İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

 
35 
doğurmuşdu. Gözləri oyuna, oyunçulara baxsa da, onların fikir-
xəyalı  Aliyə  ilə  olan  gəzintilərində  idi.  Onlardan  heç  biri  öz 
düşüncəsini  müəyyən  şəkilə,  müəyyən  istiqamətə  sala  bilmirdi. 
Lakin  bu  dolaşıqlıq,  hərc-mərclik,  ümidsizlik  zülmətində 
hərdənbir  parlayıb  sönən  qığılcım,  qasırğaya  düşüb  yolunu 
azmış  kompassız  gəmiyə  istiqamət  götürməkdə  kömək  edən 
mayaq  kimi  onların,  özü  bir  təlatüm  olan  təzadlı  fikirlərini 
çarələr,  imkanlar  sahilinə  yönəldirdi.  Bu  sahil  o  qədər  uzaq  idi 
ki,  onlar  bəzən  xilasolma  ümidini  itirir,  dalğalı  xülyalar 
qoynunda  çapalayırdılar.  Heç  bir  fırtınadan  qorxmayan  bu 
dənizçiləri  əsrarlı  düşüncələr,  oyanmış  könül  sevdası  təlatümü 
sarsıdırdı.  Əmir  səbirli  idi.  Ürəyində  baş  qaldıran  duyğunun 
öhdəsindən  gəlməyi  bacarırdı.  Sakit  təbiəti  onun  həyəcanlarını 
elə  ustalıqla  pərdələyirdi  ki,  ən  həssas,  diqqətli  müşahidəçilər 
belə  Əmirdə  yaranan  dəyişiklikləri,  dönüşü  duya  bilməzdi.  O 
ürəyi, qəlbilə məsləhətləşib şüuru ilə danışan bir oğlan idi. Heç 
zaman  fikirləşməmiş  danışmaz,  sözgəlişi  cavab  qaytarmazdı. 
Tanışları,  dostları  onu  qorxmaz,  cəsarətli  bir  adam  kimi 
tanıyırdılar.  Onlar  yanılmırdılar.  Əmir  doğrudan  da,  onlar 
düşündüyü kimi idi. Lakin onu bir eybinə çoxları gülürdü. Əmiri 
tanımadığı qızla yarım saat bir otaqda tək saxlamaq beşillik həbs 
cəzasına  bərbər  idi.  O  tanış  olmayan  qız  yanında  təbdən-təbə, 
rəngdən-rəngə  düşürdü.  Gah  canından  qalxan  istilikdən  yanır, 
gah  da  varlığını  bürüyən  lərzədən  donurdu.  Danışmağa  söz 
tapmır,  qızın  üzünə  baxmağa  cəsarət  etmirdi.  Tay-tuşları  bir 
hadisəni xatırlayıb tez-tez gülüşürdülər. Keçmiş günlərin birində 
Qəzənfər  onu  rəqsə  aparmışdı.  Əmir  o  zaman  bir  həftə  idi 
gəmidə  işləməyə  gəlmişdi.  Rəqs  dənizçilər  bağında  idi.  Əmir 
rəqs etməyi bacarmırdı. O yoldaşlarından rəqs haqqında çox şey 
eşitmişdi.  Amma  bir  dəfə  də  olsun  qız  əlindən,  qız  belindən 
tutub  rəqs  meydançasında  hərlənməmişdi.  O,  oynamağın 
təhərini  də  bilmirdi.  Təsəvvürünə  gətirəndə  ki,  rəqs  etməyi 
öyrənmişdir,  özü  də  onu  rəqsə  dəvət  edən  gözəl  bir  qızla 
oynayır, Əmirin dizləri titrəyirdi. Sanki bu xəyal bir həqiqət idi. 


 
36 
Qızın  nəfəsi  onun  canına  cərəyanlar  buraxır,  onu  qıdıqlayırdı. 
Təcrübəsizlikdən  bu  cəsarətsizlik  Əmiri  kütləvi  rəqslərdən 
çəkindirirdi.  Qız  belini  qucmaqda,  qız  nəfəsini  udmaqda,  qız 
təravətini  duymaqda  bəziləri  üçün  bir  vasitə  olan  bu  rəqs 
havalarını öyrənməyə Əmirdə də həvəs olmuşdu. O da başqaları 
kimi nazlı-qəmzəli qızları fırfıra kimi fırlatmağı, onların sehirli 
gözlərinə  baxmağı,  oynadıqca  dalğalanan  sinələrinə  yaxından 
göz yetirməyi, o füsunkar aləmin belinə, çiyninə, ağ biləyinə əl 
toxundurmağı  arzulamışdı.  Ancaq  Əmir  bu  arzuların  həyata 
keçirilməsinə qadir deyildi. Adicə bir təmasdan güclənən şəhvət 
hissi,  onun  qarşısıalınmaz  çılğınlığı  Əmiri  həmişə  qızlardan 
uzaq olmaq məcburiyyəti qarşısında qoyurdu. Rəqsdə Qəzənfər 
onu  bir  qızla  tanış  etmişdi.  Qız,  Qəzənfərin  köhnə  rəqs 
tanışlarından  biri  idi.  Qəzənfər,  qızı  öyrətmişdi  ki,  Əmirdən  əl 
çəkməyib  onu  oynatsın.  Qız  da  xam  adamları  dolamağın 
azarkeşi  imiş.  O  qırsaqqız  olub  Əmirə  yapışdı.  Göz  vura-vura 
Əmirin qoluna girdi, başını onun çiyninə qoyub pıçıldadı:  
– Yəni o qədər çirkinəm ki, mənlə tanış olmaq, rəqs etmək 
istəmirsən!? Əmiri elə bil gicirtkən daladı. O kənara çəkildi. Qız 
əl çəkmədi, yaxınlaşıb kinayə ilə dedi. – Sənin bu hərəkətin qız 
üçün  çox  böyük  təhqirdir.  Əmir  meydançanı  dövrəyə  alan 
tamaşaçıların  arasından  çıxıb  xiyabana  keçdi.  Qız  ona  çatıb 
gileyləndi:  
–  Hara  getsən,  səninlə  gedəcəm.  Əmir  dayandı.  O 
uçunurdu.  Gülümsünən  qızın  üzünü  oxşayan  nəfəsi  həyəcanını 
artırıb  onu  daha  da  titrədirdi.  Əmir  heç  nə  deməyib  yenə 
getməyə başladı. Qız daldan onu ətəklədi. – Sən necə oğlansan?! 
Ömründə  elə  bir  qız  görmüsən  ki,  gəlib  tanımadığı  oğlana 
sarmaşsın!?.  Amma  mən  səni  çoxdan  tanıyıram.  Səni  sevirəm, 
eşidirsənmi, sevirəm. Daha dözə bilmirəm. Əmiri qan-tər basdı. 
O  dartıb  qolunu  qızın  əlindən  çıxartdı.  İstədi  qaçsın.  Lakin 
ətrafda  adamlar  çox  idi,  qorxaqlığı  vüqarına  sığışdırmadı. 
Qorxdu  ki,  qız  da  onun  dalınca  qaçıb  Əmiri  camaatın  içində 
biabır  eləsin.  O,  qaranlıq  xiyabanların  birinə  buruldu.  Məqsədi 


 
37 
yüyürüb  hasardan  aşmaq,  bir  baş  gəmiyə  getmək  idi.  Qız  da 
Əmirin dalınca getdi və irəli keçib onu qabaqladı. – İnan əzizim, 
inan ki, sənin həsrətin məni heyva kimi saraldıb. Mənə haçan bir 
söz  deyib  eşqinin  xəstəsi  könlümü  sağaldacaqsan?  Axı,  sevən 
bir  qəlbi  cövrü-cəfa  ilə  mükafatlandırmazlar!  Gəl  gedək,  heç 
olmasa, rəqs edək. Bu mənim sevən qəlbimə ilk eşqimdən əbədi 
bir  təsəlli  olacaqdır.  İcazə  ver,  o  çil-çirağın  altında  gözlərinə, 
vurğunu  olduğum  boy-buxununa  doyunca  baxım.  Səadət  ki, 
məndən  uzaqlaşır,  neynim,  qoy  getsin,  vaxt  olar  o  da  sevər, 
sevənlərin  nələr  çəkdiyini  başa  düşər,  verdiyi  işgəncələrin 
acısını  duyar.  Qız  doluxsunaraq  Əmirin  əlindən  tutub  onu  rəqs 
meydançasına  sarı  çəkdi.  Əmir  əlindən  çıxıb  qəfildən  qaçanda 
qız  da,  onları  izləyən  Qəzənfər  də  gülməkdən  az  qala  qəşş 
edəcəkdilər. Əmir bu kələkdən xəbərsiz idi. Qızın əlindən qaçıb 
qurtarmasına  sevinmişdi.  Elə  fərz  etmişdi  ki,  bu  həngaməni 
özündən  başqa  heç  kim  bilmir.  Lakin  uşaqlar  gəmidə  onu 
gördükcə pıqqıldaşdılar, yerli-yersiz gülüşdülər, nəhayət məsələ 
açıldı, Əmir anladı ki, onu kələyə salan Qəzənfər imiş. Əmir o 
anlarda ağlına gətirmədiyi bu təsadüfdən çaş-baş olmuşdu. Qızın 
hərəkəti,  andı  onu,  tamamilə,  inandırmışdı.  Ancaq  sonralar 
deyirdi  ki,  inanmadım.  Ağıllı  qız  gəlib  birdən-birə  tanımadığı 
oğlana  o  sözləri  söylərmi?!  Bilirdim  ki,  bu  işdə  bir  kələk  var, 
amma  bu  fırıldaqda  Qəzənfərin  əli  olduğunu  ağlıma 
sığışdırmadım.  Hər  nə  isə  hünərli  qız  idi,  üstümü  əzaril  kimi 
almışdı.  Düzü  yaman  qorxdum.  Fikirləşdim  ki,  kiminsə 
doldurduğu  qan  çanağıdır,  mənim  başıma  töküləcək.  Döysəm 
qışqıracaq, oralarda hərlənən milis işçiləri də onun hay-harayını 
eşidib məni tutacaqdılar. Qız şikayətə başlayacaq, böhtan atacaq 
məni  ləkələyəcəkdir.  Atalar  demişkən,  utan  utanmazdan,  qorx 
qorxmazdan. Axırda hünərim qaçmağa çatdı. Əmirin utancaqlığı 
Qəzənfərə  fəaliyyət  imkanları  verirdi.  Onun  bu  zəifliyi 
Qəzənfəri sevindirirdi. O dilli-dilavər olması ilə öyünür, qızlara 
ədalarla təsiretmə məharətinə arxalanırdı. Qəzənfər əmin idi ki, 
Aliyə  ilə  bu  gün  də  olmasa  sabah  dostlaşacaq,  çox  yerini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə