İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   30   31   32   33   34   35   36   37   38

 
98 
yırğalana-yırğalana  aşağa  enən  xərəyi  tutub  saxlamağa 
çalışırdılar.  
...  Xərək  də  göyərtəyə  çatdı,  xəstələr  də  vertolyota 
qaldırıldı,  iki  gəminin  ikisi  də  şimala  üz  tutdu  –  biri  havada, 
digəri  dənizdə.  Qəzənfərin  təbirincə  onun  gəlhagəli  idi,  bəxti 
tərəqqi  edir,  iqbalı  onu  bir  gündə  iki  təsadüflə  oğlanı  qıza 
sevdirə bilən yüksəkliklər, üslünlüklər rəmzinə çevirirdi. Həmin 
gün  «ovçuların»  xilasından  sonra  Qəzənfəri  lovğalandıran,  ona 
öyünmək ixtiyarı verən ikinci bir hadisə baş verdi. Günorta vaxtı 
idi.  Gəmi  az  dayanacaqdı.  Təmizləyici  nasos  anbarların  qalan 
azacıq yükü də sorub qovurdu. Anbarçı baş göyərtənin üzərində 
o  yan-bu  yana  yüyürür,  açarla  arakəsmələri  açıb  uzaq 
anbarlardakı  yükün  qalığını  yaxındakına  –  nasosun  ağzına 
yığararaq  istismar  vaxtına  qənaət  etməyə,  səfərə  tez  hazır 
olmağa  çalışırdı.  Qəzənfər  növbədə  idi.  O  qoluna  növbətçi 
olduğunu göstərən qırmızı bağlamış, gəmidən körpüyə uzadılan 
trapın yanına nicat dairəsi, əleyhiqaz, ağırlıq kəndiri qoymuşdu. 
Özü  də  gah  keçid  körpüsünün,  gah  da  orta  tikintinin  baş 
göyərtəyə  düşən  kölgələri  altında  dayanırdı.  Ekipaj  üzvlərinin 
çoxu  şəhərə  getmişdi.  Gəmidə  qalanlar  isə  kayutlara  çəkilib 
yatır,  yay  günəşinin  odlu  nəfəsindən  özlərini  qoruyurdular. 
Göyərtədə  Qəzənfərlə  anbarçıdan  başqa  heç  kim  görünmürdü. 
Hərdən yükün boşaldılmasına nəzarət edən növbətçi şturman da 
«Burda  mən  də  varam.»  deyən  hay-küylə  özünü  göstərib 
kayutuna  çəkilərək  rahatlığının  qayğısına  qalırdı.  Dəniz  lal  idi. 
Ətrafda  dərin  bir  sükut  hökm  sürürdü.  Arabir  körpüdəki 
matroslar budqasının telefonu zırınqıldayırdı. Başını çətir altında 
gizlədən  ağ  donlu,  ağ  ayaqqabılı,  sarı  saçlarını  gödək  kəsdirib 
burdurmuş  qırmızıdodaq  qızın  körpüdən  gəmiyə  boylandığını 
sezən Qəzənfər kölgədən günə çıxaraq trapa sarı yeridi.  
–  Kim  lazımdır?  Qız  seyrək  xırda  dişlərini  göstərib 
utanırmış  kimi  gözlərini  yerə  dikdi.  –  Əlisoltan.  –  O  şəhərə 
çoxdan  gedib.  Qız  nəzərlərini  yerdən  ayırıb  düzəltmə  qaşlarını 
qaldırdı:  –  Doğru  deyirsən?  Bəlkə  o  özü  tapşırıb  ki,  məni 


 
99 
soruşan  olsa  belə  deyin.  –  Nə  etmək  olar,  gözəl  qız  –  deyə 
Qəzənfər  qızı  ələ  salmağa  başladı.  –  Gərək  özünü  ona  boş 
tanıtmayaydın. Elə eləyəydin ki, həmişə o səni axtarmalı olaydı. 
Əlisoltan  indi  kağızdan  keçmiş  güllədir,  qayaya  rast  gələnəcən 
süzəcəkdir. Dərdin mənə məlumdur, amma nə edim?! İstəyirsən 
gəl onun kayutunda otur, gözlə, hayanda olsa beş, on dəqiqəyə 
qayıtmalıdır.  O  bəlkə  sənin  işlədiyin  idarəyə,  yaxud  yaşadığın 
evə  gedib?  Ola  bilər  ki,  sən  bəri  gəlmisən,  o  da  o  yana  gedib. 
Belə  hallar  çox  olur.  Gəzməyə  başlayandan  sonra  başınıza  heç 
belə iş gəlibmi? Qız kobud, hiddətli bir səslə: 
–  Yox!  O  məni  aldatmayacağına  söz  vermişdi.  –  Haçan? 
Ürəyinin  odunu  söndürməmişdən  qabaq,  eləmi?  Qız  əllərilə 
üzünü  örtdü,  guya  utanırdı.  –  Əlisoltan  neçəncidir?  Yəqin 
axırdan birinci yerdədir. Qız əllərini üzündən götürdü. Çirkin bir 
gülüşlə açılan dodaqlarını güclə bir-birinə qısıb seyrək dişlərinin 
üstünü örtdü.  
–  O  siyahıya  yeni  bir  oyunçunun  adının  düşməsini 
arzulayırsanmı? Qız göz qapaqlarını endirdi.  
–  Yaxşı,  bəri  gölgəyə  gəl,  günün  altında  durma,  o 
gözəlliyin qədrini bil, heyifdir onu günəşdə yandırma. Qəzənfəri 
təklif və tərifinə inanan qız köhnə tanışlar kimi ərklə dilləndi:  
– Bir şeyin var, yeməyə? – Kefin nə istəsə düzəldərəm. Hər 
şey pulun başında deyilmi?! Qız körpüdən trapa adladı:  
– Kayutda təkcə olursan? 
–  Əlbəttə,  arxayın  ol,  mən  elə  əclaflardan  deyiləm. 
Qəzənfər  də  trapın  üstünə  çıxdı.  Qız  elə  bildi  ki,  Qəzənfər 
əlindən  tutub  onu  ehtiramla  gəmiyə  gətirəcəkdir.  Demə 
Qəzənfər qızın Əlisoltana olan etibarını sınaşdırırmış. Bayaqdan 
bəri  təbəssümsüz  bir  söz  danışmayan  Qəzənfərin  üzündən 
qasırğa  keçmişdi.  Qız  Qəzənfərin  üzünə  baxanda  aldandığını 
duyub  səksəndi,  geri  dönməyə  çalışdı,  lakin  qolaylandı. 
Qəzənfər  əlini  yetirməsəydi  o  gəmi  ilə  körpünün  arasına 
yıxılacaqdı.  Qəzənfər  onun  əlindən  çıxıb  qaçmağa  üz  qoyan 
qızın  dalınca  bir  kəlmə  də  danışmadı.  Qız  elə  bil  əsirlikdən 


 
100 
qaçırdı.  Qəzənfərin  başı  qıza  qarışanda  ambarçı  qadın  yükün 
miqdarını  müəyyən  etmək  məqsədilə  anbara  lot  sallamışdı. 
Lakin  buna  müvəffəq  ola  bilməmişdi.  Anbarın  içinə  cuman  lot 
öz ağarlığı və iti sürətilə kəndiri anbarçının əlindən çıxarmışdı. 
Kəndirin  yarıdan  çoxu  qıvrılaraq  yükün  üzərinə  sərələnmişdi. 
Anbarçı  pillələrlə  aşağa  enmişdi  ki,  kəndirin  ucunu  ələ  keçirib 
lotu çıxartsın və yükü yenidən ölçsün. Bu azacıq müddətdə xam 
neftin  qazı  təhlükəsizliyini  unudan  anbarçıya  öz  təsirini 
göstərməyə  başlamışdı.  Onun  gözlərinin  qabağını  duman,  yaş 
örtmüşdü.  Gözlərinə  heç  bir  şey  görünməmişdi.  O  sanki  dərin 
zülmət  bir  quyuya  atılmışdı.  Anbarçı  belə  bir  çaşqınlıq  içində 
əlləri  və  ayaqları  ilə  kor  kimi  pillələri  axtarıb  tapa-tapa  yuxarı 
dırmanmağa  çalışdı.  Ancaq  boğucu  qaz  bu  bir  neçə  dəqiqə 
ərzində  onu  büsbütün  sarsıtmışdı.  Anbarçının  qol-qılçalarında 
qüvvət  qalmamışdı.  O  bağırıb  növbətçini  xəbərdar  etmək,  onu 
köməyə  çağırmağa  istədi.  Lakin  boğazı  göynədi,  boyun 
damarları şişib böyüdü, səsi çıxmadı. Anbarçının əlləri pillədən 
üzülüb  yükün  içinə  yıxılanda  Qəzənfər  onun  boğuq  fəryadını 
eşitdi. O ora-bura vurnuxdu, o yan-bu yana yüyürdü, anbarçının 
ikinci  fəryadını  eşidib  anbarın  başına  gəldi.  Anbarçı  dizdən 
aşağa  olan  yükün  içində  çapalayırdı.  Qəzənfər  cəld  əlehqazı 
geyindi,  ağırlıq  ipini  götürüb  anbara  endi.  Kəndiri  anbarçının 
belinə  bağlayıb  göyərtəyə  çıxdı.  Anbara  düşərkən  harayladığı 
şturmanla  matrosun  köməyilə  onu  bayıra  dartdılar.  Anbarçının 
paltarlarını  soyundurub  onu  kölgəyə  sürüdülər.  Bir  az  bundan 
qabaq növbətçilərdən başqa qeyri sakinləri görünməyən gəminin 
göyərtəsi indi adamla dolmuşdu. Kimi təcili yardım çağırır, kimi 
anbarçının  qollarını  oynadıb,  qabırğalarını  sıxıb  ona  süni 
tənəffüs  verir,  kimi  də  isti  su  gətirib  onun  sifətinin  neftini, 
çirkini yuyurdu.  Anbarçının  nəfəsi  gedib-gəlsə  də  onun  gözləri 
açılmırdı.  Öyünmələrlə  hərdən  sinəsi  qabarıb  ovurdları  şişsə  də 
o qusa bilmirdi. Aliyə qatıq atılması gətirib ona içirmək istədi. – 
Sən üst-başını batırma, ver  mən  içirim  – deyə Qəzənfər  qazanı 
qamarlayıb onun əlindən aldı. – Cəhənnəm olsun paltar! – Aliyə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə