İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   2   3   4   5   6   7   8   9   ...   38

 

danışıb,  ona  tez-tez  baxıb  gülümsünməsindən  belə  başa 
düşürəm.  Qəzənfərə  nə  var!  Mən  deyiləm  ki,  dörd  saat  ərzində 
mexanikdən  iki  dəfə  icazə  alıb  papiros  çəkməyə  gələ,  onda  da 
beş  dəqiqədən  artıq  ləngiyə  bilməyə.  Belə  gözəl  qızın  canına 
şəhərdə yel dəyməyə qoymazdılar, çoxdan qapazlardılar. Yəqin 
pozğunun,  ağıldan  yüngülün  biridir.  O,  burda  birini  tələyə 
salmağa  gəlib.  Nə  bilim,  bəlkə  də,  düz  fikirləşmirəm. 
Şəhərdəkilərlə  kef  çəkib  yorulandan  sonra  gəmidə  işləməyə 
gələn, özünü bir məlakə kimi tanıdıb dənizçiyə ərə gedən qızlar 
görmüşəm. Aliyə pis qıza oxşamır. Gözləri neçəyə desən dəyər. 
Yanaqları  ilə  dodaqları  qızıl  gülü  utandırır.  Buxağı,  sinəsi 
aşıqlar  demişkən,  xəstəni  sağaldır.  Baldırdan-başdan,  beldən-
buxundan  da  təndürüstdür.  Gözəliyi  kimi  xasiyyəti  də  eyibsiz 
olsa  bəxtiyardır.  Ona  heyfim  gəlir.  Qorxuram  Qəzənfər  kefini 
çəkib,  səfasını  sürəndən  sonra  deyə:  xoş  gəldin.  Aliyə  mənim 
olsa  –  əxlaqı  təmizdirsə  –  onu  elə  saxlaram,  daha  nə  deyim. 
Oğlanlar  sevdikləri  qıza  sahib  olana  kimi  çox  şey  vəd  edirlər. 
Elə  ki,  canlarının  alovunu  söndürdülər,  olurlar  süst-müst.  Söz 
dillərindən  kəlbətinlə  qoparılır,  təbəssüm  üzlərinə  zorla 
yapışdırılır.  Mən  elələrindən  olmaram.  Xəstələnəndə  qayğısına 
qalar,  ev  işlərində  ona  kömək  edərəm.  Mənimlə  yaşamağa 
başlayıb, həyat qurandan sonra çirkinləşsə də, şikəst olsa da onu 
yenə  əvvəlki  həvəslə,  ehtirasla  sevərəm.  Qəzənfərdən  bunları 
gözləmək  olarmı?  O,  arvadxasiyyət  adamdır,  tez  sevib,  tez  də 
unuda bilir.» Onlar köks ötürüb ikisi də üzünü divara çevirdi.  
– Əmir niyə yatmırsan? Əmir əsnədi, oturub gərnəşdi.  
– Yuxum gəlmir. Mən gedim bir papiros çəkim. Qəzənfərə 
elə gəldi ki, Əmir kurilka bəhanəsilə Aliyənin yanına gedir.  
–  Dur  qapını  daldan  bağla,  burda  çək.  Əmir  şalvarını 
geyinə-geyinə:  
– Nə danışırsan! – dedi.  
–  Birinci  dərəcəli  yük  daşıyan  gəminin  kayutunda  papiros 
çəkmək olar!? Kayut benzin qazı ilə doludur, hiss eləmirsənmi?! 
Qəzənfər dikəlib çarəsizliklə bildirdi:  


 

– Yaxşı onda qapını açıq qoy, ürəyim yaman darıxır. Əmir 
kurilkaya gedəndən xeyli sonra Qəzənfər Aliyənin səsini eşitdi. 
Ona elə gəldi ki, Aliyə Əmirlə danışır. Ona görə də şalvarını tez-
tələsik  qılçalarına  taxdı,  əldəqayırma  taxta  ayaqqabılarını 
ayaqlarına  aldı,  kəmərini  bağlaya-bağlaya  karidora,  trapa  sarı 
yüyürdü.  Koridorun  döşəməsi  də,  trapın  pillələri  də  dəmirdən 
olduğundan  taxta  ayaqqabılar  gəmidə  tap-tup  saldı  ki,  elə  bil 
Qəzənfəri  qovan  vardı.  Qabları  yuya-yuya  astadan  zümzümə 
edən  Aliyə  adam  qorxudan  bu  tap-tupa  başını  qapıdan  çölə 
çıxartdı.  Rəngi  ağarmış,  təngənəfəs  olmuş  Qəzənfəri  görcək 
sarsıldı.  Aliyə  elə  güman  etdi  ki,  bozartmanın  ətini  həl 
bişirmədiyinə  görəmi,  ya  da  «borş»  –  danmı  Qəzənfər 
zəhərlənməyə  başlayıb.  –  Qusmamısan?  Ürəyin  bulanmır? 
Sancılanmamısan?  Qəzənfər  eşitmirmiş  kimi  Aliyənin  çiyinləri 
üzərindən  kambuza  boylandı.  Aliyə  təlaş  içində  xəbər  aldı:  – 
Qəzənfər,  eşitmirsən?  Qəzənfər  gülümsəyərək  ağar-ağır  dala 
çevrildi və trapla aşağa endi. Aliyənin solğun yanaqları allandı, 
şiddətlə döyünən ürəyi sakitləşdi, bədənini xoş bir istilik bürüdü. 
O  göyərtəyə  çıxıb  özünü  sərin  yay  mehinə  verdi.  «Yaxşı 
qurtardım.  Bəs, o,  məni  niyə  qanürək  elədi?»  Bu  pıçıltıdan,  bu 
cavabsız  sualdan  sonra  Aliyənin  qaşları  çatıldı,  səmavi  gözləri 
yerlə  göyün  –  iki  mavi  ənginliyin  uzaqlarda  öpüşən  intəhasız 
dərinliklərinə  dikildi.  Əmir  kurilkada  oturub  papiros  çəkir, 
xəyalında möhkəmlənməyən öz şəxsi fikirləri içində eşələnirdi. 
Düşüncələrim  o  qədər  çox  idi  ki,  onların  əhəmiyyətlisini  seçə 
bilmirdim.  Öz  parlaqlığı  ilə  diqqətini  cəlb  edən  xəyal  bir 
baxışda,  bir  müşahidədə  solğunlaşır,  yeni  təsəvvürlər  yaranır, 
onlar  da  öz  qiymətini  tezcə  itirib  yenisilə  əvəz  olunurdu.  Gah 
bu, gah da digər təəssürat Əmiri əlvan görünüşlərilə aldadır, onu 
öz  qoynuna  mehribanlıqla,  nəvazişlə  alır,  sonra  isə  bu 
əmniyyətlərin  hamısı  bircə  qasırğa  ilə  qovulurdu.  O  həvəsdən, 
nəşədən xumarlananda heç bir şübhə, inamsızlıq zərbəsinə ümid 
müqavimətilə  cavab  verə  bilməyəcək  varlığı  heydən  düşür, 
bayğınlaşırdı.  Əmirin  alışdırdığı  papirosun  tüstüsü  də  keçirdiyi 


 
10 
xülya  böhranlarına  uyğun  olaraq  bəzən  titrəyir,  bəzən  də  sakit 
axınla  illyüminatorlara  sarı  sürünürdü.  «Mən  bayaq  elə 
fikirləşirdim ki, Aliyə aldadılmış qızdır. – deyə o düşünürdü. – 
Nə  bilim,  bəlkə  də  elədir.  Amma  o,  birinin  hərarətilə 
soldurulmuş gülə oxşamır. Aliyə bahar qönçəsidir. Mənim gözəl 
qızlara  nədənsə  yazığım  gəlir.  Elə  bil  onlara  üz  verəcək 
bədbəxtliklərin  acı  iztirablarını  qabaqcadan  duyub,  narahat 
oluram. Oğlanların taleyi isə məni o qədər də düşündürmür. Bu 
duyğu  məndə  bəlkə  də,  üç  bacım  olduğuna  görə  yaranmışdır. 
Mən  öz  doğma  bacılarımın  aldadılıb  alçaldılmasına  dözə 
bilmədiyim  kimi,  başqa  qızların  da  həyatının  pozulmasına  razı 
olmaram.  Bir  dəqiqəliyə  fərz  edim  ki,  öz  bacımın  başına  kələk 
açıblar.  Hirslənərəmmi?  Buna  söz  yox!  O  naqis  oğlan  əlimə  o 
məqamda düşsə ona neynərəm? Əlimdən gələn hər şeyi! Biz öz 
bacımızın  belə  bir  sadiq  müdafiəçisi,  təəssübkeşi  olduğumuz 
halda  nə  üçün  alçaq  meyllərimiz  öhdəsindən  gələ  bilməyək!? 
Doğru sözdür: ağıllı qızı yoldan çıxara bilməzlər. Bəs, nə üçün 
qızlardan  həmişə  iradəli,  şüurlu  olmağı  tələb  edib  onları  min 
fitnə-fellə  aldadaraq  məqsədə  çatmaq  xatirinə  canını  fəda 
etməyə  hazır  olduğunu  müxtəlif  əda  və  aktyor  hərəkətilə 
bildirib, qızları inandıran oğlanları günahkar sanmayaq?! Qızları 
bədbəxt  eləyən  oğlanlara  qarşı  nifrətim  o  qədər  güclüdür  ki, 
dağların  buz  suları  sinəmin  üstündən  illərlə  axsa  belə,  yenə 
qəzəbimin odunu söndürə bilməz. – Əmir təkəbbürlə gülümsədi. 
Sönmüş papirosunu yandırdı. Tüstünü iştahla ciyərlərinə çəkib, 
qürurla  havaya  üfürdü.  Qılçasını  qılçasının  üstündən  aşırıb 
ayağını yırğaladı. Səsini yoxlayırmış kimi öskürdü. Gicişmədiyi 
halda  boynunun  dalını  qaşıdı.  Əlinin  arxasını  sifətilə  yuxarı 
sürüyüb  üzünün  tüklənib-tüklənmədiyini  yoxladı.  Əmirin 
gözləri  də  parıldayırdı.  Onun  nəzərlərində,  sifətində, 
dodaqlarında  bayaqkı  ifadələr  yox  idi.  İndi  o  simada  öz 
tərəqqisinə,  öz  səadətinə  vurğun  adamın  məftuniyyətinə  oxşar 
məstanə sevinclər axışırdı. Lakin yavaş-yavaş bərpa olunmuş bu 
əlamətlər, bu ruhi vəziyyət tədriclə öz yerini təəssüf ifadələrinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə