İsmayıl Qarayev a ğ y u X u



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix26.09.2017
ölçüsü0,8 Mb.
#1650
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 

15 


veriblərmiş...  O  gündən  bəri  gecə  itə,  gündüz  də  adama  dönürük.  Hər  səhər,  adama  dönəndən 

sonra ağlaşırıq, Allaha yalvarırıq, deyirik, bəlkə günahımızdan keçdi. Ayrı əlacımız yoxdur, daha 

özgə cür neyləyə bilərik ki?.. Seyid özü də qonaq idi, bu əfsanəni Güdmülə bu qədər danışmışdı, 

qonağa,  qəribə  hörmətsizliyin  nə  ilə  nəticələndiyini  dönə-dönə  təkrar-təkrar  etmişdi, 

təəssüflənmişdi.  Axırda  demişdi  ki,  itlər  əməli  saleh  adamları  tez  tanıyır,  onlara  dəymirlər; 

Allah-taala, belə insanları özünə yaxın bilir, onlara əzab-işgəncə verir ki, görüm mənim bu gözəl 

bəndələrim  asi  düşürlərmi.  Belə  adamlar  da  Allaha  asi  düşmürlər,  Tanrı  buna  görə  də  onların 

xətrini çox istəyir. Belə övladi-bəşərlərin qarğışı, nəfəsi qaçır olur, heç vaxt yerdə qalmır, adamı 

tez tutur. Bozdar da, Qaravaş da zingildəyə-zingildəyə geri dönəndən sonra Güdmülü bir qorxu 

aldı:  bəlkə  bu  da  onlardandır?  Belədirsə  Allahın  bəlasına  tuş  gəlmərəmmi?  Bu  gəlin  mənə 

qarğımazmı?  Niyə  də  qarğımasın?  Ağzıma  gələni  dedim,  hələ  üstəlik,  itləri  də  qıs  verdim! 

Güdmülün canından bir üşütmə keçdi, elə bildi Nazlı ona qarğış töküb, bu qarğış da onu tutub, 

canına  təzədən  dolan  həmin  titrəmə  də  bu  qarğışın  titrəməsidir.  Naxırı  topuqladı...  Ürəyində: 

«Allah, qələt eləmişəm! Tövbə!.. Tövbə!.. Mən bir də belə axmaqlıq eləmərəm, ey bizi Yaradan, 

bu dəfə keç günahımdan», – deyə-deyə sürünü küləşlikdən çıxartdı. Uzaqdan Nazlıya:  

– Yığın, a qızım, – söylədi. – Amma mən sizi, siz də məni görməmisiniz...  

* * *  

O  gün  onların  hərəsi  bircə  ətək  sünbül  yığıb  gəldi.  Tez  döydülər,  tez  sovurdular,  tez 



duruladılar. Çəkdilər, yeddicə kilo buğda çıxdı. Hədik bişirdilər. Yedilər. Qalanını Tosu götürüb 

dəyirmana getdi. Axşamdan getdi, amma səhər ertə qayıtdı.  Beş-altı  kilo  buğdanı  tez üyütmək 

ona görə çətin idi ki, hamınınkı az idi, hər kəs dəyirmana bir torba, bir dağar taxılla gəlirdi, hamı 

tələsirdi,  hamının  külfəti  ac  idi,  evdə  oturub  un  yolu  gözləyirdi,  ona  görə  də  ac  qılınca  çapır, 

qardaş öz növbəsini qardaşına da vermirdi. Bir çuval dən kimdə vardı ki, üyütməyə başlayaydı, 

Tosu  kimisi  də  özünün  az  buğdasını  onun  hazır  unu  ilə  dəyişib  evə  tez  dönəydi.  Dəyirmanda 

daşlar  dənləri,  ağnağaz  çaldırmaq  istəyənlərin  də  gözləri  bir-birini  yeyirdi...  Tosu  un  gətirib 

gələndə  Mehdi  də,  Nazlı  da  hələ  oyanmamışdı,  hələ  də  yatırdılar,  axşamkı  hədik,  bir  günün 

aclığından  sonra  gələn  toxluq  onlara  ağır  yuxu  gətirmişdi,  amma  hansı  oyaqsa,  hansı  «acsa» 

onlara  tez  gəlmişdi,  tez  də  getmişdi  –  qapının  ağzında  bir  dolu  xurcun  vardı.  Xurcunun  ağzı 

bərk-bərk gözənmişdi, gözək ilgəyinə lülələnmiş bir kağız da sancılmışdı. Tosu kağızı aldı, açıb 

oxudu.  «Xurcunu  boşaldın,  yenə  bura  qoyun,  gəlib  özüm  aparacağam.  Kimliyimi  soruşmayın. 

Bu xurcun sizin evə çox gələcək, özü də həmişə belə, dolu. Bu işi sizdən başqa heç kəs bilməsin. 

Kəndimizin  xasiyyətinə,  Allaha  şükür,  bələdsiniz,  dil-ağıza  düşsəm,  gərək  ayrı  yerə  keçəm. 

Özünüzü borclu hesab eləməyin. Mən sizə milyon belə yaxşılıq eləsəm də, fikirləşəcəm ki, Allah 

yanında,  bəndə  yanında  hələ  də  xəcalətliyəm.  Kimliyimi  öyrənməyə  çalışmayın.  Buna  cəhd 

etsəniz, əzabımı artırarsınız; bu xurcun hər axşam, onsuz da nə  yolla olursa-olsun beləcə dolu, 

sizin məhlənizə gələcək». Nazlı, Tosu qapını açan kimi, oyandı. Qalxdı. Pərdənin dalından çıxdı. 

Çay dərəsinə endi, yuyunub gəldi:  

– Gətirdinmi, Tosu bala? Tosu başını tərpətdi. Nazlı teşti, ələyi  çölə çıxartdı. Unu teştə 

tökdü,  tən  yarı  böldü,  böldüyünün  bir  payını  təknəyə  ələdi.  Xəmir  yoğurdu.  Sac  asdı.  Oxlovu, 

dördayağı rahladı, yuxa yaydı. Bircə yuxa bişirəndən sonra Tosuya:  

–  Atanı  çağır,  –  dedi,  –  yazıq  səhərə  qədər  yatmayıb,  deyəsən,  bizdən  gizlədir,  qılçası 

yaman  ağrıyır.  –  Mehdinin  də  axsaya-axsaya  çölə  çıxdığına  baxanda  qapının  qənşərindəki 

xurcunu gördü, gözək ilgəyindəki kağızın lüləsi də açılmışdı.  

– Bu xurcun kimindir? Mehdi də qoltuq ağaclarına dirənib dayandı. Xurcuna çox baxdı, 

sanki  tanımaq,  kiminki  olduğunu  müəyyənləşdirmək  istəyirdi.  Nazlı  da,  Mehdi  də  Tosunun 

üzünə  baxdılar;  elə  bildilər  bunu  kimin  gətirdiyindən  onun  xəbəri  var.  Tosu  çiyinlərini  çəkdi. 

Mehdi kağızı aldı, oxudu. O bir söz deməyənə kimi Nazlı tərpənmədi. Mehdi qoltuq ağaclarının 

dalınca  dartına-dartına  ocaq  başına  gəldi,  kağızı  Nazlıya  verdi.  Kağızı  Nazlı  da  oxudu.  Mehdi 

qayıdıb xurcunun ağzını açmaq istədi, lakin aşağı əyildikcə elə bil bütün ağırlığı şikəst qılçasına 

düşdü,  tab  gətirmədi,  dikəldi,  gözləri  ilə  oğlunu  çağırdı.  Tosu  xurcunun  bağlarını  boşaltdı, 

ilgəklərini  qıraqlara  sığadı.  Ustdəki  əncir  yarpaqlarını  alıb  bir  qırağa  qoydu.  Xurcunun  bir 



 

16 


gözündən  kitab  varaqlarına  bükülü  balaca  bir  bağlama  çıxartdı.  Bağlamanın  varaq  köynəyini 

yavaş-yavaş soyundurdu, içindən bir baş təzə pendir çıxartdı. Hərflərin qarası pendirə çökmüşdü. 

Pendiri  kağızların  üstünə,  yerə  qoydu,  sonra  xurcunun  həmin  gözünə  bir  də  baxdı,  heç  nə 

demədi, heç nə göstərmədi. Xurcunun o biri gözünü açdı, oradan da bir banka qatıq çıxartdı, onu 

da  bir  tərəfə  qoyandan  sonra  xurcunun  qunclarından  tutub  ağzı  aşağı  tutdu,  silkələdi,  qılçıqsız 

sünbüllər  saysız-hesabsız  çiliklər  kimi  yerə  ələndi.  Bu  sünbüllərdən  azı  on  kilo  buğda  çıxardı. 

Onların  üçündə  də  eyni  heyrət  vardı,  üçünün  də  gözlərində  eyni  sual  oxunurdu:  bu  kimin 

hörmətidir?  Öz  südsüz  sürüsündən  çıxan  bu  südlü  qoyun  kimdir?  Onlara  nifrət  bəsləyən  bu 

camaatın  içində  yəni  elə  bir  adam  ola  bilər  ki,  Mehdini  istəsin,  onun  ürək  ağrısını  azaltmağa 

çalışsın?  

– Hər kimdirsə, payı çox olsun, – deyə Mehdi dəsmalını çıxarıb kor gözünün yanağı aşağı 

süzülən yaşını sildi. Tosu adamın bir gözünün ağladığını birinci dəfə görürdü. O nə biləydi ki, 

atası için-için  ağlamaq istəyib,  lakin  kor gözünün bu gizli fəryadı  göstərəcəyini unudub. Nazlı 

əlləri ilə üzünü örtüb birdən-birə elə uçundu, elə hönkürdü ki, elə bil ürəyi ağzından gələcəkdi, 

gözləri  qopub  ovcuna  düşəcəkdi,  indi  əlləri  ilə  gözlərini  də,  ürəyini  də  öz  yerinə,  öz  yuvasına 

qaytarmaq istəyirdi – hələlik yaşamaq üçün, sarı küləşliklə başlanan təzə bir taleyin sarılığından 

çıxmaq üçün, ərinin dostu Mehdini bir yaz yaşıllığına qovuşdurmaq üçün, onun gəlişi ilə bulanan 

bir körpə bəxtini durultmaq üçün...  

–  Bəs  nə  deyim,  Nazlı?  –  Mehdinin  səsində  bir  Kərəm  şikəstəsi  çalındı  –  Kərəm 

Ərzurumun başında idi, yolunu qar-tar bağlamışdı. Oxuyurdu: görəsən, yaz gələcəkmi? Görəsən, 

illər  uzunu  işığa  həsrət  daxmada  yenə  tam  yanacaqmı?  Görəsən,  o  küskün,  o  qəmli  daxmanı 

insan səsi, insan nəfəsi bir də güldürəcəkmi? – Görmürsənmi bizi nə günə salıblar, Nazlı? Nazlı 

yerindən  dəli  kimi  qalxdı.  Sünbülləri  xışmalayıb  xurcunun  gözlərinə  doldurdu,  yavanlığı  da 

üstündən qoydu, xurcunun ağzını közədi.  

– Biz heç kimin minnətli çörəyini yeməyəcəyik, Mehdi, – dedi, – ya acından öləyəcəyik, 

ya da öz ağlımızla, öz əlimizlə, özümüzə bir gün ağlayacağıq.  

– Bəs bunun yiyəsini necə tanıyacaq, necə tapacağıq, Nazlı? – O mənim boynuma... Bunu 

Tosu bala da bilir.  

– Nəyi? – Xurcun məsələsini. – Güdmülünküdür, – Tosu, atası ondan soruşmamış kəsə 

cavab  verdi.  Xurcunu  çiyninə  aldı.  Bu  saat  aparım,  evinə  verim.  –  Çörək  ye,  sonra,  –  Nazlı 

xurcunu onun çiynindən alıb yerə qoydu. Nə fikirləşdisə sözünü dəyişdi, öz dediyində durmadı  

– Aparıb küləşlikdə özünə verərik...  

* * *  

Gecədən  çox  keçmişdi.  Nə  Mehdi  yatmışdı,  nə  də  Nazlı.  Tosu  isə  axşamdan  xurd 



düşmüşdü,  bəzi  qocalar  təki  xoruldayırdı.  Hərdən  o  yan-bu  yana  aşırılır,  zığıldanırdı.  O 

inildədikcə  Mehdinin  yarası  zoqquldayırdı,  onu  çimir  eləməyə  qoymurdu:  onun  çörək  dərdi 

çəkəsi  vaxtı  idimi?!  Gərək  yeyəydi,  geyəydi,  öz  tay-tuşlarına  qoşulub  bağ  sığırçınları  kimi 

belədən belə sökəydi, oynayaydı, güləydi. Yetim qaldı, tək qaldı. Atası gəldi. Sevindi. Elə bildi 

gecəsinə  gündüz  gəlib.  O  gödək  ömürlü  sevinci  zəhərə  döndü.  Bu  zəhərin  sarılığı  gözlərinə 

çökdü,  səsinə,  nəfəsinə  çökdü,  evin  qıtlığını,  qəhədliyini  cəhənnəm  əzabına  döndərdi,  onun 

boynunu  payız  bənövşələri  təki  bükdü.  Ömrü-günü  çöllərə,  sarı  küləşliklərə,  sünbüllərə 

səpələndi. Hər sünbülün yanında bir ilan qıvrıldı, bir ilan yatdı. Bu ilanlar onu gözləri ilə, sözləri 

ilə çaldılar. Bu ilanlar torpaqda qalıb zay olası sünbülləri də ona çox gördülər, naxıra yedirtdilər, 

naxırın dırnaqları altında əzdilər, itirdilər, uşaqdan ata heyfi aldılar. İnsan çox şeyi itirər, yenə də 

yaşayar,  ancaq  çörəyini  kəsərsən  –  ölər,  məhv  olar.  Atasına  görə  onun  da  çörəyini  kəsmək 

istədilər,  Nazlıya  görə  sarı  küləşliyə  tökülüb  qalan  sahibsiz  sünbüllərə  yiyə  çıxdılar.  Mehdi 

köksünü ötürdü. Nazlının asta səsini eşitdi: – Ölməyəcəyik, Mehdi, qorxma!.. Mehdi xırıldadı: – 

Əlbəttə!.. Araya iynəbatmaz, xəncərkəsməz sükut yatdı. Bu sükutu Nazlının səsi yardı:  

–  Elə  hirslənmişəm  ki!..  Hirs  yaman  şeydir;  adamı  ölümün  üstünə  də  aparır.  Mehdi 

öskürdü: – Darıxma, hər şey düzələr. Ali Baş Komandana yazmışam. – Bunları ki belə görürəm, 

sənə  gün  verəcəklər,  işıq  verməyəcəklər.  Mehdi  onu  bu  söhbətdən  yayındırmağa  çalışdı  çünki 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə