İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   11   12   13   14   15   16   17   18   ...   38

 
44 
bütün  ekipajımız  bağışlayıb.  Söz  verib,  and  içmişdi  ki,  bir  də 
belə qələti eləməyəcək. Budur yenə də öz yekəbaşlığını göstərdi. 
Xırda  şeyləri  böyütmək  mümkündür,  ancaq  hər  axmaqlığı  da 
ört-basdır eləmək olmaz! Cinayətkarı cəzalandırmaq, onu ikinci 
bir alçaqlığa təhrik eləmək deməkdir. Mən onda səhv elədim ki, 
onun əvvəlki hərəkətlərinin üstündən keçdim.  – Təyyar qardaş, 
müqəssiri  cəmiyyətdən  ayırıb  dörd  divar  arasında  saxlamaq 
yaxşı tərbiyə üsuludur, bəyəm? – Bacım, bəzi qüvvələr qanunla 
məhdudlaşdırılmasa  pozğunluqların  sayı-hesabı  olmaz!  Gəl,  bu 
mühakimənin  ardını  hirsimizin  soyuyan  vaxtına  saxlayaq.  – 
Təyyar qardaş, xahiş eləyirəm aktı rəisə göndərmə, qoy özündə 
qalsın,  bir  də  elə  iş  tutsa  sənin  yanına  heç  kim  minnətə 
gəlməyəcək.  Arvad-uşağı  var,  özü  yox,  ailəsi  yazıqdır.  Bilirəm 
ki,  aktı  ora  təqdim  eləsən  ona  afərin  deməyəcəklər, 
cəzalandıracaqlar, bəlkə də, məni çağırıb onunla üzləşdirəcəklər. 
Məsələ  gəlib  bu yerə  çatsa  mən  də  düzünü  danışacam.  «Qolun 
harada,  başın  da  orada.»  İnanıram  ki,  məsələyə  orada  ciddi 
yanaşacaqlar. Axırda onu ya məhkəməyə verib tutduracaq, ya da 
şturmanı elə bir gəmiyə göndərəcəklər ki, az əmək haqqı alacaq, 
ailəsini  dolandıra  bilməyəcək,  mən  bunu  istəmirəm.  –  Aliyə 
bacım,  bu  iki  adamın  arasında  qalan  sirr  olsa  sözünü  yerə 
salmazdım, axı, gəmidəkilərin hamısı bilir. Mənim yerinə özünü 
təsəvvür  et,  necə  hərəkət  etməlisən?  Aliyə,  Təyyardan  incimiş, 
gəmi  körpüyə  yan  alan  kimi  çamadanını  götürüb  idarəyə 
yollanmışdı.  Aliyənin  bu  qərarını  (başqa  gəmiyə  dəyişirilmək 
istəməsini)  heç  kim  hiss  etməmişdi.  Lakin  bufetçi  qadın  onun 
paltarlarını  çamadana  yığmasından  şübhələnib  Təyyara  xəbər 
vermişdi.  Təyyar  ona  keçid  qapısının  ağzında  çatdı.  –  Aliyə 
bacım,  sən  mənim  canım  bir  dayan.  Sən  nə  yaman  tərs 
adamsanmış. Aliyənin dodaqları dartındı. Qaşları uçan qaranquş 
qanadları  kimi  çatıldı.  Burun  pərələrində  əsəbi  bir  titrəyiş 
göründü.  –  İdarəyə  gedib  nə  deyəcəksən?  Axı,  səndən 
soruşacaqlar  ki,  o  gəmidə  niyə  işləmək  istəmirsən?  –  Söz 


 
45 
taparam.  Təyyar  zarafata  salıb  onun  çamadanını  əlindən  almaq 
istədi:  
–  Yaman  inadkarsan  ha...  Ver,  çamadanını  Əmirnən 
gəmiyə  göndərim,  özün  də  uşaqlarla  bir  az  gəzib  qayıdarsan. 
Aliyə  çamadanı  vermədi,  onu  o  biri  əlinə  ötürüb  dayandı. 
Təyyar gülə-gülə əlini çamadana ikinci dəfə uzatdı. Aliyə onun 
əlini  geri  itələdi.  Təyyar  çiyinlərini  atıb  ciddiləşdi.  Onun 
üzündən  bayaqkı  təbəssüm,  ehtiram,  hörmət  ifadələri  silindi, 
incik  nəzərlərində  məzəmmət  göründü.  O  sanki  Aliyədən  çox, 
öz ağlından, öz hərəkətindən küsmüşdü. – İnsanlığa belə qiymət 
verməzlər,  Aliyə  bacım.  Adamı  bu  cürə  təhqir  etməzlər.  Aliyə 
bacım,  yer  qulaqlıdır,  xəbər  ayaqlı.  Bu  məsələni  rəisə  gec-tez 
xəbər  verəcəklər,  o  da  çağırıb  mənim  üzümə  tüpürəcək.  Axı, 
mənim üzüm niyə danlansın?! Sən ürəyiyumşaq adamsan, amma 
hər şeyin yeri, təhəri var. Budur bax, bu Qəzənfər, yaxud Əmir 
bir qələt eləyəndə lazımi ölçü götürəcəm. Üzümə deməsələr də 
ürəklərində fikirləşəcəklər ki, gəmidə ikitirəlilik var, dostbazlıq, 
mühafizəkarlıq  var.  Bəlkə,  iclasda  da  durub  dik-dik  danışacaq, 
məni tənqid  eləyəcəklər. Mən tənqiddən  qorxmuram. Səhvlərin 
düzəlməsinə  xidmət  edən  tənqiddən  də  qorxarlarmı!?  Ancaq 
özüm öz haqsızlığımdan utanacaq, xəcalət çəkəcəm, dilim gödək 
olacaq,  başım  aşağı.  Kapitan  haqsızlıq  eləyəndə,  insafla, 
vicdanla  işləməyəndə  gərək  ərizə  verib  vəzifədən  çıxsın.  O  öz 
zəifliyini başa düşüb düzəltməsə, onu onsuz da qovacaqlar. Mən 
bunları bilə-bilə, düşünə-düşünə sənin haqsız inadkarlığınla necə 
barışım!?  Aliyə  bacım,  mən  sənin  inayətinə  pərəstiş  edirəm, 
amma  bir  şeyi  unutma.  Mən  özüm  də  bəzən  güzəştə  gedirəm, 
lakin  qadın  və  qızların  əxlaqı  güzəştlərinin  ziddinəyəm.  Çünki 
sizin  bu  keyfiyyətiniz  zəiflik,  gücsüzlük  və  qorxaqlıq  kimi 
qiymətləndirilir.  –  Təyyar  bir  az  düşündü.  Papiros  yandırdı, 
tüstünü  ciyərlərinə  çəkib  üfürdü.  – Aliyə  bacım, mən  şturmana 
əvəz istəmişəm, söz yox ki, göndərəcəklər. Əvəzedici gələn kimi 
təhvil-təslim  başlanacaq,  o  səfərə  getməyəcək.  Yaxşı,  onu 
istirahətə  buraxıram,  getsin  ərizə  verib  başqa  gəmiyə 


 
46 
dəyişirilsin. İşdən necə azad olmağı, işə necə düzəlməyi onun öz 
şəxsi məsələsidir, bu haqda danışığımız olmayacaq. Ancaq gəmi 
səfərə  çıxanda  ekipaj  üzvlərinin  yığıncağında  onun  məsələsini 
müzakirə edəcəyik. Heç olmasa, töhmət vermək lazımdır. Daha 
razısanmı? Aliyə minnətdarlıqla gülümsədi. Təyyar əlavə etdi. – 
Gəmiyə  indi  qayıtma,  qoy  cammat  səni  hərdəmxəyal  bir  adam 
kimi  tanımasın.  Gedin,  bağda  beş,  on  dəqiqə  gəzib  sonra 
qayıdın.  Axı,  xörək  bişirməlisən.  –  İndi  qayıdıram.  Mənim 
gəmimdən  nə  məqsədlə  çıxdığımı  özümüzdən  başqa  kim  bilir 
ki!  –  Mən  necə  bildim?  Bufetçi  arvad  bildi,  aləm  bildi.  Bağa 
çatanacan  Aliyə  Təyyarın  haqqında  düşündü:  «Yaxşı  adamdır. 
Həssas  qəlbə  malikdir.  Əla  müşahidə  və  mühakimə  qabiliyyəti 
var.  Ağlabatan  sözlər  danışır.»  Onlar  bağda  yarım  saatdan  çox 
ləngimədilər. 
«Badamlı» 
içdilər, 
karikaturalara 
baxıb 
gülüşdülər,  «Yaşıl»  teatrın,  rəqs  meydançasının  qarşısından 
keçib  gəmiyə  qayıtdılar.  Nahardan  sonra  Aliyənin  arzusu  ilə 
kinoya  getdilər.  Gəmi  yük  altında  hələ  beş,  altı  saat 
dayanacaqdı.  Kinoteatrın  binasına  çatmamış  Aliyə  mühüm  bir 
şeyi  xatırlamış  kimi  küçənin  ortasında  dayanıb  Qəzənfərdən 
soruşdu: – Qəzənfər haralısan? – Buralı. – Eviniz buradadır?  
– Buradadır.  
– Anan varmı?  
–  Var.  –  Bəs,  niyə  gedib  ananda  görüşmək  istəmirsən? 
Aliyənin  nəzərlərindəki  cəsarətli  məzəmmət  Qəzənfərin 
bərəlmiş gözlərinin dərinliyinə işlədi. Səsindəki haqlı töhmət isə 
onu  günahını  boynuna  almaqdan  qeyri  bir  çarəsi  qalmayan 
müqəssir vəziyyətinə saldı. – Kinodan sonra gedib görüşərəm.  
– Deyəsən ananı sevmirsən.  – Ananı sevməmək olarmı? – 
Bəs,  bu  nədir,  sevməməkdir  də!  Qəzənfər  gözlərini  döydü,  bir 
Əmirə,  bir  də  Aliyəyə  baxıb  geri  döndü.  Aliyənin  o  səmtə 
dikilən  gözləri  mənalı  bir  ifadə  ilə  süzüldü.  –  Əmir, 
Qəzənfərgilə heç getməmisənmi? – Xeyir, getməmişəm. 
– Evlərinin yerini də bilmirsən?  
– Xeyir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə