İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   ...   30   31   32   33   34   35   36   37   38

 
110 
Buradakılar  səsimi,  oxumağımı  bəyənsə,  demək,  səhnəyə  çıxa 
bilərəm.  Aliyə  kamanı  gətirdi.  Əmir  durub  harasa  getdi.  Onun 
yerində  Qəzənfər  oturdu.  Əmirin  acıq  eləyib  getməsi,  Aliyənin 
onun  dalınca  kinli-kinli  baxması,  son  iki  gündə  qazandığı 
qələbələrdən məğrurlaşmış Qəzənfəri mənən bir az da böyütdü. 
Qəzənfərin gözlərində Aliyəyə acıq verən, yaxud heyif almış bir 
insan qəlbinin təsəllisinə oxşar ifadə canlandı. O həmin məna ilə 
Aliyəyə baxır, gözlərilə ona: «Sənə haqq olur! – deyirdi  
–  Yanan  ürəyin  haqq  səsini,  odlu  qəlbin  xəstə  naləsini 
eşitməyib,  sevməyə  qadir  olmayanların  baxışlarında  məhəbbət 
axtarmazlar,  Aliyə!»  Aliyə  isə  Qəzənfərə  baxmadan  pəstən-
pəstən  oxuyan  Təyyarın  üzünə  boylanır,  nisgilli  nəzərlərilə 
kamanın  naləsinə  hönkürtü,  göz  yaşları  qatıb  dinləyicilərin 
ürəyinə axıdırdı. O gah gicgahını kamanın başına yaxınlaşdırır, 
gah  da  qatlanıb  açılan  qolları  ilə  ona  ana  laylası  çalırdı.  Mənə 
tənə  ilə  qoca  deyəndə,  Uca,  başı  qarlı  dağlara  baxdım.  Təbiət 
zinəti meşəni qoyub, Süfrəni bəzəyən bağlara baxdım.  
– Necə oxuyuram? – Çox qiyamət... 
– Əla...  
– Baxışda mükafat alacaqsınız. Təyyar gülə-gülə:  
– Aliyə bacım, – dedi – havanı dəyiş, «Sən mənimlə get.» 
Qəzənfər  də  səsini  Təyyarın  səsinə  qoşdu.  Onlar  mahnının 
birinci  bəndini  birlikdə  oxudular.  İkincini  Təyyar  təkcə  oxudu. 
Üçüncüsü  bəndin  ifasında  Aliyə  də  iştirak  etdi.  «Sağ  olar,  var 
olar» hər yandan eşidildi. Bu mahnını Aliyə özgə bir məharətlə 
çaldı. Sanki Aliyənin dərdi və möhnətinə şərik olan şair bu şeri 
ona  ittihaf  etmişdi.  Şerin  son  bəndi  Aliyənin  öz  diləyi  kimi 
səsləndi.  
–  Aliyə  bacım, deyə  –  Təyyar  əlini  onun  çiyninə  qoydu  – 
deyirəm  bugünkü  məşğələmizi  bununla  qurtaraq.  Çünki  gecdir 
yatmaq lazımdır. – Mən dünənki qəzetləri oxumamışam, onları 
gözdən keçirəcəm.  
– Əlbəttə oxumaq lazımdır! Oxu, oxu. Gecən xeyirə qalsın. 
Uşaqlar, gecəniz xeyirə qalsın. Təyyarı eyni cavablar yola saldı. 


 
111 
Aliyə  kamanı  bir  yana  qoyub  on  beşdən  çox  padşivkaların 
arasından 
«Kommunist»i, 
«Ədəbiyyat 
və 
incəsənət»i, 
«Azərbaycan 
gəncləri»ni 
seçib 
götürdü. 
Əvvəlcə 
«Kommunist»i,  «Ədəbiyyat  və  incəsənət»i  vərəqlədi.  Guya  bu 
qəzetlərdə maraqlı bir yazıya rast gəlmədi. «Gənclər»in dünənki 
nömrəsindəki  redaksiya  məqaləsi,  çərçivəyə  alınmış  yazı, 
felyeton  iki  şeir,  bir  hekayə,  qızlar  klubuna  çağırış,  xarici 
xəbərlər  narahat  ürəkli  Aliyəni  əyləndirə  bilmədi.  O  qəzeti 
yenidən  nəzərdən  keçirməyə  başladı.  Birinci  səhifədəki 
gülümsər  üzlü,  gözləri  təbəssümlü  qabaqcıl  toxucu  qızların 
şəkilləri  Aliyədə  ani  bir  maraq  oyatdı.  Qabaqcılların  adlarını 
oxudu,  bununla  da  kifayətləndi.  Qəzetin  elanlar  yerinə  baxdı. 
Oradakı  məlumatları  da  oxumağa  həvəsi  olmadı.  Kamanını 
boğazlayıb  kayutuna  gəldi.  Paltarlarını  soyunmadan  çarpayıya 
uzandı.  Kamanın  pırpız  başını  sinəsinin  üstünə  qoydu:  «Əmir 
niyə  belə  eləyir?  Ona  nə  olmuşdur?  Son  vaxtlar  o  çörək-xörək 
yeməyə  də,  çay  içməyə  də  tək  gəlmir,  özünə  bir  yoldaş,  bir 
həyan  tapıb  gətirir.  Üzümə  də  əvvəlki  nəzərlə  baxmır.  Mən 
gözlərinə  sataşanda  kirpiklərini  tez-tez  çalır.  Elə  bil  tikanam, 
gözlərini açıq saxlasa bəbəklərinə sancılacam. O niyə belə olub? 
Mən ona neyləmişəm, nə demişəm? Qəzənfəri niyə tərifləyirdi? 
Bu  o  deməkdirmi  ki,  Aliyə  get  Qəzənfəri  sev?  O  Qəzənfəri 
tərifləməməliydi.  Qəzənfərin  səbirsizliyindən,  gələcəkdə  onun 
dəyanətli  olacağından  danışmamalıydı.  Əmir  doğurdanmı  məni 
sevmir? Əlbəttə! Sevsəydi məhəbbəti ona güc gələr, Qəzənfərin 
elçiliyini  eləməzdi.  Təyyar  da  məni  inandırırdı  ki...  Mən  niyə 
həyəcanlanıram?  Bir  şey  itirmişəm,  nədir?  Axı,  qəlbimdə  nə 
vardı? Ürəyim indi də bom-boşdur. Yox, deyəsən ürəyimdən bir 
qurğuşun asılıb. Bu niyə belə ağırdır?» Aliyə kamanı öz qabına 
qoyub  stulda  oturdu.  Stolüstü  lampanın  papağını  başına  basdı. 
Onun  sual  işarəsinə  oxşar  əyri  boynunu  aşağa  əyib  kayutu 
nisbətən  qaranlıqlaşdıraraq,  işığı  stolun  üstünə  yönəltdi. 
İllyüminatordan  kayuta  yol  tapan  külək  Aliyənin  sarı  saçlarını 
oynadıb  alnına  səpələdi.  O  saçlarını  geri  sığalladı.  Külək  öz 


 
112 
oyununu  davam  etdirdi.  «Mən  nə  üçün  darıxıram?  Ey  ürəyim 
məndən  nə  istəyirsən?  Niyə  belə  çırpınır,  döyünürsən?  Yoxsa 
sənə bir möhnət yeli toxunurmuş? Axı sən yatırdın, şirin yuxuda 
idiin.  Sən  vaxtsız  oyadan  kim  oldu?»  Aliyənin  ürəyindən  səs 
gəldi: – Tıp, tıp, tıp...  
– Mən? Mən neynədim ki? Gözlərimdir müqəssir? Mən on 
beş,  on  altı  yaşlı  qızlar  kimi  nə  üçün  hisslərimə  sərbəstlik 
verirəm?!  Mənim  ağlım  harada  qalıb?!  Əmir  kimdir  ki,  onun 
hərəkətləri  mənim  əsəblərimə  toxunur  –  nişanlımdır, 
gözaltımdır, yoxsa ərim!? Mənə baxmır, heç baxmasın! Dərnəyə 
yazılmır, heç yazılmasın! Guya bu böyük bir təhqirdir, mən  də 
bundan  alçalır,  hörmətdən  düşürəm.  Təki  simamda  qəbahət 
kölgəsi  görünməsin...»  Aliyə  qalxıb  paltarlarını  soyunmaq, 
yatmaq  istədi.  Lakin  elə  bil  yubqasının  ətəklərindən  tutub  onu 
aşağa  dartdılar:  «Yata  bilməyəcəyəm.  Yaxşı  bir  kitabım  da 
yoxdur oxuyam. Mən nə edim? Axı, niyə yata bilməyim? Səhər 
işləməliyəm.  Yatmasam  səhər  kefli  olacam.»  Aliyə  sanki 
qılçalarından  tələyə  düşmüşdü.  Qurşaqdan  yuxarısı  dartınıb 
çırpınsa da ayaqları yerdən, oturacağı stuldan qopmurdu. «Mən 
niyə belə qətiyyətsizəm? Məni cidarlayan nədir? – deyə Aliyə öz 
vəziyyətinə güldü.  
–  Mən  qəfəsə  salınmamış  bir  quşam.  Azadlıq  verdiyim 
duyğular  məni  heç  vaxt  əsir  ala  bilməyəcəkdir.  Mən  qulumun 
köləsi  olmayacam!  Yüz  Əmir,  milyon  Qəzənfər  olsa  belə... 
Nə.ə.ə?  Qəzənfər?  O  nəçidir?  Eşqin  bəlasına  mübtəla  olan  bir 
könül xəstəsi!? Qoy cəhənnəm olub öz xəstə ürəyinin dərmanını 
başqa qızların qəlbində tapsın! Əmir sən də onun dalınca, haydı! 
İkiniz  də  qaraltınızı  kəsin  burdan!  Bir  də  bizim  qapıya  sizin 
əyrim-üyrüm  eybəcər  kölgəniz  düşməsin!  Eşitdinizmi?! 
Qulaqlarınızda  qaldımı?!»  Elə  bil  şahzadə  qız  qapısına  gələn 
dilənçiləri qovurdu.  
– Rədd olun burdan!  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə