İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.

səhifə6/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   38

 
17 
Təyyar  getməyə  üz  qoyan  Aliyəni  saxladı.  –  Bu  kəl  oğlanları 
aparın  kartof  soysunlar.  –  Özüm  soyaram.  –  Çatdıra  bilərsən, 
ancaq  yorulub  əldən  düşərsən.  –  Yorulmaram.  –  Aliyə  bacım, 
mexaniklərin  dil  ilə  desək  yanacağın  hamısını  bir  gün  işlədib 
qurtarsan,  gəmimizdən  qaçmalı  olarsan.  Biz  buna  yol 
verməyəcəyik.  –  Təyyar  başının  işarəsilə  onları  kambuza 
göndərdi.  –  Hə  Aliyə  bacım,  dənizdə  hər  şeyə  qənaət  etmək 
lazımdır.  Qəzənfərlə  Əmir  Aliyənin  dalınca  gedə-gedə 
düşünürdülər:  Kaş  Aliyəyə  ikisindən  birinin  köməyi  lazım 
olmayaydı...  Aliyə  kambuz  zibillənməsin  deyə  karidora  iki 
vedrə  qartof  gətirmiş,  qabıqları  yığmaq  üçün  alumin  ləyəni 
ortaya  qoymuş,  alçaq  kürsülərin  ikisini  «köməkçilərinə 
vermişdi. Özü isə isti su ilə sapılcanı yuyur, «ağlaya-ağlaya acı 
soğan doğrayır, yekə qazana su töküb pilitənin üstünə qoyurdu. 
Qəzənfərlə  Əmir  də  kartofu  soyduqca  içində  su  olan  vedrəyə 
atır,  bir-birilə  bəhsə  girib  tez,  təmiz  soymağa  çalışırdılar. 
Onların əlləri iş görür, ürəkləri arzularla dolur, gizli bir nifrətlə 
bir-birinin  nəzərini  gözdən  qoymur,  hər  kəs  naməhrəm  sandığı 
baxışlardan  kambuzun  içində  hərlənən  Aliyəni  qoruyurdu.  – 
Gözlərin 
əllərinə 
baxsın. 
– 
deyə 
Qəzənfər 
Əmiri 
töhmətləndirirdi.  Məni  bu  gün  görməmisən  ki,  belə  çox 
baxırsan. Bıçaqlar yaman itidir, əlini kəsərsən. Əmir dodaqlarını 
dişlədi,  ağzını  doldurub  nəsə  demək  istədi.  Lakin  səsini 
çıxarmadı, dilinin ucuna gələn sözü uddu. Qəzənfər onu yenə də 
təqsirləndirdi:  
– Oğurluq eləmə. Bilirsənmi hansı oğurluğu deyirəm? Əmir 
onun  üzünə  baxmadı.  Heyfini  əlindəki  xarab  kartofdan  aldı. 
Kartof  ortadan  çürüməyə  başlamışdı.  O  bıçağın  burnu  ilə 
kartafun  ortasını  ovdu,  xarab  olmuş  yerini  qoparıb  atdı,  əmələ 
yaramayan  sağ  bir  yeri  qalmadığından  onu  ləyənə  tullayaraq 
ikincisini  götürdü.  Tərs  kimi  bunun  da  böyrü  zədələnmiş, 
üfunətli çürüntü kartofun ortasına işləmişdi. Əmir bunu da atdı. 
–  Bilmirsən?  –  Qəzənfər  onun  gərilmiş  əsəblərinə  bir  də 
toxundu.  


 
18 
–  Sənin  indiki  əliəyriliyinə  göz  oğurluğu  deyiblər.  Əmir 
dişlərini  qıcırtdayıb  gözlərini  bərəltdi.  Bıçağın  tiyəsini 
Qəzənfərin qarnına tuşladı. – De görüm neynərlər! Aliyə onları 
görürdü.  O  elə  bildi  zarafatlaşırlar.  Lakin  Əmirin  sərt 
baxışlarını, ciddi vəziyyətini görüb hiss etdi ki, nədənsə onların 
sözü  düz  gəlmir.  Aliyə  karidora  atıldı:  –  Şəkil  çəkdirmək 
istəyirsinizmi?  Mənim  fotoaparatım  var.  Siz  şeyləri  göyərtəyə 
daşıyıb  yanaşı  oturun,  mən  də  aparatı  gətirib  şəklinizi  o 
vəziyyətdə  çəkim,  bura  qaranlıqdır.  Aliyə  aparatı  gətirməyə 
getdi.  Onlar  şeyləri  göyərtəyə  daşıdılar.  Vedrələri,  ləyəni 
qarşılarına  yığdılar,  oturub  kürəklərini  məhəccərə  sövkədilər. 
Onların  üstünə  kayutların  kölgəsi  düşmüşdü.  Arxada  görünən 
köpüklü  mavi  sularda  isə  günorta  yerindən  boylanan  günəşin 
qızılı  şüaları  şimşək  oynadıb  göz  qamaşdırırdı.  Əmirin  də, 
Qəzənfərin  gözləri  Aliyənin  getdiyi  qapıya  dikilmişdi.  Onlar 
sanki  qaranlıq  damxada  oturub  ev  yiyəsinin  şam  gətirib 
gəlməsini gözləyirdilər. – Hazırsınızmı? Qəzənfər: – Hazırıq. – 
dedi  –  Mən  şəkildə  ciddi  görünməyi  xoşlayıram.  –  O  boynunu 
içinə  qısılıb  boğazını  buxaqlandırdı,  başını  bir  balaca  dala  atıb 
sinəsini  irəli  qabartdı.  –  Elə  oturmazlar,  –  deyə  Aliyə  aparatı 
sinəsindən asıb Qəzənfəri yamsıladı. – Bu cür olmaz, özünü boş 
tut, Əmir kimi otur, baxışlarını da yumşalt. Elə bil kiməsə acığın 
tutub.  Qəzənfər  başını  sol  çiyni  üzərinə  əyib  guya  həqarətlə 
Əmiri təqlid etdi.  
–  Belə  necə,  xoşunuza  gəlirmi?  –  Yox,  belə  də  olmaz. 
Başını  qaldır,  boynunun  üstündə  düz  saxla.  Qəzənfər  bu  dəfə 
belini büküb çə nəsini dirədi. Bu vəziyyətdə onun gözlərinin ağı 
çoxaldı, qarası azaldı. – Məncə daha sözünüz olmayacaq. Aliyə 
təngə gəlmiş kimi mızıldandı:  
– Hər fotoqrafın bir gündə sizin kimi üç müştərisi olsa ona 
ayrı cəza lazım deyil.  
–  Hansı  vəziyyəti  alım  ki,  sizin  xoşunuza  gəlim!  –  Mənə 
görə  əhəmiyyəti  yoxdur.  Amma  fərz  edin  ki,  burda  sizdən  heç 
kim yoxdur.  Tək  olanda  necə  oturur,  necə  boylanırsınızsa, indi 


 
19 
də  elə  edin.  Əmir  onların  danışıqlarına  fikir  vermirmiş  kimi 
qartof soyurdu. Lakin Qəzənfərə hərdən baxan çəp nəzərləri min 
hiddət oxu atırdı. Aliyə onlardan tək bircə dəqiqə göz götürsəydi 
o, Qəzənfərin zəhlətökənliyinə bir hədə, bir gözağartması ilə son 
qoyardı.  –  Bu  təhər  necə,  yaxşıdırmı?  Gərək  ki,  daha  sözünüz 
olmasın.  Usanmış  Aliyə  narazılıqla  başını  tərpətdi.  –  Keçib, 
yaxşıdır. Aliyə aparatı düzəldib düyməni basmağa hazırlaşanda 
Qəzənfər  irişdi,  qollarını  yanlara  açdı.  Sanki  kimi  isə  ağuşuna 
çağırırdı. Əmir isə gözlərini yerə dikmişdi. Elə bil müqəssir, onu 
dövrəyə  alan  camaatın  qarşısında  xəcalət  çəkir,  heç  kimin  ağ 
üzünə, açıq alnına kölgəli gözlərilə baxa bilmirdi. – Aliyə, icazə 
versəydiniz  Təyyardan  xahiş  edərdim,  gəlib  biz  üçümüzün  bir 
yerdə şəklini çəkərdi. – deyə Qəzənfər zarıltılı bir səslə dilləndi. 
–  həm  yadigar...  Aliyə  aparatı  qabına  qoyaraq:  –  Mən 
tanımadığım  oğlanla  şəkil  çəkdirmərəm,  –  dedi.  –  Bəzən 
oğlanlar,  yanından  yel  olub  ötə  bilmədiyi  qızın  şəklini  ələ 
keçirərək  onun  barəsində  öz  tay-tuşlarına  ağızlarına  gələni 
danışırlar.  Aliyənin  cavabı  Əmiri  sevindirdi.  O  pərt  olmuş 
Qəzənfərə  xəfif-xəfif  güldü.  Aliyə  çay  dəmləməyə,  süfrəni 
hazırlamağa gedəndə Qəzənfər Əmirə dedi: – Az gül, ağzın yekə 
olar. Əmir yumruğunu onun burnunun altına tutdu: – Nə iylənir. 
Qəzənfər  onun  yumruğunu  əlilə  kənar  elədi.  –  Dalaşmaq 
istəyirsən?  –  Səsini  kəs!  –  deyə  Əmir  yumruğu  ilə  Qəzənfəri 
hədələdi. – Qız yanında hünərsiz it kimi qızışmazlar. Onlar bir, 
iki dəqiqə bir-birinə toplu-tüfəngli nəzərlə süzdülər. * * * Xəzri 
güclənmişdi.  Gəmi,  dənizin  ən  dərin  yeri  olan  Dərbənd 
rayonunda  idi.  Buludlar  burulub  sıxılır,  qıvrılıb  açılırdı.  Onlar 
sanki  meydan  darlığından  təngə  gəlib  üsyana  qalxmışdılar. 
Üfüqün  son  qızartıları  sönür,  dəniz  müğəniləri  olan  dalğalar 
oyanır, bir-birilə qovuşub gurultu qoparırdılar; gəmi mahnılarla 
qalxır,  gəmi  mahnılarla  enirdi.  Aliyəni  dəniz  xəstəliyi  yatağa 
yıxmışdı. Qəzənfəri sükanda başqası əvəz etmiş, şam yeməyini 
o  paylamışdı.  Qəzənfər  salonda,  kambuzda  yır-yığış  eləyəndən 
sonra  sapılcada  Aliyə  üçün  qızartdığı  kartofu  nimçəyə  yığdı. 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə