İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19129
1   2   3   4   5   6   7   8   9   ...   38

 
14 
saxlayıb  içəriyə  qulaq  asmış,  qorxudan,  təlaşdan  şiddətlə 
çırpınan ürəyinin döyüntülərindən başqa bir səs eşitməmişdi. O 
qapıları bir-bir açıb içəri baxmaq istəmiş, lakin utanmışdı. Aliyə 
qapını  döyüb  matrosların  birindən  Qəzənfərin  yaşadığı  kayutu 
xəbər  ala  bilərdi.  Ancaq  ilk  gündən  gəmidə  Qəzənfər  axtaran 
qızın  haqqında  cürbə-cür  dedi-qodular  uydurulacağından 
qorxmuşdu.  O  qəzetə  büküb  bir  banka  qatıq  gətirmişdi.  Qatığı 
atılama  qayırıb  «zəhərlənən»  Qəzənfərə  içirəcəkdi.  Aliyə 
kurilkadan çıxan Qəzənfərlə qarşılaşarkən sevindi. O, Qəzənfəri 
ayaq  üstə  görəcəyini  güman  etməmişdi.  Aliyə  elə  fikirləşmişdi 
ki,  Qəzənfər  indi  öldüm-öldümdədir.  Qəzənfəri  sancılanan, 
öyüyən,  qusan  vəziyyətdə  təsəvvür  edən  qızın  sıxıntıdan 
qurtarması  onun  canına can,  qanına  qan  gətirdi. Aliyənin  ürəyi 
də, qəlbi də fərəhlə, sevincə darlıq elədi. 
– Çox şükür. Qəzənfər onun kimə, nəyə dua elədiyini başa 
düşmədi.  Elə  bildi  ki,  kurilkadan  qəfildən  çıxması  Aliyəni 
səksəndirmişdir. – Qorxdunuz? – Xeyir. – Bəs... Qəzənfər nəsə 
demək  istədi,  lakin  bacarmadı.  O  əlbəttə  təəssüflənəcəkdi: 
«Sizin  gəldiyinizi  bilsəydim  səslənə-səslənə  çıxardım.»  – 
deyəcəkdi.  Qəzənfərin  nəzərləri  Aliyəni  səmavi  gözlərindən 
onun  allanmış  yanaqlarında,  düymə  dodaqlarında,  döyüntülü 
sinəsində  dolanıb  ayaqlarına  sürüşdü.  Aliyənin  balaca  ağ 
ayaqları  üstü  deşik-deşik  sadə  yay  ayaqqabısının  içində 
gizlənmişdi.  O  xələtini  soyunub  biçimli  çəhrayı  donunu 
geyinmişdi.  Bu  don  onun  mütənasib  bədəninin  qabarıq 
cizgilərini elə bir yaraşığa salmışdı ki, elə bil yüzlərlə sənətkarın 
birgə  səyi  sayəsində yaradılmış,  «Bütün  gözəlliklərin  fövqündə 
duran  qadın  gözəlliyi  –  bakirə  qız  şəkli»  idi.  –  İndi  necəsiniz, 
yaxşısınızmı?  Aliyənin  səsi  Qəzənfərin  pərəstişkar  nəzərlərini 
ayaqlarından  ayırıb  yuxarı  qaldırdı.  Qapının  dalında  durub 
onların  danışıqlarını  dinləyən  Əmir  qəzəblə  deyinirdi: 
«Salondan  iki  saat  bundan  qabaq  çıxmışıq  hal-əhval  tuturlar. 
Bircə  gün  bir-birini  görməsələr  lap  qucaqlaşıb  öpüşər, 
camaatdan  da  utanmazlar.  Qızların  bəzisinin  heç  bircə  belə  də 


 
15 
ağlı yoxdur. Oğlandan sevirəm, sözünü eşidən kimi bilmirlər  o 
məhəbbətə  özlərini  necə  qurban  versinlər.  Kapitan  Təyyar 
demişkən  zəruri  ehtiyac  ödənilənədək  ömrü  olan  o  məhəbbətin 
haqqında qətiyyən fikirləşmirlər. Aliyə görəsən, niyə götür-qoy 
eləyə  bilmir?  O  gərək  öz-özünü  düşünüb  deyə  ki,  ey  mənim 
yatmış  ağlım  hardasan,  səhər  məni  görən  oğlanın  günorta  eşq 
elan  etməsi  inandırıcıdırmı?  Aliyə  də  Qəzənfər  ağılda  imiş. 
Aliyəyə yazığım gəlir, həyatı puç olacaq, gərək onu başa salam 
ki...  Nə  dərdimə  qalıb,  özgənin  namusunu  çəkən  olmuşam!? 
Yox, evlərini tanısaydım Bakıya gələndə qardaşına deyərdim ki, 
bacın yolunu azmağa başlayıb, ona ağıl ver. Qardaşı soruşsa: nə 
eləyir?  Cavabım  nə  olar?  Aliyədə  günah  yoxdur,  təqsirin  çoxu 
Qəzənfərdədir.  Məni  yandırıb-yaxan  onun  kəmhövsələ 
olmasıdır.  Səbrini  basmır  ki,  görək  qız  özünü  necə  aparır, 
ağıldan,  kamaldan,  evdarlıqdan-zaddan  nəyi  var,  nəyi  yox. 
Atalar demişkən, əslində olan özünü dırnaqda göstərəcək.» Əmir 
mülahizələrini  öz-özünə  söyləyəndə  qapının  çölündə  üz-üzə 
dayanan Qəzənfər gözlənilməz sualdan çaşmış, bunun dostluğa, 
yaxud  sevildiyinə  bir  işarəmi  olduğunu  ayırd  edə  bilməmişdi, 
fikir-zikir etmiş, düşünüb-daşınmış, bunu aydınlaşdırmaqda aciz 
qalmışdı. – Yaxşıyam, sağ olun. Siz necəsiniz , babətsinizmi? – 
İndi  mən  də  yaxşıyam.  Amma  bayax...  Sizə  qatıq  gətirmişəm, 
özünüzü...  mçsəniz  pis  olmaz.  Qəzənfər  yenə  də  üzdən  getdi, 
dərinə  enə  bilmədi.  Qəzənfərə  elə  gəldi  ki,  Aliyə  ona  pay 
gətirmişdir. O heç düşünməmişdi ki, hansı qız özgə bir şeylə də 
yox, qatıq payı ilə bir gündə ikicə dəfə gördüyü oğlanın yanına 
gələr!  Onların  arasında  dostluq söhbəti  olmuşdumu?  Onlar  bir-
birinin  baxışını  tutmuşdumu,  bir-birinin  gözlərində  qərq 
olmuşdumu? – Payınız çox olsun! – deyə Qəzənfər əlini sinəsinə 
qoyub  bədənini  qabağa  əyərək  Aliyənin  hörmətini  minnətdar 
qəlbilə  qəbul  etdi.  –  İnciməyin,  mən  qatıq  yeyən  deyiləm. 
Amma onu ki, siz gətirmisiniz, zəhər də olsa içərəm. Əmir, isti 
hava dəyəndə ağrıları artan yanıq yaralarından yatan xəstə kimi 
darıxdı.  Kürəklərini  göynədən  sızıltı  yandırıcı  giziltilə  bütün 


 
16 
bədənini  dolandı.  Alnına  istilik  gəldi.  Boynunun  dalı  alışıb 
yanası  oldu.  Sanki  orada  ocaq  qalanmışdı.  «Qəzənfərə  pay 
gətirib.»  –  deyə  kinayə  ilə  Aliyəni  yamsıladı  –  İndi  mən  də 
yaxşıyam.  Amma  bayax...»  Əmir  heyfini  ovuşdurduğu 
əllərindən aldı:» Bu nə sarsaq qız imiş ə! Tək bircə günün içində 
qızla  oğlanın  belə  tez  dostlaşması  kimin  ağlına  batar.  Atalar 
doğru deyib: ağıl camaldan azar.» Əmir öz-özünü deyinə-deyinə 
karidora  çıxanda  Qəzənfər  qatıq  bankasını  Aliyədən  almış, 
qızarıb  pörtmüş  üzündəki  minnətdarlıq  ifadələrini  eynilə 
saxlayaraq qıza baxırdı.  
–  Siz  də  burdaymışsınız?  Əmir  Aliyəyə  baxıb  zorla 
gülümsədi. – Bəli, papiros çəkirdim. – Papiros çəkirsiniz? – ıh. 
Aliyə  Qəzənfərin  qarşısından  çəkilib  Əmirin  önünə  gəldi.  – 
Çoxdan çəkirsiniz? Əmir ona qarşı yeriyən baharın füsünkar və 
əzəmətindən,  təravət  və  gözəlliyindən  özünü  itirdi.  –  Xeyli... 
Beş ildir.  
–  Canınıza  yazığınız  gəlmir?  Tərgidə  bilmirsiniz?  – 
Tərgitmək asandır, ancaq...  
–  Çətindir?  Əmir  kəkələdi:  –  Elə  bir  çətinliyi  yoxdur. 
Amma...  mən...  –  İradəsizlər  həmişə...  Əmir,  Aliyə  ilə  onun 
arasına  soxulmağa  çalışan,  nəsə  deyib  qızı  buradan 
uzaqlaşdırmağ istəyən Qəzənfərə qəzəblə baxsa da nifrətini dəf 
edib gülümsədi. – Həkim məsləhət görüb. – Xəstəliyiniz var? – 
Xeyir.  Qəzənfər  gülə-gülə  söhbətə  qarışdı:  –  Yalan  deyir,  var. 
Aliyə təəccübləndi: – Nə xəstəliyidir? Qəzənfər hırıldayıb ağzını 
Aliyənin  qulağına  tutdu:  –  Köklük.  Əmir  utandığından  tərlədi. 
Qəzənfər  istehzalı  izahında  davam  etdi.  Bir  ay  çəkməyəndə 
bilirsiniz  kimə  oxşayır?  O  qədər  kökəlir  ki,  qarnı...  Arxadan 
gələn  Təyyar  deyinə-deyinə  özünü  onlara  yetirməsəydi  Əmir, 
Qəzənfərə  acıqlanacaqdı.  Bu  xalasının  toyu  olmuşlar  hələ 
yatmayıb?  Ə  pəhləvanlar  niyə  yatmamısınız?  İndi  ki,  yuxunuz 
gəlmir, sizə iş tapacam. Aliyə bacım şama nə hazırlayacaqsınız? 
–  Nə  desəniz.  –  Birinci  düyü  supu.  İkincisi  nə  olsun?  Kartof 
qızartması  ilə  aranız  necədir?  –  Lap  yaxşı.  –  Dayan,  dayan.  – 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə