İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   2   3   4   5   6   7   8   9   ...   27

 

tərs-avand  soyunulan  qara  pencək-şalvarı  vermişdi.  O,  adyalın  qatını  da  əllərində  dəli  oyunu 



oynada-oynada açdı. Yatağa girmək istəyəndə elə bil canını aldılar, onu ayaq üstəcə qurutdular, 

çünki Ərkinazın şəklini divarda görməmişdi. Başını Tosuya sarı döndərdi. Ağzı çiyninin üstündə 

əyildi.  

– Ərkinaz bura gəlmişdi, ə?  

– Ərkinaz kimdi? 

– O qız.  

– Hə. İşığı söndürdü:  

– Şəkil də sənin zibilinə düşdü, – dedi. Özünü göydən çarpayıya düyünlü kötük kimi atdı. 

Çarpayının hər ayağı bir döşəmə taxtasını zarıtdı. Tosu bir vədə boğulduğunu, qan-tərə batdığını 

duydu.  Kayut  elə  bil  dərin  bir  qaranlıq  quyu  idi,  bura  havasızdı,  bura  heç  vaxt  gün  işığı 

düşməmişdi. Gəmidə bir sızıltı, bir uçuntu gəzirdi, sanki tarın sarı simi idi. Gəmi birdən elə bil 

çökəyə  düşürdü,  dikdirə  qalxırdı,  birdən  də  oynayırdı,  o  yan-bu  yana  qaçırdı.  Çarpayının  yayı 

yırğalanırdı, cırıldayırdı. Tosu başının üstündəki radionun xırıldadığını eşitdi, aradan az keçmiş 

kapitanın səsi əmr etdi:  

– Aynaları bağlayın! Aynaları bağlayın!.. On bir bal gücündə tufan... aynaları bağlayın!.. 

Tosu dikəlib oturdu, əlini uzadıb aynanın pərdəsini çəkmək, dənizə baxmaq istədi, lakin gecikdi, 

bircə qanad ləpə özünü pərdəyə çırpdı, pərdəni geri atdı, bir lələyi Tosunun üzünə çırpıldı, qalanı 

stolun  üstünə  düşüb  şappıltı  saldı.  Ələmdar  yerindən  dəli  kimi  qalxdı,  aynanı  çırpıb  bərk-bərk 

bağladı.  Yenə  də  çarpayısına  uzandı,  mələfəni  başına  çəkdi.  Aradan  az  keçmiş  qapılar  qaşıqla 

döyüldü, «Nahara!..» deyən səs qapı-qapı gəzdi. Tosu bu səsi tanıdı, axşamkı səs idi, Ərkinazın 

səsi idi. Bu səsdə Tosunun ilk dəfə duyduğu həzin nəğmə yox idi, bu səsdə indi acı bir sərtlik 

vardı, ağ bir soyuqluq vardı, uzaq bir gediş vardı. Kayut-kayut gəzirdi bu səs, hər qapı ağzında 

bir cür sərtləşirdi, bir cür acılaşırdı bu səs. Yoxsa, tufandan qorxmuşdu Ərkinaz? Yoxsa, tufan 

susdurmuşdu o nəğməni? Yoxsa, ona tufan vermişdi bu sərtliyi? Gəminin uçuntusu artırdı. Gəmi 

sanki bu yandan o yana itələnirdi, sanki bir balaca beşik idi, qeyzlə tərpədilirdi, yumruqlanırdı, 

döyülürdü, söyülürdü bu beşik... Tosu əlini uzadıb pərdənin bir qanadını yana çəkdi, çarpayının 

başından  bərk-bərk  tutub  qalxdı,  dənizə  baxdı.  Üfüq  qan  kimi  qızarmışdı.  Bu  qızartını  qara 

buludlar  örtürdü,  buludlar  burulurdu,  sanki  dünyanın  o  başı  yanırdı,  bu  buludlar  da  həmin 

yanğının  qara  tüstüləri  idi.  Puçur-puçur  olan  dəniz  suları  da  yanırdı,  tüstülənirdi.  Hələ  əməlli-

başlı dil açmayan, qanadlanmayan, dənizin özü ilə qalxan, özü ilə yatan dalğaların da bəzisində 

yanğın vardı, bəzisində bir qara tüstü vardı. Tosuya elə gəldi ki, dəniz üfüqdəki o yanğını görüb 

yanmağa başlayıb, hər yanğını söndürən suların özləri də indi bir kövşənlik, bir biçənək kimi, bir 

quru qamışlıq kimi  yanmağa başlayacaq. Sular da indi ona görə titrəyir, ona görə biz-biz olur, 

ona  görə  puçurlanır,  dəniz  ona  görə  dalğalanır,  sular  ona  görə  dalğa-dalğa  köçmək  istəyir, 

qaçmaq istəyir. Gəmimi bir yanı üstə əyildi, dənizmi qalxdı, Tosu bunu bilmədi, onu gördü ki, 

aynanın  qabağı  sularla  örtüldü,  bu  zülmət  tez  çəkildi.  Ayna  gah  işığa  çıxdı,  gah  da  qaranlığa 

batdı. Tosu qaranlıqdan bu işıqla üzülmək, göylərə çəkilmək istədi, ona elə gəldi ki, bu qaranlıq 

daha güclüdür, bu qaranlıq onları udacaq, bir də işıq üzü görməyəcəklər. Elə bildi gəmi ölümlə 

həyatın  arasında  çarpışır,  ölüm  amansızdır,  ölüm  insafsızdır,  ölüm  gəmini  hərdən  işığa-həyata 

qəsdən  buraxır,  bir  də  elə  yırğalayacaq  ki,  bir  də  dənizin  dibinə  elə  çəkəcək  ki,  gəminin  yeri-

yurdu bilinməyəcək. Onun özünün hara gəldiyindən, hara getdiyindən, harda itdiyindən heç kim 

xəbər  tutmayacaq,  dənizin  üzündə  bir  göy  tüstü  qalacaq,  bu  göy  tüstü  utana-utana,  bir  dəniz 

peşmançılığını özü ilə gəzdirə-gəzdirə onların kəndlərinə sürünəcək onların həyətlərinə yatacaq, 

onların qapısı ağzında hönkürəcək bu tüstü, ağlayacaq bu tüstü... Qaranlıq işığı bir də siləndə, bir 

də alıb aparanda Tosu çarpayının başından bərk-bərk yapışıb bağırdı:  

–  Ələmdar!..  Ələmdar  dik  atıldı,  işığı  yandırdı,  ağlı  başından  oynamış,  gözləri  axmış, 

üstünün  hər  əzası  bir  qoşqu  qayışı  kimi  dartılmış  Tosunu  görəndə  onu  da  qorxu  aldı,  elə  bildi 

«dostu» bu saat özündən gedəcək, başı pis kəsilmiş toyuq kimi yerdə çırpınacaq, Ələmdarın onu 

tutub saxlamağa gücü çatmayacaq. Tez qalxdı, Tosunu çarpayıya uzatmaq, işığı söndürmək, heç 

nə  görünməyən  qaranlıqda  gümrah  danışmaq,  onu  toxdatmaq  istədi,  lakin  Tosu  çarpayının 




 

başından  elə  bərk-bərk  yapışmışdı  ki,  Ələmdar  onu  qopara  bilmədi.  Sonra  əllərinin  düyününü 



çarpayının başından zorla açdı,  yalandan güldü,  yalandan qaqqıldadı. Elə güldü, elə qaqqıldadı 

ki, çarpayıda uzanan Tosu hər şeyi unudub ona təəccüblə baxdı. 

–  Ə,  qardaş,  –  deyə  Ələmdar  onun  başının  üstündə  dik  dayanıb  lağlağıya  başladı,  –  bu 

hünərlə evlənmək istəyirdin?.. Allah sirr açmayıb, bəndə necə açsın, özüm ölüm, bunu Ərkinaza 

demərəm,  sahildə,  onun  gözünün  qabağında  dəyirman  xoruzu  kimi  təkəm-təkəm  gəz.  Görsəm 

sənin hərlənişiyinə gülməyim tutur, qaçıb kayuta girəcəm, sən öz xoruzlanmağında ol... Ələmdar 

işığı söndürdü, özünü çarpayısına atdı: – Gözlərini yum, – dedi, – bir yaxşı şey fikirləş, fikirləş 

ki,  evlənmisən,  özün  də  üç  aydır  dənizdəsən,  üç  aydır  arvadının  üzünü  görmürsən.  Üç  aydan 

sonra,  özü  də  gecənin  tən  yarısında  evinə  getmisən,  qapının  bir  açarı  da  səndədir,  qapını 

döymürsən, açıb içəri girirsən. Əlini düyməyə atırsan, otaqların hamısı işıqlanır. Dəhlizdə bir cüt 

kişi  ayaqqabısı  görürsən...  Eşidirsən?  Tosudan  səs  çıxmadı.  Ələmdar  bir  də  soruşdu:  –  Tosu, 

qulaq asırsan? Tosu xırıldadı:  

– Qulaq asıram.  

– Hə, neynərsən?  

– Heç nə!..  

– Ə, necə heç nə?..  

Öz evində özgə kişi ayaqqabısını görürsən, özün də heç nə eləmirsən? Tosu dillənmədi.  

– Öldürməzsən onu? – deyə Ələmdar xəbər aldı. Tosunun zəif səsi gəldi:  

– Niyə ki?.. Ələmdar qaranlıqda əlini əlinə vurub şappıldatdı:  

– Pa atonnan!.. Ə, necə niyə ki?.. O boyda namusun əldən gedir, necə niyə ki?..  

– Axı, mən hələ evlənməmişəm!.. Ələmdar güldü:  

– Afərin!.. Tosu, bir ağaca yüz sərçə qonmuşdu, onların hamısına bircə daş atdım, ağacda 

neçə sərçə qaldı? Tosudan cavab çıxmadı. Ələmdar bir də xəbər aldı: – Hə, neçə sərçə qaldı? – 

Daş atandan sonra ağacda heç sərçə qalar?!.  

– Ə, vallah, sən ağıllı oğlansan. Ürəyin bulanmır ki?..  

Tosu cavab verə bilmədi, öyüdü, sonra ilan görmüş dana kimi böyürdü...  

Ələmdar qalxdı. İşığı bir də yandırdı. Şalvarını qılçalarına çəkdi, düymələdi. Öz yastığını 

da  aparıb  Tosunun  başının  altına  qoydu,  asılqandan  onun  qatı  təzə  açılmış  şaxlı  dəsmalını 

götürüb sinəsinə atdı:  

– Dəniz hamını tutur. Mən də ölü kimi qalırdım. İndi heç vecimə də almıram. Gəmi bərk 

yırğalananda  canavara  dönürəm,  quru  çörəkdən  yedikcə  yeyirəm,  doymaq  bilmirəm,  darıxma, 

sən də elə olacaqsan... Yuyunmağa getdi. Qurulana-qurulana gəldi. Nimdaş iş köynəyini geyindi, 

yenə  harasa  getdi.  Bu  dəfə  gec  qayıtdı.  Qəzetin  arasında  sümük  kimi  quru  çörək  qırıntıları 

gətirmişdi.  Xeyli  ciblərini  doldurdu,  yonqar  kimi  bir  donqarını  da  ağzına  atıb  xartıldatmağa 

başladı. Birini də Tosuya verdi:  

– Al ye, qoy ürəyini bassın. Sonra stolun üstündəki qəzeti götürüb Tosunun çarpayısının 

qabağına atdı:  

– Gəlib təmizlərəm, – dedi, – sən yat... İşığı bir də söndürdü, getdi. Tosuya elə gəldi ki, 

həmişə  gecə  olan  bir  dünyadır.  O,  bu  dünyada  tək  qalıb,  hamı  köçüb,  harasa  gedib.  O,  bu 

qaranlıq dünyadan çıxmağa heç bir yol tapmayacaq ömrünün sonuna kimi... Bu qaranlıq dünyada 

bircə  baxımlıq  işığa,  bircə  görümlük  nura  həsrət  qalacaq.  Bircə  insan  nəfəsi,  bircə  insan  səsi 

duymaq, eşitmək istəyəcək ömrünün son köçünə kimi... Sahildən baxanda necə yaxşı görünərdi 

dəniz,  necə  gözəl  görünərdi  gəmi.  Hər  atlı  dalğa  gəminin  üstündən  bir  dəfə  keçəndə  də  gəmi 

oxuyardı,  gəmi  mahnı  deyərdi.  Bu  mahnı  sahil  qayalarına  qonardı,  qırağa  yalmanan,  qayalara 

sarmanan dalğalar bu mahnını uçura bilməzdi,  qaçıra bilməzdi,  bu mahnı qayalara  yatardı, hər 

qaya  bir  mahnı  oxuyardı.  Bu  mahnılar  Tosugilin  kəndinə  də  çatardı,  evlərinin  divarlarında  da 

oxunardı. Gəmi uzaqlaşardı, bir nöqtəyə dönərdi, amma mahnısı kəsilməzdi, mahnısı susmazdı. 

Gəmi gözdən itəndən sonra bu mahnı Tosunun ürəyində oxunardı. Tosunun indi zəhləsi getdi o 

mahnılardan.  O  gözəllik  gözündən  düşdü,  o  duruluq  bulandı,  o  dərinlik  dayazlaşdı,  o  genişlik 

darısqallaşdı,  canını  boğazına  yığdı,  ürəyini  ağzına  gətirdi,  nifrət  etdi  onu  özünə  çəkən  bu 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə