İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   26   27   28   29   30   31   32   33   ...   38

 
89 
sən  idin?  Əmir  tək  bircə  an  da  geciksəydi  bunu  soruşa 
bilməyəcəkdi.  O  qaranlıqda  özünü  cəsarətli  sanmışdı.  Kimsə 
göyərtə  işıqlarını  Əmir  dillənəndən  sonra  yandırdı.  –  Mən? 
Aliyənin  boğazı  tutuldu.  O,  Əmirin  qapısını  döydüyünü yadına 
sala  bilmədi.  Əmir  böhtan  atırdı?  Yox,  Əmir  yalan  danışmaz. 
Yəqin ki, Aliyənin sevincdən başı gicəllənən zaman barmaqları 
qapıya  bərk  toxunubmuş.  İşıqlar  söndürüldü.  Görəsən  bu 
xeyirxah  insan  kim  idi.  İşıqlar  yanılı  qalsaydı  Aliyə  Əmirdən 
çox  utanardı.  Aliyə  onu  qaranlığın  qəlbində  qoyan  adama 
ürəyində  minnətdar  oldu.  Lakin  bunun,  onların  arasına  işıqdan 
çəpər  çənkən  Qəzənfər  olduğunu  bilmədi.  Qəzənfər  göyərtə 
işıqlarını ikinci dəfə yandıranda onları orada görmədi. Gəminin 
arxasına  qaçdı.  Əmirlə  Aliyəni  göyərtənin  qaranlıq  künc-
bucağında tapa bilməyəndən sonra işıqları söndürülmüş qırmızı 
guşəyə  gəldi.  Elektrik  düyməsini  basdı.  Divarlara  vurulmuş 
şəkillər  ona  istehza  ilə  gülümsədi.  O  Əmirin  kayutuna  girdi. 
Əmir çarpayıya uzanmışdı, ancaq yatmamışdı, dalğın nəzərlərini 
tavana zilləmişdi.  
–  Mənim  üzqırxanım  burda  qalmayıb?  Əmir  tərpənmədi, 
dillənmədi,  nəzərlərini  belə  tavandan  ayırmadı.  Qəzənfər 
sivirmələri  axtardı.  –  Burada  da  yoxdur,  bəlkə  yerini  bilirsən? 
Əmir  qalxıb  oturdu:  –  Yerini  bilirəm,  ancaq  sualıma  cavab 
verməsən  harada  olduğunu  deməyəcəm.  De  görüm  üzünü 
qırxacaqsan,  yoxsa  ürəyini?  –  Bura  bax!  –  Qəzənfər  qoşalayıb 
irəli uzatdığı əllərilə Əmiri hədələdi.  – Mən səndən adam kimi 
söz  soruşuram!  Əmir  halını  pozmadan  kinayə  ilə:  – 
Göyərtədədir  –  dedi  –  işıqla  axtarmasan  tapa  bilməzsən. 
Qəzənfər  qapını  çırpıb  çıxanda  koridorun  zəngi  zınqırıldayaraq 
onu  rubkaya  çağırdı.  Əmir,  pillələrlə  qalxan  Qəzənfərin  ayaq 
səsləri  eşidilməz  olandan  sonra  yatağında  rahatlanıb  anasından 
dünən  aldığı  məktubu  açıb  oxumağa  başladı.  O  bu  məktubu 
dünəndən bəri iki dəfə oxumuşdu. Lakin məktubun bir yeri onu 
çox həyəcanlandırmışdı. Arzular və diləklərlə dolu ana məktubu 
Əmirin özü yaşlı qonşu oğlan-qızlarının xoşbəxtliyindən, onların 


 
90 
ailə  həyatından,  balaca  körpələrinin  şeytanlığından,  ürəkaçıcı, 
gözyaşardıcı  oyunlarından  danışırdı.  «Oğlum,  qonşumuz 
Kamran  evləndi.  İldırım  kişinin  qızı  Mənzəri  aldı.  Yaxşı  toy 
elədilər.  Toya  məni  də  çağırmışdılar.  Getmək  istəmirdim. 
Aşıqlar  çalıb-oxuduqca  məni  ağlamaq  tuturdu.  Axı,  sən 
Kamrandan  böyüksən.  Axı,  sağımda,  solumda  toy-düyün 
quruldu, bizim ev Allah qarğamış kimi ortada boynuburuq qaldı. 
Əhmədin  oğlu  oldu.  Sən  onun  toyunda  burada  idin,  özü  də 
ləzgihəngi  oynadın,  o  vaxtdan  nə  keçib  ki...  Nənəsi  nəvəsini 
qucağına  alıb  bağda,  bağçada  gəzdirir.  Mən  onları  bağda 
görəndə  özümü  evə  təpirəm.  Oğlum  mən  onların  paxıllığını 
eləmirəm.  Amma  neynim,  öz  arzumun  hasilini özgədə  görəndə 
ağlamaq  istəyirəm.  Oğlum  olmasaydı,  sonsuz  olsaydım  belə 
şeyləri vecimə almazdım, bəxtimdən küsərdim. Axı, oğlum var! 
Həm  də  elə  oğul  ki,  onu  ortadan  yarı  bölsən  Kamran  kimi  iki 
adam  çıxar...  Ülkər  də  ərə  getdi.  Neynəsin...  Onun  da  bu  gün, 
sabah  uşağı  olacaq.  Hamının  gəlini,  nəvəsi  –  sevinci  var,  mən 
isə  hələ  də  kor  kimi  taleyin  ətəyindən  yapışmışam...  Səhlanın 
qızı yenicə dil açıb. Nənəsi ona yaxşı paltarlar tikib geyindirir, 
saçlarına qırmızı lent bağlayır, əlindən tutub tez-tez bizə gətirir. 
Onu qucağıma alıb dizlərimin üstündə oturduram, ağırlığını heç 
hiss eləmirəm. O məndən soruşur: «Sənin də çiçi balan varmı?» 
Deyirəm: «Yoxdur, amma olacaq.» O məndən bir də xəbər alır: 
«Haçan?» Dillənə bilmirəm. O axırda mənə məsləhət verir: «Get 
bazaydan  al,  oyda  çoxduy».  Ağlıkəsməz  uşaq  da 
ürəyimdəkilərdən  halıdır...  Amma  sən  ay  insafsız...»  Əmir 
məktubun bu yerini gözdən keçirəndə sanki evlərində idi, həlim 
ana  səsinə,  ana  nəfəsinə  qarışmış  arzuları  dinləyirdi.  Əmir 
anasına  göndərəcəyi  cavab,  təskinlik  məktubunda  nə  yazsın? 
Sevdiyi  Aliyədir  ki,  onunda  hələ  fikrini  öyrənə  bilməmişdir; 
məhəbbəti  qeyli-qallı,  eşqi  dava-dalaşlı,  gələcəyi  çənli-
dumanlıdır.  Əmir  məktubu  sinəsinin  üstünə  qoyub  kirpiklərini 
qovuşdurdu. Lakin onun gözlərində yuxu yox idi. O düşünmək 
istəyirdi. Fikirləşmək  isə  ona  asan deyildi. Ürəyini içəridən  elə 


 
91 
bil iki qüvvətli əl sıxıb ağrıdırdı. Kayutmu dar idi, yoxsa, onun 
köksümü? Bu darısqallığa tab gətirmək Əmir üçün dözülməz idi. 
O öz dərdli fikirlərini, xəstə düşüncələrini götürüb kayutdan bir 
tərəfə çıxmağa çalışdı. 
Qalxıb  geyindi.  Yenə  də  çarpayıda  oturdu.  Hara  getsin? 
Göyərtəyə  çıxsa  onu  görən  olar.  Deməzlərmi,  niyə  yatmır? 
Başqası görməsə də Qəzənfərin gözlərindən yayına bilməyəcək. 
Qəzənfər  çox  güman  ki,  indi  buralarda,  eşqin  mehrabında, 
Aliyənin  keşiyini  çəkməkdədir.  Əmir  üst  köynəyini  soyundu, 
duruxub bir də geyindi, qapıya sarı gedəndə kayut elə böyüdü ki 
elə bir bir adamlıqdar zindan bircə anın içində işıqlı geniş otağa 
çevrildi. Bu nə möcüzədir? Ruhundan qəlbindən xəbərsiz Əmir, 
kayut  da,  hava  da  əvvəlki  kimidir.  Nə  hava  təzələnib,  nə  də 
kayut  genişlənib.  Dəyişən  yalnız  sənsən,  sənin  fikir  – 
xəyallarındır.  Səni  sıxıb  dünyanı  başına  dar  eləyən  xudbinliyin 
idi.  İndi  sən  yoldaşının  da  haqqında  düşünürsən.  Ona  görə  də 
həyəcan  məngənəsindən  tez  qurtardın.  Bu  dönüşünü,  bu  könül 
çevrilişini  niyə  alqışlamırsan?!  «Mən  eqaistlik  eləyib  təkcə  öz 
haqqımda düşünürəm. – deyə Əmir əyləşdi.  
–  Qəzənfər  də  insandır,  onun  da  ürəyi,  qəlbi  var.  Mən 
Qəzənfərin  də  halına  acımalıyam.  Mən  bəzən  Qəzənfərə  nifrət 
eləyirəm,  niyə?  Sevmək  cinayətdirmi,  alçaqlıqdırmı?  Bir  qızı 
beş,  altı,  hətta  daha  çox  oğlan  sevə  bilər.  Buna  görə  onların 
birindən,  yəni  qız  sevdiyindən  başqa  qalanı  cəzalanmalıdırmı? 
Yox, mən  düz  iş görmürəm, Qəzənfərin  heç bir təqsiri yoxdur. 
Sevmək  məsələsində  o  günahkar  sayılsa,  mən  cani 
adlandırılmalıyam. Qəzənfər səbrsizdir, dözümsüzdür, ancaq pis 
oğlan  deyil,  hərdən  bir  sarsaqlayır,  bu  da  olan  şeydir.  Mən 
əvvəllər elə bilirdim o Aliyə ilə müvəqqəti yaşamaq fikrindədir. 
Lakin  indi  bu  fikirdə  olmdığına  əminəm.  Nolar,  mən  dözərəm, 
ilk  eşqimi  özümlə  qəbir  evinə  apararam,  təki  Qəzənfər... 
Qəzənfərə  bir  az  bundan  qabaq  pis  cavab  verdim.  Gedim  ona 
deyim  ki,  qardaş  məndən  bu  vaxtacan  çox  nahaq  yerə 
qısqanmısan.  Məndən  Aliyəyə  Bağdad  yaxındır.  Mən  onu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə