İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   7   8   9   10   11   12   13   14   ...   38

 
32 
üzündə  şappıldayanda  Təyyar  yenə  də  qışqırdı:  –  Əmir,  eybi 
yoxdur,  sən  ona  əl  qaldırma!  Əmir  samboçu  idi.  Təyyar  bilirdi 
ki,  o  bir  zərbə  ilə  sərxoşu  öldürməyə  qadirdir.  Ona  görə  də 
sərxoşu  tutub  Əmiri  qovmağa,  onu  xatadan  uzaqlaşdırmağa 
çalışırdı.  Əmir  isə  yerindən  təpənmir,  hirsindən  titrəyirdi. 
Təyyar  sərxoşun  yaxasını  Qəzənfərin  əlinə  tapşırıb  Əmiri 
itələdi:  –  Ə  sənə  demirəm,  rədd  ol  burdan!?  Əmirlə  Aliyə 
ayaqlarını sürüyə-sürüyə kafedən çıxıb daş döşənmiş bağın arası 
ilə  gedəndə  sərxoş  yoldaşı  ilə  köməkləşib  Qəzənfəri  yerə 
yıxmış,  Təyyarın  isə  müqavimətini  qırıb  Aliyənin  dalınca 
yüyürməyə başlamışdılar. Boynu yoğun sərxoş Aliyəni söyürdü: 
–  Suka!  Sən  məni  aldadırsan!?  Sərxoşlara  çatmağa  cəhd  edən 
Təyyar,  dayanıb  onlarla  vuruşmağa  hazırlaşmış  Əmirə  barmaq 
qıcayıb  bağırdı:  –  Ə  sən  haranın  heyvanısan!  Sənə  çıx  get 
demirəmmi!? Əmir, Təyyara qulaq asmadı. O əllərinin ikisini də 
yumruqlayıb  sərxoşların  qarşısına  yeridi.  Birinci  zərbəsi 
Aliyənin  «sevgilisinin»  qırmızı  peysərinə  endi.  Sərxoş  başı 
kəsilən  toyuq  kimi  çapalayıb  qalxdı.  Əmir  ikinci  zərbəyə 
hazırlaşanda Aliyə onun qoluna sarmaşdı: – Dəymə! Sərxoşların 
əl-ayağına dolaşıb onları kənara çəkişdirən Təyyar da bağırdı: – 
Əmir,  sözü  adama  bir  dəfə  deyərlər!  Elə  bu  məqamda  yaşlı 
drujinaçılar  sərxoşları  yaxalayıb  onları  ştaba  apardılar.  Bu 
hadisədən  sonra  qəzəb,  hiddət  Qəzənfərin  ürəyini  gəmirirdi.  O 
özünü idarə edə bilmirdi. Qasırğaya düşmüş sahibsiz qayıq kimi 
yolunu  azmışdı.  Aliyənin  həmişə  Əmirlə  çiyin-çiyinə yeriməsi, 
bir-birinə  ehtiram  hissilə  baxıb  hörmətkarlıqla,  bəlkə  də 
minnətkarlıqla  gülümsəmələri  onun  arzularla  döyünən  qəlbini 
dondururdu.  Aliyə  yanı  ilə  Qəzənfərin  irililəməsinə  imkan 
verəndə,  o,  bunu  qəsdən  eləmirdi.  Bu  səki  boyu  axışan 
izdihamın sıx və seyrək olmasından asılı idi. O səmimi hisslər, 
şirin  duyğular  ummanında  yaşayır,  atdığı  addımlara  haradansa 
gələn 
ilahi 
cəsarətin, 
qollarına 
axan 
qüvvətin 
məğlubedilməzliyinə  güvənib  ürəyində  Əmirlə  danışırdı:  «İki 
sərxoş  döymüsən,  elə  bilirsən  qəhrəmanlıq  eləmisən!?  O  ayaq 


 
33 
üstə  güclə  duranı  onsuz da  Allah döymüşdü. Elə hünərin  varsa 
qabağımızdan  gələn  bu  yekəpəri  döy.  Ağzın  nədir  ona  əl 
qaldırasan!  Bu  yekəpərlə  bacararsanmı?  Sənə  nə  var,  utanmaz 
adamsan,  döyərsən:  hə.  Amma  o  yekəpərin  xəbəri  olsa  onun 
haqqında  belə  söz  danışırsan,  yaxandan  tutub  boğazını  sərçə 
kimi üzər. Özünü öymə, o yekəpər, dalaşsaq mənə də cavab verə 
bilməzsən. Qulağının dibinə bir yumruq vuraram quş balası kimi 
iki saat ağzını açıb-yumarsan. Səndən kişi olmaz. Kişi, yanınca 
apardığı  qızın  namusunu  çəkməlidir.  Amma  sən  belə  şeyləri 
başa  düşmürsən.  Başa  düşsən  Aliyəyə  çiyin  vurub,  göz  basıb 
keçənlərin  birinə  kişiliyini  göstərərsən.  Budur  bax,  dərisi  beş 
qəpiyə  dəyəməyən  dalğır  da  qıza  göz  eləyib  ötdü.  Bu  gələnə 
fikir ver, kor gözlərinlə bax gör onun pis niyyətli nəzərləri kimin 
sinəsində,  buxağında,  dodağında  gəzir?!  Ə,  sən  də  ona  gözünü 
ağart  də!  Heyvansan,  heyvan!  Vicdanıma  and  olsun  öküzsən, 
öküz!» Onlar dinib danışmadan geniş meydançaya keçərək taksi 
dayanacağına  sarı  gedirdilər.  Bu  zaman  taksi  dayanacağı 
tərəfdən  gələn  bir  oğlan  da  düz  onlara  doğru  yeriyirdi.  Asta 
yerişli bu oğlanın əlləri qoynunda idi. Yumşaq sarı saçları alnına 
tökülüb  gözlərinin  qabağını  örtmüşdü.  O  üzünə  ölüm  hökmü 
oxunmuş  cani  məyusluğu  içində  idi.  Sanki  ona  yalnız  indi 
qiymətli  olan  ömrünün  son  dəqiqələrində  keçmiş  günləri 
xatırlayır,  keçdiyi  həyat  yollarını  gözləri  önünə  gətirir,  orada 
özünü, öz hərəkətlərini görüb təəssüflənir, cahil gəncliyini indiki 
ağlının  köməyilə  fəzilətə  qaytara  bilməyəcəyini,  əcəlin  onu  bir 
neçə  saatdan  sonra  yaxalayacağını  iztirabla  düşünüb  için-için 
ağlayırdı.  O  elə  bədbin,  elə  pəjmürdə  idi  ki,  harada  olduğunu, 
hansı  tərəfə  getdiyini  belə  dərk  etmirdi.  Özünü  Aliyənin 
nəzərində  böyütmək  istəyən  Qəzənfər  isə  ondan  qanacaq, 
mərifət gözləyirdi. Əslində belə bir təsadüf Qəzənfərə çox lazım 
idi.  O  Əmirdən  güclü,  cəsarətli,  qorxmaz  olduğunu  Aliyəyə 
göstərməli  deyildimi?!  Qəzənfər  ağlı  başında  olmayan  qüssəli 
oğlana Aliyə ilə öz arasında yol vermədi. O, Qəzənfərin ayağını 
ayaqladı.  Qəzənfər  özündən  gücsüz  olan  bu  oğlanın 


 
34 
çiyinlərindən  tutdu:  –  Gözün  mən  yekəlikdə  adamı  görmür?! 
Oğlan  yuxudan  təzəcə  oyanırmış  kimi  ağır-ağır başını  qaldırdı, 
qəmli  gözlərini  Qəzənfərin  üzünə  dikib  dərindən  köksünü 
ötürdü. Qəzənfər onu sirkələdi:  
–  Karsan,  ya  kor?!  Oğlan  yazıq-yazıq  boynunu  bükdü:  – 
Xahiş  edirəm  bğışlayasınız,  üzr  istəyirəm.  Mən  bu  gün 
birtəhərəm...  Qəzənfər  səsinə  güc  verib  özündən  çıxdı:  – 
«Bağışlayasınız.»  Ayaq  ayaqlanır  –  bağışla,  göz  çıxarılır  – 
bağışla, baş yarılır – bağışla. Nə bağışlayım! Təyyar Qəzənfərin 
qolundan  tutub  irəli  dartdı.  –  Xatanın  birindən  zorla 
ötüşmüşdük,  ikincisini  də  sən  törətmə,  belə  cəhənnəm  ol! 
Qəzənfər,  Təyyarın  əlindən  çıxıb  kinayəli,  töhmətli  nəzərlərini 
ondan  ayırmayan  oğlanın  üstünə  atılmaq  istədi.  Lakin  Təyyar 
onu  itələyə-itələyə  irəli  apardı.  –  Sizə  nolub  bu  gün?  5.  Şam 
yeməyindən sonra qırmızı guşədə qeyri-adi bir canlanma vardı. 
Domino,  nərd,  şaxmat  oynayanların  səs-küyü,  oyunu  udanların 
gülüşü,  uduzanların  mübahisəsi,  günahı  bir-birində  görməsi, 
qəzet,  kitab  oxuyanların  onlara  qarşı  narazılığı,  sakitliyə 
çağırmaları eşidilirdi. Lakin heç bir xahiş domino həvəskarlarını 
susdura  bilmirdi.  Onlar  səssiz  oynayacaqlarına  söz  versələr  də 
oyunun  qızğın  çağında  vədi  unudur,  bir-birilərinə  hərbə-zorba 
gəlib  psixoloji  hücumlara  keçirdilər.  Bəzisi  oyunun  həlledici 
dövründə  ayağa  qalxıb  daşı  elə  çırpırdı  ki,  stolun  müşənbəli 
taxtası  oynanılmış  daşları  göyə  atıb  yerə  səpələyirdi.  Nərd 
oyunçuları  da  gah  yalvarır,  gah  acıqlanır,  «şeş  qoşa  ver!»  – 
deyib  ayağını  yerə,  yumruğunu  stola  vurub  onu  udacağdı  ilə 
hədələyir, gah da oyunu yerində saydıran «iki bir»-dən, xanələri 
açdıran  «cüt  sə»-lərdən  şikayətlənirdi.  Şaxmatçılar  isə  gərgin 
vəziyyətdə  düşünürdülər.  Rəqibi  aldadıb  çaşdırıcı  gedişlər 
axtarır,  üstünlüyü  ələ  almağa  çalışırdılar.  Gəmi  heyətinin 
növbədə  dayananlardan  başqa  hamısı  qırmızı  guşədə  idi. 
Oynamayanlar  da  uduzub  dilxor  olanlara  sataşaraq  onları 
cinlədirdilər.  Qəzənfərlə  Əmir  nə  oynayır,  nə  də  söhbətə 
qarışırdı.  Aliyə  ilə  şəhərdə  gəzmələri  hər  ikisində  bir  ümid 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə