İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   19   20   21   22   23   24   25   26   ...   38

 
68 
yanına getdi, səfərdən qaldığının səbəbini söyləyib üzr istədi. O 
Təyyarı aldatmadı. Məsələ necə olmuşdusa elə də danışdı. Lakin 
Aliyədən  küsdüyü  üçün  kefləndiyini  bildirmədi.  Qəzənfər 
küsmək  sözünü  etirafına  əlavə  etməyi  qüruruna  sığışdırmadı. 
Axı, Təyyar onun uşaq küsəgənliyinə gülərdi. Həm də  Aliyəyə 
olan  meylini  hələlik  gizli  saxlamalı  idi.  Aliyə  bəlkə,  onu 
sevməyəcək.  
 
– Təyyar Qəzənfəri bir az danlayıb bildirdi ki, mənlik bir iş 
yoxdur, sənin məsələni gəmi yığıncağı həll edəcəkdir. Yığıncaq 
məsələsi Qəzənfərin kefini pozmadı, yoldaşlarının onu müdafiə 
edəcəklərinə  arxayın  idi.  Təyyar  onu  başqa  növbəyə  dəyişdi. 
Qəzənfər bundan sevindi. Ona görə ki, Əmir növbədə olanda o 
Aliyə  ilə  söhbət  eləyəndə  rəqibinin  gələ  bilməməsi  fikrindən 
narahat  olmayacaqdı.  Qəzənfərin  bu  şadlığı  ani  oldu.  O  hələ 
sahildə  ikən  nigarançılığa  tab  gətirə  bilmirdi,  tez-tez 
dispetçirliyə  zəng  vurub  gəminin  gəlmək  vaxtını  soruşurdu. 
«Görəsən Əmir Aliyə ilə danışırmı? – deyə düşünürdü – Balığı 
qarmaqla,  torla,  qızı  isə  söz-söhbətlə  ovlayarlar.  Əmirin  qol-
qanadını  açılmağa  qoymayan  mən  idim.  Mən  də  ki,  indi  orada 
yoxam,  burdayam,  şəhərin  küçələrini  ölçürəm.  Əmirin  özündə 
cürət  olmasa  da  Aliyə  onu  kartof,  soğan  soymağa  çağıracaq, 
onlar ağızlarını mumlamayacaqlar, əvvəlcə ordan-burdan söhbət 
eləyəcəklər,  sonra  da  söz  sözü  çəkib  gətirəcək,  axırda  isə  eşq-
məhəbbətdən  danışacaqlar.  Sevib  sevilməkdən  söhbət  düşsə 
inanıram ki bir-birinin gözaltısını soruşacaqlar, Əmir də utanıb-
qızarmadan  ürəyindəkini  dilinə  gətirəcək.  Əmir  ayrı  şey 
cəhənnəm, dostluğumuz, yoldaşlığımızdan  da  utanmaz. Aliyəni 
sevdiyimi  o  beş  barmağı  kimi  bilir.  Yəni  nankor  olub  mənə 
xəyanət  elər?  Eləyər!  Aliyəni  görəndən  bəri  o  ağır  oturub 
batman  gələn  cavan,  geyim-keciminə,  üzünə-başına  fikir 
verməyən oğlan bulaq başına gedən qız kimi özünə sığal verirdi. 
Utancaq,  qüvvətli,  yeri  gələndə  qoç  kimi  döyüşən  oğlanlar 
qızların daha çox xoşuna gəlirlər. Əmir qüvvətlidir. Aliyə də ki, 


 
69 
onun məndən bu üstünlüyünün şahidi oldu. Onlar Maxaçkalada 
bir-birinə  başqa  cür  baxırdılar.  Əmir  o  sərxoşları  döyəndən 
sonra  Aliyə  onun  yanından  əl  çəkmirdi,  lap  çiyin-çiyinə 
yeriyirdilər.  Onlar  bizdən  çəkinirdilər.  Təyyarla  mən  orada 
olmasaydıq  bəlkə  də,  qol-qola  gəzərdilər.  Aliyə  o  gün  məni 
yanından bəs, nəyə görə qovurdu, tək qalsınlar, vəssalam! Bu üç 
gün  ərzində  də  yəqin  ki,  ürəklərini  süfrə  kimi  açıb  qoydular 
ortalığa. Aliyə mənim olmalıdır! Ya ölməli, ya da onunla ömür 
sürməliyəm.  Bu  mənim  son  sözüm,  son  andımdır.  Üstümə  əli 
qılınclı  yüz  ölüm  də  hücum  çəkib  gəlsə,  bu  qərarımı 
dəyişməyəcəm.  Öz  müqəddəs  idealları  uğrunda  həlak  olanlar 
namərddirmi?!  Məni  də  idealım  Aliyədir,  qoy  ona  görə 
ölümlərlə  pəncələşim.»  Bu  düşüncələr  Qəzənfərə  sahildə  az 
əzab verməmişdi. Gəmidə də matroslar, Aliyə ilə Əmirin qayığa 
oturub  gəzməyə  getdiklərini  bütün  təfərrüatı  ilə  danışıb  ona 
sonsuz  bir  kədər,  ümidsizlik  vermişdilər.  Sanki  kənddən, 
şəhərdən  çox  uzaq  düşmüş  səyyahın  ocaq  qalamaq  istəyərkən 
kibritinin son dənəsi qarın üstünə düşüb islandı, yanası olmadı. 
Saləddinin 
hərəkəti 
Qəzənfəri 
əsəbiləşdirdiyi 
kimi, 
bədbinləşdirmədi  də.  Onun  pərvaz  ruhunun  qanadını  qıran 
Əmirlə Aliyənin yaxınlıq, dostluq xəbəri idi. Qəzənfər gəminin 
Narginə baxan burnuna getdi. Orada heç kim yox idi. Qəzənfər 
öz  dərdi,  kədərilə  burada  tək  qalmağa  gəldi.  Sahil  matrosları 
körpünün  üstündə  hərlənməsəydilər  bu  tənhalıq  onun 
doluxsunmuş  gözlərinə  ağlamaq  azadlığı  verərdi.  Qəzənfər  elə 
ağlayar, elə ağlayardı ki... Ey Narginin dalından boylanan səhər 
günəşi  nədən  utanıb  üzünə  buludlardan  pərdə  tutursan?!  Bu 
xəyanətdə  ki,  sənin  əlin  yoxdur,  bu  xəyanətdirmi?  Ey  dənizin 
minillik  dərdini  bircə  saatda  danışan  ləpələr  siz  niyə 
susmusunuz?  Fəryad  qoparıb  ağlaşın,  qoşduğunuz  uğursuz 
bayatılar  məhəbbətdən  olsun.  Ey  külək  sən  hardasan,  yatmaq 
vaxtı deyil, oyan gəl bu bayatıları uzaqlara apar, qoy bir qəlbin 
naləsini  yüzlərlə  ellər,  obalar  dinləsin.  Ey  buludlar  siz  də  çox 
yüksəklərə  baş  vurmayın,  axışmayın,  aşağa  enin,  bir  bülbülün 


 
70 
fəğanından  agah  olub  kişnəşin  ki,  sizin  yağışınız  bu  müsibətə 
matəm  tutan  göylərin  göz  yaşı  olsun.  Qəzənfər  kayuta  gəldi. 
Kayut tərtəmiz idi. Divarlara da, tavan və döşəməyə də təzə rəng 
çəkilmişdi.  Əl-ayağa  yapışıb  yaxşı  qurumasından  bilinirdi  ki, 
kayut  ya  dünən,  ya  da  srağagün  rənglənmişdir.  Kayutdan  təzə 
rəng  qoxusu  gəlirdi.  Mələfələr,  dəsmallar,  yastıqüzləri  təzəcə 
dəyişdirilmişdi. Əmirin çarpayısı söykənən divara «doqquzuncu 
bal» dəniz tablosu vurulmuşdu. Tablonun aşağısına isə adi dəftər 
vərəqinə  karandaşla  çəkilmiş  bir  qız  başının  şəkli 
yapışdırılmışdı.  «Qızın»  saçları  pırpız,  burnu  sivri  idi.  Əyri 
qaşlarının biri yuxarıda, digəri aşağıda qərar tutmuşdu. Sağ gözü 
girdə,  böyük,  sol  gözü  isə  uzunsov,  yarımörtülü  idi.  Saçları 
arasında  gizlənən  paxlavari  sırğaların  iti  ucları  onun  açıq 
çiyinlərinə  çatmışdı.  Bu  şəkili  Əmir  çəkmişdi.  Əmir,  Aliyənin 
əksini  yaratmaq  istəmişdi,  lakin  bacarmamışdı.  Qəzənfər, 
Əmirin  səliqə-sahmanını  təqdir  edirmiş  kimi  bütün  kayutu 
qəribə  bir  maraqla  gözdən  keçirtdi,  başını  buladı,  köksünü 
ötürüb  gülümsədi.  Nəzərləri  stolun  üstündəki  sarı  limon, 
mandarinlərə,  qırmızı  almalara  sataşdı.  Orada  bir  ətir  şüşəsi  də 
vardı.  Füzulinin  «qəzəlləri»  açıq  qalmış,  vərəqinin  birinin  ucu 
azacıq qatlanmışdı. Kitabda yanaşı qoyulmuş dəftərin üstünə isə 
bir  cümlə  yazılmışdı:  ey  dost,  nə  istəyirsən  al,  canımmı 
lazımdır? Buyur, ancaq o məhbubə qoy mənim olsun.  Görünür 
Əmir  şer  yazmağa  çalışmışdı,  lakin  bacarmayıb  yarımçıq 
qoymuşdu. O bəlkə Qəzənfərə deyə bilmədiyi sözləri məktubla 
çatdırmaq fikrinə düşübmüş? Bu sual Qəzənfəri sarsıtdı.  
–  Əclaf!  Qəzənfər  əsəblərinə  toxunan  cümlə  yazılmış 
vərəqi qopartdı. Onu cırıq-cırıq eləyib illyüminatorlardan bayıra 
atdı.  Bununla  ürəyi  sakit  olmadı.  O  baş-bu  başa  gəzişib  əlini 
stola çırpdı. Mandarinlərin biri dığırlanıb yerə düşdü. Qəzənfər 
onu  ayağı  ilə  tapdalayıb  əzdi.  Qəzəbi  yenə  də  soyumadı. 
Almaların ikisini də illyüminatorlardan dənizə tolazlamaq istədi, 
lakin atmadı. Ehtiyatla stolun üstünə qoyub şkafı açdı. Onu ətir 
qoxusu  qarşıladı.  O  nə  üçün  öz  paltarları  olan  şkafı  açmırdı? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə