İsmayıl Qarayev a ş İ q L ə R



Yüklə 5,01 Kb.

səhifə7/38
tarix02.01.2018
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   38

 
20 
Digər nimçəyə duzlu xiyar doğradı, nimçələri götürüb Aliyənin 
kayutuna  yaxınlaşdı.  Qapını  yavaşca  döydü  –  içəridən  səs 
gəlmədi. Qapını ikinci, üçüncü, dördüncü dəfə döydü – yenə də 
səs-səmir  eşidilmədi.  Qəzənfər  başını  döndərib  çiyninin 
üstündən dala boylandı. Əmir kurilkanın ağzında durub papiros 
çəkirdi.  O  Qəzənfəri  görən  kimi  papirosu  dişləri  arasında 
əzişdirir, kinli nəzərlərlə onu süzürdü. Qəzənfər Əmirin acığına 
Aliyənin  icazəsini  gözləmədi,  qızın  kayutuna  girməyə  qanunu 
ixtiyarı olan adam təkkəbbürü ilə qapını açıb içəri girdi. Qapını 
da qəzəblə örtdü. Aliyə arxası üstə çarpayıya uzanmış, gözlərini 
yummuşdu.  Üstünü  mələfə  ilə  örtsə  də  sinəsi,  çiyinləri  açıq 
qalmışdı.  Boynuna  bağladığı  mirvari  hörüyü  açılıb  sinəsinin 
ortasına  düşmüşdü.  Yastığa  yapışmış  sırğaları,  qabarıq  sinəsi 
gəminin  rəqsilə  titrəyib  oynayırdı.  Aliyənin  rəngi  saralmışdı, 
qanı  qaçmış  dodaqları  göyərmişdi.  Qəzənfər  nimçələri  stolun 
üstünə  qoyub  astadan,  həm  də  nəvazişlə  onu  səslədi:  –  Aliyə. 
Aliyə  göz  qapaqlarını  yavaş-yavaş  qaldırdı.  Onun  qansız 
dodaqlarında  acı  bir  təbəssüm  süründü.  Odlu-atəşli  gözlər  indi 
sönükləşmişdi.  Aliyənin  gözlərindəki  ifadə  sönməkdə  olan  bir 
həyatın  son  vidasına  bənzəyirdi.  –  Aliyə,  necəsən?  Özünü  çox 
pis  hiss  eləyirsən?  –  Başım  çox  bərk  ağrıyır,  ölü  kimiyəm, 
qollarımı  qaldırmağa  gücüm  çatmır.  Qəzənfər  heç  bir  təklif 
olmadan yanını Aliyənin çarpayısına qoydu. – Yemək lazımdır, 
Aliyə.  Mədə  boş  olanda  adamı  kaçka  tez  tutur.  Aliyə  gözlərini 
qapayıb son sözünü söyləyən ağır xəstə kimi pıçıldadı: – İştahım 
heç nə aparmır. – Aliyə, kömək eləyim qalx, xörək gətirmişəm, 
az  da  olsa  ye.  Küsüb  getmiş  təbəssüm  Aliyənin  dodaqlarına 
yenidən  qondu.  Yanaqlarında  tez  açılan  güllər  tez  də  soldu. 
Güclə,  zülümlə  açdığı  gözlərində  görünən  minnətdarlıq  şöləsi 
bir anlıq ömrünü başa vurub göz qapaqları ilə pərdələndi. – Sağ 
ol,  Qəzənfər,  hörmətin  artıq  olsun,  yemirəm.  Aliyə  yanı  üstə 
çevriləndə  boynundan  açılan  mirvari  hörüyü  açılıb  döşəməyə 
düşdü.  Qəzənfər  hörüyü  götürüb,  Aliyənin  mələfə  altında 
titrəyən əndamına, sinəsinə ehtirasla baxdı. – Aliyə, icazə ver... 


 
21 
başını  qaldır,  mirvarini  boynuna  bağlayım,  heyifdir  dağılıb 
itməsin.  Qəzənfər  bu  sözləri  söyləyəndə  küləyin  qabağında 
gedən  saman  çöpü  kimi  ehtiras  içində  idi,  Aliyəni  qucaqlamış, 
üzünü  onun  yanağına  yapışdırmışdı.  Aliyə  dirsəklərini  döşəyə 
dirəyib  Qəzənfəri  sinəsi  üzərindən  qaldırdı.  Çapalayaraq  belini 
onun  məngənə  kimi  baş-başa  gəlmiş  qüvvətli  qolları  arasından 
çıxartdı. Başının ağrısını da, heysizliyini də, bir sözlə onu yatağa 
yıxan  hər  şeyi  unudub  ayağa  qalxdı,  Qəzənfərin  ona  pay 
gətirdiyi nimçənin birini əlinə aldı:  
–  Rədd  ol!  Qəzənfər  günahı  ləngərdə  görərək  and  içməyə 
başladı: 
–  Özüm  ölüm  ki,  qəsdən  eləmədim.  İstəyirdim  səni 
qaldıram, bu ... vaxt ləngər məni sənin...  
–  Çıx!!  –  Özüm  ölüm  ki,  məndə  təqsir  yoxdur.  Aliyənin 
əlindən  çıxan  nimçə  Qəzənfərin  başının  üstündən  keçib  divara 
dəydi.  Qəzənfər  əllərilə  başını  qucaqlayıb  aşağa  çömbəldi, 
divara  dəyib  parçalanan  nimçənin  içindəki  qızardılmış  kartof 
göydən Qəzənfərin başına ələndi. – Çıx!  
– Aliyə səntirlədi, özünü doğruldub Qəzənfərə sarı yeridi.  
– Eşitmirsən?! – Özüm ölüm ki...  
–  Çıx  deyirəm  sənə!  Qəzənfər  Aliyənin  gözlərində 
guruldayan  göylərin,  odlu  şimşəklərin,  alovlu  ildırımların 
vəhşətini  gördü.  O,  qız  qəzəbi,  qəz  hiddəti  qarşısında  sarsılıb 
qalacağını təsəvürünə gətirməmişdi. – Aliyə özüm ölüm ki, mən 
bu  axmağlığı  yüz  il  qala  eləməzdim.  Mən  istədim  sənə  kömək 
edəm,  səni  qaldıram  xörək  yeyəsən.  And  olsun  vicdanıma 
mənim  başqa  niyyətim  yox  idi.  Mənim  sözüm  heç,  bir  özün 
fikirləş,  mən  cavanam,  bu  zamana  adamıyam,  qızla, 
ümumiyyətlə,  insanla  o  cür  rəftarın  vəhşilik  olduğunu  başa 
düşürəm.  Çoban-çolluq  deyiləm  ki  ağına-bozuna  baxmayam! 
Məsləkim haqqı bu vaxtacan məndən heç kim inciməyib. Çıxıb 
getmək  asandır.  Sənin  pis  sözlərini  götürə-götürə  dayanıb-
dözməkdə bircə məqsədim var, çox böyük səhv elədiyini özünə 
anlatmaqdır.  Qəzənfərin  dili  yaman  açılmışdı.  O  üzünə 


 
22 
nahaqdan təhqir olunan, lakin kiminsə xatirindən keçə bilməyib 
naəlac  qalan  adam  ifadəsi  verərək  inandırıcı  sözlərini  Aliyənin 
üzərinə  yağdırırdı.  Aliyənin  sükutu  onu  sevindirdi.  Aliyənin 
dinməməzliyi ona yalandan işin içindən çıxmaq ilhamı verirdi. – 
Mən  bayaq  dedim  ki,  dağ-dərədən,  çöl-biyabandan,  qoyun 
sürüsündən  başqa  bir  şey  görməyən  çoban  deyiləm.  Ədəb-
ərkandan, mərifət-qanacaqdan bir az varımdır, o qədər də kasıb 
sanmayın  məni.  Xahiş  eləyirəm  mənə  elə  baxma.  Mən  bu  işdə 
özümü  zərrə  qədər  də  günahkar  hesab  eləmirəm.  Aliyə  onun 
səsini  qəfildən  kəsdi.  O  bayaqkından  da  hiddətli  bir  səslə 
qışqırdı: – Çıx! Çobanlar səndən qanacaqlıdır. Sən fırıldaqçısan, 
amma onlar mərdanədir. Onlarda utanan üz var, sən də isə... çıx! 
Qəzənfər tərpənmədi. – Sənə deyirəm yaxşılıqla çıx, üzüsulu get 
buradan,  yoxsa...  Aliyə  ikinci  nimçəni  götürəndə  ləngər  onu 
qolaylandırdı.  O  sağa,  sola  səntirlədi,  üçüncü  ləngər  onu  hop 
götürüb  Qəzənfərin  üstünə  atdı.  Qəzənfər  tutub  saxlamasaydı 
Aliyə yıxılar, onun baş-gözü ora-bura dəyib yaralanardı. Dənizə 
bax?!  Öz  «məcnunun»  köməyinə  nə  zaman  çatdı?!  Ləngər 
Qəzənfərin  dilinə  elə  bir  məqamda  dil  verdi  ki,  bunun 
gerçəkliyini  Aliyə  qətiyyən  inkar  edə  bilməzdi  –  Bəs,  sən 
mənim  üstümə  niyə  yıxıldın?  Qəsdən  elədin,  hə?  Aliyə 
çarpayıya  uzanıb  üzünü  mələfə  ilə  örtdü.  Qəzənfər  onun 
gülüşdənmi,  yoxsa,  qəhərdənmi  qabarıb  yatan,  titrəyib 
dalğalanan  sinəsinə  heyrətlə,  inamsızlıqla  baxdı.  4  Gecə  yarı 
olardı.  Qəzənfərlə  Əmir  hələ  də  yatmamışdılar.  Onlar  öz 
aləmlərinin seyrində idilər. İşığı söndürmüşdülər. Həmişə işıqda 
yatdıqları  halda  indi  qaranlığın  qoynunda  qalmaq  onlara  xoş 
gəlmişdi.  Qaranlıqla  elə  bil  eyni  fikirlərin,  eyni  arzuların 
doğurduğu  həyəcan  və  iztirabları  pərdələyib  bir-birindən 
gizlətmişdilər.  Qəzənfər  öz  hərəkətindən  utanır,  özünə  acığı 
tutur, özünü lənətləyirdi: «Məni ləngər yıxsa da gərək Aliyənin 
üstündən  tez  qalxaydım,  dil-ağız  eləyəydim.  Halbuki,  məni 
Aliyənin  üstünə  yıxan  dənizin  ləngəri  yox,  başqa  təlatüm  idi. 
Mən  də  göydə  axtardığını  yerdə  tapan  adam  sevinci,  həvəsi, 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə