İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   2   3   4   5   6   7   8   9   ...   27

 

cazibəyə. Bir kayut dolu qaranlığa bir kənd gəldi. Bu kənd sahildə idi. Bu kəndin bircə qayığı da 



yox idi, bircə balıqçısı, bircə dənizçisi də yox idi; çünki bu kəndə yaxın dənizin sahilləri sıldırım 

qayalıqla hasarlanmışdı, bu qayalıqlar aşılmaz, keçilməz qala divarlarına oxşayırdı. Kəndin bəzi 

sözəbaxmaz uşaqları bu qayalığa çıxmışdı, dənizə baxmışdı, dəniz bu  uşaqları özünə çəkmişdi. 

Gecələr  şimşəklər  oynayanda,  göylər  guruldayanda  bu  qayalıqda  qığılcımlar  çaxnaşırdı,  bu 

qayalıqdan qışqırtılar, bağırtılar qopurdu. Kəndin qocaları deyirdilər ki, o qışqırtılar, o bağırtılar 

dənizdə batan uşaqların harayıdır, qayalıqda qalıb; o səslər qayalıqda dünya durduqca duracaq, 

hər  şimşək  çaxanda,  hər  göy  guruldayanda  dənizdə  boğulan  uşaqlar  öz  atasını  çağıracaq.  Bir 

gecə  bu  səsləri  Tosu  da  eşitmişdi.  Onda  yaz  idi.  Atası  şəhərdən  hələ  qayıtmamışdı.  Nazlı 

axşamdan  yayma  bişirmişdi,  qablara  çəkməmişdi,  qazanı  düşürdüb  ocağın  qırağına  qoymuşdu. 

Sonra  durub  çaya  enmişdi,  çay  dərəsindən  evə  gec  dönmüşdü.  Gələndə  saçları  sulu  idi,  ağ 

bezdən  olan  koftası  canına  yapışmışdı,  ağ  totuq  üzü,  ağ  koppuş  baldırları  bir  az  da  ağarmışdı. 

Həmişə  uzun  görünən  qara  yupqası  bu  dəfə  elə  bil  islanıb  gizdəlmişdi,  dizləri  görünürdü. 

Koftasının  altından  heç  nə  geyinmədiyi  üçün  şüşlənmiş  sinəsinin  gilələri  bilinirdi.  O  yorğan-

döşəyi eşiyə çıxartdı, çırpdı, yatağı təzədən düzəltdi. Yastığı yumruqladı, qohazaqlandırdı. Özü 

də bircə öz yatdığı  yorğan-döşəyi çırpdı, öz  yatağını təzədən düzəltdi, elə bil qonaq gələcəkdi, 

onun yerində bu gecə qonaq yatacaqdı. – Nazlı xala, atam qonaq gətirəcək? – deyə Tosu özünü 

saxlaya bilməyib xəbər aldı. Nazlı elə qaqqıldadı, elə güldü ki, elə bil iydə çiçəklərinin məstedici 

ətri təkcə onların həyətinə, onların  evinə doldu. Nazlının başı gülüşdən axdı, laylı, sulu saçları 

ləpələndi, hər ləpə onun bir sağ lələyini gah o çiyninə, gah bu çiyninə, gah da sinəsinə atdı. Onun 

sinəsi  uçum-uçum  uçundu.  O  ayaq  üstə  dura  bilmədi,  gedib  təzəcə  düzəltdiyi  yatağa  uzandı. 

Tosudan utanmadı, bir az da yuxarı dartılmış yupqasını, yupqanın altından çıxıb yuxarı sivrilmiş 

koftasını  aşağı  çəkdi.  Arxası  üstə  bir  xeyli  qaldı,  sonra  yenə  yanı  üstə  çevrildi,  qolunun  birini 

yastığın altından saldı, birini də üstdən aşırdı, yastığı sinəsinə sıxdı. Tosunu çağırdı:  

– Kişi görünmür ki?..  

– Yox. Üzünü yastığa sürtdü, elə bil üzü yastıqda tüklü bir kişi üzü axtarırdı, o öz üzünü 

bu tüklü üzə dalatmaq istəyirdi. Tosu ac olsa da yatmaq istəyirdi, çünki səhərdən bəri nə qədər iş 

görmüşdü:  tənəklərin  arasındakı  otu  oraqla  biçmişdi,  həyətə  daşımışdı,  həyətə  sərmişdi.  Əlləri 

tuluqlaşmışdı,  gah  çömbəltmə,  gah  da  dizləri  üstə  işləməkdən  yorulmuşdu.  Lakin  Nazlının  bu 

axşamkı gülüşü, bu axşamkı xumarı  onun  yuxusunu bir də qaçırdı... Atası  əsgərlikdən gələndə 

dava  qurtarmamışdı.  Atasını  evə  buraxmışdılar.  Atasının  bir  gözünü  güllə  kor  eləmişdi.  Bir 

qılçasının  qom  ətini  çorpana  dağıtmışdı.  Atası  axsayırdı.  Qoltuq  ağaclarını  atıb  xeyli  gəzəndə 

yaranın  yeri  zoqquldayırdı,  şişirdi.  Onda  Tosunun  anası  səkkizcə  gün  idi  ölmüşdü,  yasa 

gələnlərin ayağı onların evindən hələ üzülməmişdi. Anası kotançı idi, yer şumlayanda düzdə ilan 

çalmışdı, həkimə çatdırana kimi nəfəsi getmişdi, bir də geri qayıtmamışdı...  

Atası bir gün çantasından bir əsgər köynəyi çıxartdı, şəhərə getdi. Yola düşməzdən qabaq 

həmin  köynəyin  cibindəki  üçkünc  məktubun  üstünə-ünvanına  baxdı.  Məktubu  qaytarıb  öz 

köynəyinin cibinə qoydu. Nə fikirləşdisə çıxartdı, məktubun qatını açdı, bir az ürəyində oxudu. 

Gözləri  dola-dola  qatlayıb  cibinə  qoydu.  Kirpiklərini  çaldı,  gözlərinin  yaşını  qurutmaq  istədi, 

oğlunun  yanında  ağlamaq  istəmədi,  lakin  gözlərindən  yaş  süzələndi.  Sonra  məktubu  bir  də 

çıxartdı,  bir  də  açdı,  bir  az  səssiz  oxudu,  səsini  saxlaya  bilmədi:  «Məni  gözləmə,  Nazlı!.. 

Bilirsənmi nə deyirəm?.. Başını bulayırsan?.. Axı məndən asılı  deyil, a bahar mehim, a dağlar 

çiçəyim!..  

Öləni də gözlərlərmi?!. Sənə son səsimi, son nəfəsimi göndərirəm, bir də... bir də... bircə 

dəfə geyindiyim əsgər köynəyimi göndərirəm, bilirəm qıtlıqdır, bunu sat, ya da dəyiş, özünə bir 

şey al. Əsgərin bundan artıq nəyi olar ki!.. Bir yarpağam-qopdum, neynim? Torpaqlara hopdum, 

neynim?  Bir  mahnıyam-oxunmadım,  bir  ipəyəm  toxunmadım...»  Atası  məktubu  axıracan 

oxumadı,  məktubu  bürmələyib  şinelinin  yan  cibinə  qoydu,  qoltuq  ağaclarını  taqqıldada-

taqqıldada maşın yoluna sarı getdi. Evdən xeyli aralanandan sonra dayandı, dəsmalı ilə gözlərini 

quruladı... Axşam qayıtdı, amma tək qayıtmadı, özü ilə əsgər dostunun arvadını da gətirib gəldi... 

O gündən onların evinə ayaq basan olmadı, hətta Tosunun atasının qırxına da gəlmədilər. Orada-




 

burada  deyirdilər  ki,  Mehdi  gözü  qızmışlıq  elədi,  qoymadı  arvadın  meyiti  soyuya,  heç  olmasa 



qırxı  çıxa,  nə  dolanmamış  külfəti  vardı  ki!.  Kişi  ölsə  ən  quşqutu  arvad  da  belə  abırsızlıq 

eləməzdi,  heç  olmasa  elə-günə  baxardı,  ağ  saqqal-qara  saqqal  sayardı.  Kəndə  yaman  pis  dəb 

saldı.  Belə  iş  tutanlar  deyəcəklər  ki,  kəndimizin  ən  ağıllısı  Mehdi  idi,  o,  bu  körpünü  salıbsa, 

demək keçmək olar. Kənd, böyüklü-kiçikli, Mehdidən üz döndərmişdi. Kolxoz sədri «camaatdan 

keçib» ona bir iş verə bilmirdi. Tosunun atası hər axşam idarəyə gedirdi, dilxor qayıdırdı. Sonra 

heç getmədi. Bir gün şəhərə getdi, şinelsiz qayıtdı, bircə pud un gətirdi. Bir gün yenə getdi, bir 

xəlçə  aparıb  getdi,  boş  qayıtdı.  Üzü  üstə  düşüb  yatdı.  Xəlçənin  puluna  un  almaq  istəyəndə  əli 

cibinə yapışmışdı. Bir gün göllü kilimi qatlayıb çiyninə aldı... Belə-belə bir ucdan daşıdı, satdı, 

aldı, gətirdi. Nazlıya heç nə demədi, heç nə bildirmədi. Bir axşam harasa əsəbi bir məktub yazdı. 

Yumruğunu stola döyə-döyə yazdı, sanki kimdənsə öz haqqını tələb edirdi:  

–  Mən  əsgər  dostumun  bir  tikə  çörəyə  möhtac  qalan  həyat  yoldaşını  gətirib  saxladığım 

üçün  təqsirkarammı?  O  pis  yola  düşməzdimi,  məhv  olmazdımı?  Cəbhə  sədaqətini,  cəbhə 

dostluğunu  beləmi  qoyarlar?  İnsanlıq  haçandan  ləkə  olub?  Qeyrət  nə  zamandan  namussuzluq 

sayılıb?  Mən  Vətən  yolunda  gözümü  qoyub  gəlmişəm,  yerişimi  qoyub  gəlmişəm,  duruşumu 

qoyub gəlmişəm, canımın özəyini qoyub gəlmişəm, qəstillə gəzirəm. Mənim yaşamağa haqqım 

yoxdurmu?..  Atamın  yumruqları  havada  oynayanda,  «ağzından  qan  iyi  gələndə»  Nazlı  taxtın 

üstündə  büzüşüb  oturmuşdu,  ağlayırdı.  Birdən  durdu,  qapıdan  çıxdı.  Mehdi  qoltuq  ağaclarına 

dirənə-dirənə onun arxasınca yeridi, qoltuq ağaclarının taqqıltısı həyətdə kəsildi, özü çağırdı:  

– Nazlı!.. Elə bil gecə kor idi, dünya lal idi, Mehdinin ağzından çıxan ürəyini eşitmirdi, 

indi harayına cavab verə bilmirdi. Elə bil Tosu bir vaxt anasından eşitdiyi əfsanəni görürdü. Bu 

əfsanədə  bir  ağıllı  qoca  vardı,  ağ  saqqalı  qurşağına  çatırdı,  üzünün  nuru  bir  qaranlığa  işıq  idi, 

bircə  baxışı  ilə  ucalırdı,  bircə  himi  ilə  batan  günəş  günorta  yerinə  qayıdırdı,  dağ  çayı  tərsinə 

axırdı,  bulaqlar  mahnı  oxuyurdu,  qayalar  əl  çalırdı,  quşlar  oynayırdı,  yerin  qarnı  bircə  anda 

əriyirdi,  həmin  yerdə  bircə  anda  gül-gülü,  bülbül-bülbülü  çağırırdı,  dünya  qıpqırmızı  qızarırdı, 

göydən  məlakələr  nazil  olurdu,  məlakələr  süzə-süzə  oxuyurdu,  oxuya-oxuya  süzürdü.  Bu  qoca 

nə  istəsə  edirdi.  Dünya  bu  qocanın  idi,  hirslənəndə  nəfəsi  acı  küləyə  dönürdü,  hər  şeyi 

dondururdu,  ağacların  yarpaqlarını  tökürdü,  dünyaya  bir  xəsəhal  sarılıq  bəxş  edirdi;  ürəyi 

yumşalanda nəfəsi bahar mehi olur, dünya gülümsəyirdi... Bu qoca ilə bir şahın sözü düz gəlmir. 

Şah havalı  danışır, qocanı  el  içində xar etməyə  çalışır. Çünki  qocanın  bir mahaldan  yaxşı  səs-

sorağı  gəlirdi.  Kimin  yükü  əyilsə,  qocanın  üstünə  yüyürürdü.  Kimin  kələfi  dolaşsa,  qocadan 

məsləhət  alırdı, şahı  adam  yerinə qoyan  yox idi. Şah qəzəblənir, deyir ki, bir dərədə iki axsaq 

ceyran  ola  bilməz,  onu  bura,  hüzuruma  gətirin,  döşləşək,  kalamlaşaq,  kim  ərşin-gürşin  sirrini 

açarsa,  kimi  yerdə  dura-dura  göylərdən  xəbər  verərsə,  kim  övliyalardan,  əmbiyələrdən, 

ərənlərdən  söz  salıb  hamını  yuxuya  verə  bilərsə  o  şah  olsun;  kim  bağlanarsa,  boynu  vurulsun. 

Qocanı çox axtarırlar, tapa bilmirlər. Gedənlər üzüqara, şərməndə qayıdırlar. Şah gülür, deyir ki, 

qoca cadugündür, bilir ki,  əhli-iman  yanında kələyi  baş tutmayacaq, sınıxıb  şah döşünə döyür, 

öyünür. Kef məclisi düzəldirlər. İçir, keflənir, qocanın qarasınca yenə deyinir, yenə şeşələnir. Bu 

vaxt  qoca  peyda  olur.  Əllərini  göylərə  qaldırır,  göylərdən  yuxu  tökülür.  Şah  da,  onun  ətraf-

əyaları da yuxuya gedir. Ayılanda qocanı görmürlər. Şah qışqırır:  

–  Mənim  köhlənimi  tez  yəhərləyin,  mənim  yaraq-yasağımı  tez  verin,  qoşun  tez  hazır 

olsun. O qoca yerin altında da, göyün yeddinci qatında da olsa tapılsın!.. Şah atlanır, atını çapır, 

qoşun da dalınca. Toz göyə dirək olur. Atların kişnərtisindən qulaq tutulur. Şah birdən arxadan 

bir səs eşidir. Atını saxlayır, qoşun dayanır, hamısı dala boylanır. Qocanı görürlər. Şah öz atını 

pay-piyada qocanın üstünə səyirdir. Qocanın durduğu yer dənizə dönür. Dənizdə bircə cığır quru 

qalır. Qoca bu cığırla şaha sarı addımlayır, şah da atını  ona tərəf  çapır, zağlı qılıncını  oynada-

oynada,  gürzünü  başı  üzərinə  qaldırıb  qocanı  hədələyə-hədələyə  çapır.  Qoca  dayanır.  Birdən 

dənizdə bir madyan görünür. Madyan kişnəyir. Şahın atının qarşısına çıxır, şahın atına yan vurur, 

yenə özünü dənizə verir, kişnəyə-kişnəyə üzür. Şahın  atı havalanır, madyana çatmağa can atır. 

Şah köhlənin başını yığa bilmir, köhlən də dənizə cumur...  



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə