İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   27   28   29   30   31   32   33   34   ...   38

 
92 
sevmirəm, Aliyəyə qarşı olan hərəkətlərim isə sənin xatirinə ona 
elədiyim  hörmət,  hörmətkarlıqdır.  Biz  dostluq,  yoldaşlıq,  sənin 
rəğbətin  olan  qıza  həmişə  hörmət  eləyəcəm,  bu  mənim 
borcumdur.  Bu  xüsusiyyət  tək  mənə  yox,  sənə  də  aiddir.  Bəs, 
biz  dost  deyilikmi,  kişi  deyilikmi?!  Bir-birimizə  qarşı  iltifatlı 
olmasaq  bizə  etibarsızlıq,  sədaqətsizlik  damğası  vurub  el, 
camaat arasında bədnam eləyərlər.» Əmir, Qəzənfərin kayutuna 
yönəldi, qapını açdı, içəri boylandı. Qəzənfər növbədə idi. Əmir 
bunu onsuz da bilirdi. Kayutu yoxlamaqda onun ağlına başqa bir 
fikir gəlmişdi: bəlkə  sükanda  dayanmır. Gəminin dal-qabağına, 
böyür-başına hərlənərək, arada öz kayutuna girib. Əmir rubkaya 
üz  tutdu.  Aliyənin  kayutunun  qabağından  keçəndə  Əmirin 
addımları  qeyri-iradi  yavaşıdı.  Hansı  bir  qüvvəsə  onu  tutub 
oradaca  saxlamaq  istədi,  lakin  Əmir  bu  tələdən  çıxdı.  Oradan 
cəsarətlə  uzaqlaşıb  trapın  pillələrinə  ayaq  qoyanda  Aliyənin 
qapısı  açıldı.  Qapı  xeyli  açıq  saxlandı,  örtülmədi.  Örtüləndən 
sonra  da  heç  bir  səs-səmir  eşidilmədi.  Aliyənin  qapısının 
açılmasını Əmir rəzənin çax-çuxundan bilirdi. Qapı açılanda da, 
örtüləndə  də  rəzə  dəyirman  çaxçağı  kimi  səs-küy  salırdı.  Aliyə 
niyə  yatmır?  O  hara  getmək  istəyirdi?  Bəs  nə  üçün  getmədi? 
Qapı  ağzında  nə  fikir-zikir  elədi?  Bu  qərarsızlıq  nədəndir? 
Əmiri  geri  dartan  bu  suallar  onu  dala  döndərdi.  Rəzə  astaca 
yırğalanırdı:  «Mən  bayaq  nə  demişdim?  Kişi  deyiləmmi?!  – 
deyə  Əmir  göyərtəyə  qalxdı.  – Mən bu gündən sonra Aliyə  ilə 
maraqlanmayacam.  Ey  ürəyim  qərarım  sənə  bəllidirmi?  Niyə 
belə bərk döyünürsən? Etiraz edirsən?  
–  Əmir  əlini  köynəyinin  yaxasından  içəri  salıb  ürəyinin 
üstünə sıxdı.  
–  Şikayətinə  qulaq  asmayacam!  Neynim,  çox  da  ki,  məni 
yaşadırsan. Dayanacaqsan, hə? Bu sənin öz işindir. Dözmürsən 
dözmə.  Mən  sözümün  üstündən  qaçmayacam!  Əmir  keçid 
körpüsü  ilə  addımlayanda  dizləri  qatlanmadı.  Sanki  qılçalarını 
gipsə salmışdılar. Çiyinləri də elə ağırlaşmışdı ki, elə bil onların 
hər birindən iki pud ağırlığında yük asmışdılar. Başını da bədəni 


 
93 
üzərində  saxlamağa  boynunun  gücü  çatmırdı.  Gicgahlarındakı 
döyüntü  qulaqlarını  batırmışdı.  Əmirin  irəli  getməyə  özünə 
gümanı gəlmədi, körpünün məhəccərinə söykəndi. Sıçrayıb baş 
göyərtədə  oynayan  ləpələrin  şırıltısı,  sərin  külək,  üzünə  qonan 
su  tozanağı  Əmiri  bir  qədər  toxtatdı.  Gücsüzlük,  gözlərinə 
qaranlıq gətirən sıxıntı dan alaqaranlığı kimi yavaş-yavaş qeybə 
çəkildi.  Əmir  ağ  yalman  dalğaları  görməyə,  onların  nəriltisini 
eşitməyə, sifətinə yapışan su zərrəciklərinin sərinliyini duymağa 
başladı.  O  ayılırdı.  Lakin  ürəyi  bayaqkı  etirazlarını  aramsız 
güclü  çırpıntıları  ilə  yenə  də  onun  sinəsinə  döşəyirdi.  Əmir 
qabağa  doğru  iki,  üç  addım  atdı.  Birdən  sanki  sinəsindən  geri 
itələdilər.  O  səntirlədi.  Məhəccərdən  yapışmasaydı  bayğınları 
tez yıxan gəmi ləngəri onu körpüdən alıb göyərtəyə çırpacaqdı. 
Kiçik  ürəyin  böyük  hökmünə,  gücünə,  qüvvətinə  bax!  Böyük 
bədəni  oyuncağa  çevirən  duyğunun  qüdrətinə  Əmir  elə  inandı 
ki, o bu vaxtacan şüurdan güclü sanmadığı hiss və duyğularının 
hökmranlığı altına düşdü. «Məhəbbət yaman şeydir! – Əmir öz 
iradəsizliyinə  gülümsədi.  –  Mən  onu  Qəzənfərə  bağışlamaq 
istəyirəm,  amma  ürəyim,  qəlbim  müqavimət  göstərir,  məni  öz 
qərarımı  dəyişməyə  məcbur edir. Təzə qılınc kəsən olar. Bu iti 
duyğuları  köhnəldib  korşaltmaq  lazımdır.  Onlar  indi  kükrəmiş 
dənizdir, vaxt olar uyuyar. Qasırğasız, fırtınasız dənizdə qayıqla 
gəzməyə  çıxmaq  asandır,  təhlükəsizdir.»  Əmir  qayıdıb  öz 
kayutuna  gəldi.  Təyyarın  mənasını  bilmədiyi  tapşırığını 
unudaraq  qapını  daldan  bağlamamış  yatdı.  Yuxu  onu  elə  tez 
tutdu  ki...  Qəzənfər  bu  zaman  növbəni  təhvil  vermişdi. 
Köynəyinin  qolunda  gizlətdiyi  lülə  dəmiri  böyrünə  sıxıb  öz 
kayutuna  girmiş,  Əmiri  öldürəndən  sonra  onun  meyidini 
göyərtəyə  necə  aparıb  dənizə  atacağı  haqda  düşünməyə 
başlamışdı.  Meyidi  çiyninə  ala  biləcəkmi,  pillələrlə  yuxarı 
qaldırmağa  gücü  çatacaqmı?  Bəs,  zərbə  dəyərkən  Əmir 
bağırmayacaqmı?! Qəzənfər asan sandığı işin bu çətinliklərini az 
qala  unutmuşdu.  O  Əmiri  boğa  bilməzdi.  Əmirin  oyanması, 
ağlının  başında,  qüvvəsinin  qollarında  olması,  əksinə, 


 
94 
Qəzənfərin  ölümü,  məhvi  ilə  nəticələnərdi.  Qəzənfər  bunu  çox 
yaxşı bilirdi. O özünə başqa yol seçməli idi. Qəzənfərin boğazı 
qurumuşdu.  Dizlərinə  elə  bil  buz  bağlamışdılar.  Oradan 
bədəninə yayılan soyuq qış şaxtası kimi onun bütün sümüklərini 
üşüdürdü.  O  titrəyə-titrəyə  ədyalı  götürdü.  Onu  lümələyib  lülə 
dəmiri gizlətdiyi qolunun altına aldı. Ayaqqabılarını soyundu ki, 
ayaqlarının  səsini  eşidən  olmasın.  Bəlkə,  qarşısına  bir  adam 
çıxdı? Qəzənfəri bu vəziyyətdə görsə şübhələnməzmi? Rənginin 
ağarması,  uçunması  bir  yana  dursun,  deyək  ki,  bunlar  nəzərə 
çarpmadı,  bəs,  qoltuğundakı  ədyal,  yalın  ayaqlar  diqqəti  cəlb 
etməyəcəkmi?  Qəzənfər  bunları  fikirləşib  qapını  astaca  açdı. 
Başını  çölə  çıxarıb  koridora  boylandı.  İns-cins  yox  idi.  O 
koridora,  oradan  da  iki  addımlıqdakı  kayuta  soxulmaq  istədi. 
Bəlkə Əmir oyaqdır. O yatmamış olsa Qəzənfər hansı bəhanəni 
uyduracaq? Əmir inanarmı? Qətiyyən! İnandırıcı bir yalan kəşf 
eləmək  lazım  idi.  Lakin  Qəzənfərin  ağlı  belə  bir  ixtira 
qabiliyyətini  itirmişdi.  O  qapını  örtdü,  ayaqqabıları  geyindi, 
döyükmədən, duruxmadan Əmirin kayutuna girdi. Əmir oyansa, 
yaxud  yatmamış  olsa  Qəzənfər  belə  deyəcəkdi:  Ədyal  dəyişik 
düşüb, səninkini mən aparmışam, mənimki isə burada qalıb. Bu 
söz  inandırıcılıqdan  nə  qədər  məhrum  olsa  da  vəziyyətə  görə 
Əmiri əmin edəcək bir qüvvəyə malik idi. Əmir şirin yuxuda idi. 
Özü  də  Qəzənfərin  arzusuna  yardım  edən  bir  vəziyyətdə 
yatmışdı. Onun üzü divara tərəf idi. Divarla onun ağzı arasında 
yarımca  qarışlıq  boşluq  qalmışdı.  Əmirin  nəfəsi  divarı 
tərlətmişdi.  Qəzənfər  əlindəki  dəmiri  başına  endirən  dəqiqənin 
özündə  ədyalla  Əmirin  ağzını  qapamalı  idi.  Bu  iş  Qəzənfərdən 
son dərəcə cəldlik, çeviklik tələb edirdi. Əmirin gicgahına deyən 
zərbədən sonra Qəzənfər tək bircə an geciksə iş ağaracaq, onun 
üstünü  elə  buradaca  alacaqdılar.  Qəzənfər  dəmiri  köynəyin 
qolundan  çıxarıb  əlinə  aldı.  Onun  əli  də  dəmir  kimi  soyuq  idi. 
Buz buzu üşütdü, buz buzu dondurdu. Qəzənfərin əli elə titrədi 
ki, mili saxlamağa barmaqlarının gücü çatmadı. Dəmir az qaldı 
əlindən yerə düşsün. O sol əlini köməyə gətirdi. Ədyal qolunun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə