İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   2   3   4   5   6   7   8   9   ...   27

 

Tosuya indi elə gəldi ki, atası ağlayacaq, çünki yüyürə bilmirdi, bircə gözüylə uzağı görə 



bilmirdi.  O,  atasının  ağlamasını  istəmirdi.  Hamıdan  güclü  sandığı  atasının  acizliyini  görmək 

istəmirdi. Gücü çatsaydı, atasına bir ov ayağı, bir quş qanadı olardı, ona iki göz olardı, atası onda 

qaranlıqda qarala gedən Nazlını tez görərdi, Nazlıya tez çatardı, bir didərgin dost əmanətini, bir 

küskün əsgər məhəbbətini tez qaytarardı. Mehdi qəhərli səslə bir də çağırdı:  

– Nazlı!.. Nazlı cavab vermədi, amma əvəzində çay dərəsi danışdı, qəmli danışdı, hüznlü 

danışdı, elə bil Tosunun anası idi, uzaqdan ərinə baxır, onun indiki halına acıyırdı. Mehdi qoltuq 

ağaclarını irəli atıb özünü də bu qondarma qılçaların arxasınca darta-darta getdi, həyətdən çıxdı. 

Yıxıldı. Elə ofuldadı ki, iniltisi yerlə sürünüb çay dərəsinə süzüldü. Çay dərəsi yenə danışdı, elə 

bil  yenə  anasının  səsi  idi,  ərinə  uzaqdan  baxa-baxa  qalmışdı.  Tosunun  atasına,  oğlunun  son 

madarına  əli  çatmırdı,  onun  necə  yıxıldığını  görmüşdü,  onun  necə  sızıldadığını  eşitmişdi,  indi 

ciyəri çəkilirdi: «Yazıq... Can... can... heyif sənə, a Mehdi...»  

–  deyirdi.  Tosu  Nazlının  dalınca  yüyürdü.  Ona  çatdı,  onu  qabaqladı,  ona  sarmandı:  – 

Nazlı xala, sən Allah, getmə!.. Nazlı onu qucağına aldı. Hönkürə-hönkürə üzündən öpdü,  yerə 

düşürdü, yenə getmək istədi. Tosu yenə sarmaşdı:  

–  Gedib  çoxlu  sünbül  yığacam.  Qoy  atama  iş  verməsinlər.  Lap  gecə  də,  ay  işığında  da 

yığacam.  O  qədər  yığacam  ki,  taxıl  çuvalımız  bir-birinə  söykənəcək,  heç  kimin  qapısına 

çörəkdən  ötrü  getməyəcək  atam.  Tanrı  haqqı,  Allah  haqqı...  Nazlı  onu  yenə  qucağına  aldı, 

sinəsinə bərk-bərk sıxdı, elə bil köksü bir dərya idi, hər hönkürtüsü də bir dalğa, o, Tosunu bir 

qayaya əvəz bilib bu dalğaların qabağına tutmuşdu.  

– Mən getməsəm, sizə də gün yoxdur, Tosu bala... qurban olum...  

O, Tosunu yenə düşürdü, yola düzəldi. Tosu bilmədi daha nə desin, onu hansı sözlərlə, 

hansı ürəklə qaytarsın. Dala boylandı, həyətdən azca bəridə atasının qaraltısını gördü. Atası hələ 

də qalxa bilməmişdi.  

–  Nazlı  xala,  atam  sənin  dalınca  gəlirdi,  yaman  pis  yıxıldı,  hələ  də  qalxa  bilməyib. 

Deyəsən... yaralı qılçası qırıldı... Nazlı dayandı: «Başıma daş!..» deyib evə sarı yüyürdü.  

* * *  


Tosu  bir  səhər  sünbül  yığmağa  getdi.  O  xurcunu  götürüb  evdən  çıxanda  atası 

qalxmamışdı,  Nazlı  durmamışdı.  O  gecə  gözlərini  hər  açanda  Nazlını  taxtın  üstündəcə  oturan 

gördü, atasının isə hərdən o yan-bu yana əzabla çevrildiyini, bir qılçasını hər iki əli ilə qaldırıb o 

tərəf-bu tərəfə qoyduğunu gördü. Atası nə qədər ağrısa da inildəmədi, cınqırını çıxarmadı, amma 

o  əzab  həmişə  taxtın  bu  başından  o  başına  pərdə  tutub  yatan  Nazlının  yuxusunu  qaçırdı,  onun 

ürəyini göynətdi, qəlbini sızıldatdı. Tosu arada bir dəfə qalxdı: – Dədə, qılçan nətərdi? – dedi.  

– Hə, dədə? – deyib soruşa-soruşa taxta yaxınlaşdı. Atası səsinə toxtaqlıq qatdı:  

– Heç bir şey olmayıb,  balası, bir balaca burxulmuşdu, indi  yaxşıdır. Tosu hiss etdi ki, 

atası ağrını canında zorla boğur, zorla gizləyir ki, Nazlı əl-ayağa düşməsin, ona bir insan kimi 

yanaşmaq  istəyə-istəyə  bir  naməhrəm  iztirabı  çəkməsin,  bu  gecə  ala-toranlığında  gözlərinə 

yazılanları  sabah  bir  xəbər  axtaran,  bir  uydurma  düzəltmək  azarında  olan  adamların  gözlərinə 

oxutmasın.  

– Baxımmı, dədə? Əlini irəli uzatdı. Oğluna çatmadı, havada çırpındı, yanına düşdü:  

– Lampanı yandır, Tosu... Tosu evi bir lampa işığı ilə dolduranda atası yorğanı üstündən 

yana  aşırdı.  Əllərini  taxtın  yanlarına  verib  qalxdı.  Amma  zülümlə  qalxdı:  tüklü  üzü  əyildi, 

gözləri  yumuldu, dodaqları bərk-bərk sıxıldı. Qalxandan sonra sinəsindən bir ofultu qopdu. Bu 

ofultu lampanı səksəndirdi, işıq birdən artdı, birdən də azaldı. Sanki Mehdinin ürəyində bir güllə, 

bir  qəlpə  qalmışdı,  bu  gülləni,  bu  qəlpəni  bu  ofultu  ilə  çəkib  çıxarmışdı,  güllə  də,  qəlpə  də 

lampaya atılmışdı. Nazlı da durub gəldi. Gözlərinin yaşını silməyi də unutmuşdu. Saçları dağım-

dağım  idi.  Dar  yupqası  burulmuşdu.  Gödək  koftası  yupqanın  altından  pırtlaşıb  çıxmışdı, 

yaxasının bir düyməsi açılmışdı. O, Mehdinin yara yerinin gömgöy göyərdiyini görəndə əllərini 

üzünə atdı, içini çəkdi. Sonra yorğanı Mehdinin qılçalarının üstünə çəkdi, onu ehmallıca yatağına 

uzatdı, hönkürə-hönkürə Tosunu qucaqladı, öz taxtına sarı apardı. Tosu evdən çox aralanmamış 

Nazlının səsini eşitdi:  




 

10 


–  Məni  də  gözlə!..  Tosu  dayandı.  Geri  qayıtdı.  Nazlını  yarı  yolda  qabaqladı.  Xurcunu 

acıqla Nazlının üstünə atdı: – Onda sən get, mən getmirəm. Nazlı onun qolundan tutdu, saxladı: 

– İkimiz daha çox yığmarıqmı? – Yox. Nazlı gülümsündü, elə bildi ki, Tosu onun camaat 

içinə çıxmasını istəmir, dilinə, ağzına gücü çatmayanların gözünü, sözünü götürmək istəmir, onu 

təzə  atmacalardan,  təzə  böhtanlardan  qoruyur,  aclığın,  yalavaclığın  dişlərini  ağardıb  onlara 

güldüyü  bir  vaxtda  hər  quyruqlu  sünbüllə  bir  qılçıqlı  zəhər  gətirib  şikəst,  bədbəxt  atasına  da 

içirmək istəmir.  

–  Onların  gözləri,  sözləri  çatmayan  yerdə  yığarıq,  Tosu  bala...  –  Yoxx!..  Tosunun  bu 

«yox» başına bıçaq çəkilmiş cöngənin qızıl qanını xirtdəyinə sorması kimi xırıldadı.  

–  Elə  bil  küləşlik  tapmarıqmı,  Tosu  bala,  orda  bizdən  başqa  heç  kim  olmasın?  Nazlı 

fikirləşmədi  ki,  koftası,  yupqası  dardır,  gödəkdir,  hamı  ona  abırsız,  arsız-qorsuz  adama  baxan 

kimi baxacaq, böyüklər təki düşünən Tosu da bunun dərdini çəkir. Tosu yenə də «yox» dedi. Elə 

bil  bu  «yox»  bir  çömçə  idi,  bir  qəzəbli  analıq  əli  ilə  iri,  mis  qazanın  içində  danqıltı  salmışdı, 

anasazlara: «Xörək yoxdur, yoxdur!»  

–  bağırmışdı  çömçəni  hiddətlə  dolandırıb  boş  çıxarmışdı.  Nazlı  bu  «yox»lardakı  varı 

anlaya bilmədi, bir ana  uşağını başa düşmədiyinə görə özünə acığı tutdu, elə bil Tosudan  yox, 

özündən, öz kallığından, kahallığından soruşdu:  

–  Niyə  yox?  Elə  «yox»,  «yox»!..  Axı,  nədən  ötrü?..  Nazlı  xurcunu  bürüb-bükdü, 

qoltuğuna vurdu. Kəndin üst tərəfindəki dağın döşündə lək-lək görünən sarı küləşliyə üz tutdu. 

Tosudan deyinə-deyinə aralandı:  

– Qoy nə deyirlər desinlər. Acından ölməkmi yaxşıdır? Tosu ondan üzülmədi, ara verə-

verə  Nazlının  arxasınca  addımladı.  O,  başlarına  bu  gün  nələr  gələcəyini  Nazlıya  demək 

istəməmişdi, inanmışdı ki, onu «yox»larla qaytaracaq, özü sünbül yığmağa tək gedəcək, xurcunu 

evə  dolu  gətirəcək.  O,  Nazlıya  necə  deyəydi  ki,  kolxoz  sədri,  briqadir,  Sovet  sədri  bir  yana 

dursun, kəndi, evini, arvad-uşağını üç-dörd gündə bir dəfə, özü də axşamdan xeyli keçmiş görən 

«çöl  quşları»  –  çobanlar  belə  onlara  bircə  sünbül  götürməyə  də  aman verməyəcəklər, onlar da 

ölü  təəssübü  çəkirlər,  elin  «fal  ağzından»  nə  çıxıbsa,  gerçək  sanırlar...  Kövşənlikdə  xeyli  qarı, 

uşaq vardı, hərəsi bir tərəfə səpələnmişdi. Tosugili görən kimi boylanışdılar, bir-birinə qaş-göz 

atıb Nazlını göstərdilər, bəzisi him-cimlə danışdı, bəzisi kinini boğa bilmədi. Biri:  

–  Bu  kövşənlikdən  yığdığımızın  kündəsi  təndirdə  durmayacaq,  küt  gedəcək,  –  dedi. 

Digəri:  

– Bərəkəti göyə çəkiləcək, – söylədi. Üçüncüsü nala-mıxa özgə cür vurdu:  

–  Başımıza  göydən  daş-qaya  yağar...  Çuvallarını,  kisələrini,  xurcunlarını  götürüb  bu 

kövşənlikdən çıxdılar, dərənin o tayındakı kövşənliyə yönəldilər. Tosu ilə Nazlı beş-altı sünbül 

yığmışdı  ki,  Güdmül  deyilən  bir  kişi  onların  yanına  gəldi.  Fermanın  naxırçısı  idi.  Naxırı 

kövşənliyin  o  yanındakı  örüşə  yaymışdı.  Naxırın  çoxu  otlayıb  doymuşdu,  yatmışdı,  kövşək 

çalırdı. O, çomağını  yerə vurdu: – Yığmayın! – dedi. – Çıxın burdan! – Niyə, ay əmi? – Nazlı 

dikəldi.  Üzünə axmış saçlarını başının ikicə atımı ilə kürəklərinə səpələdi,  saçları  kürəklərində 

çin-çin oldu. Güdmül ağzını köndələn tutmuşdu, nə onun, nə də Tosunun üzünə baxırdı. Bığının 

hər  tayı  çənəsinin  bir  tərəfi  aşağı  sallanmışdı,  elə  bil  qoşa  buynuz  idi,  sındırılmışdı,  ivindən, 

dibindən asılı qalmışdı. Üzünü tük basmışdı. Alnı ətli idi, gözlərinin üstünə yatmışdı, qaşlarını 

aşağı endirib üst göz qapaqlarını örtmüşdü. Qaşlarını qaldırmaq istəyəndə ortadan əyilirdi, elə bil 

hər qaşı bir hambal idi, gücündən artıq yük götürmüşdü, bu yükü apara bilmirdi, hərdən dizlərini 

yerə  qoyur,  yuxara  dartışırdı.  –  Niyəsi  sizə  qalmayıb,  çıxın!  –  Ay  əmi,  bizə  bu  düzlərdə  qalıb 

çürüyəsi  beş-on  sünbülü  də  çox  görürsünüz?  Güdmül  çomağını  yerə  iki  dəfə  döydü:  – 

Eşitmədiniz? – Güdmül əmi... – Tosu hərlənib onun qabağına gəldi. – Atam yıxıldı, qılçası sındı. 

Tosu doluxsunmuşdu. Boynunu bükmüşdü. Duruşunda yetimliyin acısı vardı, səsində yetimliyin 

qəmli,  yayda  da  üşüyən,  titrəyən  sızıltılı  havası  oxunurdu:  Bunların  heç  biri  Güdmülü 

yumşaltmadı:  –  Adam  döyülsünüz?!  –  Bağırdı:  –  Söz  sizə  kar  eləmir?  -  Çomağını  çiyninə 

qaldırdı, havada hədə ilə oynatdı: – Deyirsiniz mal təki budayım sizi?!. Onlar bu kövşənlikdən 

çıxdılar,  o  birinə  yönəldilər.  Güdmül  arxadan  çığırdı:  –  Ora  yox...  xarabanıza...  xarabanıza!.. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə