzəmmətləyən  yox  idi. 

Onların bu yaxınlığı Tosunu utandırdı, qorxuzdu. Əvvəlcə elə bildi öz evlərinə gəlməyib, azıb, 

qonşuların həyətinə girib, sonra üşürgələndi, sanki atasının sağ günlərində yaşayırdı, anası işdən 

gec  gəlmişdi,  ya  da  atası  onu  evdən  qovmuşdu,  özünə  arvad  gətirmişdi;  ana  səsi  çöllərdə 

mələyirdi, ana nəfəsi hər dərədə bir bayatı oxuyurdu, dərələr ağlayırdı, çöllər ağlayırdı, Tosu da 

yetim qalmışdı, bilmirdi kimin evinə getsin, kimin evində gecələsin. Tosu ağladı, ağlaya-ağlaya 

atasını çağırdı:  

– Dədə! –  Gəl  bir dolça su gətir, Tosu. Tosu elə bilmişdi  yuvası  dağılıb, qara çovğuna 

düşüb,  bu  bircə  gecənin  soyuğuna,  sazağına  dözə  bilməyəcək,  isti  kan,  rahat  məkan  onca 

addımlığında  ola-ola  can  verəcək.  Nə  qədər  arzusu  gözlərində  donacaq,  nə  qədər  istəyi,  diləyi 

ürəyində qalacaq. Lakin əlini üzdüyü yuvadan başqa səs, başqa avaz eşitdi: demə, Nazlı hələ də 

özünə  gəlməmişdi,  atası  ona  dayaq  durmuşdu.  Demə,  atası  qara  günlərin  əlindən  alıb  gətirdiyi 

gəlinin  qara bəxtinə, kür taleyinə  acıyırmış. Demə, bir qəribin, bir nakamın  kəm  iqbalına için-

için ağlayırmış... Tosu elə bil bir sevinc selinə düşdü, bu selin bir dağ dalğası onu hop götürüb 

həyətə atdı... Su lazım olmadı.  

– Daha yaxşıyam, – deyə Nazlı qalxdı. Çırpındı, silkindi, yaxasını düymələdi. Səntirləyə-

səntirləyə evə yönəldi. Artırmaları sərrastlıqla qalxdı. Kösövlərin başını ocağa döydü, gözlərini 

təpələdi,  kösövləri  baş-başa  qoydu,  üfürdü.  Gözlərin  şavağı  üzünə  düşəndə  Tosunu  bir  üşütmə 

tutdu. Çünki Nazlının gözlərində də köz görmüşdü. Bu köz ocaqdakı közlərdən qızmar idi, odlu-

alovlu  idi.  Bu  köz  ocaqdakı  közləri  də,  Nazlının  üzü  bəri  dönəndə  qaranlığın  ətəklərini  də 

yandırırdı. Tosunu da  yandırırdı. Bircə oturduğu yerdən hələ də qalxmayan Mehdiyə dikiləndə 

elə bil çənə-dumana düşürdü, soyuyurdu, küllənirdi. Mehdi sanki qanadı uzaqda qırılmış külək 

idi,  əsməliydi,  bu  közün  üzünü  örtən  çən-dumanı,  külü  harasa  sovurmalı,  göylərin  qaranlığını 

çəngələyib bu közün üstünə atmalı, bu közdə yandırmalı, külə döndərməli idi. Lakin o mehin, o 

küləyin qanadları qalxmırdı... Tosu o közün külək arzusunu gecə də gördü, gecə də eşitdi. Onlar 

elə bilmişdilər Tosu yatıb, Tosunun dünyadan xəbəri yoxdur. Pıçıldaşdılar:  

–  Bəs  niyə  gec  gəldin?  –  Rayon  mərkəzindəydim.  Nazlı  baş-başa  qoyulan  çarpayıların 

arasındakı pərdəni bu axşam yatağa girən kimi alıb bürmələyib yastığının altına qoymuşdu. İndi 

onun səsini, nəfəsini saxlayası, uzanışını,  yatışını daldalayası  bir şey vardısa o da otaqdakı bir 

ala-toranlıq  idi.  Ala-toranlıq  da  ki,  ağ  sinənin  qalxımını,  enimini,  ağ  qolların  qarmağa  düşən 

balıq  çırpıntısını,  qara  saçların  pərişan  dağınıqlığında  tez-tez  oynayan  tərpənən  bəyaz  üzü 

gizləyə  bilmirdi.  Nazlının  bir  əli  çarpayının  barmaqlıqları  arasından  Mehdinin  başına  uzandı 

onun saçlarını qarışdırdı:  

– Elə qorxmuşdum ki... Mehdinin səsi xırıldadı: – Niyə? Nə vardı ki?..  

– Ağlıma yüz şey gəlirdi. Mehdi dillənmədi. Nazlının səsi çilləkənlədi, açıldı:  

– Xeyir idimi?  

– Şeytan Yusifin oğlunun işinə görə.  



 

28 


– Çağırmışdılar?  

– Yox, özüm getmişdim.  

– Nə təhər oldu?  

– Düzəldi. Nazlı köksünü ötürdü:  

– Daha bir də üz-astar axtarmaz ki?  

–  Onluq  halı  qalmayıb.  Nazlı  heyrətləndi,  həmin  heyrətlə  də,  özü  bilmədən  Mehdinin 

saçlarını xışmaladı: – Tutdurdun? Mehdinin səsi elə bil aran çayı idi, bu çayın arxında hündür, 

alçaq yerlər, daşlar, kəsəklər yox idi, arxın içi lillənmişdi, sular səssiz-soraqsız axırdı.  

– Yox. Nazlının səsində bir köhnə kinin düyünü açıldı: – Düzələn iş beləmi olar? Deynən 

ki,  bıçağı  itiləyib  düşmən  əlinə  vermişəm,  özüm  də  qurbanlıq  quzu  kimi  ayaqlarının  altına 

yıxılmışam,  kefi  istəyəndə  başımı  kəsməlidir.  Araya  bir  sükut  yatdı.  Tosuya  elə  gəldi  ki, 

danışmayacaqlar, söhbət yarımçıq qalacaq, o da şeytan Yusifin oğlunun işinin necə düzəldiyini 

bilməyəcək.  Axı  onun  uşaqları  ilə  hər  gün  məktəbdə  görüşürdü,  üz-üzə  gəlirdilər.  Onların  hər 

baxışı  Tosunu  bir  dəfə  yaralayırdı,  düşmən  oğluna  baxan  kimi  baxırdılar.  Bəzən  çiyin  vurub, 

ayağını ayaqlayıb keçirdilər ki, Tosu pis dillənsin, onu döysünlər, ya da şagirdə yaraşmayan söz 

söylədiyini müəllimlərə xəbər versinlər, onu danladıb həzz alsınlar, ürəklərindəki yüz tikanın biri 

belə çıxsın, gözlərindəki yüz kinin biri belə silinsin. Rəhim kişi güdaza getsə məktəbdə uşaqlar 

ona  «mərdiməzar  Mehdinin  oğlu»  deyəcəkdilər.  Kimin  haqlı,  kimin  haqsız  olduğunu  nədən 

biləcəydilər?  Tosu  istəyirdi  ki,  atasının  yaxşılığını  öz  qulaqları  ilə  eşitsin,  Rəhim  kişinin 

uşaqlarının yanından gözüqıpıq keçməsin. Az qaldı dillənsin, desin ki, dədə, sözünün işığı gəlir, 

deyəsən,  o,  hələ  də  quyu  dibindədir,  bir  açıq  danış  görək  onu  xətadan  necə  qurtarmısan.  – 

Bilirsən,  Nazlı,  –  deyə  Mehdi  sükutu  pozdu,  –  həyat  çox  qəribədir.  Əzməsən,  əzəcəklər  səni. 

Orda,  cəbhədə  –  silah,  burda  –  ağıl.  Orda  düşmənini  yaxşı  tanıyırsan,  bilirsən  ki,  qabaqdadır, 

ancaq  burda  arxandadır;  bəzən  özünü  sənə  arxa  -  kömək  kimi  göstərir,  arxayınlaşırsan,  o  da 

yavaş-yavaş öz işini görür. Onda ayılırsan ki, qabaqda tələ qurub, arxandan çəkilib, qulaqlarında 

gülüşü qalır, gözlərində bir sifətin iki üzü, iki astarı qalır, ürəyində bir acı təəssüf qalır.  – Bəs, 

sən onu özün əzilməmək üçün əzməmisən ki!.. Demirsən ki tutdurmadın?!  – Hə, tutdurmadım. 

Raykomdan xahiş elədim ki, ziyanı ödətdirək.  

– Bu, əzmək oldu? – Hə, Nazlı, hə!.. – Yaxşılıqdır, Mehdi.  

–  Yaxşılıq  adamı  azmı  əzir,  azmı  incidir?..  Bir  sürü  balası  var.  Camaat  onu  da  yaxşı 

tanıyır, məni də... Qoy adım «vayqanlı» çıxmasın uşaqları boynuburuq duranda dözə bilməzdim. 

Arvadı bu uzun yollarda əsir-yesir olanda gözlərim kor olardı, baxa bilməzdim. Yıxılan evə, özü 

də  özün  yıxdığın  evə  baxmaq  asandırmı?!  Nazlı  sinə  dolusu  nəfəs  aldı:  –  Katib  sənin  barəndə 

ayrı gümana düşməzmi? Fikirləşməzmi ki, bunların arasında ağırdan-yüngüldən bir şey olmasa, 

bu onun yarasını sarımazdı? – Yox, belə şeyləri ağlına gətirməz. – Mehdinin səsi çox uzaqdan 

gəldi;  sanki  Nazlının  sözü  ağzından  üzülən  kimi  qaranlıq  araya  dolmuşdu,  aranı  dağ  kimi 

tutmuşdu, Mehdinin səsi bir də yetim quzu idi, bu dağın o tərəfində ana axtarırdı. – Məni yaxşı 

tanıyır. – Mehdinin bu səsi lap yaxından gəldi, elə bil aradakı dağı götürüb atmışdı.  – Bilir ki, 

müharibədən qabaqkı Mehdiyəm, üstünə gəlib ki, üstündən getməyib. Tosu atasının öyündüyünü 

birinci dəfə eşidirdi. Atası bu gecə niyə lovğalanırdı? Öz böyüklüyünü, öz dəyişməzliyini kimə 

göstərirdi?  Bəlkə  Nazlını  inandırmaq  istəyirdi? Bu  özündən  demək,  bu sinəyə  döymək  yalançı 

andına  oxşamırdımı?  Sükut  Tosunun  qulaqlarını  öz  dərinliyinə  çəkdi,  öz  dərinliyində  batırdı. 

Onun qulaqlarını Nazlının səsi açdı:  

–  Gərək  onun  bəxtini  camaata  tapşıraydın.  Anam  deyərdi  ki,  kolxozda  yığıncağın 

qərarından böyük Allah yoxdur. Camaat onun nələr elədiyini bilirmi? – Təzə-təzə bilirlər. – Bəs 

səndən  inciməzlərmi  ki,  Mehdi  bizi  saymadı,  bizim  başımızın  üstündən  iş  gördü?  –  Bilirsən, 

Nazlı... – Mehdinin səsi elə bil köhnə bir qayıq idi, tufana düşmüşdü, axşamdan bəri qasırğa ilə 

çarpışırdı,  gah  dalğaların  üstə  çıxır,  gah  da  dalğaları  başından  aşırırdı,  lakin  bu  dəfə  yanı  üstə 

çevrildi,  dənizdə  qərq  oldu.  Nazlı  da  sanki  bunların  hamısını  görmüşdü,  qayıqdan  əlini 

üzməmişdi,  qayığın bir  də görünəcəyini, sahilə  yan  alacağını gözləyirdi, lakin ümidi  puç oldu, 

arzusu  heç  oldu,  elə  bil  itən,  dənizdə  batan  inamı  onu  da  özü  ilə  o  girdablara  sürükləməyə 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə