İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 

13 


baxmaq,  onların  yurdunda  alaçıq  qurmaq  həvəsi  Nazlının  anasını  həmişə  Qanlı  dağlara 

çəkmişdi... Nazlı onda anası ilə əvəlik yığmağa getmişdi. İki zənbilin ikisini də doldurmuşdular. 

Bir  aşırımın  belinə  qalxanda  qabaqlarına  qoyun  sürüsü  çıxdı.  Sürünün  itləri  onların  üstünə 

tökülmüşdü. Ancaq onların yanına hansı çatdısa zingildədi, quyruğunu qısıb, qulaqlarını yapırdıb 

peşman-peşman dala döndü. 

–  Ay  ana,  səni  tanıdılar?  –  Nazlı  sevinclə  soruşdu.  Sonra  da  keçir  bütün  qorxuları 

ürəyindən qopan bir ah çəkdi:  

– Nə yaxşı!..  

–  Yox,  ay  bala,  məni  necə  tanıya  bilərlər?!  Nazlını  heyrət  bürüdü:  –  Bəs,  bizi  niyə 

salamat buraxdılar? Anası bəxtiyar-bəxtiyar gülümsədi:  

– Bizə it dəyməz!  

– Elə niyə, ay ana? Anası köksünü ötürdü – özünü tərifləmək istəmədi, bunu bacarmazdı, 

o,  ömründə  bircə  dəfə  də  lovğalanmamışdı,  əda  ilə  qürrələnməmişdi,  özünün  düzünü  dilinə 

gətirmək ona indi də çətin gəldi.  

– Deyirlər, – deyə hər asan sözünü bir ağır tələdən güclə qurtarırmış kimi səsləndi, – bəzi 

adamları it hürmür. Anası  «bəzirganbaşını»  yenə demədi, ortaya  yalnız  «karvanı»  çəkdi.  Nazlı 

hər şeyin çürüyünü çıxaran yaşda idi, niyəsini öyrənməmiş anasının qolunu buraxmadı: – Necə 

adamlara? Anası baxdı ki, Nazlının «niyə»ləri onu təngə gətirəcək, düzünü dedi:  

–  Ürəyi  təmizlərə...  İndi  Güdmülün  Bozdarla  Qaravaşı  da,  ondakı  kimi,  onlara  çatar-

çatmaz,  quyruqlarını  qısdılar,  zingildədilər,  Güdmülün  sonrakı  çağırışlarına  baxmadılar,  düz 

fermaya  yönəldilər.  Güdmül  mat  qaldı.  Az  qala  göydə  quşu  da  tutan  Bozdar  bu  boyda  adamı 

görmədimi!?  Axı,  o,  indiyə  kimi  adamın  arvadlığına-kişiliyinə,  uşaqlığına-böyüklüyünə 

baxmamışdı,  çığırtısını  göyə  çıxartmışdı,  cumduğu  yerdən  həmişə  ağzıqanlı  qayıtdı.  Bəs  indi 

niyə  qaraltıya  uzaqdan  hürüb  gələn,  sonra  da  kol-kolşana  aldandığını  bilən  kimi  qayıtdı?.. 

Kolxoz  təzəcə  qurulan  vədə  Güdmül  arvadlı-uşaqlı  kişi  idi,  o  da  artelə  yazılmışdı.  O  günlərə 

kimi qonşu kənddə bəyə nökərçilik etmişdi. Bəyin çarxı dönəndən sonra özünün beş-on davar-

duvarını  da  qabağına  qatıb  evlərinə  gəlmişdi.  Əvvəl  bircə  çanaq  toxumluq  əkin  yeri  olmayan 

nökərə  on  çanaqlıq  yer  verilmişdi.  Anbarı,  bucağı  taxılla  dolmuşdu.  Aynara,  cortdana  həsrət 

qalan  uşaqları  indi  yağa  yavanlıq  demirdilər.  Kefinin  kökələn,  ağzının  havası  dağların  qarını 

vuran vaxt anası öldü. Onda onlara tanımadığı bir seyid gəlib çıxdı. Yaman dilli-dilavər kişi idi. 

Yaman çox bilən idi, bilici idi. Dünyanın hər işlərindən xəbəri vardı. Keçmişdən, gələcəkdən elə 

danışırdı  ki,  elə  bil  hamısını  görüb  gəlmişdi.  Üzündən  nur  yağırdı.  Söhbət  eləyəndə  elə  bil 

danışmır,  nəğmə  deyir,  mahnı  oxuyurdu.  Səsində  saz  havaları  çalınırdı.  Avazında  kərəmlərin, 

dilqəmlərin eşqi, məhəbbəti tüğyana gəlirdi, vaqiflərin, ələsgərlərin gözəlləri bulaq başına enirdi, 

dağların döşündə cilvələnirdi. O, bir gecə, hamı dağılışandan sonra, Güdmülə bir əfsanə danışdı. 

Danışdı ki, bir kişi Məkkəyə gedirmiş. Neçə ay imiş ki, yolda imiş. Atı yorulubmuş, özünü yəhər 

xurd-xəşil  eləyibmiş.  Azığı  qurtarıbmış.  Axşama  hələ  xeyli  qalmışkən  atını  bir  ərəb  kəndinə 

sürür, bir ərəbin doqqazında saxlayır. Evi çağırır. Evin kişisi onun qabağına çıxır. Yolçu deyir:  

– Məni bu gecəlik Allah qonağı edərsinizmi? Ərəb əllərini göylərə açır:  

– Allaha da qurban olum, qonağına da!.. Yolçunun atı tövləyə çəkilir, arpa-saman verilir, 

özünə  da  aş  bişirirlər,  xurma  verirlər.  Qonaqla  ev  yiyəsi  ədəb-ərkandan,  din-məzhəbdən, 

Allahdan, onun yerdəki rəsullarından söhbət açırlar, bir-birinə aman-iman verə-verə danışdıqca, 

danışırlar. Gün batabatda yolçu görür ki, ev  yiyəsinin üzünü tük basır, qulaqları, boyun-boğazı 

qıllanır,  yalın  əl-ayağı  da  uzun  tük  gətirir,  həm  də  caynaqlanır,  sir-sifəti  insan  şəklindən  çıxır, 

səsində də hərdən zingilti, mırıltı eşidilir. Ürəyi ağzına gəlir. Durub evdən çıxmaq, atını çəkmək, 

yəhərə sarılıb bu kənddən baş götürüb qaçmaq, hey... qaçmaq istəyir. Ərəb qonağın qorxduğunu, 

təlaş keçirdiyini başa düşür, utana-utana deyir:  

–  Qardaş,  kəndimiz  özün  görürsən  ki,  çox  böyük  kənddir.  Burdan  salamat  çıxsan  da, 

kənddən can qurtara bilməyəcəksən, çünki  qaranlıq qarışır. Daha gecdir. Heç  yana tərpənmə!.. 

Mən  də  durub  gedirəm,  sən  qapını  daldan  möhkəm  bağla,  heç  kimi,  heç  nəyi  içəri  buraxma!.. 

Dərdimizi  sənə  sabah  danışaram...  Ərəb  çıxır,  qonaq  da  onun  dediyini  yerinə  yetirir.  Axşam 



 

14 


namazı  qılır.  Allaha  dua  edir,  yalvarır  ki,  ey  xudavəndi  aləm,  sənin  varlığına  şəkk  eləyən 

kafirdir!  Sən  haqsan,  həqiqətsən,  sən  yeri-göyü,  bu  qədər  külli  aləmi,  cəmi  məxluqatı  yoxdan, 

xəlq  eləyənsən.  Hərəyə  bir  qismət  vermisən,  içində  acısı  da,  şirini  də  var.  Acını  vermisən  ki, 

şirinin  qədrini  bilək.  Enişə-yoxuşa,  əyriyə  düz  qoşmusan  ki,  bizi  bərkə-boşa  çəkəsən,  zülmə-

zillətə  salasan,  işimiz  avand  olsun,  taxıl-tərnəmiz  xeyir-bərəkətlə  dolanda  şadlığımızdan  şitlik 

eləməyək,  yerimizdəcə  fasfarağat  oturaq.  Amma,  ey  Tanrı,  sən  adilsən,  aqilsən,  hər  şeyə 

qadirsən,  özün  bilən  yaxşıdır,  bəs  niyə  hər  şeyi  tən  bölməmisən?  Birinə  tamahı  az,  birinə  çox 

bəxş  eləmisən,  onları  didişdirirsən,  dalaşdırırsan,  birini  o  birinə  öldürtdürür,  əhli-əyalını, 

uşaqlarını  başsız  qoyursan!  Sən  niyə  fürsəti  zalıma,  zülmü  də  məzluma  vermisən?  Sən 

bilmirsənmi məzlumun yıxılmağı da ölməyi kimi bir şeydir? Bəs sən hamının Allahı deyilsənmi, 

nə üçün birini döyən, o  birini döyülən  yaratmısan?.. Sonra, ey gözəgörünməz, bir sirrindən də 

agah ola bilmirəm: bu paxıllığın sənə nə xeyri var ki, onu öz xilqətinin canına salışdırmısan? Sən 

axı bilirdin ki, bu ilandır, əqrəbdir, insanın öz ürəyini, öz beynini çalır, sonra da adam başlayır öz 

qohum-qardaşına  ziyan  vurmağa.  Bəlkə  paxıllığın  at  işləməz  yollarla  iş  görən  hünərinə  inanıb 

yer  üzündə  bərabərlik  yaratmaq  istəmisən?  Sən  özün  bəşər,  həyat,  dünya  tərzini  düzəldəndə 

gərək onun natarazlığını pozaydın, bu əyriliyi yox eləməkdən ötrü tərəzində paxıllıq pərsənginə 

yer qoyaydın? Qonaq korafəhm  adam  deyildi.  İlahiyyatı oxuyub axıra çıxmışdı.  Dünyanın  çox 

yerini  gəzmişdi.  Çox  aqillərlə  görüşmüşdü.  Hər  aqildən  bir  şey  görüb-götürmüşdü.  Otları, 

ağacları  yaxşı  tanıyırdı.  Hər otun,  hər ağacın  xasiyyətinə bələd idi.  Bilirdi ki,  bu  yilsizlərin  də 

arasında natarazlıq var. Bilirdi ki, onlarda da paxıllıq var, biri o birini saraldandır, soldurandır, 

qurudandır.  Qonaq  dünyanın  bu  hikmətini  hey  düşünərdi,  öz-özünə  danışardı,  bu  sirrə  vaqif 

olmağa  can  atardı,  lakin  ona  aydın  olmayan  bu  qaranlıqdan  çıxa  bilməzdi.  O,  indi  də  beləcə 

düşünəndə, bu qaranlıq içində çaşıb qalanda hər evin həyətindən, hər evin doqqazından bir sürü 

it,  küçük  zingiltisi,  ulartısı  eşidir.  Bir  kənddə  də  bu  qədər  it  olardımı?!  Bu  it  sürüsü  hürüşə-

hürüşə o it sürüsünün üstünə cumur, boğuşdurdular. Birdən bir neçə it sürüsü qonaq olan evin 

doqqazına sonra da həyətinə doluşdu.  

Boğuşa-boğuşa  qapıya  yaxınlaşdılar,  qapını  cırmaqlamağa  başladılar.  Bəzisi  özünü 

qapıya  elə çırpırdı ki,  az qala qapı  dabanından çıxacaqdı.  Qapını bircə saat  belə cırmaqlasalar, 

onun taxtasını didib caynaqlarında  aparacaq, sonra da içəri təpiləcəkdilər. Qonaq bu qədər itin 

ağzından salamat qurtara bilərdimi? Qonaq əvvəlcə duz daşını, sonra iri bir kötüyü də götürüb 

qapının  dalına  yıxdı.  İtlərin  çaxnaşmasına  səhərə  kimi  qulaq  asdı,  çimir  eləyə  bilmədi.  Dan 

yerinə səda düşəndə itlərin hürüşməsi seyrəldi, hava ağardıqca lap azaldı, bacadan içəri əməlli-

başlı işıq süzüləndə tamam kəsildi. Sonra azan səsi gəldi. Aradan xeyli ötmüş hər evin həyətində, 

qonağın  daldalandığı  evin  həyətində  də  şivən  qopdu;  böyüklər  hönkürüşür,  uşaqlar  sızıldaşa-

sızıldaşa ağlaşırdılar. Şivən kəsildi.  Qapı  döyüldü. Qonaq ev  yiyəsinin səsini eşitdi:  – Mənəm, 

daha qorxma, qapını aç! Qonaq qapını qorxa-qorxa açdı. Ərəb içəri girdi, gözləri hələ də  yaşlı 

idi.  Dünən  axşam  üzünü  bürüyən,  uzana-uzana  boyun-boğazını,  qulaqlarını  örtən  tükdən,  saç-

saqqaldan əsər-əlamət yox idi. Səsindəki mırıltı da silinib getmişdi. Sir-sifətindəki itlik də yoxa 

çıxmışdı.  O:  –  Əssalamun  əleyküm;  –  deyə  qapını  divara  yapışdırdı.  Keçib  palazın  üstündə 

bardaş qurdu. Qonağı da yanına çağırdı, yolçu da gedib əyləşdi. Ərəb onların kəndinə göylərdən 

enən bəlanı danışmağa başladı. Söylədi ki, bir axşamüstü həyətdə arvadlı-uşaqlı oturmuşduq, çay 

içirdik. Bir də gördük doqqazda bir kişi durub. Biz elə adam görməmişdik. Boyu çinar kimi uzun 

idi. Ağ saqqalı sinəsini örtmüşdü. Gözlərində gün doğmuşdu. Üzü şavaqlı idi. Mənə elə gəldi ki, 

dan sabahıdır, göylərdən qopub, bizim doqqaza gəlib, bizim kənddə heç vaxt  gecə olmayacaq, 

qaranlıq bizim kəndə heç vaxt gəlməyəcək, bu kişini bizim kəndə Allah göndərib, xeyir-bərəkət 

aşıb-daşacaq;  bir  xurma  ağacımız  min  olacaq,  gəlirimizi  yığıb-yığışdıra  bilməyəcəyik...  Mən 

qalxmaq  istəyirdim  ki,  Allah  adamının  pişvazına  çıxam,  pişvazında  duram,  Allah  bizim  uşağı 

insafa gətirsin, iti qıs verdi. İt hürə-hürə gedib dayandı. Kişinin əlində qırmızı əsa vardı, əsasını 

qaldırdı:  

– Ay it, – dedi, – görüm bu kəndin insanlarını gecə itə, gündüz də adama dönsün! Demə, 

bu  kişi  kəndimizdəki  evlərin  çoxunun  doqqazına  gedibmiş,  hamısında  da uşaqlar  ona  itləri  qıs 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə