İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

 
47 
– Əmir əlini günbatana uzatdı.  
– Ancaq bilirəm ki, bu tərəfdə olurlar.  
–  Bəs,  o  niyə  aşağı  gedir,  yoxsa  gəmiyə  qayıdır?  – 
Bilmirəm.  Deyəsən...  Qəzənfər  tini  burulanda  Aliyə  qüssəli  bir 
səslə: 
–  Məndən  incidi.  –  dedi  –  İçməyə  gedir.  –  Qaytarmaq 
lazımdırsa... Aliyə bir qədər fikirləşib dilləndi:  
– Gəl gedək qaytaraq. Onlar Qəzənfərə çata bilmədilər, onu 
itirdilər. Əmir o ətrafda olan restoranların hamısına girdi, lakin 
axtarıb  Qəzənfəri  tapa  bilmədi.  Əmir  onu  inadla,  diqqətlə 
axtarmış  olsaydı  restoranın  mərmər  sutunu  arxasında  oturub 
sifariş  verən  Qəzənfəri  görərdi.  –  İçib  keflənəcək,  səfərdən 
qalacaq.  –  deyə  Aliyə  həyacanını  gizlədə  bilmədi.  –  Oğlanların 
keçmə bu xasiyyətindən. Qızdan...  
–  O  sözünün  dalını  ürəyində  dedi:  –  «Qızdan  küsən  kimi 
arağa,  çaxıra  pənahlaşırlar.»  Əmir  vurnuxa-vurnuxa  o  yan-bu 
yana  yüyürdü,  «Qəlyanaltı»lara,  «aşxana»lara  soxuldu,  har 
getdisə,  əli  ətəyindən  uzun  qayıtdı.  Elə  bil  Qəzənfər  göyə 
uçmuşdu.  
– Gəmiyə getmiş olar. – Gəmiyə getməz – Aliyənin gözləri 
yerə  dikildi.  –  Getməz.  Onlar  kinoteatra  üz  tutdular,  bilet  alıb 
salona  girdilər.  İçəri  bürkü  idi.  Tamaşanın  çox  olması  havanı 
daha da ağırlaşdırmışdı. Ağ dəsmallar, rəngli yelpiklər göyərçin 
qanadı  kimi  üzdə,  sinədə  yellənirdi.  İşıqlar  söndü.  Ekrana  qar 
təki  səpələnən  intizamsız  uçuşlu  ağ  həriflər  bir  yaşıl  xətt 
üzərində  nizama  düzüldü.  Filmin  bu  adı  üstünə  yaşıl  yarpaqlı, 
qırmızı çiçəkli bir gül şaxəsi düşdü. Həriflər güllərdən rəng alıb 
qızardı.  Bu  qızartı  yavaş-yavaş  əriyib  filmin  proloqu  olan 
şairanə  dan  səhərinə  çevrildi.  Ekranda  zümrüd  dağlar,  dərələr, 
meşələr canlandı. Dağların əyrim-üyrüm yollarında mavi rəngli 
bir  «pobeda» göründü. Şoferlə yanaşı bir  qız  oturmuşdu, külək 
onların saçlarını dalğalandırırdı.  
– Məhəbbət filmidir, – deyə  
– Əmir pıçıldadı.  


 
48 
–  Deyəsən elədir.  –  Aliyə  könülsüz  halda  ehtiram  xatirinə 
dilləndi. Qəzənfər bu zaman üçüncü yüzü içirdi, dördüncünü də 
sifariş  etmişdi.  O,  birinci  yüzü  içərkən  qəzəbli  olmuşdu. 
Aliyədən ayrılmasının səbəbini Əmirin hiyləsi, kələyi sanmışdı. 
İkinci  yüz  onu  bir  balaca  sakitləşdirmiş,  Əmirin  belə  alçaqlıq 
etməyəcəyinə  inam  yaratmışdı.  O,  hətta  Aliyədən  inciməkdə 
haqsız  olduğunu  öz-özünə  etiraf  etmiş,  ağlı  başında  ikən 
restorandan  çıxmaq,  anası  ilə  görüşüb  gəmiyə  qayıtmağı 
düşünmüşdü. Lakin üçüncü yüz onun qərarını dəyişdi. Aliyə ilə 
Əmirin 
kinoda 
yanaşı 
oturub 
pıçıldaşdıqlarını, 
gülümsündüklərini  təsəvvüründə  canlandırıb,  Qəzənfər  yenidən 
hiddətləndi. Dördüncü yüz onu bağa apardı. Aliyənin çöhrəsini, 
Aliyənin  paltarını  oğurlamış  bir  xəyal  pərisini  də  ora  gətirdi. 
Onlar «Qaçdı-qovdu» oynadılar. Qəzənfər Aliyəni tuta bilmədi, 
yorulub  əldən  düşdü.  Uduzduğunu  boynuna  alaraq  Aliyəni 
yanına  çağırdı.  –  Aliyə,  bura  gəl.  Qəzənfər  o  araq  ilahəsini 
xidmətçi  qadın  onun  yanından  keçəndə  səslədi.  Qadın:  – 
Hesablayım? – deyə sayğacını stolun üstünə qoyub fikirləşəndə 
Qəzənfər səksəndi. Araq ilahəsi qeybə çəkildi, xəyal pərisi uçub 
getdi, o köksünü ötürüb alnını ovuşdurdu. – Yüz də gətir. Qadın 
gedəndən  sonra  o  çənəsini  əlləri  içinə  alıb  dirsəklərini  stola 
dayadı,  durğun  baxışlarını  ağır-ağır  sağda,  solda  gəzdirib 
gözlərini  qapadı,  onun  xəyalında  başqa  bir  səhnə  canlandı: 
Tamaşaçı azdır, hər kəs kefi istəyən yerdə oturmuşdur. Aliyə ilə 
Əmir  lap  son  sırada  əyləşiblər.  Salon  yaramqaranlıqdır. 
Onlardan  başqa  hamının  nəzər-diqqəti  ekrandadır.  Onlar  isə 
qucaqlaşıblar.  Aliyənin  qolları  Əmirin  boynuna  dolanıb.  Əmir 
onu  özünə  sıxıb.  Onlar  bir-birinə  qısılıb  nəşə  beşiyində 
xumarlanırlar.  –  Əclaf!  Qəzənfərin  həlqələnmiş bulanıq  gözləri 
avaş-yavaş  qapandı,  stola  yumruq  vuran əli  sümüksüzmüş  kimi 
sürüşüb dizləri üzərinə  düşdü, başı  gah  sağ, gah da  sol çiyninə 
doğru  əyildi.  Qadın  «buyurun»  deyəndə  gözlərini  zorla  açıb 
aşağı,  yuxarı  dartınaraq  çəkişən  dodaqları  ilə  pıçıldadı:  – 
Borcum...  Qadın  tezcə  hesabladı.  Qəzənfər  pulu  verib  axırıncı 


 
49 
yüzü  də  içdi.  Səntirləyə-səntirləyə  küçəyə  çıxdı.  Bu  səkidən  o 
səkiyə  adlayanda  küçənin  ortasında  dayanıb  mızıldandı. 
Ağırlaşmış  başını  sinəsindən  güc-bəla  ilə  qaldıraraq  mürgülü 
nəzərlərini irəli zillədi. Gülümsədi, sonra da hırıldadı. Başı yenə 
də  sinəsinə  əyildi,  qolaylanıb  yıxıldı.  Qalxıb,  ona  görə  keçə 
bilməyərək  dayanmış,  taksinin  burnunu  qucaqladı.  –  Əclaf, 
mənə söydün?! Şofer cavab vermədi. Qəzənfər büdrəyə-büdrəyə 
şoferin  yanına  hərləndi,  başını  qapıdan  içəri  saldı.  –  Məni 
tanımırsan?  Sən  bilmirsənmi  mən...  otuzuna...  sənin 
kimilərinin...  bilirsənmi?  Qəzənfər  hıçqırıb  gəyirdi,  gülüb 
yumruğunu öz başına vurdu.  
–  Mən  səfehəm.  Məni  apar.  O  şoferə  «Nizami»  parkının 
yanı əvəzinə öz evlərinin ünvanını söylədi. Gecəyarı Qəzənfərin 
başı ayazımışdı. O maşından necə düşüb gəlmişdi? Onu üçüncü 
mərtəbəyə  şoferlə  anasımı  köməkləşib  gətirmişdi?  O  çoxmu, 
yaxud  azmı  yatıb?  Qəzənfərin  bunların  heç  birindən  xəbəri 
olmamışdı.  Başının  ağrısından  göz  qapaqlarını  aralayıb  aça 
bilmirdi. Hərdən ağlı başına gəlir, hərdən də huşsuzluq, süstlük, 
əzginlik  ona  hakim  kəsilirdi.  Qəzənfər  özünü  toxtatmaq,  çay 
gətirib  onu  çağıran  anasının  səsinə  qalxmaq  istədi.  Lakin 
gücsüzlüyünü,  başının  gicəlləndiyini  duyub  özünə  gumanı 
gəlmədi,  gözlənilmədən  ağlamağa  başladı.  Anaya  elə  gəldi  ki, 
oğlu  utandığından  ağlayır.  Axı,  Qəzənfər  evə  heç  vaxt  sərxoş 
halda  gəlməmişdi.  Anası  onun  içdiyini  bilirdi,  ancaq  onun  evə 
kefli gəldiyini görməmişdi. – Eybi yoxdur, başına dolanım, qalx 
çay iç başının ağrısı kəssin. Anasının nəvazişi Qəzənfəri daha da 
kövrəltdi.  O  boğula-boğula  hönkürdü.  –  Mən  ki,  səni 
danlamıram,  oğlum.  –  deyə  anası  onu  öpdü.  –  Utanma,  niyə 
utanırsan?! Mən özgə deyiləm ki, öz ananam. Sən bir dəfə içib 
belə  eləyirsən,  bəs  hər  gün  içib  küçələrdə  yıxılanlar 
neynəsinlər?!  Qəzənfər  yerindən  dəli  kimi  sıçradı.  Lakin  dik 
dayana  bilmədi,  baş  gicəllənməsi  onu  yatağa  yıxdı.  O  yenə 
dikəldi,  qalxmağa  çalışdı,  ancaq  gücsüzlük  ona  üstün  gəldi. 
Qəzənfər bu dəfə elə hönkürdü ki, elə bil sinəsi dağılacaq, ürəyi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə