İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   15   16   17   18   19   20   21   22   ...   38

 
56 
burnunda oturdu. Əmir, Aliyəni qucaqlayan birinci şturman kimi 
ağarmışdı, titrəyirdi.  
– Əmir! Aliyənin çılğın səsinin havaya y ayılması ilə onun 
ovcuna atdığı suyun Əmirin üzünə çırpılması eyni vaxta düşdü. 
Əmir  tələyə  düşmüş  ayı  kimi  bağırdı.  O  sanki  yatıb  yuxu 
görürmüş.  –  Əmir  bir  az  tez-tez  kürəklə,  deyəsən,  yaman  bərk 
yorulmusan?  Əmirin  həyadan  gözləri  yaşardı,  qanı  üzünə 
yığıldı.  Qollarının,  sinəsinin  biz-biz  durub  ürpərmiş  tükləri 
dibində  payız  qurovuna  oxşar  soyuq  tər  damlaları  göründü.  O 
gülümsədi, guya Aliyənin sözünə rişxənd edirdi. Amma bu, onu 
tez  sarsıdıb,  tez  də  qasırğanın  amansız  hökmündən  asanlıqla 
yaxa  qurtarmasına  sevinməsi  idi...  «Aliyə  üzümə  su  atmasaydı 
sarsaqlayacaqdım, – deyə o əzab və minətdarlıq duyğuları içində 
düşünürdü.  
– Bu özü də elə bir axmaqlıq olacaydı ki, ilk məhəbbətimi 
itirəcəkdim.  Mən  niyə  belə  iradəsiz,  şüursuzam?!  Mənim  kişi 
dəyanətim  harada  qalıb?!  Görəsən,  Aliyə  bir  şey  başa  düşmədi 
ki?  Anlayıbsa  hər  şey  alt-üst  olacaq,  o  mənlə  bir  də  heç  yana 
getməyəcək.  –  Əmir  Aliyənin  qəribə  bir  ifadə  ilə  ona  dikilən 
nəzərlərini  görcək  ürəyində  bir  ağrı  hiss  etdi.  Sanki  illərlə 
axtardığı  dəfinəni  son  ümid  yerində  tapmayıb  hədsiz  dərəcədə 
kədərlənmişdi. – Deyəsən anlayıb, baxışlarından görünür ki, onu 
ürkütmüşəm. Nəzərlərində dərin bir heyrət və inanmamazlıq var, 
gördüyünə hələ də inana bilmir. Soruşsa: niyə elə olmuşdun? Nə 
deyim? Deyəcəm ki, son vaxtlar məndə ürək ağrısı peyda olub, 
o  hərdənbir  sıxılıb  mənə  əzab  verir.  –  Əmir  Aliyənin  üzünə 
yenidən baxdı. Aliyənin baxışları iti idi. Sanki Əmirin ürəyinin 
içini  görməyə  çalışırdı.  Əmir  nəzərlərini  yayındırdı.  Elə  bil 
gözlərindən  görünən  qəlbini  Aliyənin  inadlı  axtarışından 
qorumaq istədi. «Yaman həssas qızdır, onu aldatmaq çətindir. O 
məndən  heç  nə  soruşmayacaq,  gərək  bir  xəstə  kimi  özüm 
şikayətlənəm. Axı, bu yalandır, onu inandıra bilərəmmi? Gərək 
elə  danışam  ki,  inansın.  Kişi  də  yalan  danışarmı?!  Bir  də  ki, 
Aliyə  ürək  xəstəliyinə  tutulduğumu  eşitsə...»  Əmir  bu  sualdan 


 
57 
sonra ürəyində bir sıxıntı duydu. Elə bil daxilində göy guruldadı, 
ildırım çaxdı. Aliyə Əmiri diqqətlə müşahidə edirdi. O, Əmirin 
öz-özü  ilə  danışdığını,  həyəcanlanıb  sarsıldığını,  öz  vəziyyətini 
xatırlayıb  utandığını,  xəcalət  oduna  yandığını  anlayırdı.  Lakin 
Əmirin  nələr  düşündüyü  ona  qaranlıq  və  anlaşılmaz  idi.  Aliyə 
onun  üzündə  təcəssüm  edən  acı  peşmançılıq  əlamətlərinə 
əsaslanıb  özündə  bəzi  təsəvvürlər  yarada  bilirdi,  ancaq  bunlara 
əmin  olmurdu.  Əmirin  varlığındakı  onun  iradəsindən  qüvvəli 
ehtirası  sadəlövhlüklə  gizlətməyə  çalışan,  amma  bacarmayan 
oğlanın  təcrübəsizliyi  ona  çox  səmimi  görünürdü.  –  Əmir, 
ananın  sndən  başqa  da  övladı  varmı?  Əmir  Aliyənin  səsindəki 
səmimiyyətdən  özündə  bir  yüngüllük  hiss  etdi.  Sanki 
çiyinlərindən  basan  ağır  yükü  hansı  xeyirxahsa  götürüb  yerə 
qoydu. – Yoxdur. – Anan işləyirmi? Onun həyatı ilə maraqlanan 
qızın  sorğusu Əmirə o dərəcədə xoş gəldi  ki, elə bil  Aliyə ona 
ərə  getməyə  söz  verəndən  sonra  bəzəyəcəyi  evlərdən, 
gəzəcəkləri  yerlərdən,  görəcəkləri  işlərdən  söhbət  açmışdı.  – 
İşləmir, qocadır. – Yaşı çoxdur?  
–  Yaşı  o  qədər  çox  deyil,  onu  dərd,  ələm  tez,  vaxtsız 
qocaldıb.  –  Atan  da  işləmir?  Əmirin  gözlərinə  kədər  çökdü, 
səsindəki məyusluq Aliyəni mütəəssir etdi.  
– Atamın üzünü mənim üç yaşım olanda görmüşəm. Boy-
buxunu,  sir-sifəti  xatirimdə  yaxşı  qalmayıb.  –  Müharibədə...  – 
Aliyə  Əmiri  kədərləndirdiyinə  peşman  oldu.  Onun  səsi  də  bu 
iztirabdan  qırıldı.  Sonra  ürək  verircəsinə  dedi:  –  Müharibədən 
çoxlarının  atası  qayıtmadı...  Əmir  heysiyyətinə  toxunulmuş  bir 
adam etirazı və üsyankarlığı ilə dilləndi: – Müharibədə ölsə çox 
təəssüflənməzdim.  Atamı  qırx  ikinci  ilin  payızında  qaçqınlar 
öldürüb.  –  Qırx  ikinci  ildə  qaçaq-quldur  olub  bəyəm?  –  deyə 
Aliyə  inamsızlıqla  soruşdu.  –  Atam  qoyun  fermasının  müdiri 
imiş.  Sürünü  yaylaqdan  arana  haylayırlarmış.  (Bizim  kəndin 
yaylaq  yolu  meşələrin  içindən  keçir.)  Əsgərlikdən  qaçanlar 
köçün  qabağını  kəsib  bölükləmək  istəyirlərmiş.  Atamgil 
müqavimət  göstəriblər.  Onlar  da  köçü  gülləborana  tutublar.  O 


 
58 
gecə  orada  atamdan  başqa  iki  çoban  da  öldürülüb.  Aliyə 
təskinlik vermədi. Lakin onun təəssüflü gözləri Əmirin dərdinə 
şərik  olduğunu  göstərirdi.  Əmir,  qızın  baxışlarındakı  bu  məlalı 
duymaqdan  məhrum  deyildi.  O  ehtiras  təlatümündən  silkinib 
çoxdan  çıxmışdı.  Aliyə  baxışlarını  dəyişdi.  Onun  gözləri 
oğlanları  hər  cür  möhnətdən  qurtaran  bir  ifadə  aldı.  O  sükutu 
gözlərində  gülüş,  dodaqlarında  təbəssüm  yaratmaqla  pozdu. 
Gözlər  gözləri  əfsunladı,  onların  hər  ikisi  dəniz  üzərində 
olduqlarını  unutdular.  Əmir  sanki  yuxuda  səma  səyahətinə 
çıxmışdı, şairanə bir bəyaz gecə idi, qanadları onu kəhkəşanlara 
doğru  aparırdı,  üzü  ləkəli,  gözləri  kölgəli  ay,  qızıl  düymələrə 
oxşar  ulduzlar  yerdən  qalxan  şahinin  uçuşuna  həsəd  çəkirdilər. 
Xəyalın verdiyi bu nəşə Əmirdə bir huşsuzluq, bayğınlıq əmələ 
gətirdi,  o  arvadları  buraxıb  qayıqda  qalxdığını  hiss  etmədi. 
Nəzərləri Aliyənin sahrkar gözlərini kəməndində ola-ola ayağını 
irəli  əvəzinə  yana  atdı.  Qayın  əyildi,  Əmir  qəfildən  dənizə 
yıxıldı.  O  hara  gedirdi?  Aliyənin  gözləri  Əmiri  özünə  elə  bir 
qüvvə ilə çəkmişdi ki, o oturduğu yerdən qopmaya bilməmişdi. 
– Əlini mənə, əlini mənə ver. – deyə Aliyə Əmirə kömək etmək 
istədi.  Əmir  başını  sirkələyərək  telinin  suyunu  ətrafa  sıçratdı. 
Ovurdlarını  dombaldıb  dodağından  axaraq  ağzına  dolan  suyu 
üfürdü. Qayığın yanından yapışı: – Sən qayığın o tərəfində otur, 
–  dedi.  Əyilib  səni  yıxmasın.  Əmir  qayığın  içinə  qalxdı,  onlar 
gülüşdülər.  Aliyə  öz  gözlərindəki  əfsunun  qüdrətinə  gülürdü. 
Əmir isə Aliyənin qəhqəhəsindəki şirinliyi və bir də öz acizliyini 
alqışlayırdı.  Onlar  bir  qədər  gülüşdükdən  sonra  susdular.  Əmir 
avar çəkməyə başladı. Lakin qollarında əvvəlki həvəsin qüvvəti 
qalmamışdı, qayıq çox yavaş gedirdi. Elə bil sükutla ötən bu son 
dəqiqələr  onun  ürəyində  bir  boşluq  yaratmışdı  onu  doldurmaq 
zərurəti hər şeydən vacib idi. Sövq-təbii Əmirə deyirdi: «Səndə 
fərasət yoxdur. Aliyə sənin üzünə su atdı. Bilirsənmi bu nədir? 
Bu,  qızın  öz  şıltaqlıqları  ilə  oğlanı  cuşə  gətirməsi,  «Gəl  məni 
öp!» deməsidir. Sən də bunu anlaya bilmədin. Bir də belə fürsət 
ələ düşməyəcək; indi də sən onun üzünə su at, gülsə, dayanma! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə