İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

 
65 
gözləri  qarşısında  bir  neçə  anlıq  iki  aləmin  mübarizəsi  getdi. 
Axırda  ismətlə  qeyrətin  naqafil  oynaşı  Aliyənin  başını 
Saləddinin çiyinlərindən qaldırdı. – Sən neynirsən! Saləddin onu 
özünə sarı elə sıxdı ki, az qala Aliyənin beli ortadan üzüləcəkdi. 
–  Sənə  qurban  oluram...  –  Burax,  əclaf!  Aliyə  Saləddini 
boğazladı,  onu  boğub  gücdən  salmaq,  belini  məngənə  qolların 
arasından  çıxarmaq  istədi.  Lakin  Saləddin  boynunu  içinə  qısdı, 
çiyinlərinin hərəkətilə Aliyənin əllərini öz boğazından qopartdı. 
–  Məni  öldür,  öldür,  ancaq  mənim,  mənim...  –  Əclaf!!  Aliyə 
yumruqlarının  ikisini  də  Saləddinin  başına  küpədi.  Bu  qəzəbli 
yumruqların  heç  bir  əsəri  olmadı.  Aliyənin  yumruqları  elə  bil 
insan başına yox, qara daşa dəyirdi. – Burax! Aliyə çox dartındı. 
Lakin  bundan  bir  şey  çıxmadı,  çapalamaq  onu  Saləddinin 
əlindən  qurtarmadı.  Aliyə  fürsət  tapıb  dürtmələrini  Saləddinin 
qarnına vurmağa çalışdı. Ancaq yumruqlarına yol tapa bilmədi. 
Saləddinin qolları onları qarın-qarına, sinə-sinəyə yapışdırmışdı. 
Onun  boynu  isə  Aliyənin  əlinə  gəlmirdi.  Çünki  o  başını 
Aliyənin sinəsinə qısmış, üzünü qızın zərbələrindən gizlətmişdi. 
– Burax, deyirəm sənə heyvan! – Mən onsuz da biabır olacam. 
Öləcəm, amma səni elə– belə buraxmayacam. Aliyə Saləddinin 
sol  qulağını  ağzına  aldı.  Onun  dişləri  arasında  sıxdıqca 
Saləddinin qolları boşaldı, lakin açılmadı. Saləddin tez Aliyənin 
sinəsinə  əl  atıb  sıxdı  ki,  qız  ağrıya  dözməyib  onun  qulağını 
buraxsın.  Aliyə isə  əksinə  heç  nəyə  fikir  vermir,  bütün  gücünü 
dişlərinə  toplayıb,  Saləddinin  qulağını  yerindən  qoparmağa 
çalışırdı.  Saləddin  başından  tələyə  düşmüşdü.  Qulağını  hiddətli 
qızın dişləri arasından çıxara bilməyəcəyini yəqin edəndən sonra 
yalvarmağa başladı:  – Qələt eləmişəm. Bir  də... bir  də... Offf... 
Aliyə...  Aliyə  Saləddinin  qulağını  buraxmayaraq  onu  dişlərilə 
darta-darta  qapıya  sarı  gətirdi.  Əlini  cəftəyə  uzatmaq  istədi. 
Qapı  təkidlə  döyüldü.  Aliyə  qapını  açdı.  Təyyarla  növbətçi 
şturmanı  görcək  ürəkləndi,  Saləddinin  qulağını  buraxıb 
hiddətindən  hönkürdü,  ləyəni  qapıb  qışqırdı:  –  Sənin  qanını  da 
içsəm ürəyim soyumaz! Aliyənin əlindən çıxan ləyən Saləddinin 


 
66 
başına  necə  dəydisə  o  gic  olmuş  toyuq  kimi  hamamın  içində 
fırlana-fırlana  qaldı,  bayıra  çıxa  bilmədi.  Aliyə  ləyəni  bir  də 
qapmaq, bir də atmaq istədi, lakin Təyyar qoymadı. O Aliyənin 
qolundan  tutub  koridora  çəkdi:  –  Sənin  işin  olmasın  onun 
cəzasını mən verəcəm.  
–  Mən  verəcəm,  mən,  mən!!  Onlar  arxadan  gələn  səsə 
çevrildilər, bu qasırğanı tanımağa macal tapmadılar. Əmir qartal 
kimi  şığıyıb  özünü  içəri  saldı.  (Əmirə  Aliyənin  qışqırtısını 
eşidən  növbətçi  matros  xəbər  vermişdi.)  Günahkar  necə  də 
gücsüz,  hünərsiz  olarmış...  Əmirin  birinci  yumruğu  Saləddini 
divara  çırpdı.  Təyyar  tez  özünü  içəri  atıb  Əmirin  əllərindən 
yapışdı:  –  Ə  nə  iş  görürsən?!  Çıx  cəhənnəm  ol  burdan!  – 
Öldürəcəm,  öldürəcəm,  –  deyə  Əmir  əllərinin  ikisini  də 
Saləddinin  boğazına  geyindirdi.  Onu  boğa-boğa  karidora, 
oradan  da  göyərtəyə  sürüdü.  –  Dənizə  atacam  bu  vicdansızı. 
Təyyar  onun  qollarına  sarmaşdı:  –  Ə,  sənlə  deyiləm!?  Məni 
adam  hesab  eləmirsən!?  Böyük-kiçik  tanımırsan!?  Onu  dənizə 
atanda  bəs,  özün  nə  olacaqsan?!  –  Əl  çək  deyirəm  sənə!  Bunu 
öldürməsəm...  Əmir  Saləddinin  boynunun  ardından  və 
qılçalarından  tutub  onu  başından  yuxarı  qaldırmaq  istədi. 
Saləddin məhəccərə sarmaşdı. Əmir onun belindən yapışıb irəli-
geri  elə  dartdı  ki,  məhəccərin  çal-çarpaz  dəmirləri  əyildi. 
Saləddin məhəccərə zəli kimi sarmaşmışdı, onun əllərini oradan 
qoparmaq  çətin  idi.  –  Sən  öləsən,  polad  olsan  da  səni 
sındıracam!  Əmirin  yumruğu  Saləddinin  boynunun  dalına 
enəndə  Təyyarın  da  şilləsi  onun  üzündə  şappıldadı.  Saləddin 
bağırıb  yıxıldı.  Əmir  isə  Təyyarın  üstünə  qabardı.  –  Axmağın 
hörmətsizliyinə  bax!  –  Təyyar  onu  bir  də  vurmaq  istədi.  Lakin 
Əmirin  onu  da  əzişdirəcəyindən  qorxub  əlini  saxladı.  –  Sən 
mənim  sözümdən  çıxmazdın,  niyə  belə...  Aliyə  Əmirin 
hiddətdən  titrədiyini  görüb  onun  önünə  gəldi.  Gözlər  gözlərə 
baxdı, qəlbin qəzəb təlatümü yatdı. Aliyə onun qoluna toxundu, 
gülümsədi.  Qış  səmasında  günəş  göründü.  –  Gəl  gedək, 
döydüyümüz bəsdir. Əmir bu günəşin hərarətindən yumşalmaya 


 
67 
bilmədi. Onlar keçid körpüsü ilə gəminin arxasına tərəf gedəndə 
orta  tikintidən  Təyyarın  qəzəbli,  ötkəm  səsi  gəlirdi.  9.  Əmir 
Təyyara  demişdi:  –  Saləddini  gəmidən  qovmasan  onu  dənizə 
atacam.  Təyyar  onun  ağzından  söz  almaq  üçün  soruşmuşdu:  – 
Sənə  neynəyib, ana-bacına  sataşmayıb  ki!  Aliyə arvadın, ya  da 
nişanlın  olsa  bunun  niyəsini  xəbər  almaram.  Əlbəttə  kişi  öz 
arvadının,  nişanlısının  namusunu  çəkməlidir.  Axı,  sən  Aliyə 
üçün  kimsən?  Bunu  öz-özündən  soruşmusanmı?  Aliyə  göyçək 
qızdır,  Saləddin  də  sənin  kimi  bir  balaca  əylənmək  istəyirmiş. 
Bunun sənə nə dəxli! Hamı... Əmir çağırıb onun sözünü ağzında 
qoymuşdu:  –  Mən  Saləddin  deyiləm,  bildinmi!  Sənə  deyirəm 
onu  qov,  qovmasan  axırına  çıxacam.  –  Sən  əvvəllər  belə 
deyildin,  indi  yaşıma,  vəzifəmə  də  hörmət  qoymursan,  üstümə 
ayı  kimi  bağırırsan.  Əmir  öz  ədəbsizliyini  duymuş  kimi  səsini 
alçaltmışdı:  –  Ərsizlərə  gərək  hamı  sataşsın,  yel  əsib,  qoz 
töküb?! Təyyar gülmüş, açıq sorğuya keçmişdi: – Mən ölüm de 
görüm danışıb-barışmısınız, yoxsa yerdən göydəki dan ulduzuna 
baxırsan?  Əmir  inandırıcı  halda  söyləmişdi:  –  Sən  öl  heç  bir 
danışığımız-filanımız  olmayıb.  Bir  qız  gəlib  düşüb  bu 
mədəniyyətsizlərin  arasına  gərək  elə  hərə  bir  dəfə  sataşıb  öz 
vəhşiliyini  bildirsin?!  –  Mən  kərə  deyirəm,  sən  kürə.  Dünən 
aranızda  bir  söz-gap,  haqq-hesab  oldu,  olmadı?  –  Axı,  nə  ola 
bilər, sən də çox qəribə söz danışırsan.  – Belədirsə, niyə başqa 
qızların da bədən gözətçiliyini eləmirsən? Əmir susub qızarmış, 
ürəyinin  gözlərində  əks  edən  gizli  sevdasını  Təyyarın 
nəzərlərindən yayındıra bilməmişdi: Aliyəni sevirəm. Axı, özgə 
qızlardan deyil. – Onu bilirəm. Təyyarın  bu sözü Əmirin tərini 
dabanından  çıxartdı.  Bu  danışıqdan  sonra  Təyyar  radio  ilə 
hamını  sıravilərin  salonuna  çağırmış,  iclasda  Saləddinin  işdə 
qalıb  qalmaması  məsələsini  gəmi  heyətinin  müzakirəsinə 
vermişdi.  Hamı  da  Saləddinin  gəmidən  qovulmasını  tələb 
etmişdi.  Yığıncağın  qərarına  əsasən  Bakıya  yan  alan  kimi 
Saləddin  gəmini  tərk  etdi.  Qəzənfər,  gəmi  yan  almamışdan 
körpüyə  gəlmişdi.  Gəmi  körpüyə  bənd  edilən  kimi  Təyyarın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə