İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

 
38 
əzbərdən  bildiyi  «Qılınc  və  qələmdən»  parçalar  söyləyəcək, 
İlyasla  Qətibənin  görüşlərini,  onların  «sevgi  fəlsəfəsi  əvəzinə 
həyat  fəlsəfəsini»  danışıb  Aliyənin  qanına  məhəbbət,  şəhvət 
toxumları səpəcəkdir. Onun mülahizəsinə görə – o bunu iki dəfə 
təcrübədən 
keçirmişdi. 
Qazandığı 
müvəffəqiyyət 
onu 
ruhlandırmış,  bunu  qadın  qəlbinə  hakim  olmaqda  inkaredilməz 
bir  həqiqət  sanmışdı.  –  İlk  tanışlıqda  yalnız  kitablardakı  sevgi 
məcaralarından,  məhəbbət  əfsanələrindən  danışanda,  aşiqlərin 
iztirab  və  təlaşlarını,  kədər  və  sevinclərini  inandırıcılıqla  nəql 
edəndə,  onların  həyacanlandırıcı  görüşlərini,  təmasdan  doğan 
sarsıntılarını  söyləyəndə  onların  qəlbinə  ətir  çilənir,  ehtirasa 
qapılırlar.  İki  axşamın  söhbətindən  sonra  qızların  əvvəlki 
danışıqlardan  kef  çəkən  duyğuları  onları  həmin  əyləncə  üçün 
darıxdırır.  Qız  etinasızlığı  yox  olur.  Qızın  qəlbində  oğlanın 
söhbətlərinə  zəruri  bir  ehtiyac  yaranır.  Oğlanlar  bu  ehtiyacı 
məhəbbət dastanları ilə ödədikcə qızlar özlərini unudub sadədil 
olur,  onların  qəlbinin  tələbi  şirin  kəlamlarla  təmin  olunduqca 
mehribanlaşır, 
oğlanın 
zəngin 
mənəviyyatına 
həsədlə 
boylanırlar.  Bu,  qızların  məğlubiyyətidir.  Qəzənfər  qırmızı 
guşədə  oturub  bunları  düşünür,  nəzəriyyəsini  həyata  keçirmək 
üçün  xeyirxah  bir  təsadüfün  qarşıya  çıxmasını  arzulayırdı. 
Aliyəyə  deyəcəyi  sözlərdən  ürəyində  boyalı  cümlələr,  rəngli 
ifadələr  düzəldirdi.  Əmirin  isə  daxilində  heç  bir  hazırlıq 
getmirdi.  O  da  əvvəlki  utancaq,  onu  rəqs  meydançasında 
yaxalayan qızdan qaçan qorxaq Əmir olaraq qalmamışdı. Onun 
da  canında  bir  atəş,  bir  məşəl  yanmaqda  idi.  Əmirin  də  könül 
kamanı  bir  vüsal  eşqilə  inləyib  sızlayır,  yalnız  indi  hüzünlü 
nəğmələr  tərənnümçüsü  olan  qəlbi  mahnılar  qoşur,  yeni 
bayatılar  çağırırdı.  O,  bu  dəqiqə  bir  kimsəsiz  çöldə  olsaydı  elə 
yanıqlı  mahnılar  oxuyardı  ki,  dağ-dərələr  onun  səsinə  əks-səda 
verərdi.  Axar  sular  dayanar,  uçan  quşlar  qanad  saxlayardı. 
Aliyənin  qırmızı  guşəyə  gəldiyini  nə  Əmir  gördü,  nə  də 
Qəzənfər,  çünki  onlar  öz  könül  arzularının  məhvərində  idilər. 
Aliyə kaman çalırdı, Aliyə yaman çalırdı, simləri hönkür-hönkür 


 
39 
ağladırdı.  Qırmızı  guşədəki  bayaqkı  gülüş,  zarafat,  gurultu 
sükuta  çevrildi.  Hamının  gözlərinə  heyrət,  maraq,  təəccüb 
ifadələri çökdü. Əmirlə Qəzənfər isə bu məsum və məsudiyyətə 
pərəstişkarlıqla  baxdılar.  Sanki  əfsunlu  bir  möcüzənin 
yaranışından son dərəcə məmnun oldular. Aliyə Şikəstəyi-farsın 
son  fəryadını,  son  məhrumiyyətini  ağlağan  bir  nalə  ilə 
tamamladı.  Gülümsər  ilahi  gözlərini  qırmızı  guşədəkilərin 
üzündə 
dolandırdı. 
Aliyənin 
nəzərləri 
minnətdarlıq 
təbəssümlərilə qarşılandı. Kamilliklə gözəlliyin bir simada qərar 
tutması  elə  bil  bəxtiyarlıqdır  ki,  onun  qarşısında  bütün 
xoşbəxtlər  baş  əyərlər.  Bu  gözəl  məziyyətlər  mücəssəməsinin 
ustad kimi kaman çalması həsəd aparmalı idi. O: – Kimin arzusu 
nəyi  dinləməkdir?  –  deyə  qəşəng  dodaqlarını  təbəssümlə  açıb 
mirvarilərini göstərdi. – Bəlkə oxumaq istəyən var. Heç kimdən 
səs  çıxmadı.  Hamının  məftuniyyətdən  sehirlənmiş  durğun 
nəzərləri Aliyənin göz utandıran əfsunlu baxışlarında qərq oldu. 
Aliyə kamanın avazı kimi xoş, ürəkdə arzular, könüldə diləklər 
oyadan bir səslə dilləndi.  
–  Hamımız  utancaqsınız?  Qəbahətdən  xəcalətlənərlər, 
mahnı  oxumağın  heç  bir  biabırçılığı  yoxdur.  Yerində  qımzanıb 
dilini  tərpədən  olmadı.  Onlar  nəfəs  alıb  verməsəydilər,  göz 
qapaqlarını  hərdən  ağır-ağır  endirib  qaldırmasaydılar  qırmızı 
guşəni  məhşur  heykəltəraşın  iş  otağı  zənn  etmək  olardı.  Aliyə 
kamanı yenidən köklədi. Görünür başqa hava çalacaqdı. Elə də 
oldu. Kaman yeni bir iniltilə şikayətləndi. Aliyə pəsdən-pəsdən 
oxumağa  başladı.  Onun  sinəsindən  gələn  səs  bulaq  suyu  kimi 
gedirdi.  O,  Molla  Cümənin  «Dünya»  rədifli  qoşmasını  elə  bir 
şikayətlə,  kədərlə  oxuyurdu  ki,  şeirdəki  hüzünün,  lənətin  təsiri 
birə  beş  artırdı.  Ey  dünya  heç  varmıdır  səndə  yarıyan?  Ömür 
sürüb bir qocalıb qarıyan, Havanın üstündə bəxti yeriyən, Mülki 
Süleymanı neynədin, dünya? Bəlkə, indi kamana qulaq asan yox 
idi,  onun  susması  da  heç  kimi  kədərləndirməzdi.  Amma 
dünyanın  faniliyini,  insanın  nəsibsizliyini,  ömrün  azlığını 
söyləyən  səsin  kəsilməsi  isə  hamını  təəssüfləndirdi.  Aliyə 


 
40 
hüzünəmi,  yoxsa  məlahətli  səsəmi  hörmət  bəsləyən 
dinləyicilərinin narazı qaldıqlarını duyub kamanı yeni hava üstə 
köklədi.  Simlə  elə  bil  Məcnunun  dərdini  dağlara,  daşlara 
danışırdı. Sanki xəzanın yetişməsindən ağlayan ağaclar göz yaşı 
olan  saralmış  yarpaqlarını  yerə  tökür,  təbiətin  matəminə  gələn 
köhnə  dərdli  qara  buludlar  göyün  üzünü  alır,  dağların  başına 
qonan, dəfələrlə sürünən dumanlar gülü solmuş, bülbülü küsmüş 
çəmənliklərin  halına  acıyırdı.  Kamanın  fəryadı  adamın 
xəyalında məsum, yetim bir xilqətin soyuq qış gecəsində evdən 
qovularkən qopardığı naləni, yalvarışları xatırladırdı. Budur, on 
yaşlı  bədbəxt  bir  qız  uşağı  titrəyə-titrəyə,  büzükə-büzükə, 
döyükə-döyükə  özünə  sığınacaq  axtarır.  Yalın  ayaqlarını 
şaxtadan donmuş şüşə qarın üstünə qoyduqca çənəsi çaqqıldayır. 
O  acdır,  o  yalavacdır,  onun  səhhətini  mühafizə  edəcək  heç  bir 
ümid yeri, heç bir pənahı, heç bir istinadgahı yoxdur. O ağlamaq 
istəyir,  lakin  asi  qəlbinin  lənətləri  onu  hiddətləndirir.  Bədbəxt 
qız  sırsıradan  don  geyinmiş  yoğun  qovaq  ağacına  sarı  yeriyir, 
donmuş  barmaqlarə  ilə  sırsıranı  qopararaq  ağacın  ovruğuna 
girir.  Ötən  dəqiqələrin  hərəsi  onun  başına  bir  ağ  tük  sancıb 
keçir.  Yaz  gəlir.  Ey  rəzil  həyat,  ey  qara  tale  kimsəsiz  xilqətin 
mədfənindən  sonra  xoşbəxtlərinmi  üzünə  gülürsən?!  Sən 
bəxtiyarlar  üçünmü  bərqərar  olmusan?!  Onlar  onsuz  da 
səadətdədir,  mərhəmətin  varsa  bədbəxtləri  sevindir,  bədbəxtləri 
güldür. Nəşədən məhrumları qüssənin əlindən alsan onlar sənin 
xilaskarlığına inanacaq, alicənablığına səcdə edəcəklər.  
– Gecəniz xeyirə qalsın. – deyə Aliyə qalxdı. – Çox çalsam 
şoru çıxar, elə deyilmi? Hamının heyrətli gözlərindən təbəssüm, 
hörmət,  ehtiram  süzüldü.  Ancaq  heç  kimdən  etiraz,  xahiş  səsi 
çıxmadı. Aliyənin bir də çalıb-oxuması onların ən birinci arzusu 
idi.  Dillənməsələr  də  Aliyə  onların  fikrini  anlayırdı.  Ancaq  o 
yorulmuşdu, yatıb dincəlməli idi. Aliyə qırmızı guşədə özündən 
sonra xoş bir sükut qoyub getdi. Əmir qırmızı guşədən Aliyənin 
dalınca  çıxdı.  Görəsən,  o  qızın  kayutunamı  gedirdi.  Qısqanclıq 
hissi  guşədən  Qəzənfəri  də  qovdu.  Əmir  alt,  üst  mərtəbənin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə